Məhkəmə qərarları › İş №2(078)-506/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-506/2023

31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-506/2023 31.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5 və cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X26, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında 0.1015 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət mərhum anası X9 miras qalmış əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və payının bütün miras kütləsi olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.1015 ha həyətyanı torpaq sahəsi mərhum anası X14 adına olub. O, xx xxxxxx 1966-cı ildə Əliabad kəndi döngə 6, ev 12 ünvanında yerləşən ata evində doğulub. Ailə qurub ata evində yaşayır. Ailə qurandan sonra anasının adına olan ünvan 1 ünvanında yerləşən 0.1015 ha həyətyanı torpaq sahəsində atasının və anasının razılığı ilə 1994-cü ildə yaşayış evi tikməyə başlamış, evi tikib qurtarıb 1997-ci ilin fevral ayında yaşamaq üçün həmin evə köçmüşdür. Anası xx.xx.2005-ci ildə vəfat edib. Torpaq sahəsi anasının adına olduğu üçün 2014-cü ildə yaşayış evini də qardaşı Cavabdeh1 anasının adına qeydiyyata aldırıb. Həmin evdə o və ailəsindən başqa nə valideyinləri nə də bacı-qardaşları yaşamayıb. Həmin mirası özü qəbul və idarə edib. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mirasın onun tərəfimdən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. İddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxslər bacı-qardaşları və onların övladlarıdır. Hamısı da onun sözügedən mirası qəbul etməyinə razıdır. Təkcə bacısı İradə və qardaşı Vahid həmişə maneçilik törədib. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili X15 izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh5 iddianı qəbul edərək izahatında bildirmişdir ki, ailə üzvləri də əmisi-İddiaçı iddiasını qəbul edir. Əmisi İddiaçı neçə illərdir ki, ailəsi ilə sözügedən evdə yaşayır. Cavabdehlərin hamısı ailə qurub və ayrı-ayrı özlərinə məxsus evlərdə yaşayırlar. Onun iddia ilə bağlı heç bir etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh4 iddianı qəbul edərək izahatında digər cavabdehin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh6 xx.xx.2023-cü il tarixdə ərizə göndərərək miras əmlakın əmisi İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh7 xx.xx.2023-cü il tarixdə ərizə göndərərək miras əmlakın əmisi İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. X20, Cavabdeh15, Cavabdeh8 xx.xx.2023-cü il tarixdə ərizə göndərərək miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh14, Cavabdeh12 xx.xx.2023-cü il tarixdə ərizə göndərərək miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə göndərərək miras əmlakın qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh3 məhkəmə tərəfindən telefonoqramla məlumatlandırılmış, Cavabdeh1 iddiaçı qardaşı olsa da, ümumiyyətlə iddia tələbi ilə bağlı maraqlı olmadığını, xəstə olduğu üçün hazırda müalicə olunduğunu, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Cavabdeh2 məhkəmə tərəfindən telefonoqramla məlumatlandırılmış, Cavabdeh2 iddiaçı qardaşı olsa da, aralarında mübahisə olduğunu, iddiaçı ilə heç bir münasibətinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Cavabdeh10 məhkəmə tərəfindən telefonoqramla məlumatlandırılmış, Cavabdeh10 ümumiyyətlə iddia tələbi ilə bağlı maraqlı olmadığını, iddiaçı ilə heç bir münasibətinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Cavabdeh9 məhkəmə tərəfindən telefonoqramla məlumatlandırılmış, Cavabdeh9 ümumiyyətlə iddia tələbi ilə bağlı maraqlı olmadığını, iddiaçı ilə heç bir münasibətinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Cavabdeh11 məhkəmə tərəfindən telefonoqramla məlumatlandırılmış, Cavabdeh11 ümumiyyətlə iddia tələbi ilə bağlı maraqlı olmadığını, iddiaçı ilə heç bir münasibətinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X21 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. 36 ildir ki, İbrahimlə qonşuluq münasibətləri vardır. Həmin evdə İbrahim və ailəsi yaşayır. Digər bacı-qardaşlarını həmin evdə yaşadıqlarını görməmişdir. Məhkəmə baxışı iclasında şahid X22 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. 20 ildir ki, İbrahimlə qonşuluq münasibətləri vardır. Həmin evdə İbrahim və ailəsi yaşayır. Digər bacı-qardaşlarını həmin evdə yaşadıqlarını görməmişəm. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadəsini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X36 ilə X31 arasında xx.xx.1950-ci il tarixdə nikah bağlamış və bu barədə Babək rayon Şıxmahmud kənd İN-də 11 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 381388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 823 nömrəli akt qeydi aparılmışdır. X7 və anası X23r. İş materiallarında olan xx.xx.1996-cı il tarixdə verilmiş İİ-JQ seriyalı 434599 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1995-ci il tarixdə beyinə qan sızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 66 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə təkrar verilmiş AZ-İ seriyalı 802730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2005-ci il tarixdə diabetik koma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2005-ci il tarixdə ölüm akt qeydləri kitabında 270 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, X43 ilə Məmmədova (Əliyeva) Cəmilə Fətulla qızı arasında xx.xx.1979-cu il tarixdə nikah bağlamış və bu barədə 7 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən aydın olur ki, Cavabdeh12 ilə Əliyeva (Kazımova) Kəmalə Rza qızı arasında xx.xx.1989-cu il tarixdə nikah bağlamış və bu barədə 08 nömrəli akt qeydi icra edilmişdir. X1 xx.xx.2007-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2009-cu ildə 576 nömrəli akt qeydi ilə Nərimanov rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 255845 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2007-ci il tarixdə mədəcik fibrilyasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2009-cu il tarixdə ölüm akt qeydləri kitabında 576 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 802636 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2022-ci il tarixdə mədənin bədxassəli yeni törəməsi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 347 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan görünür ki, X3 şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2006-cı il tarixdə ölüm akt qeydləri kitabında 265 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsi döngə 5-də mülkiyyətində olan 0.1015 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ üzrə X14 adına **********00-10301 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 103 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşamış X4 vərəsələri aşağıdakılardır: - X36-həyat yoldaşı-1924-vəfat edib; - Cavabdeh1-oğlu-1952; - Cavabdeh2-qızı-1955; - X43-oğlu-1956-vəfat edib; -X28-qızı-1960-vəfat edib; -X32-qızı-1963-vəfat edib; -Cavabdeh3-oğlu-1964; -İddiaçı-oğlu-1966. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 186 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşamış mərhum X11 vərəsələri aşağıdakılardır: - Cavabdeh9-oğlu-1984; - Cavabdeh10-oğlu-1986; -Cavabdeh11-oğlu-1991. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 185 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşamış mərhum X33 vərəsələri aşağıdakılardır: - Cavabdeh4-həyat yoldaşı-1959; - Cavabdeh5-oğlu-1983; - Cavabdeh6 oğlu-oğlu-1987; -Cavabdeh7-qızı-1985; -X34-qızı-1981. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan aydın olur ki, Cavabdeh12 aşağıdakı ailə üzvləri var: - X27-həyat yoldaşı-xx.xx.1962-vəfat edib; - Cavabdeh13-qızı-xx.xx.1990; -Cavabdeh14-oğlu-xx.xx.1991; -Cavabdeh15-qızı-xx.xx.1997. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 97 nömrəli arayışından aydın olur ki, Əliyev X18 şəhəri, Əliabad qəsəbəsi döngə 5, ev 11 ünvanında yaşayır. İş materiallarında olan ünvan 3smar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 186 nömrəli arayışından aydın olur ki, Əliyev X29 şəhəri, Təbriz 1/57 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 187 nömrəli arayışından aydın olur ki, Əliyeva X6 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 12A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 188 nömrəli arayışından aydın olur ki, Əlizadə X24 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 12A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 189 nömrəli arayışından aydın olur ki, Əlizadə X19 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 12A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 190 nömrəli arayışından aydın olur ki, Cavabdeh11 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 191 nömrəli arayışından aydın olur ki, Əliyeva X30 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 192 nömrəli arayışından aydın olur ki, Əliyev X37 şəhəri, Əliabad qəsəbəsi döngə 6, ev 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 193 nömrəli arayışından aydın olur ki, Cavabdeh8 ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 194 nömrəli arayışından aydın olur ki, Cavabdeh9 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 195 nömrəli arayışından aydın olur ki, Cavabdeh10 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli "xxxx" ASC-nin su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 1615 nömrəli müqavilədən aydın olur ki, müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli "xxxx" ASC-nin su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 340 nömrəli müqavilədən aydın olur ki, müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC-nin su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 0340 nömrəli müqavilədən aydın olur ki, müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli "xxxx" ASC-nin su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilədən aydın olur ki, müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan dekabr 2006-cı il tarixli 1601 nömrəli müqavilədən aydın olur ki, müqavilə Su Kəmərləri və Qurğuları İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan Energetika Agenliyi ilə məişət abonenti (əhali) arasında xx.xx.2016-cı il tarixli elektrik tipli köhnə elektrik sayğaclarının yeni smartkart tipli sayğacla əvəz olunmasına dair aktdan və həmin tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə Agentliklə İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, istismar və istifadə qaydaları haqqında xx.xx.2006-cı il tarixli 14482 nömrəli müqavilədən aydın olur ki, müqavilə Təchizatçı ilə istehlakçı İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə Paylayıcı ilə istehlakçı İddiaçı arasında bağlanmışdır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2 miras qalan ünvan 1 ünvanında 0.1015 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakın bütün miras kütləsi İddiaçı tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X4 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı faktiki qəbul edərək yaşayır. Belə ki, iş üzrə tərəflərin izahatından və şahidlərin ifadələrindən aydın olur ki, iddiaçının miras əmlakda yaşaması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq İddiaçı miras əmlakda yaşamaları vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı anasının vəfatından sonra ondan miras qalan evdə yaşamış, evlərin kommunal xərclərini ödəmiş, evləri mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Mülki qanunvericiliyin vərəsəlik institutunun normalarının məzmunundan da aydın olur ki, miras əmlakın bir hissədə qəbul edilməsi, nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras kütləsinin qəbul edilməsini ehtiva edir. X4 vəfatından sonra onun digər vərəsələrinin miras əmlakı qəbul etməsi işə baxılarkən sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə İddiaçı miras əmlakda payının bütün miras kütləsində müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalan ünvan 1 ünvanında 0.1015 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakın bütün miras kütləsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun payının bütün miras kütləsi olması müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 26324 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X16, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 miras qalan ünvan 1 ünvanında 0.1015 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X2 miras qalan ünvan 1 ünvanında 0.1015 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, dörd otaqlı 74.60 kv.m yaşayış, 34.48 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakdan İddiaçı payının bütün miras kütləsi olması müəyyən edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 26324 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X16, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar