Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-609/2024 05.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın-mənzilin (9/10 hissə ilə ona və 1/10 hissə ilə cavabdeh-həqiqi vərəsə Cavabdeh məxsus olan) dəyəri olan 60000 manatın 9/10 hissəsi olan 54000 manatın pul kompensasiyası şəklində cavabdehdən alınıb ona verilməsi, bu mümkün olmadıqda, daşınmaz əmlakın-mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 9/10 hissəsinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlak (mənzil) mərhum həyat yoldaşı X1 miras qalmışdır. X2 vərəsələri: o, Nümayəndə Sücayət oğlu, X3, X5 və Cavabdehdır. Qeyd olunan vərəsələrdən Nümayəndə, Cəmilə Qasımova və Cavid Qasımov onun xeyrinə paylarından imtina etmişdirlər. ünvan 1 ünvanındakı daşınmaz əmlak (mənzil) mərhum Sücayət Qasımovun adına sənədləşdirilsə də, həmin mənzil birgə nikahda olduqları zaman alındığından (əldə edildiyindən) onların birgə mülkiyyəti sayılır. Bu səbəbdən də həmin daşınmaz əmlakın (mənzilin) 9/10 hissəsi onun adına qeydiyyata alınmış, 1/10 hissəsi isə miras qoyan mərhum X2 adında qalmışdır. Hansı ki, digər vərəsə Cavabdeh faktiki olaraq həmin miras əmlak olan mənzildə yaşamaqla həmin əmlakı qəbul etmişdir, lakin notariusda vərəsəlik işi açılarkən notariusa dəvət edilsə də, gəlməkdən imtina etmişdir. Bu səbəbdən də miras əmlakın 1/10 hissəsi miras qoyan mərhum X2 adında qalmışdır. Həmin daşınmaz əmlakdakı 9/10 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmir. Cavabdehlə həmin əmlakla bağlı aralarında mübahisə mövcuddur. Hazırda ünvan 1 ünvanında 2-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin real bazar qiyməti təxminən 60000 manatdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlu iddianı müdafiə edərək iddia ərizəsinə uyğyn izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar ekspertin verdiyi rəylə razıdır. Əmlakın satılmasını və əldə olunacaq mələğin tərəflərin paylarına uyğun surətdə bölünməsini istəyirlər. Məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək iddianı müdafiə etdiyini, Cavabdeh payın dəyərini dəfələrlə ödəyə bilməyəcəyini demiş, buna görə də mənzilin hərracda satlıb İddiaçı 9/10 hissə Nuranə Əsədovoya 1/10 hissə payına uyğun olaraq kompensasiya məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iş üzrə Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, kompensasiya verilməsini istəmir. Evin hərracda satılmasının tərəfdarı deyil. Həmin evdə yaşayır. O sözügedən evdə qeydiyyatdadır. Mənzil faktiki 2 otaqlı olsa da, sənəddə 1 otaqlıdır. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Həsən Əliyev küçəsi, ev 2-də yerləşən ümumi sahəsi 30.19 kv.m olan 1 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1/10 hissə X2 və 9/10 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1664 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü ildə tərtib olunmuş 6889 inventar nömrəli Daşənmaz əmlakın (mənzil) texniki pasportunun surətindən məlum olur ki, ünvan 1 1/10 hissə X2 və 9/10 hissə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 318194 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2022-ci il tarixdə durğunluq ürək atışmazlığı diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 1206-cı səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2(078)-1276/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 19 oktyabr 2023-cü il tarixli, 1015 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.19 kv.m olan mənzildən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən rədd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 942 nömrəli arayışa əsasən, X2 aşağıdakı vərəsələri vardır:
1. İddiaçı-həyat yoldaşı-1969;
2. Nümayəndə Sücayət oğlu-oğlu-1991;
3. X3 qızı-1992;
4. X5-oğlu-1997;
5. Cavabdeh-qızı-1999. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(078)-609/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilmiş, Xidmətin 24 may 2024-cü il tarixli arayışına əsasən, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2-də yerləşən 1 nömrəli mənzilin həmin tarixə bazar dəyəri 53200 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlu məhkəməyə ərizə göndərərək, cavabdehə dəfələrlə öz aralarında razılığa gəlməyi, mənzilin satışından sonra satış qiymətindən asılı olmayaraq və ona düşən 1 (bir) paydan daha artıq olmasına baxmayaraq 10000 (on min) manat məbləği verəcəklərini təklif etsələr də, cavabdehin buna razı olmadığını, hazırki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04/415 saylı ekspert rəyi ilə razı olmadığını, hal-hazırda sözügedən mənzilin bazar dəyərinin 90000 (doxsan min) manat təşkil etdiyini, bir neçə əmlak satışı mütəxəssisləri ilə əlaqə saxladıqdan sonra mənzilin yuxarıda qeyd etdikləri dəyərə malik olduğunu öyrəndiklərini, ona görə də, əmlakın real qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə ekspertizasının təyin edilməsini, ekspertizanın başqa bir MMC tərəfindən, bu mümkün olmadıqda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən real bazar qiymətləri nəzərə alınmaqla aparılmasını, mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı vəsatətin təmin edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(078)-609/2024 nömrəli qərardadı ilə iş üzrə mübahisəli yaşayış evinin təkrar qiymətləndirilməsi təşkil edilərək qiymətləndirmənin aparılması X8 və Ekspertiza Mərkəzi MMC-nə həvalə edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlu xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək bildirmişdir ki, 2(078)-609/2024 saylı iş üzrə "X9 və Ekspertizaya Mərkəzi" MMC Naxçıvan şəhərində yerləşmədiyi və ekspertin nümayəndəsi Naxçıvan şəhərində olmadığından, eyni zamanda maddi vəziyyətinin aşağı olmasın səbəbindən rüsum xərclərini qarşılaya bilmədiyi üçün yenidən ekspertiziyanın keçirilməsindən imtina edir və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli N- 04/415 saylı, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev-2 də yerləşən İddiaçı (9/10 hissə) və X2 (1/10 hissə) paylı mülkiyyətlərində olan 1 nömrəli mənzilin qiymətləndirilməsi ilə, 53.200 (əlli üç min iki yüz) manatla razıdır. X8 və Ekspertiza Mərkəzi MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş 158 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi Qasımov X4 müraciət edərək qiymətləndirmənin aparılmasından imtaina etdiyini bildirmiş və buna görə də qərardad icra olunmadan mülki iş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmalkın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə əməl olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunan qətnamələrin surətindən də göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərildiyi kimi, iş üzrə iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsi şərtlərinə əməl etmiş, naturada bölgü ilə bağlı iddia rədd edilmişdir. Məhkəmə iclası zamanı işdə iştirak edən şəxslərin verdiyi belə məlum olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi cavabdehin mühüm mənafelərinə ziyan vurulması, eyni zamanda mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlaqı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, ünvan 1 açıq hərracdan satılaraq satış pulu paylara uyğun tərəflər arasında bölünməlidir. Məhkəmə daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(078)-609/2024 nömrəli qərardadı ilə ekspertiza təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilmiş, daşınmaz əmlakın bazar dəyəri 53200 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlu mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı vəsatətin təmin edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(078)-609/2024 nömrəli qərardadı ilə iş üzrə mübahisəli yaşayış evinin təkrar qiymətləndirilməsi təşkil edilərək qiymətləndirmənin aparılması X8 və Ekspertiza Mərkəzi MMC-nə həvalə edilmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə Sücayət oğlu xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək "X9 və Ekspertizaya Mərkəzi" MMC Naxçıvan şəhərində yerləşmədiyi və ekspertin nümayəndəsi Naxçıvan şəhərində olmadığından, eyni zamanda maddi vəziyyətinin aşağı olmasın səbəbindən rüsum xərclərini qarşılaya bilmədiyi üçün yenidən ekspertiziyanın keçirilməsindən imtina edir və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli N- 04/415 saylı, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev-2 də yerləşən İddiaçı (9/10 hissə) və X2 (1/10 hissə) paylı mülkiyyətlərində olan 1 nömrəli mənzilin qiymətləndirilməsi ilə, 53200 (əlli üç min iki yüz) manatla razı olduğunu bildirmişdir. İddia tələbində əmlakın dəyəri 60000 (altmış min) manat olaraq qiymətləndirilsə də müvafiq rəydə əmlakın dəyəri 53200 (əlli üç min iki yüz) manat olaraq müəyyən edilmişdir. Məhkəmə əmlakın dəyərinə münasibətdə iddianın qismən təmin edilməklə qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətə əsaslanmaqla rəyi mötəbər sübut qiymində qiymətləndirir. Məhkəmə xərclərini ilə bağlı məsələni müzakirə edən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26640 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2 ünvanında yerləşən 1 nömrəli mənzil paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğin 9/10 hissəsi İddiaçı, 1/10 hissəsi Cavabdeh verilsin. Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiyməti 53200 (əlli üç min iki yüz) manat müəyyən olunsun. İddia tələbi qalan hissədə rədd olunsun. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 26640 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva