Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-550/2022 01.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 mülkiyyətində olan ünvan 1-nin və mərhum anası X3 mülkiyyətində olan 2011-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı, OPEL CORSA SD minik avtomobilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, atası X10 23 avqust 2014-cü il, anası X7 xx.xx.2017-cı il tarixlərdə ölmüşlər. Onlar arasında 12 avqust 1971-ci il tarixli bağlanmış nikahdan 3 nəfər uşaqları-Cavabdeh, X17 və İddiaçı doğulmuşdur. Mərhum atası X6 adına xx.xx.2012-ci tarixdə **********76-05101-093034 reyestr və ********** qeydiyyat nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydə alınmış Naxçıvan şəhəri, İstiqlal küçəsində olan 0.108 ha torpaq sahəsində yerləşən 123 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 50.15 kv.metr ümumi, 32.04 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə miras qalmışdır. Mərhum valideynlərinin vəfatından sonra onların mülkiyyətində olmuş ünvan 1 ünvanında o ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda indi də orada yaşamaqla bütün kommunal xərcləri və illik sığortasını o ödəyir. Qardaşları Cavabdeh və Rauf Ələsgərov valideynlərinin sağlığından ailə qurub, üzün müddətdir ki, Bakı şəhərində yaşayırlar. Rauf Ələsgərov notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə verib. Miras əmlakı faktiki olaraq o orada yaşamaqla qəbul edib, ailəsi ilə birlikdə idarə edir. Bundan başqa anası X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Onun mülkiyyətində olan 2011-ci il buraxılışlı, ** BJ *** dövlət qeydiyyat nişanlı, OPEL CORSA SD minik avtomobili miras qalmışdır. Qeyd edir ki, həmin avtomobil onun tərəfindən anası Z.İsmayılovanın adına alınmış, lakin bütün ödənişləri onun tərəfindən aparılmışdır. Avtomobil alındığı ilk gündən anası Z.İsmayılova 14 yanvar 2014-cü il tarixdən Naxçıvan şəhəri, 2 saylı DNK-da 04 iyun 2022-ci il tarixədək ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İlk gündən istər anasının sağlığında istərsə də ölümündən sonra avtomobili o idarə etmişdir. Hal-hazırda da idarə edir. Hər il texniki baxışdan keçirib, sığortasını ödəyərək idarə edir. Bu vaxta kimi o maddi imkanının aşağı olduğuna görə evi və avtomobili adına rəsmiləşdirə bilməmişdir. Rəsmiləşdirmək istədikdə isə mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 18 aprel 2022-ci il tarixli, 73 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi barədə tövsiyyə olunmuşdur. Məhkəmə 23 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin yazılı razılığı ilə X12 cavabdeh qismində mülki işə cəlb etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 01 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 01 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində Əsgərova Könül ilə uzun illərdir qonşu olduqlarını, onunla və anası ilə yaxın qonşuluq münasibətlərinin olduğunu, iddiaçının atası X6 23 avqust 2014-cü ildə öldüyünü, atasının ölümündən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən evdə Könül və anasının yaşadığını, iddiaçının qardaşlarının Bakı şəhərində yaşadıqlarını, atalarının ölümündən sonra onların atalarından miras qalan evdə heç vaxt yaşamadıqlarını, iddiaçının anası X4 xx.xx.2017-cı il tarixdə öldüyünü, anasının ölümündən sonra atasından miras qalan evdə Könülün yaşadığını, anasının ölümündən sonra Könülün ailə qurduğunu, hazırda da atasından miras qalmış evdə əri və uşağı ilə birlikdə yaşadığını, evin bütün xərclərini Könülün çəkdiyini, Könül və ərindən başqa o evdə heç kəsi görmədiklərini, Könülün anasından miras qalmış avtomobilin də anası öldüyü vaxtdan Könülün istifadəsində olduğunu, həmin avtomobili Könülün idarə etdiyini, bəzən onun ərinin də həmin avtomobili idarə etdiyini, onlardan başqa heç kəsin həmin avtomobili idarə etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində Əsgərova Könülün onun qonşusu olduğunu, özünün Könülün yaşadığı binaya 1977-ci ildə köçdüyünü, həmin binaya köçdüyü vaxtdan Könülü ailəsini orada gördüyünü, Könülün iki qardaşı olduğunu, qardaşlarının ata və anasının sağlığında Bakı şəhərinə köçərək orada yaşadıqlarını, analarının onlara ev aldığını, iddiaçının atası X6 23 avqust 2014-cü ildə öldüyünü, atasının ölümündən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən evdə Könül və anasının yaşadığını, iddiaçının qardaşlarının atalarının ölümündən sonra onların atalarından miras qalan evdə heç vaxt yaşamadıqlarını, iddiaçının anası X4 xx.xx.2017-cı il tarixdə öldüyünü, anasının ölümündən sonra atasından miras qalan evdə Könülün yaşadığını, anasının ölümündən sonra Könülün ailə qurduğunu, hazırda da atasından miras qalmış evdə əri və uşağı ilə birlikdə yaşadığını, evin bütün xərclərini Könülün çəkdiyini, Könül və ərindən başqa o evdə heç kəsi görmədiklərini, Könülün anasından miras qalmış avtomobilin də anası öldüyü vaxtdan Könülün istifadəsində olduğunu, həmin avtomobili Könülün idarə etdiyini, bəzən onun ərinin də həmin avtomobili idarə etdiyini, onlardan başqa heç kəsin həmin avtomobili idarə etmədiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X6 İddiaçı atası, X4 İddiaçı anası olması, X6 X7 ilə rəsmi nikah münasibətlərindən Cavabdeh, X17 və İddiaçı adlı uşaqlarının dünyaya gəlməsi, onların X6 və X4 vərəsələri olması, ünvan 1-nin X6 və 2011-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı, OPEL CORSA SD minik avtomobilinin X4 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş 31 may 1980-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 312652 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 və X4 birgə nikahından xx xxxxx 1980-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər Zaks Şöbəsi tərəfindən verilmiş 12 avqust 1971-ci il tarixli, AZ seriyalı, 183427 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 və X7 arasında 12 avqust 1971-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 146 nömrə ilə qeyd edilməsi, nikahın bağlanmasından sonra arvada “Ələsgərova” soyadı verilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 461361 nömrəli çıxarışdan X10 və X4 birgə nikahından xx.xx.1975-ci ildə X17 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 338057 nömrəli çıxarışdan X10 və X4 birgə nikahından xx.xx.1973-cü ildə Cavabdeh adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 554603 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 23 avqust 2014-cü il tarixdə kəskin ürək qandamar çatmamazlığı səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 322 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 496499 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 xx.xx.2017-ci il tarixdə xərçəng infoksikasiyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan 0.108 ha torpaq sahəsində yerləşən 123 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 50.15 kv.metr ümumi, 32.04 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X6 adına Daşınmaz əmlakın dövlət reyestrində 12/9 nömrəli reyestr kitabının 1645 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş NMR DİN DYP QİTBŞ tərəfindən verilmiş AD seriyalı, 232196 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən **-BJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il olan, OPEL CORSA SD minik markalı avtomobilin X4 mülkiyyətində olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-575 nömrəli arayışdan İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-583 nömrəli arayışdan Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan X6 X7, Cavabdeh, X17 və İddiaçı adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-575 nömrəli arayışdan X4 X10, Cavabdeh, X17 və İddiaçı adlı vərəsələrinin olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş X17 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ərizədə xx.xx.2016-cı ildə vəfat etmiş anası X3 ölümündən sora onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etmədiyi, etmək niyyətində olmadığı, həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan paydan imtina etdiyi, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyi, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbinin olmayacağı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X17 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ərizədə xx.xx.2014-cü ildə vəfat etmiş atası X6 ölümündən sora onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etmədiyi, etmək niyyətində olmadığı, həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan paydan imtina etdiyi, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyi, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbinin olmayacağı qeyd olunmuşdur. Mülki işə məhkəmədə baxılarkən cavabdeh X17 28 iyul 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan Şəhər Məhkəməsinə mirasın qəbul edilməsi faktının təsdiq olunması ilə bağlı iddia qaldırılmasını qəbul etdiyini qeyd edərək iddianın qəbul olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh və X13 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X10 və X8 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Cavabdeh, X17 və İddiaçı X6 və X3 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, cavabdeh X11 məhkəməyə göndərdiyi teleqramı, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X6 və X3 vəfatından sonra onlardan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən şahid ifadələrini və cavabdeh X11 məhkəməyə göndərdiyi teleqramı da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -23 avqust 2014-cü il tarixdə ölən X5 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -xx.xx.2017-ci il tarixdə ölən X1 miras qalmış buraxılış ili 2011-ci il olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, OPEL CORSA SD minik markalı avtomobilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh və X9 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 23 avqust 2014-cü il tarixdə ölən X5 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. xx.xx.2017-ci il tarixdə ölən X1 miras qalmış buraxılış ili 2011-ci il olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı, OPEL CORSA SD minik markalı avtomobilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh və X9 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-550/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-550/2022
01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver