Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-562/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə və maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək ərizədə göstərilən yanlışlıqların düzəldilməsi və həmin müddətə aid iş stajının bacısı Ərizəçi məxsus olması və sığorta stajına aid sənədlərin ona aid olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni onunla əsaslandırmışdır ki, bacısı Ərizəçi xx.xx.1957-ci ildə Ermənistanın Sisiyan rayonunda anadan olub. 1974-cü ildən 1994-cü illərə qədər müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir. Habelə xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində qadın hərbi qulluqçu kimi xidmət etmişdir. Qanunvericiliyə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. Bu işçinin əmək və sosial sığorta stajının hesablanması, pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Bacısı Ərizəçi xidmət etdiyi illər də (1974-1994) məhz əmək kitabçalarında əks olunmuşdur. Lakin X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi əsas gətirərək fərdi hesabında tələb olunan pensiya kapitalının və 12 illik sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 02 fevral 2024-cü ildə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, bacısı Ərizəçi təqdim olunan sığorta stajına aid sənədlərə əsasən 60 yaşının tamam olduğu 29 may 2017-ci il tarixə yaşa görə əmək pensiyası hüququ araşdırılarkən məlum olmuşdur ki, Ərizəçi aid İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qaralama-pozma halları, 29 may 1974-cü il tarixli əmək kitabçasında “Mamedova” soyadının üzərindən xətt çəkilərək qarşısından “Məmişova” yazılması, Naxçıvan MR Dövlət Arxivindən verilmiş 2023-cü il 7 avqust tarixli, 13/306 nömrəli arayışda “X21 Zavodu”nun əmr kitablarında soyadının “Məmmədova” göstərildiyi, “X22”nun əmr kitabında işə qəbul edilməsi haqqında olan əmrdə və əmək kitablarında adı Zərnişan deyil, “Zərintac” yazıldığı, işdən azad olunması haqqında əmrdə isə “Zərnişan” yazıldığı qeyd olunmuşdur. Ərizəçi pensiya təyin olunmasına yuxarıda göstərilən sənədlərindəki uyğunsuzluq səbəbindən imtina olunmuşdur. Həmin sənədlərdəki uyğunsuzluqlar başqa qaydada aradan qaldırılması mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi Nümayəndə bacısı Ərizəçinm sənədlərinin həqiqətən ona məxsus olması faktının müəyyən edilməsi və yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı ərizəsi Ərizəçi ilə telefon əlaqəsi saxlanılmış və o, ərizəni müdafiə edərək bildirmişdir ki, 25 ildir Almaniyada yaşayır. Yoldaşı vəfat edib. Hazırda qızı ilə yaşayır. Bütün sənədlər məhkəməyə təqdim edilib. Sənədlərin bəzilərində onun adı və soyadında yanlışlıq var ki, bu onun səhvi deyil. Qeyd olunan səhvliklərə görə onun əmək pensiyasının hesablanmasında anlaşılmazlıqlar yaranır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, ərizədə hər şey qeyd edilib. Bacısı Zərnişan pensiya ilə bağlı aidiyyatı orqana müraciət etdiyi zaman məlum olub ki, bacısının ad və soyadında uyğunsuzluqlar var. Əslində düzgün soyadı Məmişova adı Zərnişandır. Bir neçə sənədlərdə adı “Zərnitac” soyadı “Mamedova” kimi yazılıb. Ərizəçi hazırda həyat yoldaşının soyadını daşımır. Çünki yaşadığı şəxslə qanuni deyil faktiki nikahdadılar. Nikah qeydiyyatından keçməyiblər. Hətta onlara verilən ərizəçinin 1-ci əmək kitabçasında arxiv müdiri adla bağlı səhvlik olduğunu özü qeyd edərək möhürlə təsdiqləmişdi. Ancaq aidiyyatı orqana təqdim edildiyi zaman bu faktı qəbul etməkdən imtina etdilər. Ona görə də bu uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olub. Göstərilənlərin nəzərə alınaraq onun ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında maraqlı şəxs qismində izahat verən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 izahatında bildirmişdir ki, ərizəçi şəxs tərəfindən müraciət olunduğunda araşdırma aparılmış və məlum olmuşdur ki, ərizəçinin arxiv arayışında və əmək kitabçasında bilinir ki, ərizəçi “Mineral sular” zavodunda işləyən zaman adı “Zərnitac” kimi göstərilib. Bir neçə yerdə Mamedova yazılıb. Ona görə də uyğunsuzluq səbəbindən pensiya ilə bağlı sənədləşmə edə bilməmişlər. İlk öncə bu uyğunsuzluq aradan qaldırıldıqdan sonra pensiya təyinatı ilə məsələyə baxılacaq. Uyğunsuzluq səbəbindən pensiya ilə bağlı sənədləşmə edə bilmirlər. Bu barədə də qərarı məhkəmənin mülahizsəinə buraxır. Bir də xatırlatmalıdır ki, ərizəçinin özü hazırda deyilənə görə Almaniyada yaşayır. Gələcəkdə pensiya təyin edilən zaman Ərizəçi həqiqətən də həyatda olmağı fond üçün mütləqdir. Çünki əksər vətəndaşlar nümayəndəsi olduğu şəxsin adından pensiya ilə bağlı müraciət etdiklərində sonradan fonda məlum olub ki, pensiya təyin edilən şəxs vəfat edib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izhaatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Qeyd edilməlidir ki, xüsusi icraat işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Belə ki, hakim hazırlıq mərhələsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mümkünlüyünü aydınlaşdırmalı, həmin ərizənin nə məqsəd üçün verilməsini yoxlamalı, hüquqmüəyyənedici sənədlərin alına bilməməsini və ya onların bərpasının mümkün olmamasını, eyni zamanda hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sübutların təqdim edilməsini ərizəçiyə təklif etməlidir. Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunubolunmaması nəticəsinə gəlməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarından olan: Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən 07 avqust 2023-cü il tarixdə verilmiş 13/1306 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, Ərizəçi X21 Zavoduna xx.xx.1978-ci il tarixli 92/k №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1978ci il tarixli 114/k №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. X19 məxsus əmr kitabında xx.xx.1984-cü il tarixli 203 №-li əmrlə Mühasibatlıq şöbəsinə “siyahıya alan (uçotnik)” qəbul edilməsi, xx.xx.1985-ci il tarixli 59 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan Sürücülük Məktəbinə aid əmr kitabında /DOSAAF/-nə xx.xx.1985-ci il tarixli 70 №-li əmrlə “katibə-makinaçı” qəbul edilməsi, xx.xx.1985-ci il tarixli 275 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan şəhər Trolleybus parkına aid əmr kitabında xx.xx.1987-ci il tarixli 29 №-li əmrlə İİ dərəcəli “növbətçi mantyor” qəbul edilməsi, xx.xx.1988-ci il tarixli 63 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan Rabitə Nazirliyi-QUS-a aid əmr kitabında xx.xx.1988-ci il tarixli 8 №-li əmrlə “poçtaliyon” qəbul edilməsi, xx.xx.1988-ci il tarixli 83 №-li əmrlə işdən azad olunması, xx.xx.1989-cu il tarixli ok-1 №-li,əmrlə QUS-dan PTUS-a “poçtaliyon” keçirilməsi, xx.xx.1990-cı il tarixli 77 kş №-İi əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. xx.xx.1992-ci il tarixli 9 k №-li ərnıiə Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı “Qonaq evi" mehmanxanasına aid əmr kitabında "makinaçı” qəbul edilməsi. xx.xx.1992-ci tarixli 40 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Babək Rayon YİD və Babək Kommunal Müəssisələr kombinatının sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı “Qonaq evi” mehmanxanasının əməkhaqqı cədvəlləri 1994-cü ildən başlayır. Əvvəlki illərə dair əməkhaqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. X21 Zavodunun əmr kitablarında ərizəçinin soyadı Məmmədova göstərilmişdir.
2. X16 əmr kitablarında işə qəbul edilməsi haqqında olan əmrdə və əməkhaqqı kitablarında ərizəçinin adı Zərnişan deyil Zərintac yazılmış, işdən azad olunması haqqında olan əmrdə isə Zərnişan yazılmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində isə adı Zərnişan göstərilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 180 nömrəli qərarında qeyd olunmuşdur ki, Ərizəçi əmək kitabçanda qeyd olunan 15 il 4 ay 14 gün sığorta stajı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilən 07 avqust 13/1306 nömrəli arxiv arayışında öz əksini tapmamışdır. Nəticədə, Ərizəçi 60 yaşı tamam olduğu 29 may 2017-ci il tanxdə qüvvədə olmuş ’’Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-cı maddəsinə əsasən həmin dövrə tələb olunan 12 il sığorta stajı olmadığından, yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Həmçinin, 01 yanvar 2019-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsini tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün də, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Ərizəçi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət almaq hüququ var. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 15 fevral 2024-cü il tarixdə verilmiş 3-17-9-1/2-M-1311/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, xx xxx 1957-ci il təvəllüdlü Ərizəçi təqdim olunan sığorta stajlarına aid sənədlərə əsasən 60 yaşının tamam olduğu 29 may 2017-ci il tarixə yaşa görə əmək pensiyası hüququ araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ərizəçi aid İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qaralama-pozma halları, 29 may 1974-cü il tarixli əmək kitabçasında “Mamedova” soyadının üzərindən xətt çəkilərək qarşısından “Məmişova” yazılması, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilmiş 2023-cü il 7 avqust tarixli, 13/306 nömrəli arayışda “X21 Zavodunun əmr kitablarında soyadının Məmmədova göstərildiyi”, “X16 əmr kitablarında işə qəbul edilməsi haqqında olan əmrdə və əməkhaqqı kitablarında adı Zərnişan deyil Zərintac yazıldığı, işdən azad olunması haqqında olan əmrdə isə Zərnişan yazıldığı” qeyd olmuşdur. Göstərilənlərə əsasən, Ərizəçi təqdim olunmuş sənədlərdə Ərizəçi adı ilə öz əksini tapan sığorta stajı 5 il 10 ay 22 gün təşkil edir ki, bu da Ərizəçi pensiya hüququnun yarandığı 29 may 2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 12 il sığorta stajından azdır. Qeyd edək ki, Ərizəçi “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 23 avqust 2023-cü il tarixli, 180 nömrəli Qərar təqdim olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə verilmiş 420 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.1957-ci il təvəllüdlü, Ərizəçi həqiqətən də xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qadın hərbi qulluqçu qismində xidmət keçib. Əsas:138 №-li şəxsi iş. Babək rayon Dövlət Arxivi tərəfindən 14 sentyabr 2023-cü il tarixdə verilmiş 133 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Məmişova (Məmmədova, Mamedova) Zəmişan Məmməd qızı 1978-1984-cü illərdə Babək rayon X12 Texniki Təminat birliyində işləmiş və aylar üzrə əmək haqqı almışdır. Əsas: fond - 17, siyahı - 2, sax/vah- 18,20,21,22,23,25,26,27,28,30,31,32,34,35,36,38,8,4 9,57,62,63,64,65,66,67,68,69,70 Qeyd: Babək rayon X12 Texniki Təminat birliyinin 1978-ci ili] avqust ayının əməkhaqqı cədvəlində Məmmədova Zərnişan,sentyabr, oktyabr, noyabr və 1979-cu ilin yanvar ayında isə Mamedova Zərnişan ata adı isə yazılmamışdır. Babək rayon Dövlət Arxivi tərəfindən 14 sentyabr 2023-cü il tarixdə verilmiş 133 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Məmişova (Məmmədova, Mamedova) Zəmişan Məmməd qızı 1985-1986-cı illərdə Babək Rayon Yol Təmir İstismar İdarəsində işləmiş və aylar üzrə əmək haqqı almışdır. Əsas: fond - 31, siyahı - 2, sax/vah-58,59. Şahbuz rayon Dövlət Arxivi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə verilmiş 02/295 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Şahbuz rayon Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, Şahbuz rayon İstehlak Cəmiyyətinin sərəncam kitabında Ərizəçi xx.xx.1976-cı il tarixli 141 nömrəli əmrlə Badamlı mədən sular zavodunda “Gündəlik tələbat malları mağazasına” müvəqqəti müdir-satıcı vəzifəsinə təyin edilməsi və 28 iyul 1977-ci il tarixli 148 nömrəli əmrlə tutduğu vəzifədən azad edilməsi göstərilmişdir Qeyd: İstehlak Cəmiyyətinin sərəncam kitabında soyad Məmmədova olaraq qeyd olunmuşdur. Əsas: Şahbuz rayon İstehlak Cəmiyyətinin sərəncam kitabları Fond-65 siyahı 2 sax/vah.-31,32. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən mülki iş üzrə araşdırma aparılması zərurəti yarandığından Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan -X17 məxsus 1978-ci il tarixli əmrlər kitabı; - X19 məxsus 1984-1985-ci il tarixləri əhatə edən əmrlər kitabı; - Naxçıvan Sürücülük məktəbinə məxsus 1985 - ci il tarixli əmrlər kitabı; - Naxçıvan şəhər Trelyobus parkına məxsus 1987-1988-ci il tarixləri əhatə edən əmrlər kitabı; - Naxçıvan Rabitə Nazirliyi QUS-a məxsus 1988-1990-cı illəri əhatə edən əmrlər kitabı; -Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı "Qonaq Evi" mehmanxanasının 1992ci il tarixli əmrlər kitabının məhkəməyə göndərilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə göndərilmiş: X16 1984-cü ilə dair əmrlər kitabının 71-ci səhifəsində X1 qeyd aparılıb. X16 1985-ci ilə dair əmrlər kitabının 23-cü səhifəsində Mamedova Zərnişan kimi qeyd aparılıb. Naxçıvan şəhər Troleybus parkının xx.xx.1987-xx.xx.1987-ci illərə dair əmrlər kitabının 33-cü səhifəsində X5, 71-ci səhifəsində Məmmişova Zərnişan kimi qeyd aparılıb. Naxçıvan Rabitə Nazirliyi QUS 1988-ci ilə dair 1 nömrəli əmrlər kitabının 11-ci səhifəsində və 1988-ci ilə dair 1 nömrəli əmrlər kitabının 33-cü səhifəsində Məmmişova Zərnişan kimi qeyd aparılıb. xx.xx.1989-xx.xx.1989-cu illərə dair əmrlər kitabının 4-cü səhifəsində Məmmişova Zərnişan kimi qeyd aparılıb. xx.xx.1990-xx.xx.1991-ci illərə dair əmrlər kitabının 19-cu səhifəsində Məmmişova Zərnişan kimi qeyd aparılıb. Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı “Qonaq evi” mehmanxanasının 1992- 1998-ci illərə dair əmrlər kitabının 4-cü səhifəsində X5, 11-ci səhifəsində X2 qeyd aparılıb. Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 46-cı səhifəsində X3 qeyd aparılıb. Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 38-ci səhifəsində X3 qeyd aparılıb. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə görə əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Həmin Qərarın 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 6.1-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci bəndə görə eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndə görə hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında araşdırılmış sübutlardan ərizəçinin həqiqətən də yuxarıda göstərilən taixlərdə müvafiq idarələrdə işləməsi öz əksini tapır. Tədqiq edilmiş sübutlardan da aydın olur ki, müxtəlif kitablarda ərizəçinin ad, soyad və ata adında yanlışlığa yol verilib. Belə ki, sözügedən fakt təqaüdün hesablanması baxımından hüquqi əhəmiyyət daşıdığından, X16 1984-cü ilə dair əmrlər kitabının 71-ci səhifəsində X1, X16 1985-ci ilə dair əmrlər kitabının 23-cü səhifəsində Mamedova Zərnişan kimi, Naxçıvan şəhər Troleybus parkının xx.xx.1987-xx.xx.1987-ci illərə dair əmrlər kitabının 33-cü səhifəsində Ərizəçi Məhəmməd qızı kimi, Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı “Qonaq evi” mehmanxanasının 1992-1998-ci illərə dair əmrlər kitabının 4-cü səhifəsində Ərizəçi Məhəmməd qızı, Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 46-cı səhifəsində Ərizəçi Mamed qızı və Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 38-ci səhifəsində X3 aparılmış qeydlərdə olan ad və soyadların Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçiyə bu faktının müəyyən edilməsi pensiya təyin edilməsi üçün lazımdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : Ərizə təmin edilsin. X16 1984-cü ilə dair əmrlər kitabının 71-ci səhifəsində X6, X16 1985-ci ilə dair əmrlər kitabının 23-cü səhifəsində Mamedova Zərnişan, Naxçıvan şəhər Troleybus parkının xx.xx.1987-xx.xx.1987-ci illərə dair əmrlər kitabının 33-cü səhifəsində Ərizəçi Məhəmməd qızı, Naxçıvan MR X23 İdarəsi Təsərrüfathesablı “Qonaq evi” mehmanxanasının 1992- 1998-ci illərə dair əmrlər kitabının 4-cü səhifəsində Ərizəçi Məhəmməd qızı, Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 46-cı səhifəsində Ərizəçi Mamed qızı və Naxçıvan Sürücülük Məktəbinin xx.xx.1985-xx.xx.1985-ci illərə dair əmrlər kitabının 38-ci səhifəsində X9 olaraq aparılmış qeydlərdə-sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva