Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-488/2021 22.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Zalov Fizuli Aydın oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 sentyabr 1968-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Zalov Fizuli Aydın oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, atası Zalov Aydın Əli oğlu ilə anası X5 birgə nikahından 6 övladı olmuşdur. Atası uzun illər bundan əvvəl vəfat etmişdir. 1968-ci ildə anadan olan qardaşı Zalov Fizuli Aydın oğlu anadangəlmə əlildir. O, körpə uşaq kimi təkbaşına yemək yeməyi, içməyi, paltarlarını geyinib çıxarmağı bilmir. O digər təbii ehtiyaclarını ödəyə bilmədiyi üçün onların köməkliyinə ehtiyacı vardır. O özü təkbaşına bunları etmək iqtidarında da deyildir. Fizuli onların dediklərini başa düşmür, özü istədyini anlada bilmir, ağıl zəifliyindən əziyyət çəkir. Birinci qrup əlilliyə görə təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri yaxınları olaraq onlar hazırlayırlar. Fizuli faəliyyət qabiliyyəti olmayan hesab edilərsə onun himayəçisi olaraq onlar lazım olan sənədləşmə işlərini apara bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 28 aprel 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Zalov Fizuli Aydın oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 19 iyun 2021-ci il tarixli 41 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Zalov Fizuli Aydın oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Zalov Fizuli Aydın oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. 22 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı Ərizəçi iddia ərizəsinə uyğun izahat verməklə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 06 sentyabr 1968-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Zalov Fizuli Aydın oğlunun yaşadığı Naxçıvan şəhəri, İ.Səfərli küçəsi, ev 4B ünvanında yerləşən mənzildə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Zalov Fizuli Aydın oğlunun ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Zalov Fizuli Aydın oğlunun anadangəlmə xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, öz ehtiyaclarını ödəyə bilməməsi, başqalarının köməyi olmadan yemək yeməsi və paltarlarını dəyişməsinin mümkün olmaması, onun İ qrup əlil olması, komissiyanın Zalov Fizuli Aydın oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı suiistifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Zalov Fizuli Aydın oğlunun 06 sentyabr 1968-ci il tarixdə ünvan 1 ünvanında yaşaması, Ərizəçi Zalov Fizuli Aydın oğlunun qardaşı olması, Zalov Fizuli Aydın oğlunun İ qrup əlil kimi sosial müavinət və Prezident təqaüdü alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 10 oktyabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı 17321773 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən Zalov Fizuli Aydın oğlunun 06 sentyabr 1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş АЗ seriyalı, ******* nömrəli və АЗ seriyalı, 571167 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən Ərizəçi Zalov Fizuli Aydın oğlunun qardaşı olması, Zalov Aydın Əli oğlunun onların atası olması, X7 onların anası olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 05 dekabr 2008-ci il tarixli, 090606 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Zalov Fizuli Aydın oğlunun birinci qrup əlil olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 08 aprel 2021-ci il tarixli, 03/444 nömrəli arayışından Zalov Fizuli Aydın oğlunun Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ qrup əlil kimi qeydiyyatda durmaqla (müddətsiz) 150 (bir yüz əlli) manat sosial müavinət və 130 (bir yüz otuz) manat Prezident təqaüdü alması; -İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 08 aprel 2021-ci il tarixli, 218 nömrəli məktubundan Zalov Fizuli Aydın oğlunun 01.08.1980-ci il tarixdən ″Anadangəlmə əqli zəiflik. Kəskin ağır formada imbesil″ diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 dispanser qeydiyyatında dayanması aydın olur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 28 aprel 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator məhkəmə-psixiatriya ekspertizasının 19 iyun 2021-ci tarixli 41 nömrəli ekspert rəyində qeyd olunur ki, Zalov Fizuli Aydın oğlu “Anadangəlmə ağıl zəifliyi, İmbeçillik səviyyəsində” əziyyət çəkir. Zalov Fizuli Aydın oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Zalov Fizuli Aydın oğlunun qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Zalov Fizuli Aydın oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Zalov Fizuli Aydın oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -06 sentyabr 1968-ci il tarixdə Naxçıvan şəhərində anadan olan Zalov Fizuli Aydın oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 06 sentyabr 1968-ci il tarixdə anadan olmuş Zalov Fizuli Aydın oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-488/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-488/2021
22.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver