Məhkəmə qərarları › İş №2(078)-608/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-608/2021

22.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-608/2021 22.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyə n etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 dekabr 1954-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İrizəçi Ərizəçi məhkəməyə ərizə və ölüm haqqında şəhadətnamə təqdim edərək X1 11 may 2021-ci il tarixdə vəfat etdiyini, buna görə də iddiadan imtina etdiyini bildirib, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin məzmununa görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə təqdim edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 25.05.2021ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 11.05.2021-ci il tarixdə kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 214 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən 05.05.2021-ci il tarixdə “xxxx” ASC Naxçıvan filialına 29331 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən 05.05.2021-ci il tarixdə “xxxx” ASC Naxçıvan filialına 29331 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar