Məhkəmə qərarları › İş №2(078)-554/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-554/2022

20.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-554/2022 20.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, X1 xx.xx.1962-ci il tarixdə Naxçıvan MR, Naxçıvan rayon Çeşməbasar kəndində anadan olmuşdur. 1982-ci il tarixində nikaha daxil olmuş, nikahdan o - Ərizəçi və bacısı X5 anadan olmuşdur. X1 xx.xx.2022-ci il tarixindən Y.Budaqov adına Naxçıvan MR Psixi xəstəliklər Dispanserində “Şizofreniya əlamətləri ilə müşahidə olunan kəskin polimorif pisxotik pozuntu” diaqnozu ilə qeydiyyata alınmışdır. 14 oktyabr 2019-cu il tarixində birinci qrup əlillik vəsiqəsi verilmişdir. Anası Xuramanın bütün hərəkətləri onun iştirakı ilə mümkündür. Hal-hazırda anası Xuramanı o saxlayır və qulluq göstərir. Anası Xuramanın adından hər-hansı sənədləşdirmə işini apara bilmədiyindən bununla əlaqədar Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək anası Xuramanın onun himayəsinə (qəyyumluğuna) verilməsinə köməklik etmələrini bildirmişdir. Ona şifahi olaraq qəyyumluğa verilməsi üçün ilk öncə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədilə məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən X2 fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin komissiya məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi 20 sentyabr 2022-ci il tarixli çıxarışı məhkəməyə təqdim edərək X1nın 30 iyul 2022-ci il tarixdə öldüyünü bildirdi. Məhkəməyə təqdim edilmiş 20 sentyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X3 30 iyul 2022-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən Naxçıvan şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 avqust 2022-ci il tarixdə 286 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə 261.0.1-ci maddənin tələbinə uyğun olaraq iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilməsi istənilən şəxs hazırda həyatda olmadığından hazırki mülki işə məhkəmədə baxıla bilməz ona görə də mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 5381 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 5381 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar