Məhkəmə qərarları › İş №2(078)-561/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-561/2021

12.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-561/2021 12.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1, iddiaçıların vəkili Vəkil və iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nağıyeva (Babayeva) Bənövşə Ruhullah qızının iştirakları ilə İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 28 dekabr 2015-ci ildə vəfat etmiş İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzilin X14 tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2015-ci ildə vəfat etmiş İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzilin yalnız X14 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddiasını əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzil Naxçıvan şəhəri XDM İK-nin 02 sentyabr 1991-ci il tarixli, 404 nömrəli qərarı əsasında mərhum qaynanası X2 adına özəlləşdirilmişdir. Bənövşə Babayeva 08 dekabr 2002-ci il tarixdə vəfat etmişdir. İddiaçı 11 dekabr 2003-cü il tarixdə X4 Ruhullah Teymur oğlu ilə nikah qeydiyyatından keçərək evlənib Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1, 20 saylı mənzilə gəlin köçmüşdür. İddiaçı Ruhullah ilə evlənəndə həmin mənzildə mərhum qayınatası İddiaçı2 Zeynal oğlu və əri Ruhullah Nağıyev yaşayırdılar. Orada yaşadıqları müddətdə 03 sentyabr 2004-cü il tarixdə oğlu İddiaçı2 və 07 yanvar 2006-cı ildə oğlu İddiaçı3 doğulmuşlar. Qayınanasının vəfatından sonra həmin mənzil 20 avqust 2004-cü il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat kontorunda qeydiyyata alınan 2V-192 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qayınatası İddiaçı2 Zeynal oğlunun adına keçirilmiş və haliyədə də mənzil onun adınadır. Onlar ailəliklə 2011-ci ilə kimi həmin mənzildə yaşayıb, sonra işləmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərinə gedərkən yaşadıqları mənzilə kirayəçi qoymuşlar. 28 dekabr 2015-ci ildə qayınatası İddiaçı2 Zeynal oğlu Bakı şəhərində vəfat etmişdir. Onu gətirib Naxçıvan şəhərində dəfn etmişlər, yasını saxlayıb təxminən 2 həftə sonra Bakı şəhərinə qayıtmışlar. Mənzildə yenə kirayəçi qalmışdır. O, kirayə haqqını Bakıya göndərirdi. Bakıda yaşadıqları 5 il ərzində qayınatasının sağlığında və vəfatından sonra Naxçıvandakı mənzilin xərcləri mərhum əri Ruhullah Nağıyev tərəfindən ödənilirdi. Qaynı Cavabdeh1, baldızları Tahirə və Cavabdeh2lar atalarının sağlığında və vəfatından sonra özlərinə məxsus olan mənzillərdə yaşayırdılar. Ata evləri ilə maraqlanmırdılar, əlaqələrini kəsmişdilər. Mənzilə yalnız Ruhullah Nağıyev sahib çıxmışdı. Mənzildəki əmlakları o qəbul etmişdi. Mənzilə o cavabdehlik daşıyırdı. Miras əmlak faktiki olaraq Ruhullah Nağıyev tərəfindən qəbul olunaraq idarə edilirdi. 29 oktyabr 2016-cı il tarixdə Ruhullah Nağıyev Bakı şəhərində vəfat etdi. Onu Naxçıvan şəhərinə gətirib burada dəfn etmişlər. İddiaçı1 və övladları Bakıdan köçüb Naxçıvana gəlmiş və həmin vaxtdan da mübahisəli mənzildə yaşayırlar. Qayınatası İddiaçı2 Zeynal oğlunun vəfatından sonra miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı mənzil yalnız Ruhullah Nağıyev tərəfindən faktiki olaraq qəbul edildiyindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan Şəhər Birinci Notariat Ofisinə ünvanladıqları ərizəyə cavab verilərək məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. 17 iyun 2021-ci il tarixdə iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə təqdim edərək ərizəsində mərhum qayınatası İddiaçı2 Zeynal oğlunun dörd vərəsəsi olduğunu, qızı Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatda olduğunu qeyd edərək Cavabdeh3 cavabdeh qismində məhkəmə prosesinə dəvət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ərizəsini nəzərə alaraq Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb etmişdir. Məhkəmə həmçinin 02 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X6 vərəsələri X5 və X12 iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, 09 iyul 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi üçün atası İddiaçı2 Zeynal oğluna məxsus olan Naxçıvan şəhəri, üçüncü mikrorayon, bina 1, mənzil 20-də yerləşən dörd otaqlı evin övladları arasında ədalətli bölünməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh3 teleqramını nəzərə alıb onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 12 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. 26 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 dekabr 2015-ci il tarixdə vəfat etmiş İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı 4 otaqlı mənzilin yalnız X14 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirərək haliyədə iddia tələbini dəyişdirərək İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi ev 1-də yerləşən 20 saylı 4 otaqlı mənzilin X14 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbi çərçivəsində baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 qeyd olunan ərizəsini nəzərə alaraq iddia tələbinə İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi ev 1-də yerləşən 20 saylı 4 otaqlı mənzilin X14 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi həddində baxılmasını qərara almışdır. Məhkəmə iclasında izhahat verən iddiaçı və eyni zamanda iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 izahatında mübahisəli mənzilin qaynanası Babayeva Bənövşənin adına olduğunu, qaynanasının 2002-ci ildə vəfat etdiyini, 11 dekabr 2003-cü il tarixdə X14 ilə nikah qeydiyyatından keçərək evlənib Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı mənzilə gəlin köçdüyünü, Ruhullah ilə evləndikdən sonra mübahisəli mənzildə mərhum qayınatası İddiaçı2 Zeynal oğlunun, əri Ruhullah Nağıyevin və özünün yaşadıqlarını, orada yaşadıqları müddətdə 03 sentyabr 2004-cü il tarixdə oğlu İddiaçı2 və 07 yanvar 2006-cı ildə oğlu İddiaçı3 doğulduqlarını, qayınanasının vəfatından sonra həmin mənzilin qayınatası İddiaçı2 Zeynal oğlunun adına keçirildiyini, hazırda da mübahisəli mənzilin qayınatasının adına olduğunu, əri, qayınatası, övladları ilə birlikdə 2011-ci ilə kimi mübahisəli mənzildə yaşadıqlarını, sonra işləmək üçün Bakı şəhərinə getdiklərini, Bakı şəhərinə gedərkən yaşadıqları mənzilə kirayəçi qoyduqlarını, 28 dekabr 2015-ci ildə qayınatası İddiaçı2 Zeynal oğlunun Bakı şəhərində vəfat etdiyini, onu gətirib Naxçıvan şəhərində dəfn etdiklərini, yasını saxlayıb təxminən 2 həftə sonra Bakı şəhərinə qayıtdıqlarını, qayınatasını Naxçıvana dəfn üçün gətirdiklərində mübahisəli mənzildə kirayəçilərin yaşadığını, yası keçirtmək üçün onlara müvəqqəti olaraq evdən çıxamalarını bildirdiklərini, kirayəçilərin də yas keçirilməsi üçün müvəqqəti olaraq evdən çıxdıqlarını, yası keçirdib qurtardıqdan sonra təkrarən kirayəçilərin mənzilə köçdüyünü, özünün də əri və uşaqları ilə birlikdə Bakı şəhərinə getdiklərini, mənzildə də yenə kirayəçilərin qaldıqlarını, həmin kirayəçilərin kirayə haqqını Bakıya yəni onun əri Ruhullaha göndərdiklərini, həmin kirayəçinin hərbi qulluqçu olduğunu, hazırda Naxçıvandan kənarda yaşadığını, Bakıda yaşadıqları 5 il ərzində yəni qayınatasının sağlığında, həmçinin qaynatasının vəfatından sonra Naxçıvandakı mənzilin xərclərinin mərhum əri Ruhullah Nağıyev tərəfindən ödənildiyini, qaynı Cavabdeh1, baldızları Tahirə və Fəridənin atalarının sağlığında və vəfatından sonra özlərinə məxsus olan mənzillərdə yaşadıqlarını, onların ata evləri ilə maraqlanmadıqlarını, mənzilə yalnız əri Ruhullah Nağıyevin sahib çıxdığını, kommunal xərcləri ərinin ödədiyini, mənzildəki əmlakları ərinin miras əmlak qismində qəbul etdiyini, mənzilə ərinin cavabdehlik daşıdığını, qayınatasının vəfatından sonra evin açarının ərində olduğunu, qayınatasından miras qalmış evin faktiki olaraq əri Ruhullah Nağıyev tərəfindən qəbul olunaraq idarə edildiyini, 29 oktyabr 2016-cı il tarixdə əri Ruhullah Nağıyevin Bakı şəhərində vəfat etdiyini, onu Naxçıvan şəhərinə gətirib burada dəfn etdiklərini, özünün də övladları ilə birlikdə həmin vaxtdan köçüb gəlib Naxçıvanda həmin mübahisəli mənzildə yaşadıqlarını, hazırda da həmin mənzildə özü və övladlarının yaşadığını, lakin baldızı Fəridənin onun və övladlarının həmin evdə qeydiyyata düşmələrinə razı olmadığını, buna görə aralarında problem yarandığını, özünün Ordubad rayonunda qeydiyyatda olduğunu, sənəd lazım olduğu vaxt Ordubada gedib gəlməli olduğunu, bunun üçün də həm maddi cəhətdən imkanı olmadığını, həm də xeyli yol gedib gəlməli olduğunu, lakin mübahisəli mənzildə qeydiyyatda olacağı halda işinin asanlaşacağını, sənədləşmə işləri üçün Ordubada getməli olmayacağını, uşaqlarının hər ikisinin də əqli cəhətdən xəstə olduqlarını, onun və övladlarının mübahisəli mənzildən başqa yaşayacaq yerləri olmadığını, ərinin sağlığında qəbul etdiyi miras əmlakın onun adına sənədləşməsini istədiyini, ərinin onunla olan nikahından əvvəl iki nikaha daxil olduğunu, Ruhullahın həmin nikahlardan Bənövşə və Rəşad adlı övladlarının olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçıların vəkili Vəkil izahatında Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzilin Naxçıvan şəhəri XDM İK-nin 02 sentyabr 1991-ci il tarixli, 404 nömrəli qərarı əsasında İddiaçı1 mərhum qaynanası X2 adına özəlləşdirildiyini, Bənövşə Babayevanın 2002-ci ildə vəfat etdiyini, iddiaçının qayınanasının vəfatından sonra həmin mənzilin 20 avqust 2004-cü il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat kontorunda qeydiyyata alınan 2V-192 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının qayınatası İddiaçı2 Zeynal oğlunun adına keçirildiyini, haliyədə də mübahisəli mənzilin İddiaçı2 adına olduğunu, İddiaçı1 ailəsi ilə birlikdə 2011-ci ilə kimi mübahisəli mənzildə yaşadığını, sonra onların işləmək üçün Bakı şəhərinə getdiklərini, Bakı şəhərinə gedərkən onların yaşadıqları mənzilə kirayəçi qoyduqlarını, 28 dekabr 2015-ci ildə iddiaçının qayınatası İddiaçı2 Zeynal oğlunun Bakı şəhərində vəfat etdiyini, onu gətirib Naxçıvan şəhərində dəfn etdiklərini, yasını saxlayıb təxminən 2 həftə sonra iddiaçının ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtdıqlarını, mübahisəli mənzildə yenə də kirayəçi qaldığını, kirayəçinin kirayə haqqını Bakıya yəni mərhum Ruhullaha göndərdiyini, atasının vəfatından sonra Naxçıvandakı mənzilin xərclərinin mərhum Ruhullah Nağıyev tərəfindən ödənildiyini, bunu təsdiq edən arayışı məhkəməyə təqdim etdiklərini, mərhum İddiaçı2 digər övladlarının öz evlərində yaşadıqlarını, mənzilə mərhum Ruhullahın cavabdehlik daşıdığını, evin açarlarının onda olduğunu, miras əmlakın faktiki olaraq Ruhullah Nağıyev tərəfindən qəbul olunaraq idarə edildiyini, 29 oktyabr 2016-cı il tarixdə Ruhullah Nağıyevin Bakı şəhərində vəfat etdiyini, onun ölümündən sonra bu günə qədər mübahisəli mənzildə İddiaçı1 övladları ilə birlikdə yaşadığını, iddiaçının qayınatası İddiaçı2 Zeynal oğlunun vəfatından sonra miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı mənzilin yalnız Ruhullah Nağıyev tərəfindən faktiki olaraq qəbul edildiyindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Naxçıvan Şəhər Birinci Notariat Ofisinə ünvanladıqları ərizəyə cavab verilərək məhkəməyə müraciət etmələrinin tövsiyyə olunduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 izahatında mübahisəli mənzilin əvvəllər onun mərhum anası Bənövşənin adına olduğunu, anasının evi ona vəsiyyət etdiyini, amma anası vəfat etdikdən sonra həmin mənzilin öz adına sənədləşdirmədiyini, həmin mənzilin miras qaydasında atası İddiaçı2 adına keçirildiyini, iddiaçı Səbinənin onun qardaşı Ruhullahın üçüncü arvadı olduğunu, Ruhullahın birinci arvadının vəfat etdiyini, Ruhullahın birinci evliliyindən Rəşad adlı övladının olduğunu, Rəşadın hazırda Rusiya Federasiyasında yaşadığını, Ruhullahın ikinci həyat yoldaşından isə ayrıldığını, onun ikinci evliliyindən Bənövşə adlı qızının olduğunu, Atasının sağlığında qardaşı Ruhullahın Səbinəni və ailəsini götürüb Bakı şəhərinə getdiklərini, atası Teymurun Bakıya getmək istəməməsinə baxmayaraq Səbinəgilin atasını zorla Bakıya apardıqlarını, atasının, qardaşı Ruhullahın və onun ailəsinin Bakı şəhərində kirayə evdə yaşadıqlarını, onların maddi cəhətdən imkanları yaxşı olmadığından bacısı Tahirənin onlara maddi cəhətdən köməklik göstərdiyini, qardaşı Ruhullah ilə atası Teymurun yola getmədiklərini, atasına bacısı və özünün köməklik göstərdiyini, 2015-ci ildə atası İddiaçı2 vəfat etdiyini, onu Bakı şəhərindən gətirərək Naxçıvan şəhərində dəfn etdiklərini, yas mərasimini məsciddə keçirdiklərini, mübahisəli mənzildə yas keçirilmədiyini, atasının yas mərasimindən 3-4 gün sonra Ruhullahın ailəsi ilə birlikdə yenidən Bakı şəhərinə qayıtdıqlarını, orada yenə də kirayə evdə yaşadıqlarını, atası rəhmətə getdikdən sonra mübahisəli mənzildə heç kəsin yaşamadığını, həmin evin atasının ölümündən sonra ümumiyyətlə kirayəyə verilmədiyini, kirayəçinin qaldığı halda onun xəbərinin ola biləcəyini, atası öldükdən sonra həmin evə gedib gəlməsə də Səbinəgillə danışdıqlarını, əlaqələrinin olduğunu, buna görə də əgər kirayə vermiş olsalardı bundan xəbərinin ola biləcəyini, iddiaçı Səbinənin yalan olaraq həmin evi kirayəyə verdiklərini, pulunu əri Ruhullahın aldığını bildirdiyini, evin açarının atasının ölümündən əvvəl özündə də olduğunu, atasının ölümündən sonra da həmin açarın yenə də özündə qaldığını, lakin atasının ölümündən sonra həmin evə getmədiyini, evin xərclərini ödəmədiyini, həmçinin evin bir açarının da atasının ölümündən sonra qardaşı Ruhullahda da olduğunu, 2016-cı ildə qardaşı Ruhullahın vəfat etdiyini, qardaşının ölümündən sonra mübahisəli mənzildə iddiaçı Səbinə və onun iki övladının yaşadıqlarını, özünün də həyat yoldaşından ayrıldığını, özünün də adına ev olmadığını, mübahisəli mənzilin onun valideynlərinin mirası olduğunu, ona görə də həmin evin yalnız Ruhullahın arvadı Səbinəyə verilə bilməyəcəyini, onun orada haqqının olmadığını, həmin evin bacı-qardaşlar arasında ədalətli şəkildə bölünməli olduğunu, evin bütünlüklə Səbinəyə qalmasının ədalətli olmadığını, Səbinəyə yalnız onun həyat yoldaşı Ruhullahın payının çata biləcəyini, Ruhullahın övladları Rəşad və Bənövşənin də o evdə payları olduğunu, evin satılaraq hər kəsin öz payını götürməsini istədiyini, Səbinəni qardaşı Tahirin öyrədərək evi adına keçirməsini bildirdiyini, onların məqsədlərinin evi satıb ikisinin arasında bölmək olduğunu, özünün buna heç vaxt razı olmayacağını, bacısı Tahirənin və özünün həyatları boyu qardaşı Ruhullaha və onun həyat yoldaşı Səbinəyə köməklik etdiklərini, Səbinə və uşaqlarının Bakıda yaşadıqları dövrdə bir müddət bacısı Tahirənin evində yaşadıqlarını, atasının pensiyası ilə dolandıqlarını, Səbinənin mübahisəli mənzildə qeydiyyata düşmək istəməsi ilə bağlı ona nə isə demədiyini, əgər ona bu barədə nə isə demiş olsa idi Səbinənin evin qeydiyyatına düşməsinə narazılıq etməyəcəyini, hətta ona qeydiyyata düşməsi üçün köməklik göstərəcəyini, lakin Səbinənin əsl niyyətinin qeydiyyata düşmək olmadığını, ata anasından miras qalmış evi ələ keçirmək istədiyini, Səbinənin onların haqqının da özünə çatmasını istədiyini, bundan əvvəl onların işinə məhkəmədə baxılarkən çıxarılmış qətnamədə yazılmış izahatına baxmadığını, orada nə yazıldığını bilmədiyini, məhkəməyə inandığını, ona görə də izahatına baxmadığını, ona görə də orada onun izahatında evin Ruhullah tərəfindən kirayəyə verildiyini, pulunu da Ruhullahın aldığının qeyd olunmasını görmədiyini, həmin qətnaməni oxumadığı üçün də apelyasiya şikayətində həmin izahatı mübahisələndirmədiyini, həmin qətnamədən verdiyi apelyasiya şikayətinin vəkil tərəfindən yazıldığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 izahatında mübahisəli mənzilin əvvəllər onun anası Bənövşənin adına olduğunu, anası vəfat etdikdən sonra evin miras qaydasında atası İddiaçı2 adına keçirildiyini, atasının Bakı şəhərində qardaşı Ruhullah və onun ailəsi ilə birlikdə kirayədə yaşadıqlarını, onlar Bakıda yaşadıqları vaxt mübahisəli mənzili kirayəyə verdiklərini, atasının 2015-ci ildə vəfat etdiyini, onu Bakı şəhərindən Naxçıvan şəhərinə dəfn etmək üçün gətirdiklərini, yas mərasimi keçirdiklərini, yas mərasimi keçirilərkən mübahisəli evdə Ruhullah və onun ailəsinin yaşadığını, yas mərasimindən sonra onların təkrar Bakı şəhərinə qayıtdıqlarını, atasının ölümündən sonra mübahisəli mənzilin yenə də kirayəyə verildiyini, həmin evi qardaşı Ruhullahın kirayəyə verdiyini, kirayə haqqını da kirayəçilərin Bakıya Ruhullaha göndəriklərini, atasının ölümündən sonra evin açarının qardaşı Ruhullahda olduğunu, özünün və bacılarının həmin evə getmədiklərini, idarə etmədiklərini, atasının ölümündən sonra evin bütün xərclərinin qardaşı Ruhullah tərəfindən ödənildiyini, qardaşı Ruhullahın iki övladının əqli xəstə olduqlarını, iddiaçının və iki uşağının həmin evdən başqa yaşamağa yerlərinin olmadığını, qardaşı Ruhullahın miras əmlakı qəbul etdiyini, həmin evin Ruhullah tərəfindən miras kimi qəbul edildiyindən iddiaçı Səbinəyə və onun övladlarına çatmalı olduğunu, bacılarının özlərinin şəxsi evləri olduğunu, mübahisəli mənzilə ehtiyaclarının olmadığını, həmçinin onlar tərəfindən miras əmlakın qəbul edilmədiyini, özünün də miras əmlakı qəbul etmədiyini, notariusa bu barədə ərizə vermədiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nağıyeva (Babayeva) Bənövşə Ruhullah qızı izahatında babası İddiaçı2 nə vaxt vəfat etdiyini xatırlamadığını, onun yasında da iştirak etmədiyini, mərhum atası ilə əlaqəsinin olmadığını, babası vəfat etdikdən sonra evin açarının kimdə olduğunu bilmədiyini, evdə kirayəçi qalıb-qalmaması haqqında da məlumatı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində tərəflərin qonşusu olduğunu, mübahisəli mənzildə əvvəllər mərhum Teymurun, Bənövşənin və onların övladlarının yaşadıqlarını, iddiaçı Səbinənin mərhum Ruhullahın üçüncü arvadı olduğunu, Səbinə və Ruhullah evləndikdən bir neçə il sonra Ruhullahın atasıTeymurla birlikdə onların Bakı şəhərinə köçdüklərini, Teymurun Bakı şəhərində vəfat etdiyini, dəfn edilməsi üçün onu övladlarının Naxçıvan şəhərinə gətirdiyini, İddiaçı2 yas mərasimindən sonra Ruhullahgilin Bakı şəhərinə qayıtdıqlarını, İddiaçı2 ölümündən sonra mübahisəli evin kirayəyə verilibverilmədiyini bilmədiyini, Teymurun ölümündən sonra övladları Fəridə, Tahirə və Tahirin həmin evdə yaşamadıqlarını, onların oraya gəlib-getməsini görmədiyini, bir müddət sonra Ruhullahın vəfat etdiyini, Ruhullah vəfat etdikdən sonra onun həyat yoldaşı və uşaqlarının Naxçıvana qayıdaraq həmin mənzildə yaşamağa başladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində Səbinənin mübahisəli mənzilə gəlin gəldiyini, onun bir müddət sonra əri Ruhullah və qaynatası Teymurla birlikdə Bakı şəhərinə köçdüyünü, onlar Bakıya köçdükdən sonra mübahisəli mənzildə kirayəçilərin yaşadığını, kirayə yaşayanların hərbiçilər olduğunu, Səbinənin qayınatası Teymur vəfat etdikdən sonra onların Bakıdan gələrək yas mərasimi keçirdiklərini, sonra təkrarən Bakıya getdiklərini, İddiaçı2 vəfatından sonra övladları Fəridə, Tahir və Tahirənin həmin evdə yaşamadıqlarını, onların həmin evə gəlib-getdiklərini görmədiyini, Teymurun ölümündən sonra mübahisəli mənzildə kirayəçilər yaşayıb-yaşamadığını dəqiq bilmədiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum İddiaçı2 Zeynal oğlunun X6 atası olması, miras qoyanın X9 ilə rəsmi nikah münasibətlərindən Cavabdeh3, X17, Cavabdeh2 və X14 adlı uşaqlarının dünyaya gəlməsi, onların İddiaçı2 Zeynal oğlunun vərəsələri olması, Naxçıvan şəhəri Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı 4 otaqlı mənzilin İddiaçı2 Zeynal oğlunun mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 05 sentyabr 2019-cu il tarixdə verilmiş 442 nömrəli məktubdan Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1, mənzil 20-nin 12.11.1991-ci il tarixdə Naxçıvan şəhər XDM İK-nın 02.09.1991-ci il tarixli 404 nömrəli qərarı əsasında X2 adına özəlləşdirildiyi, 20.08.2004-cü il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2v- 192 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzilin İddiaçı2 Zeynal oğlunun adına keçirildiyi, Daşınmaz əmlakın dövlət reyesrtində olan məlumata əsasən mənzilin haliyədə İddiaçı2 adına olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 700229 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən İddiaçı2 Zeynal oğlunun 28 dekabr 2015-ci il tarixdə kəskin ürək çatmamazlığı səbəbi ilə Bakı şəhəri, Nərimanov rayonunda vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 701197 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 29 oktyabr 2016-cı il tarixdə beyin ödemi. koma İİİ səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 363 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli, AZ seriyalı, 011348 nömrəli çıxarışdan X2 08 dekabr 2002-ci ildə insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə 11.12.2002-ci il tarixdə ölüm kitabının 387-ci səhifəsində qeydiyyatının aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli çıxarışdan İddiaçı2 Zeynal oğlu və X9 arasında 06 dekabr 1955-ci il tarixdə nikahın bağlanması və bu barədə nikah kitabının 216-cı səhifəsində qeydiyyatın aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 65 nömrəli arayışdan İddiaçı2 Zeynal oğlu və X3 09.07.1955-ci ildə Naxçıvan şəhərində Cavabdeh3 adlı övladlarının doğulması və bu barədə 30.07.1962-ci il tarixdə doğum kitabının 665-ci səhifəsində qeydiyyatın aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 67 nömrəli arayışdan İddiaçı2 Zeynal oğlu və X3 22.02.1957-ci ildə Naxçıvan şəhərində X17 adlı övladlarının doğulması və bu barədə 09.03.1957-ci il tarixdə doğum kitabının 257-ci səhifəsində qeydiyyatın aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 02 sentyabr 2019-cu il tarixli, 91 nömrəli arayışdan İddiaçı2 Zeynal oğlu və X3 16.03.1965-ci ildə Naxçıvan şəhərində Cavabdeh2 adlı övladlarının doğulması və bu barədə 12.04.1965-ci il tarixdə doğum kitabının 291-ci səhifəsində qeydiyyatın aparılması; - -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 01/0340 nömrəli arayışdan mərhum İddiaçı2 Zeynal oğlunun Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1, mənzil 20-də yaşadığı, onun vərəsələri oğlu 1957-ci il təvəllüdlü Cavabdeh1, oğlu 1960-cı il təvəllüdlü X14, qızı 1968-ci il təvəllüdlü Cavabdeh3, 1969-cu il təvəllüdlü Cavabdeh2 olması; - -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 01/0341 nömrəli arayışdan mərhum X6 Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1, mənzil 20-də yaşadığı, onun vərəsələrinin arvadı 1972-ci il təvəllüdlü İddiaçı1, oğlu 1989-cu il təvəllüdlü X15, qızı 1997-ci il təvəllüdlü X10, oğlu 2006-cı il təvəllüdlü İddiaçı3 və oğlu 2004-cü il təvəllüdlü İddiaçı2 olması; - -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Ordubad rayon İcra Hakimiyyəti Yuxarı Əndəmic kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 12 aprel 2021-ci il tarixdə verilmiş 59 nömrəli arayışdan İddiaçı1 Yuxarı Əndəmic kəndində qeydiyyatda olması, onun ailə üzvlərinin oğlu 03.09.2004-cü il təvəllüdlü İddiaçı2 və oğlu 07.01.2006-cı il təvəllüdlü İddiaçı3 olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli 01/0377 nömrəli arayışdan İddiaçı1 Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1, mənzil 20-də yaşaması və onun öhdəsində 2004-cü il təvəllüdlü İddiaçı2 və 2006-cı il təvəllüdlü İddiaçı3 adlı ailə üzvlərinin olması -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 01nömrəli arayışdan Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli, 1096 nömrəli arayışdan Cavabdeh2 1994-cü ildən ünvan 3 ünvanında yaşaması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 01/1320 nömrəli arayışdan Cavabdeh1 ünvan 5 ünvanında yaşaması; -iddia ərizəsinə əlavə olunmuş və ünvan 6, Nüsnüs kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 11 dekabr 2003-cü il tarixli, İİ-AZ seriyalı, 036135 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 və X21 arasında 11 dekabr 2003-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilməsi, nikahın bağlanmasından sonra arvada “Nağıyeva” soyadı verilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVADQ tərəfindən 15 sentyabr 2004-cü il tarixli, AZ-İ seriyalı, 474725 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 və İddiaçı1 birgə nikahından 03 sentyabr 2004-cü il tarixdə İddiaçı2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Ordubad rayon Yuxarı Əndəmic kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2006-cü il tarixli, AZ-İ seriyalı, 628823 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X14 və İddiaçı1 birgə nikahından 07 yanvar 2006-cı il tarixdə İddiaçı3 adlı övladlarının doğulması aydın olur. İddiaçıların vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 6 saylı mənzil istismar idarəsinin 06 oktyabr 2021-ci il tarixli, 90 nömrəli arayışında Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzilin mərhum İddiaçı2 Zeynal oğlunun mülkiyyətində olduğu, 2015-ci ildə onun vəfatından sonra mənzilə aid kommunal xərclərin İddiaçı2 Zeynal oğlunun oğlu X14 tərəfindən mərhumun adına ödənildiyi qeyd olunmuşdur. İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 mərhum İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri Babək məhəlləsi, ev 1-də yerləşən 20 saylı, 4 otaqlı mənzilin sonuncunun ölümündən sonra X14 tərəfindən qəbul etməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan İddiaçı2 Zeynal oğlu tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X14, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı2 Zeynal oğlunun qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, X14 mərhum İddiaçı2 Zeynal oğlunun vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Belə ki, iş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 6 saylı mənzil istismar idarəsinin 06 oktyabr 2021-ci il tarixli, 90 nömrəli arayışından məlum olur ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 1-də yerləşən 20 nömrəli mənzil mərhum İddiaçı2 Zeynal oğlunun mülkiyyətindədir və 2015-ci ildə onun vəfatından sonra mənzilə aid kommunal xərclər İddiaçı2 Zeynal oğlunun oğlu X14 tərəfindən mərhumun adına ödənilmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən Cavabdeh1 izahatında mərhum qardaşı X6 mirası qəbul etməsini qeyd etməsini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -28 dekabr 2015-ci il tarixdə ölən İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1-də yerləşən 20 saylı mənzilin X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 28 dekabr 2015-ci il tarixdə ölən İddiaçı2 Zeynal oğlundan miras qalmış Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 1-də yerləşən 20 saylı mənzilin X14 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 10 (on) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar