Məhkəmə qərarları › İş №2(078)-525/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-525/2021

30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-525/2021 30.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 20 aprel 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 30 aprel 1982-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış 40 nömrəli nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 30 aprel 1982-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan birgə yaşadıqları dövrdə övladı olmamışdır. Cavabdehlə yola gedə bilmirlər. Aralarındakı ailə münasibətləri tamamilə pozulmuş və tərəflərin bir ailə kimi yaşamaqları qeyri mümkün olmuşdur. Tərəfləri nikahı qeydiyyat orqanında da pozula bilərdi. Lakin cavabdeh qeydiyyat orqanında ərizə verməkdən imtina edir. Ona görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Boşanmaqda fikri qətidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 30 aprel 1982-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, birgə nikahlarından 2 övladı- 05.03.1978-ci il təvəllüdlü X3 və 20.12.1979-cu il təvəllüdlü X2 doğulduğunu, aralarındakı nikahın formal xarakter daşıdığını, neçə illərdir ki, cavabdehlə ayrı yaşadıqlarını, lakin cavabdehin Qeydiyyat şöbəsinə ərizə verməkdən imtina etdiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 30 aprel 1982-ci il tarixdə nikaha daxil olması, onların uşaqlarının yetkinnlik yaşına çatmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunan və Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli, 472824 nömrəli nikah kitabından çıxarışdan İddiaçı ilə Cavabdeh arasında 30 aprel 1982-ci il tarixdə nikahın bağlanması, bunun akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı cavabdehin özünə iddiaçının soyadını, yəni “Məmmədova” soyadını seçməsi; -iddia ərizəsinə əlavə olunan və Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 05/15-40 nömrəli məktubdan İddiaçı həyat yoldaşı X4 nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsinin mümkün olmaması, məhkəməyə müraciət etməsinin məsləhət görülməsi; - iddia ərizəsinə əlavə olunan və Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli çıxarışdan iş üzrə tərəflərin 20 dekabr 1979-cu il təvəllüdlü X5 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə olunan və Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli çıxarışdan iş üzrə tərəflərin 05 mart 1978-ci il təvəllüdlü X3 adlı övladlarının olması aydın olur. İddiaçının Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halının həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən verilmiş 3 ay vaxt ərzində tərəflər arasında barışıq olmadığından, həmçinin iddiaçı nikahın pozulmasında təkid etdiyindən onunla cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin normalarını təhlil edərək hesab etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli, cavabdeh isə bundan azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -İddiaçı ilə Cavabdeh arasında 30 aprel 1982-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeydə alınmış nikah pozulmalı; -nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 15 (on beş) manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh bundan azad edilməli; -Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 30 aprel 1982-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 15 (on beş) manat rüsum alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh bundan azad edilsin. Cavabdeh 20 (iyirmi) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar