Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-511/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X32 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X1 mərhum babası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakının qəbulu faktının təsdiqi, mərhum atası X1 qəbul etdiyi miras əmlakının atasının ölümündən sonra iddiaçının, yəni İddiaçı tərəfindən qəbul olunması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, mərhum babası X14 1985ci ildə vəfat edib. Ona məxsus olan Naxçıvan şəhəri, Z.Əliyeva küçəsində yerləşən 6 saylı fərdi yaşayış evi miras qalmışdır. Həmin evi babası təxminən 1960-cı illərdə torpaq sahəsi alaraq tikmişdir və ölən günədək həmin evdə yaşamışdır. X3 aşağıdakı vərəsələri olmuşdur:
1. X33-vəfat edib
2. X29-1997-ci ildə vəfat edib
3. X34-1993-cü ildə vəfat edib
4. X13-2006-cı ildə vəfat edib
5. Cavabdeh
6. X26-2005-ci ildə vəfat edib. Babasının vərəsələrindən yalnız bibisi-Cavabdeh sağdır. Hazırda Bakı şəhərində yaşayır. Babasının yanında atası X13 ailəsi ilə birlikdə yaşayıb. İddiaçı 1959-cu ildə həmin evdə anadan olmuş və həmin evdə yaşamışdır. Atası Allahverdi 2006-cı ildə vəfat edib, yəni babası öldükdən sonra onun əmlakını vərəsə olaraq atası qəbul edib. Atasının ölümündən sonra isə həmin miras əmlakını atasına münasibətdə iddiaçı qəbul etmiş və Bakı şəhərində yaşamağına baxmayaraq bu gün də həmin əmlakı idarə edir. Babasının digər vərəsələri, yəni əmiləri və bibiləri hələ babasının sağlığında ailə quraraq həmi evdən çıxıblar. Hamısının özlərinə məxsus başqa yerdə ev-eşikləri vardır. X3 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 25.08.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0651 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 138.39 m2 olan daşınmaz əmlak miras olaraq atası tərəfindən, atasının ölümündən sonra isə bütünlükdə faktiki olaraq iddiaçı tərəfindən qəbul olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, iddiaçı 19 may 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, iddiasını müdafiə etdiyini, özünün Bakı şəhərində yaşadığı üçün pandemiya vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini qeyd edərək onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının yuxarıda qeyd olunan ərizəsini nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 21 fevral 2007ci il tarixdə verilmiş Az-İ seriyalı, 164878 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, X13 26 dekabr 2006-cı il tarixdə miokard infarkt diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 21 fevral 2007-ci il tarixdə 49 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 29 may 1998ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 286243 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, X35 26 noyabr 1997-ci il tarixdə kəskin infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 128 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən məlum olur ki, X20 23 noyabr 2012ci il tarixdə beyinə qansızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 13 dekabr 2012-ci il tarixdə 431 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli, JQ seriyalı, 204864 nömrəli çıxarışdan məlum olur ki, X11 31 may 1967-ci ildə kəllə əsasının sınması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 23 noyabr 1967-ci il tarixdə ölüm kitabının 173-cü səhifəsində qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli, 419618 nömrəli çıxarışdan məlum olur ki, X36 22 noyabr 1993-cü ildə miokard infarktı səbəbi ilə Babək rayon, Cavidabad kəndində vəfat etmiş və bu barədə 22 noyabr 1993-cü il tarixdə ölüm kitabının 29-cu səhifəsində qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli, 309893 nömrəli çıxarışdan məlum olur ki, X14 17 dekabr 1985-ci ildə ağciyər çatışmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 17 aprel 1986cı il tarixdə ölüm kitabının 77-ci səhifəsində qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli, Az-İ seriyalı, 116266 nömrəli çıxarışdan məlum olur ki, X27 29 aprel 2005-ci ildə hipertoniya səbəbi ilə Babək rayon, Bulqan kəndində vəfat etmiş və bu barədə 30 aprel 2005-ci il tarixdə ölüm kitabının 57-ci səhifəsində qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli, AZ seriyalı, 211535 nömrəli çıxarışdan məlum olur ki, X14 ilə X38 arasında 21 dekabr 1971-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah kitabının 252-ci səhifəsində qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli, 902 nömrəli arayışdan X21 Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatının tapılmadığı məlum olmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli 01/0953 nömrəli arayışdan aydın olur ki, mərhum X2 şəhəri, Z.Əliyeva küçəsi, ev 6-də yaşayıb və onun aşağıdakı vərəsələri vardır. - X20 -həyat yoldaşı-vəfat edib; - X8-oğlu-1974; - X12-qızı-1961; - Allahverdiyeva Zülfiyyə Allahverdi qızı-qızı -1966; - İddiaçı-oğlu -1959; - X11-oğlu-1964; - Allahverdiyev Nurəddin Allahverdi oğlu-oğlu-vəfat edib. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2020-ci il tarixli, 01/1111 nömrəli arayışın surətindən məlum olur ki, mərhum X4 şəhəri, Z.Əliyeva küçəsi, ev 6 ünvanında yaşayıb və aşağıdakı ailə üzvləri vardır: - Haqverdiyeva Ziniyət-həyat yoldaşı-vəfat edib; - X37-oğlu-vəfat edib; - X36-oğlu-vəfat edib; - X13-oğlu-vəfat edib; - Cavabdeh-qızı-1949; - X28-qızı-vəfat edib. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 25 avqust 2020-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 138.39 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0651 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının 7965 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş ünvan 2 ünvanında qeydiyyatda olan X11 tərəfindən Bakı şəhəri, 51 saylı notariat kontoruna verilmiş 15 avqust 2018-ci il tarixli ərizədə X11 26 dekabr 2006-cı il tarixdə atası X6 vəfat etdiyini, onun ölümündən sonra miras qalmış əmlaklardan ona çatası payı qəbul etmədiyini və etməyəcəyini, bununla əlaqədar gələcəkdə məhkəmə orqanları qarşısında heç bir tələbi və iddiası olmayacağını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş ünvan 4 ünvanında qeydiyyatda olan X22 tərəfindən ünvan 5 notariat ofisinə verilmiş 17 iyun 2020-ci il tarixli ərizədə X22 26 dekabr 2006-cı il tarixdə atası X6 vəfat etdiyini, onun ölümündən sonra miras qalmış payını qəbul etmədiyini, etməyəcəyini, etmək niyyətində olmadığını, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddiası və tələbi olmayacağını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş ünvan 1 ünvanında qeydiyyatda olan X8 tərəfindən Bakı şəhəri, 6 saylı notariat ofisinə verilmiş 09 mart 2021-ci il tarixli ərizədə X8 26 dekabr 2006-cı il tarixdə atası X6 vəfat etdiyini, mərhum X5 miras qalmış əmlaklardan ona çatan miras qalmış payını qəbul etmədiyini və etməyəcəyini, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını, mübahisə yaratmayacağını və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş ünvan 7 ünvanında qeydiyyatda olan X12 tərəfindən ünvan 5 notariat ofisinə verilmiş 17 iyun 2020-ci il tarixli ərizədə X12 26 dekabr 2006-cı il tarixdə atası X6 vəfat etdiyini, onun ölümündən sonra miras qalmış payını qəbul etmədiyini, etməyəcəyini, etmək niyyətində olmadığını, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddiası və tələbi olmayacağını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 5 notariat ofisinə verilmiş 26 noyabr 2020-ci il tarixli ərizədə Cavabdeh 17 dekabr 1985-cı il tarixdə atası X10 vəfat etdiyini, onun ölümündən sonra miras qalmış payını qəbul etmədiyini, etməyəcəyini, etmək niyyətində olmadığını, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddiası və tələbi olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014- cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, vərəsəlik hüququ yalnız o halda yarana bilər ki, miras açılandan sonra onu qəbul etməyə hüququ olan vərəsələr mövcud olsun və həmin vərəsələr ya qanun və yaxud da vəsiyyətnamə əsasında miras əmlakın qəbul olunması ilə əlaqədar müəyyən hərəkətlər etmiş olsunlar. Yuxarıda qeyd edildiyi kimi, miras qoyan X14 17 dekabr 1985-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, 17 dekabr 1985-ci il tarix mirasın açıldığı vaxt hesab olunur. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən maddi hüquq normalarının müzakirə edilən məsələnin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh atasının ölümündən sonra 3 ay müddətində mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən olunmuş hərəkətləri yerinə yetirməli idi. İşə məhkəmədə baxılan zaman iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 5 notariat ofisinə verilmiş 26 noyabr 2020-ci il tarixli ərizədə Cavabdeh 17 dekabr 1985-cı il tarixdə atası X10 vəfat etdiyini, onun ölümündən sonra miras qalmış payını qəbul etmədiyini, etməyəcəyini, etmək niyyətində olmadığını, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddiası və tələbi olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 17 dekabr 1985-ci ildə ölən X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0651 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.39 m2 olan evin 26 dekabr 2006-cı il tarixdə ölən X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, X6 ölümündən sonra isə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0651 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.39 m2 olan evin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. 17 dekabr 1985-ci ildə ölən X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0651 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.39 m2 olan evin 26 dekabr 2006-cı il tarixdə ölən X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X6 ölümündən sonra isə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0651 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.39 m2 olan evin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsüm Əliyeva