Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-53/2022 24.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1, cavabdeh-iddiaçı həmçinin cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh2 vəkili X6 iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, X3 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh1, X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı X2 onun mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən yaşayış evinə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə-3000 (üç min) manat müqabilində xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh2 mülkiyyət hüququ üzrə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(078)-1185/2021 nömrəli qarşılıqlı iddianın qəbul edilməsi haqqında qərardadı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə və Cavabdeh2 İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizəsi təmin olunmaqla, iddia tələbinə “Cavabdeh1, Cavabdeh2 və azyaşlı X2 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən yaşayış evinə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə 7000 (yeddi min) manat müqabilində xitam verilməsi və İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh2 mülkiyyət hüququ üzrə payının müəyyən olunması" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı-cavabdeh İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçı-cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddiaçıcavabdehin Naxçıvan şəhəri, Qaraçuq kəndində 1704.67 kv.m torpaq sahəsi üzərində yerləşən yaşayış evinin olduğunun, onun həyat yoldaşı X4 ilə aralarında bağlanmış nikah akt qeydinin Culfa rayon Qeydiyyat şöbəsində 04 avqust 2011-ci il tarixdə pozulduğunu və 23 sayla qeydə alındığını, onların nikahlarından 22 noyabr 2000-ci il tarixdə Cavabdeh1 və 09 dekabr 2005-ci il tarixdə X2 doğulduğunu, haliyyədə iddiaçı-cavabdehin Bakı şəhərində yaşadığını, cavabdehlərin iddiaçı-cavabdehin evində yaşamasının iddiaçı-cavabdehin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratdığını, ona görə də, iddiaçıcavabdehin onların yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsini istədiyini və 7000 (yeddi min) manat tərəflərə kompensasiya təklif etdiyini, cavabdehiddiaçının qarşılıqlı iddiasını iddia müddəti keçdiyindən qəbul etmədiklərini, üç illik iddia müddəti nəzərdə tutulduğundan müddətin tərbiq edilməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh1, Cavabdeh2 və azyaşlı X2 iddiaçı-cavabdehin mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən yaşayış evinə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə-7000 (yeddi min) manat müqabilində xitam verilməsi və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək, iddiaçının sözügedən evdə heç bir əziyyətinin olmadığını, ona yalnız torpaq düşə biləcəyini, həmişə “Culfa rayonunda olan mülk mənimdi, ora sizindi” dediyini, iddiaçının onları atıb getdiyini, iddiaçının vaxtında onlara bu mülkdə qalmayın desəydi, işlərini biləcəklərini, həmin mülkü abadlaşdırıb əlavə tikililər aparmayacaqlarını, 11 il ərzində həmin torpaq sahəsində anasının yeni ev tikdirdiyini, 2008-ci ildə alınan iddiaçının mülkiyyətində olan evin tamamilə yeni evlə əvəz olunduğunu, bu illər ərzində həmin mülkdə yaşamaqla abadlaşdırıb özlərinə mənzil şəraiti, həyətdə əlavə tikililər və bağ saldıqlarını, kompensasiyanı qəbul etmədiyini, qalmağa başqa yerinin olmadığını, təklif olunan konpensasiya məbləğinə hazırda yaşadığı mənzil şəraitini yarada bilməyin mümkün olmadığını, bunların nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı həmçinin cavabdeh X2 qanuni nümayəndəsi qismində izahat verən Cavabdeh2 qarşılıqlı iddiasını müdafiə edərək, iddianı isə qəbul etməyərək, iddiaçı-cavabdehin başqa qadınla çıxıb gedəndən hər şeyi özünün etdiyini, İddiaçı Türkiyəyə gedəndə bir qadınla tanış olub onunla getdiyini, Culfa rayonunda ev tikdiklərini, sonra qonşu ilə münaqişə olduğundan məcbur olaraq Qaraçuq kəndinə gələrək ev aldıqlarını, 2 balaca otaqdan ibarət olduğunu, bir otağı hazırlayıb yaşadıqlarını, mal-heyvan saxlayıb qazanc etməklə şiferini, divarını düzəldib qaldıqlarını, bacısının Rusiyadan gəlib vəziyyətlərini görüb qardaşına dediyini, qardaşının pul göndərdiyini, evi tikdiklərini, o vaxtdan orda yaşadıqlarını, hal-hazırda 7 otaqlı, 1 navestli ev olduğunu, hamısını özünün etdiyini, həyətin başında da 1 otaq tikdiyini, hasar çəkib darvaza aldığını, böyük əl damının olduğunu, Culf rayonunda olan evin də qaldığını, əlavə tikililərin hamısını özünün tikdiyini, iddiaçı-cavabdehlə hazırki, həyət və evdə qalmaqları barədə razılaşdıqlarını, Culfa rayonunda olan evin isə onda qalması şərti ilə razılaşdıqlarını, bu səbəbdən 11 ildir ki, həmin həyəti və evi abadlaşdırdığını, həmin mülkə 45000 manat vəsait xərclədiyini, həmçinin əziyyət çəkdiyini, İddiaçı onları evdən çıxarmaq istəyəcəyini düşünmədiklərini, 45000 manat verəcəyi təqdirdə evdən çıxacağını, torpağı istəmədiyini, evə 45000 manat xərc qoyduğunu, bunları nəzərə alaraq, İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə onun mülkiyyət hüququ üzrə payının müəyyən olunması, İddiaçı iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçının vəkili qismində izahat verən X8 qarşılıqlı iddianı müdafiə edərək, iddianı isə qəbul etməyərək, evin birgə nikah dövründə əldə olunduğunu, tərəflər arasında razılaşma olduğundan indiyə kimi iddia qaldırmadıqlarını, iddiaçı-cavabdehin həmişə cavabdeh-iddiaçıya “ev ikimizindi, orda yaşa” dediyini, mənzilin 2008-ci ildə alındığını, 2011-ci ildə nikahın pozulduğunu, sonra Nazilənin uşaqlarla birlikdə orda yaşadığını, yaşayaraq həmin torpaq sahəsində tikililər aparmaqla yeni ev saldırdığını, Cavabdeh2 həmin mülkü özününkü bilərəkdən bu işləri aparmaqla yaşayış şəraitinin yaratdığını, İddiaçı məhkəməyə müraciətindən sonra Cavabdeh2 mülkiyyət hüquqlarının pozulmasını bildiyini, hazır ki, mülkiyyət tərəflərin birgə nikahı müddətində əldə olunduğundan Cavabdeh2 ½ pay hüququnun yarandığını, bu səbəbdən iddia müddətinin tətbiqinin qanunla istisna olunduğunu, Cavabdeh2 həmin mülkiyyətdə payının olması nəzərə alınarsa kompensasiya təklifinin hüquqi cəhətdən əsassız olduğunu, bunların nəzərə alınaraq Cavabdeh2 qarşılıqlı iddiasının təmin olunmasını, İddiaçı iddiasının isə rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 04/511 nömrəli məktubuna əsasən, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə İddiaçı adına Babək rayon DNK-nın 22 avqust 2008-ci il tarixli, 4ə2-271 nömrəli alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, Qaraçuq kəndində 1704.67 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 41.61 m2 olan 2 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Culfa rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1996cı il tarixli, 08 nömrəli qərarı əsasında İddiaçı adına Culfa rayonunun Gülüstan kəndində 0.49 ha kənd təsərrüfatı təyinatlı və 0.41 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Babək rayonu, Qaraçuq kəndində 1704.67 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.61 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, --- kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 2762 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********58-1032762, qeydiyyat nömrəsi: 10495, qeydiyyat tarixi: 08.09.2008). Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 152190 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə X4 arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 avqust 2011-ci il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1, X3 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair iddia rədd edilməli, cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia isə təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda, həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da, həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda, şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə, ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə, prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. İş üzrə iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1, X3 və cavabdeh-iddiaçı Cavabdeh2 ümumilikdə 7000 (yeddi min) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Cavabdeh1 həmin məbləğlə razılaşmamışdır. Cavabdeh-iddiaçı həmçinin cavabdeh X2 qanuni nümayəndəsi Cavabdeh2 isə həmin məbləğlə razılaşmayaraq iddiaçı-cavabdehin 45000 manat verəcəyi təqdirdə evdən çıxacağını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh-iddiaçı Cavabdeh2 yalnız 45000 (qırx beş min) manat kompensasiya müqabilində hüquqlarına xitam verilməsinə razılıq verəcəyi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Mülki iş materiallarından da göründüyü kimi, hazırda iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evində cavabdeh-iddiaçı Cavabdeh2, Cavabdeh1 və azyaşlı X7 yaşamaqdadır. İddiaçı-cavabdeh İddiaçı tərəfindən Cavabdeh1, cavabdeh X3 və cavabdeh-iddiaçı Cavabdeh2 təklif olunan 7000 (yeddi min) manat məbləğində kompensasiya hazırki iş üzrə üç nəfərdən ibarət cavabdehlərin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ deyil. Belə olan halda da, məhkəmə iddiaçı-cavabdeh İddiaçı Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh1, cavabdeh X3 və cavabdeh-iddiaçı Cavabdeh2 təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul etmir. Həmçinin mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 ailə münasibətlərinə daxil olduqdan sonra iddiaçı-cavabdeh İddiaçı 08 sentyabr 2008-ci il tarixdə Babək rayonu, Qaraçuq kəndində 1704.67 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.61 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, --kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini adına qeydiyyata aldırmışdır. İşin bu halı istər iddiaçı-cavabdeh, istərsə də cavabdeh-iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyul 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinın Plenumu hesab edir ki, belə mübahisələrə baxarkən məhkəmələr ərin (arvadın) nikah müddətində əldə olunmuş ümumi əmlaka münasibətdə yaranan hüquq və vəzifələrinə diqqət yetirməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi nikah ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri olmaqla yanaşı, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1, X3 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair iddia əsassız olduğundan rədd edilməli, cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdeh İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməklə, Naxçıvan şəhəri, Qaraçuq kəndində 1704.67 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.61 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, --kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə cavabdeh-iddiaçı Cavabdeh2 ½ (ikidə bir) pay hüququ müəyyən olunmalıdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar müraciətin təmini üçün əsasın olmadığı nəticəsinə gəlir. Belə ki: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olunmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. 8.2-ci maddəsinə əsasən, iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə iş üzrə cavabdehlərin mübahisə yarandığı günədək və hazırda da mübahisəli əmlakda maneəsiz yaşamaqlarını nəzərə alaraq hesab edir ki, 3 illik iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1, X3 və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair iddia rədd edilsin. Cavabdeh2 İddiaçı qarşı nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməklə, Naxçıvan şəhəri, Qaraçuq kəndində 1704.67 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.61 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, --kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə Cavabdeh2 ½ (ikidə bir) pay hüququ müəyyən olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-53/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-53/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver