Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-560/2023 21.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdeh və Cavabdeh4 nümayəndəsi Cavabdeh5 Qaraş qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qaraş qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qaraş qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra ünvan 1 ünvanında miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, mərhum həyat yoldaşı X20 ilə 08 avqust 1985-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirdiklərini, mərhum həyat yoldaşı X10 03 mart 2009-cu il tarixdə vəfat etdiyini, mərhum həyat yoldaşı X10 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin miras qaldığını, X1 ölümündən sonra həmin evdə qalıb yaşamaqla və mühafizə etməklə mirası qəbul etdiyini, X1 vərəsələrinin: 1. həyat yoldaşı X16; 2. həyat yoldaşı X4- vəfat edib; 3. həyat yoldaşı X12- vəfat edib; 4. oğlu Cavabdeh4; 5. qızı Cavabdeh5 Qaraş qızı; 6. qızı X17; 7. qızı Cavabdeh3; 8. oğlu Cavabdeh1 olduğunu, X1 nikahdankənar oğlu Cavabdeh1 doğulduğunu, X1 18 fevral 1960-cı il tarixdə X12 ilə ailə həyatı qurduğunu, birgə nikahlarından Cavabdeh5 Qaraş qızı və Cavabdeh4 doğulduğunu, X6 28 fevral 1996-cı il tarixdə vəfat etdiyini, X1 04 sentyabr 1974-cü il tarixdə X7 ilə ailə həyatı qurduğunu, birgə nikahlarından Cavabdeh2 doğulduğunu, 26 iyul 1985-ci il tarixdə vəfat etdiyini, X1 08 avqust 1985-ci il tarixdə onunla ailə həyatı qurduğunu, birgə nikahlarından Cavabdeh3 doğulduğunu, X1 ölümündən sonra övladlarından həmin evdə qalıb yaşamadıqlarını, Cavabdeh1 və Cavabdeh2 notariat kontorunda ərizə verərək vərəsəlik üzrə onlara çatan miras paylarını qəbul etmədiklərini və qəbul etməyəcəklərini bildirdiklərini, Cavabdeh3 2006-cı ildə ailə quraraq başqa yerdə yaşadığını, mərhum həyat yoldaşı X10 dörd qadınla evli olduğunu, ərə gələndə mərhum həyat yoldaşı X10 bir qızının Elnurənin azyaşlı olduğundan həmin evdə olduğunu, onu özünün böyütdüyünü, X10 ilk yoldaşının adının Sevgili olduğunu, bir uşaqları Farizin olduğunu, boşandıqlarını, Farizin anası ilə getdiyini, ikinci həyat yoldaşının Firuzə olduğunu, Qafar və Məlahət adlı övladlarının olduğunu, boşandıqlarını, Məlahətin anası ilə getdiyini, Qafarın isə atası ilə qaldığını, Qafarın səkkiz ay onlarla qaldığını, sonra ailə qurub getdiyini, üçüncü həyat yoldaşının Maya olduğunu, vəfat etdiyini, onun qızının Elnurə olduğunu, mərhum həyat yoldaşı X10 ölümündən sonra həmin miras əmlakda özünün qaldığını digər vərəsələrin qalmadığını, Qafarın Rusiyada, Məlahətin, Farizin və Elnurənin Bakıda yaşadıqlarını, 1985-ci ildə ailə qurub həmin evə gələndə evin olduğunu, lakin təmirli olmadığını, yaşadığı müddətdə həmin evin abadlaşdırılmasını etdiklərini, Qafarın 1985-ci ildən həmin evdən çıxdığını, Rusiyaya işləməyə getdiyini, Naxçıvana gələndə öz evində qaldığını, atasının evində qalmadığını, Qafarın atasının yasına gəlmədiyini, mərhum həyat yoldaşı X10 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı qalıb yaşamaqla və mühafizə etməklə, evin bütün kommunal xərclərin ödəməklə, faktiki qəbul etdiyini, vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər bir saylı Notariat Ofisinə müraciət etdiyini, Naxçıvan şəhər bir saylı Notariat Ofisinin 20 dekabr 2022-ci il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirdiyini, mərhum həyat yoldaşı X10 ölümündən sonra ünvan 1 ünvanında yaşadığını, həmin əmlakı qoruyub mühafizə etdiyini, bu gün də həmin evdə yaşadığını göstərərək, X1 ölümündən sonra ünvan 1 ünvanında miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən X5 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh4 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası Cavabdeh4 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh və Cavabdeh4 nümayəndəsi qismində izahat verən Cavabdeh5 Qaraş qızı həmin evin ata-anasına aid olduğunu, onların vaxtında tikilən ev olduğunu, Sərfinazın həmin evdə zəhmətinin olmadığını, onun tikilməsidə iştirak etmədiyini, bir daş belə qoymadığını, valideyinlərinin həmin evi onlar üçün tikdiyini, anasının X10 birinci arvadı olduğunu, sonra Maya ilə, sonra isə Sərfinazla evli olduğunu, atasının başqa arvadının olmadığını, Fariz adlı övladının olmadığını, atası ilə anasının ayrıldığını, həmin evdə vərəsələrin qaldığını, İddiaçı Qaraş Rəhimovla evləndiyini, həmin evdə yaşadığını, Qaraş Rəhimovun ölümündən sonra da orada qaldığını, özünə düşən hissədə miras əmlakı qəbul etdiyini, İddiaçı düşən payını götürməsinə etirazlarının olmadığını, lakin vərəsə olaraq onlarında payının olduğunu, hər uşağa pay düşdüyünü, atasının ölümündən sonra miras əmlakın qəbul olunması üçün notariat orqanına müraciət etmədiklərini, Qafar qardaşının həmin evin qeydiyyatında olduğunu, ona görədə ona pay düşdüyünü, vərəsələrin hamısının ailə qurub getdiklərini, lakin üç bacı bir qardaş olaraq ata evinə gedib-gəldiklərini, Sərfinaz ilə atası evlənəndə Qafarın həmin evdə yaşadığını, atasının ölümündən sonra həmin evdə Sərfinazın qaldığını, Qafarın Rusiyada işləsədə gedib-gəldiyini, həmin evin sakini olduğunu, qardaş bacılarının evlərinin olduğunu, özünün isə evinin olmadığını, üç ildir ki, Bakı şəhərinə getdiyini, Culfa rayonunun Əbrəqunus kəndində qaynının evlərinin olduğunu, orada yaşadığını, atasının xəstə olduğu vaxtda yanına getdiyini, yasında iştirak etdiyini, yasının xərcinin atasının öz pulu ilə çəkildiyini, evin pulunun malının yerini Sərfinaz bildiyindən xərcləri də onun ödədiyini, Sərfinazın həmin evi abadlaşdırmadığını, Qafarın evini Sərfinazın kirayə verdiyini, Qafarın başqa evinin olmadığını, həmin evin Qafarın olduğunu, gələndə qalmağa başqa evinin olmadığını, Sərfinazın payının olduğunu, onların da payının olduğunu, hərkəsin payının verilməsini istədiyini bildirib qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh3 iddianı qəbul edərək, özünün 1986-cı ildə həmin evdə doğulub 2006-cı ilə kimin yaşayıb, 2006-cı il tarixdə ailə qurub həmin evdən köçdüyünü, mərhum atası X10 03 mart 2009-cu il tarixdə vəfat etdiyini, onun vəfatından sonra miras əmlakda anası Sərfinazın tək yaşadığını, digər vərəsələrin həmin evdə yaşamadıqlarını,Qafarı uzun müddətdir görmədiyini, çətinliklə xatırladığını, Rusiyada olduğunu, yas mərasiminə Farizin, Məlahətin və Elnurənin gəldiyini, Rusiyada olduğuna görə Qafarın gəlmədiyini, yasın xərcini Sərfinazın çəkdiyini, İddiaçı həmin evdə yaşamaqla mənzilin xərclərini ödədiyini, bu gündə həmin evdə yaşadığını, atasının sağlığında həmin evdə ailə olaraq atası anası və özünün yaşadığını, həmin əmlaka ehtiyacı olmadığından mirasın qəbulu ilə əlaqədar müraciət etmədiyini, iddia tələbinin əsaslı olduğundan təmin olunmaqla qanuni qərar qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: 139298 nömrəli, 05 dekabr 2022-ci il tarixli çıxarışa əsasən, X20 ilə X11 arasında 18 fevral 1960-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Rəhimova" soyadı verilmişdir. AZ seriyalı, 211316 nömrəli, 05 dekabr 2022-ci il tarixli çıxarışa əsasən, X20 ilə X8 arasında 04 sentyabr 1974-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Rəhimova" soyadı verilmişdir. İİ-JQ seriyalı, 421874 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X20 ilə İddiaçı arasında 08 avqust 1985-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Rəhimova" soyadı verilmişdir. AZ-İ seriyalı, 802701 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X20 24 fevral 2009-cu il tarixdə vəfat etmişdir. JQ seriyalı, 309727 nömrəli, 16 dekabr 2022-ci il tarixli çıxarışa əsasən, X8 08 dekabr 1983-cü il tarixdə vəfat etmişdir. JQ seriyalı, 457531 nömrəli, 16 dekabr 2022-ci il tarixli çıxarışa əsasən, X12 28 fevral 1996-cı il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 1616 nömrəli arayışa əsasən, X10 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı İddiaçı 1947-ci il təvəllüdlü;
2. həyat yoldaşı X12 vəfat edib;
3. oğlu Cavabdeh4 1960-cı il təvəllüdlü;
4. qızı Cavabdeh5 Qaraş qızı 1962-ci il təvəllüdlü;
5. qızı X17 1977-ci il təvəllüdlü;
6. qızı Cavabdeh3 1986-cı il təvəllüdlü;
7. oğlu Cavabdeh1 1957-ci il təvəllüdlü;
8. həyat yoldaşı X8 vəfat edib. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"a əsasən, ünvan 1-də mülkiyyətdə olan 0.0312 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 12.4 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18/2 nömrəli reyestr kitabının 261 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********24-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009). 29 sentyabr 2009-cu il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh2 atasının ölümündən sonra vərəsəlik üzrə ona çatan miras payı qəbul etmədiyini, qəbul etməyəcəyini, buraxılmış müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəyini, miras əmlakın İddiaçı adına keçməsinə etiraz etməyəcəyini bildirmişdir. 02 mart 2010-cu il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh1 atasından ona çatacaq əmlakdan İddiaçı xeyrinə imtina etdiyini, gələcəkdə heç bir iddiasının olmayacağını bildirmişdir. Naxçıvan şəhər bir saylı Notariat Ofisinin 20 dekabr 2022-ci il tarixli məktubuna əsasən, mirasın qəbulu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X9 qalmış miras əmlak vərəsələrdən həyat yoldaşı İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0312 ha olan 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 12.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X9 qalmış miras əmlakı vərəsələrdən həyat yoldaşı İddiaçı orada yaşamaqla qəbul etmiş, Notariat Ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.0312 ha olan 1 mərtəbəli, 2 otaqlı, 20.4 kv.m yaşayış, 12.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.