Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-66/2021 26.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndələri X4, X1 və cavabdehin vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə 6000 (altı min) manat müqabilində xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinə “Cavabdeh onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə 7000 (yeddi min) manat müqabilində xitam verilməsi” tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təmin edilərək iddia tələbinə “Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüququna kompensasiya yolu ilə 7000 (yeddi min) manat müqabilində xitam verilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında özünün xx xxxxxx 2005-ci il tarixdə cavabdehin atası X2 ilə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, ailə quran zaman Məhərrəmin əvvəlki nikahdan olan qızı Nuriyyəni də onun mülkiyyətində olan Naxçıvan şəhəri Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzilə gətirdiyini, həyat yoldaşının xx xxxx 2019-cu il tarixdə vəfat etdiyini bildirmiş və qeyd etmişdir ki, Nuriyyə anadangəlmə şizofreniya xəstəsidir və xəstəlik yaş artdıqca irəliləyir, buna görə də onunla eyni evdə yaşamaq mümkün deyil, digər tərəfdən də Nuriyyənin hərəkətləri uşaqlıqdan əlil olan oğlu Xaliqi də bezdirmişdir. Bir otaqdan ibarət mənzildə o, oğlu və eyni zamanda cavabdehin yaşamasının mümkünsüz olduğunu, Nuriyyə ilə eyni evdə yaşamaq istəmədiyini, buna görə də cavabdehin onun mülkiyyətində olan mənzildən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndələri X9, X3 və cavabdehin vəkili X13 təmsil etdikləri şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zaman izahat verən cavabdehin nümayəndələri X9 iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onların atasının ikinci həyat yoldaşı olmuş, atası mərhum X15 xanımla evlənən zaman bacısı-iş üzrə Cavabdeh da özü ilə birlikdə iddiaçıya məxsus olan evə aparmış və daha sonra Nuriyyəni iddiaçıya məxsus-mübahisəli mənzilə qeydiyyata saldırmışlar. İddiaçı tərəfindən cavabdehə 7000 (yeddi min) manat kompensasiya ödənilməklə Cavabdeh Naxçıvan şəhəri Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzilə yaşayış və istifadə hüququna xitam verilməsinə razıdır. Cavabdehin nümayəndəsi Ə.Behbudov sonda qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən cavabdehin digər nümayəndəsi X3 və cavabdehin vəkili X13 iddianı qəbul edərək verdiyi izahatında X4 izahatını təsdiqlədiklərini, heç bir əlavələrinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərin verdiyi izahatlardan və iş materiallarından aydın olmuşdur ki, X2 ilə Kərimova (Behbudova) Əzizə Əlmərdan qızı ailə quran zaman Məhərrəm Behbudov qızı-iş üzrə Cavabdeh da özü ilə birlikdə iddiaçıya məxsus olan evə aparmış və daha sonra Nuriyyəni iddiaçıya məxsus Naxçıvan şəhəri, Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzilə qeydiyyata saldırmışlar. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunun maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Mülki işin materiallarına əlavə edilmiş xx xxxx 1999-cu il tarixli müqavilənin surətindən məlum olur ki, həmin tarixdə X10 ilə X11 arasında alqı satqı müqaviləsi bağlanmış və Ə.Kərimova 1982-ci ildə tikilmiş Naxçıvan şəhəri, Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzili N.Əsgərovdan ******* manat müqabilində satın almışdır. xx xxxx 1994-cü il tarixdə verilmiş 8090 inventar və 04/330 reyestr nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən müəyyən edilir ki, Naxçıvan şəhəri, Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzil X5 adına qeydiyyata alınmışdır. İddiaçı X2 ilə xx xxxxxx 2005-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı Cavabdeh ünvan 2 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzrəinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə işə baxılaraq iddia rədd edilmiş, rədd edilmə əsası isə iddiaçının, üçüncü şəxsin vəkili və nümayəndəsinin izahatından tərəflər arasındakı münasibətlərin 2000-ci ilin sentyabrın 1-dən əvvəl yaranması, Cavabdeh ünvan 2 ünvanının pasport qüeydiyyatından çıxarılması üçün faktiki və hüquqi əsasların mövcudluğu müəyyən olunmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozitiv şərtlərindən ikisinin-iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olması, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olması təqdim edilmiş sənədlər və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinin əsasını təşkil edən Mülki Məcəllənin 228.2-ci maddəsinin digər dispozitiv şərti olan mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki işə məhkəmədə baxılan zaman cavabdehin nümayəndələri və vəkili ərizə təqdim edərək iddia tələbində qeyd olunan 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsini qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsi ilə isə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə Cavabdeh nümayəndələri X4, X1 və vəkili X6 iddianın qəbul edilməsinə dair ərizəsini nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixli 59992 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh xeyrinə 7000 (yeddi min) manat kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri Əlincə, ev 4A-da yerləşən 1 nömrəli mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixli 59992 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-66/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-66/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver