Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-554/2023 19.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi Məhərrəmova Türkanə Namaz qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 aprel 1990-cı il tarixində Şahbuz rayonunda anadan olmuş Məhərrəmova Türkanə Namaz qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, X18 Namaz qızı 05 aprel 1990-cı il tarixdə Şahbuz rayonunda anadan olmuşdur. O, anadangəlmə əqli zəifdir. Bununla bağlı X6 ünvanlandığı məktuba cavab olaraq bildirilmişdir ki, Məhərrəmova Türkanə Namaz qızı xx.xx.2003-cü il tarixdən “Anadangəlmə ağıl zəifliyi, ağır formada debillik, emosional iradi pozğunluqla” diaqnozu ilə Y.Budaqov adına X3 dispanser qeydiyyatında durur. Qızı Məhərrəmova X10 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla müddətsiz İİ dərəcə əlilliyə görə ona prezident təqaüdü ödənilir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Türkanə özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını həmçinin onun öz hüquqlarını müdafiə etmək lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Türkanənin həmin hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 27 aprel 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Məhərrəmova Türkanə Namaz qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 xx.xx.2023-cü il tarixli 119 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məhərrəmova Türkanə Namaz qızını sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Məhərrəmova Türkanə Namaz qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında X18 Namaz qızının xx.xx.1990-cı il tarixdə Şahbuz rayonunda anadan olduğunu, onun anadangəlmə əqli zəif olduğunu, bununla bağlı X6 ünvanladığı məktuba cavab olaraq X5 xx.xx.2003-cü il tarixdən “Anadangəlmə ağıl zəifliyi, ağır forma debillik, emosional iradi pozğunluqla" diaqnozu ilə Y.Budaqova adına Naxçıvan MR X3 dispanser qeydiyyatda durduğunun bildirildiyini, X18 Namaz qızının Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla müddətsiz İİ dərəcə əlliyinə görə prezident təqaüdü ödənildiyini, onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu,Türkanənin özünü idarə etmək qabiliyyətində olmadığını, onun sayəsində özünü idarə etdiyini, bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarının həyata keçirilməsi üçün imzaların lazım olduğunu, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Türkanənin həmin hüquqlarını həyat keçirə bilmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X13 mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs xx.xx.1990-cı il tarixdə Şahbuz rayonunda doğulmuş Məhərrəmova Türkanə Namaz qızının yaşadığı Naxçıvan şəhəri, Əcəmi 2, ev 34 ünvanında yerləşən evdə olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Məhərrəmova Türkanə Namaz qızının ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Məhərrəmova Türkanə Namaz qızının anadangəlmə xəstə olduğunun, öz ehtiyaclarını ödəyə bilməməsinin, onun İİ qrup əlil olmasının müəyyən edildiyini, komissiyanın Məhərrəmova Türkanə Namaz qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Məhərrəmova Türkanə Namaz qızının xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında yaşaması, Ərizəçi Məhərrəmova Türkanə Namaz qızının atası olması, Məhərrəmova Türkanə Namaz qızının ikinci qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş XİV-08 may 1990-cı il tarixli, ЖГ seriyalı, 448959 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Məhərrəmova Türkanə Namaz qızının xx.xx.1990-cı ildə Şahbuz rayonunda anadan olması, atasının Ərizəçi, anasının isə X11 olması; - iş materiallarına əlavə edilmiş Külüs kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli İİ-ЖГ seriyalı, 422643 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi ilə X17 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMMN Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 03/472 nömrəli arayışdan Naxçıvan şəhəri, Əcəmi 2, ev 34 ünvanında qeydiyyatda olan Məhərrəmova Türkanə Namaz qızının Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla ona müddətsiz ikinci qrup əlil kimi sosial müavinət ödənilməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 254 nömrəli məktubundan 05 aprel 1990-cı il təvəllüdlü Məhərrəmova Türkanə Namaz qızının xx.xx.2003-cü il tarixdən “Anadangəlmə ağıl zəifliyi, ağır formada debillik, emosional iradi pozğunluqla” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 675 nömrəli arayışdan Məhərrəmova Türkanə Namaz qızının Naxçıvan şəhəri, Əcəmi 2, ev 34 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş MH seriyalı ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən ünvan 2 ünvanında yerləşən 72.46 kv.metrdən ibarət mənzilin tam mülkiyyət hüququ üzrə X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 12/24 nömrəli reyestr kitabının 4747 nömrəli vərəqində qeydiyyata alınması; Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən mübahisəyə dair 05 iyun 2023-cü il tarixli müayinə aktı tərtib edilmişdir. Həmin aktda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin Naxçıvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına Naxçıvan Şəhər Məhkəməsindən daxil olmuş 02 may 2023-cü il tarixli 2(078)-554/2023 nömrəli məktubuna əsasən iddiaçı Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə mülki işlə əlaqədar ərizəçinın yaşadığı mənzilin həyat şəraitini müayinə etmək məqsədi ilə Naxçıvan şəhəri, Əcəmi məhəlləsi 2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişinin 2-ci mərtəbəsində yerləşən 34 nömrəli mənzildə olduqları, Ərizəçi övladı Məhərrəmova Türkanə Namaz qızına məxsus ümumi sahəsi 61 m2, yaşayış sahəsi 39 m2, qeyri-yaşayış sahəsi 22 m2 olmaqla salon, 2 otaq, mətbəx, hamam, sanitar qovşaqdan ibarət təmirsiz mənzildə yaşaması, Ərizəçi burada arvadı X17 nəvəsi X14, övladları Məhərrəmova Türkanə Namaz qızı və X8 ilə yaşaması qeyd olunmuşdur. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 27 aprel 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 xx.xx.2023-cü il tarixli 119 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məhərrəmova Türkanə Namaz qızında “Anadangəlmə əqli zəiflik. Ağır debillik səviyyəsində, emosional iradi pozğunluqla” diaqnozu aşkar edilmiş, bu xəstəliyin Məhərrəmova Türkanə Namaz qızını öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarından məhrum etmişdir, sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Məhərrəmova Türkanə Namaz qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Məhərrəmova Türkanə Namaz qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Məhərrəmova Türkanə Namaz qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - xx.xx.1990-cı il tarixdə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olan Məhərrəmova Türkanə Namaz qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Şahbuz rayonu, Şahbuz qəsəbəsində anadan olan Məhərrəmova Türkanə Namaz qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-554/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-554/2023
19.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver