Məhkəmə qərarları › İş №2(078)-564/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-564/2022

25.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-564/2022 25.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2h Zamin oğlu, Cavabdeh3 Zamin qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2h Zamin oğlu, Cavabdeh3 Zamin qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0281 ha torpaq sahəsinin və onun üzəridə tikilmiş ümumi sahəsi 122.5 kv.metr, yaşayış sahəsi 81.56 kv.metr olan evin iddiaçı tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 avqust 2022-ci il tarixdə saat 10:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iş üzrə iddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızının vəkili və nümayəndəsi Vəkil məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə ərizə göndərərək tərəflərin aralarındakı problemin həll olunaraq mirasın qəbulu ilə əlaqədar şəhadətnamə aldıqlarını, buna görə də iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızının iş üzrə icraata xitam verilməsi haqqında müraciətini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 31283 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Əlı̇ yeva Dürrü Əlı̇ qızına qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2h Zamin oğlu, Cavabdeh3 Zamin qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Əlı̇ yeva Dürrü Əlı̇ qızı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 31283 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar