Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-62/2024 10.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi vəkili və nümayəndəsi Vəkil xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 12 aprel 1984-cü ildə doğulmuş bacısı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında bildirmişdir ki, Ərizəçi Bakı şəhərində yaşayır və orada qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X15 ərizəçinin bacısıdır. 12 aprel 1984-cü ildə doğulmuş X15 uşaqlıqdan əlildir. O özünü idarə edə bilmir. X4 01 avqust 2008-ci ildə vəfat etdikdən sonra bir il atası ona baxıbdır. Sonra atası ona baxa bilmədiyindən 2010-cu ildən Laləni Bakı şəhərinə bacısının evinə gətirib. Hazırda Laləyə ərizəçi baxır. Lalə 39 yaşında olsan da körpə uşaq kimidir. O, təkbaşına yeyib-içməyi, paltarlarını geyinib-çıxarmağı bilmir. Onun təbii ehtiyaclarını ödəməsi üçün ərizçinin köməyə ehtiyacı vardır. Lalə heç bir şeyi təkbaşına etmək iqtidarında da deyildir. Lalə psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilmir. Heç nə başa düşmür, özü istədiyini başa sala bilmir, əqli zəifliyindən əziyyət çəkir. Bununla bağlı o, 2009-cu ilədək birinci qrup müddətsiz əlilliyə görə təqaüd almış, lakin aldığı təqaüdün məbləği aşağı olduğundan 31 dekabr 2009-cu il tarixdən ərizəçinin anasına aid pensiya ilə əvəzləşərək müddətsiz ailə başçısını itirməyə görə 327.2 manat məbləğində pensiya alır. Həmçinin Lalə özünə aid heç bir sənəd hazırlaya bilmir. O, fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun himayəçisi olaraq ərizəçi, lazım olan sənədləşmə işlərini apara bilər. Buna görə də ərizəçi bacısının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Vəkil qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X12 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 12 aprel 1984-cü il təvəllüdlü X15 hazırda Bakı şəhərində yaşayır. Mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə L.Musayeva ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində L.Musayevanın xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: xx.xx.1984-cü il tarixdə verilmiş X-JQ seriyalı 270301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 ilə X7 12 aprel 1984-cü il təvəllüdlü X15 adlı övladları vardır. xx.xx.1976-cı il tarixdə verilmiş İV-JQ seriyalı 305508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 ilə X7 xx xxxxxx 1975-ci il təvəllüdlü X9 adlı övladları vardır. Mülki işin materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 332149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X2 suda boğulma diaqnozu ilə xx.xx.2008-ci ildə İran İslam Respublikasında vəfat etmiş, bu haqda ölüm kitabının 266-cu səhifəsində qeydiyyat aparılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti 139 nömrəli MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1026 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1290 nömrəli arayışa əsasən X3 şəhəri, Təbriz, ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF phş Naxçıvan şəhər şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 2144 nömrəli arayışda qeyd olunmuşdur ki, X15 31 dekabr 2009-cu il tarixdən Şöbədən müddətsiz ailə başçısını itirməyə görə 327.2 manat məbləğində pensiya alır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 194966 nömrəli müayinə aktından çıxarışın surətindən məlum olur ki, X15 İ qrup əlil olaraq müddətsiz qeydiyyatdadır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 089391 nömrəli vəsiqənin surətindən məlum olur ki, X15 İ qrup əlil olaraq müddətsiz qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X8 anası olması, həmçinin X8 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(078)-1552/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 verdiyi 01 dekabr 2023-cü il tarixli 400 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X10 “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi bacısı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 12 aprel 1984-cü il təvəllüdlü X8 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X8 anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X6 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X8 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 12 aprel 1984-cü il tarixdə anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 aprel 1984-cü il tarixdə anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-62/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-62/2024
10.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver