Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-661/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, həmçinin cavabdehlər X9, X14, Cavabdeh2 nümayəndəsi İddiaçı, cavabdeh, həmçinin Cavabdeh3 nümayəndəsi Cavabdeh5 və Cavabdeh5 nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdehlər X15, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh5 qarşı mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X15, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras olaraq qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi verən zaman texniki səhvlik nəticəsində mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlak olaraq fərdi yaşayış evinin göstərildiyini, halbuki atasından miras qalan torpaq sahəsi və evdən mirasın qəbul edilərək payının müəyyən edilməsini xahiş etdiyini göstərib bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbində yol verilən texniki yanışlıq düzəldilərək İddiaçı cavabdehlər X15, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh5 qarşı mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbi olaraq baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasında mərhum X16 vəfat edən qızı X17 vərəsələri-övladları X22 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı dindirilən iş üzrə iddiaçı həmçinin cavabdehlər X9, X14, Cavabdeh2 nümayəndəsi İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ailədə 7 bacı-qardaş olmuş, anası X41 2010-cu ildə, atası X23 2013-cü ildə vəfat etmişlər. X66 2007-ci ildə vəfat etmiş, onun övladları X22 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı hazırda miras əmlakda tikilən evdə yaşayırlar. Hələ atası İbrahim Qasımov sağlığında dildə şifahi olaraq miras əmlakı bölmüşdür. Qardaşı Əjdər ruhi xəstədir, birinci qrup əlildir. Onu və bacılarını dəfələrlə söyüb təhqir etdiyi üçün həmin miras əmlakda yaşaya bilməmişlər. Hələ atasının sağlığında babası Əjdərə özünün 563 kv.metr torpaq sahəsini və bir otaqlı evini vermişdir. Həmin əmlak texniki pasportda Əjdərin adına olsa da çıxarış alınmamışdır. Mərhum atasından bir otaq və bir qəhvxana, 14 sotdan artıq torpaq sahəsi qalmışdır. Əjdərin babadan qalan br otaqlı evi həmin qəhvxanaya bitişik olduğundan hər iki torpaq sahəsi və üzərində tikilmiş tikililər sənəddə ayrı olsa da faktiki olaraq bir dam örtüyünün altındadır. O özü 2019-cu ildən sonra davamlı olaraq həmin həyətdə atasından qalan bir otaqlı evdə yaşayır, həyətdə özünə bacılarının köməyi ilə sanitar qovşaq tikmişdir. Onun evinin qapısı həyətin yan tərəfində ayrılır və çıxışı özü həyətin arxa hisəssindən qoymuşdur ki, qardaşı Əjdərlə qarşılaşmasın və mübahisə yaranmasın. 2013-cü ildən 2019-cu ilədək ara-ara atasının evinə gələrək yaşamış, lakin hər dəfə Əjdər onunla mübahisə etmiş, sonuncu dəfə “səni vurub öldürəcəm, mən xəstəyəm, məni tutmayacaqlar, ev də, torpaq da mənə qalacaq” demiş, bundan sonra Bakı şəhərinə getmişdir. Lakin evin bütün kommunal xərclərini özü ödəmişdir, evin açarı, bütün sənədləri onda olmuşdur. 2019cu ildən artıq Naxçıvana qayıtmış, atasından qalan bir otaqlı evdə yaşamışdır. Hələ atası sağlığında rəhmətə gedən bacısı Səidəyə torpaq sahəsi bölüb vermiş, torpaq sahəsi 5 sotdan artıq olaraq bölünmüş və çəpər çəkilmişdir. Lakin torpaq sahəsi sənədləşdirilməmiş, hələ də atasının adına qeydiyyatdadır. Həmin torpaq sahəsində rəhmətə gedən bacısı Səidənin oğlu İmaddin ev tikərək evi Daşınmaz Əmlakda öz adına qeydiyyata saldırmışdır. Həmin evdə hazırda İmaddin və bacısı Zəhra yaşayırlar. Ümumiyyətlə Səidə bacısına bölünmüş torpaqla bağlı heç bir mübahisə yoxdur. Onun məsələsi Əjdərlədir. Əjdər vaxtilə babasından qalan torpaqdan öz payını alıbdır. Atasından qalan 14 sot torpağın 5 sotdan artıq hissəsi bacısı Səidənin uşaqlarının olmalıdır. Yerdə qalan 9 sotdan az olan torpaq sahəsi isə ona və bacısı Aidəyə verilməlidir. Əjdərə atasından qalan torpaq sahəsindən pay çatmır. Bacısı Aidə Bakı şəhərində yaşayır. O evli olan zaman yaşadıqları ev baldızına verildiyi üçün yaşamağa yerləri olmadı və atasının yanında yaşamağa başladılar. Atası vəfat edəndən sonra da Aidə bacısı həmin evdə yaşayırdı. Lakin Naxçıvanda iş olmadığı üçün, həmçinin Əjdər onları da söyüb təhqir etdiyi üçün burada yaşaya bilməyib Bakı şəhərinə köçmüşlər. Aidə qızını da miras evdən toy edərək çıxarmışdır. Hələ atası sağ olarkən həyətin yuxarı hissəsindən Aidənin payını bölüb verərək gələcəkdə orada ev tikməsini bildirmişdir. Lakin atasının dildə şifahi olarraq Aidəyə verdiyi yer sənədləşdirilməmişdir. Digər bacısı Adilə Rusiyada yaşayır, Rusiya vətəndaşıdır. Naxçıvana gələndə 7-8 ay burada qalır. 2019-cu ildə Naxçıvana gələndə 7 ay burada qalıbdır. Onun da miras əmlakda haqqı vardır. Digər qardaşı Rəsul Rusiya vətəndaşıdır. Onlar hələ atası sağ olanda aralarında pul yığıb Rəsula Bakı şəhərindən ev alıbdırlar. O, nə atasının sağlığında, nə də vəfatında Naxçıvana gəlməyibdir. Arada toy olanda gəlib-gedibdir. X46 özünə aid evdə yaşayıbdır. Ata-anası xəstə olanda onlara Aypara baxıbdır. Bacısını Əjdər yola verməyibdir. Əgər qanunla Ayparaya pay düşürsə onun da haqqı vardır. Əjdər həmin ünvanda yaşasa da ruhi xəstə olduğundan ilin çox hissəsini xəstəxanada keçirir. O miras əmlakda atasının vəfatından sonra ilk altı ayda yaşamayıbdır. Ata-anası xəstə olanda onlara Əjdərin ailəsi yox, bacısı Aypara qulluq edibdir, qayğısına qalıbdır. Kimin haqqı nədirsə onun da verilməsini istəyir. Atasından qalan miras əmlakda onun, Aidənin və bacılarının haqqı vardır və paylarının bölünüb verilməsini tələb edir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən iş üzrə cavabdeh həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh5 izahatında bildirmişdir ki, nənəsi özünə aid olan torpaq sahəsi və üzərində bir otaqlı evi ona vermiş, texniki pasporta əsasən həmin əmlak onun mülkiyyətindədir. X4 və anası X29 xəstə olduqları vaxt o və ailəsi baxmışdır. Atası və anası yataq xəstəsi olmuşdurlar. Onların həm sağlığında, həm də vəfatından sonra atasından qalan qəhvxanada o ailəsi ilə birgə yaşamışdır. Sonradan evin qabağına bağlı eyvan tikmişdirlər. Qardaşı Rəsul həyətdəki qarajı tikmişdir və onun da payı vardır. Nənəsinin ona verdiyi bir otaqda oğlu ailəsi ilə birlikdə, atasından qalan qəhvxanada isə özünün ailəsi ilə yaşadığını, Malik atasının sağlığında və onun vəfatından sonra orada qalmadığını, son bir ildir ki, orada yaşadığını, yenə də Malikə pay verilməsinə etiraz etmədiyini, atasından qalan mirasdan özünün də haqqı olduğunu və pay çatdığını bildirib qanuni qərar qəbul eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh5 nümayəndəsi X38 izahatında bildirmişdir ki, atası Əjdərlə birlikdə yaşayır. Atası birinci qrup əlil olsa da özü-özünü idarə edə bilir. Əmisi Malik babasının ölümündən sonra miras əmlakda yaşamamışdır, buna baxmayaraq ona pay verilməsinə etiraz etmirlər. Nənəsi babasından əvvəl vəfat etmiş, babasından qalan ev bir otaq və qəhvxanadan ibarət olmuşdur. Nənəsi ilə babasına o və ata-anası qulluq etmişdirlər. Hər ikisi yataq xəstəsi olmuşdur. Aypara bibisi də arada gəlib valideynlərinə qayğı göstərmişdir. Nənəsinin vəfatından sonra babası tək qaldığı üçün onu özləri yaşadıqları tərəfə gətirmişlər və babası qəhvxanada yaşamışdır. Babasının vəfatından sonra həmin qəhvxanada atası və anası yaşayır. O isə ailəsi ilə birlikdə atasının nənəsindən qalan və hazırda atsının adına olan otaqda yaşayır. Həmin otaq və 563 kvadrat torpaq sahəsi atasının nənəsinin adına olmuş və atasının adına sənədləşdirmişdir. Əmisi Malik babasının yasına da gəlməmişdir. Yasdan sonra gəlib, bir az qalıb yenidən Bakıya getmişdir. Evin sənədləri həmişə əmisində olmuşdur. Evin kommunal xərclərini əmisi Bakıda olarkən vəfat edən Səidə bibisinin oğlu İmaddin ödəmişdir. Həmin evdə də İmaddin arada-sırada qalmışdır. Əmisi Malik 2019-cu ilə qədər arada-sırada evə gəlib-getmişdir. Lakin 2019-cu ildən davamlı olaraq yaşamağa başlamışdır. Həmin vaxta qədər onlar həyəti də əkib becərmiş, lakin sonra əmisi həyəti əkməyə imkan verməmişdir. Onlar da hər birinin miras payı bölünəndən sonra həyəti əkib becərməyi düşünmüşdürlər. Babası və nənəsinin yaşadığı bir otaqda hazırda əmisi Malik yaşayır, həmin otağın qapısı ayrı olduğundan onlarla giriş-çıxış fərqlidir. Vəfat edən bibisi Səidəyə hələ babası sağ olan zaman torpaq sahəsi bölüb vermiş, orada özlərinə ev tikmişdirlər. Həmin ev hazırda bibisinin oğlu İmaddinin adına sənədləşdirilsə də babasının böldüyü torpaq sahəsi sənədləşdirilməmişdir və hazırda babasının adındadır. Onların Malik əmisinə, Səidə bibisinin uşaqlarına pay verilməsinə etirazları yoxdur. Lakin Malik əmisi hər dəfə evdə narahatçılıq, mübahisə yaradır və bildirir ki, atası ilə anasının yaşadığı babasından qalan qəhvxanadan da çıxmalıdırlar, babasından qalan torpaq sahəsində atasının payı yoxdur. Lakin bütün qonşular və qohumlar təsdiq edə bilər ki, onun atası həmin miras əmlakda yaşamış və valideynlərinə də atası və onlar baxmışlar. Digər bibi və əmiləri ata-analarına baxmamışlar. Həmin mirasda ən çox mənəvi haqq onun atası Əjdərindir. Aypara bibisi babası-nənəsi sağ olanda arada gəlib onlara baxmış, yuyundurmuşdur. Lakin onların vəfatından sonra evə gəlməmişdir. Adilə bibisi Rusiyada yaşayır, oranın vətəndaşıdır, sonuncu dəfə 2019-cu ildə bibisi qızının toyuna gələrək 6 aya yaxın qalıb getmişdir. Adilə bibisi gələndə çox vaxt Aypara bibisinin evində qalmışdır. Aidə bibisi babası və nənəsi sağ olan zaman ərinin ailəsində evlə bağlı məsələ olduğu üçün bir müddət orada yaşamışdır. Sonra isə hələ babası-nənəsi sağ olarkən iş taparaq Bakı şəhərinə köçüb getmişdirlər. Hazırda da Bakı şəhərində işləyir və yaşayır. Bir neçə ilə əvvəl qızı Naxçıvana ərə getdiyi üçün qızını baba evində köçürtmüşdür. Lakin Aidə bibisi babası və nənəsinin vəfatından sonra həmin evdə yaşamayıbdır. Rəsul əmisi atasına etibarnamə verərək həmin mirasdan ona da da pay verilməsini istəyir. O Rusiya vətəndaşıdır, orada yaşayır. Həyətdə olan qarajı o babası və nənəsinin sağlığında tikibdir. Ona görə də miras əmlakda kimin payı varsa ona verilməsinə etiraz etməyərək atasının da payının ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən cavabdeh X30 iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı Malik qaldırdığı iddiasında haqlıdır. Hələ atası sağ olanda hər bir övladın payını dildə veribdir. Əjdər qardaşı və ailəsi heç vaxt onun ata-anasına baxmayıbdır. Valideynlərinə ən çox özü qulluq edibdir. Valideynlərinin hər ikisi yataq xəstəsi olduqlarından öz evlərində yaşayıbdırlar. Hazırda həmin otaqda qardaşı Malik yaşayır. Əjdər qardaşı ruhi xəstədir, Rəsul qardaşı Rusiyada yaşayır və az hallarda buraya gəlir. Bacısı Adilə də burada yaşamır. Həmin həyətdə ən çox qardaşları Malik və Əjdər yaşamışlar. Baclıar ailə quraraq başqa ünvanalarda yaşasalar da ata-anasının sağlığında həmişə onlara baxıblar. O, bacıları Adilə və Aidə öz paylarını qardaşları Malikə verməyə razıdırlar. Atasından qalan evin bir otağından hazırda Malik, digərində Əjdər yaşayır. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Novruzova) Zəhra Fərman qızı izahatında iddiaçının dayısı, cavabdehlərin isə dayıları və xalaları olduğunu, anası Səidənin və atası Fərmanın 2007-ci ildə vəfat etdiyini, onun və qardaşı İmaddinin qaldığını, anası Səidəyə babası İbrahimin torpaq sahəsi verdiyini, həmin torpaq sahəsində ev tikdiklərini, evi anasının adına qeydiyyata alındığını, sonra isə anasının vəfatından sonra qardaşı İmaddinə keçdiyini, hazırda qardaşının adına olduğunu, lakin torpaq sahələrinin babası İbrahimin adında qaldığını, hazırda həmin evdə onun, övladının və qardaşı İmaddinin yaşadığını bildirib, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X20 həmin həyətin onun baba həyəti olduğunu, iddiaçı və cavabdehlərlə uzaq qohum olduqlarını, Əjdərin həmin həyətdə qaldığını, 1 ildir ki, Malikin də ata-anasının yaşadığı otaqda qaldığını, Malik neçə illər həmin həyətdə yaşamadığını, eşitdiyinə görə Əjdərin Malikə “otuz min pul verim həyətdən çıx get” dediyini, qızlardan Ayparanın arada gəlib ata-anasına baxdığını, Adilənin uzun illərdir Azərbaycanda yaşamadığını, Aidənin isə ata-anasının sağlığında az da olsa həmin evdə yaşadığını, sonra Bakıya köçdüyünü, hazırda da orada qaldığını, Əjdərin oğlu Müseyibin rəhmətlik nənə-babasına həmişə qulluq etdiyini, hətta babası öləndə də onun nəşini yuduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 tərəfləri uzun illərdir tanıdığını, Aidə Qasımovanın sinif yoldaşı olduğunu, hazırda Aidənin yaxın rəfiqəsi olduğunu, mərhum İbrahim Qasımovla elmi mərkəzdə bir yerdə işlədiklərini, Aidənin valideynlərinin sağlığında onların yanında yaşadığını, Əjdərin xəstə olduğu üçün öz hərəkətlərinə cavabdehlik edə bilmədiyini, Aidəni həmin həyətdə Əjdər və onun ailəsinin yola vermədiyini, ona görə də Aidənin məcbur qalıb Bakı şəhərinə getdiyini, bütün sinif yoldaşlarının Aidəyə kömək etdiklərini, onun maddi vəziyyətinin pis olduğunu, qardaşlarının heç birinin Aidəyə köməklik etmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid X31 ifadəsində tərəflərlə qonşu olduğunu, rəhmətlik İbrahim kişinin təqribən 5-6 il əvvəl vəfat etdiyini, iddiaçının və cavabdehlərin anası Sara xalanın xəstə olduğu üçün kişidən əvvəl öldüyünü, hər ikisinin yasını həmin evdə saxladıqlarını, evin iki otaq, bir dəhliz və böyük balkondan ibarət olduğunu, təqribən 1 il -1 il yarım bundan əvvəl Malikin həmin evə gələrək orada yaşadığını, tərəflərin 4 bacı 3 qardaş olduqlarını, bacıları Səidənin rəhmətə getdiyini, hazırda Səidənin övladlarının həmin həyətdə tikdikləri evdə yaşadıqlarını, həyətdə Əjdərin ailəsi ilə hələ ata anasının sağlığından orada yaşadığını, qalan bacı-qardaşların heç birinin orada yaşamadığını bildirdi. Məhkəmə baxışı iclasında şahid X48 ifadəsində cavabdeh Aidə Qasımovanın qızı olduğunu, tərəflərin onun xala və dayıları olduğunu, babası İbrahimin 2013-2014-cü illərdə vəfat etdiyini, anası Aidənin yasa gəlib iştirak etdiyini, atası və anasının Bakıya köçdüyünü, babasının ölümündən əvvəl və sonra anasının bir müddət həmin həyətdə yaşadığını, həyətdə narazılıq yarandığından anasının həmin həyətdən çıxdığını, özünün toyu olan zaman babasının evindən gəlin çıxdığını bildirdi. Məhkəmə baxışı iclasında şahid X42 ifadəsində mərhum İbrahim kişi vəfat edəndə Malikin Bakı şəhərində yaşadığını, Əjdərin ailəsi ilə birlikdə həmin həyətdə qaldığını, ancaq Malikin tez-tez gəlib-getdiyini, son illər isə daim atasına məxsus evdə yaşadığını həyətin digər tərəfində isə Əjdərin ailəsi ilə birlikdə yaşadığını bildirdi. Məhkəmə baxışı iclasında şahid X24 ifadəsində tərəfləri uzun illərdir ki, tanıdığını, Adilənin dəfələrlə ata-anasına dərman göndərdiyini, onun da həmin dərmanları Adilənin validenlərinə verdiyini, X8 yaşadığını, keçən il Naxçıvana gələndə 5-6 ay daima atasına məxsus evdə yaşadığını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, X1 Cavabdeh5, Əkbərova (Qasımova) Adilə İbrahim qızı və Əsgərova (Qasımova) Aidə İbrahim qızı səlahiyyətlərini İddiaçı vermişdir. Həmçinin cavabdeh X25 bir məhkəmə baxışı iclasında iştirak etmiş, növbəti məhkəmə iclaslarında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, səlahiyyətlərini İddiaçı vermişdir. Məhkəmə cavabdehlər X9, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızının, Əsgərova (Qasımova) Aidə İbrahim qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Məhkəmə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının, cavabdehin, cavabdehlərin nümayəndələrinin, cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan aydın olur ki, X23 ilə X39 xx xxxxxxx 1948-ci il tarixdə nikah bağlamış, bu barədə nikah kitabının 165-ci səhifəsində qeyd aparılmışdır. Mülki işin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və doğum akt qeydindən çıxarışdan aydın olur ki, X23 ilə X26 birgə nikahlarından xx xxxx 1954-cü il tarixdə Cavabdeh3, xx xxxxxx 1966-cı il tarixdə X40, xx xxxx 1957-ci il tarixdə Cavabdeh4, xx xxxxxx 1962-ci il tarixdə İddiaçı, xx xxxxxxxx 1951-ci il tarixdə X25 və xx xxxxxx 1959-cu il tarixdə Cavabdeh5 doğulmuşdur. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 2 ünvanında olan 0.1422 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18/22 nömrəli reyestr kitabının 4211 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X23 beyinə qansızma səbəbindən xx xxxxxxxx 2013-cü ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının xx xxxxxxxx 2013-cü il tarixdə 272 səhifəsində qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X43 xx.xx.2010-cu il tarixdə beyinə qansızma səbəbindən vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının xx.xx.2010--cu il tarixində 189 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Başçısının 2 saylı X74 Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 01/2755 nömrəli arayışdan aydın olur ki, X23 həqiqətən ünvan 3 ünvanında yaşayıb və vərəsələri bunlardır: 1.X44-həyat yoldaşı-vəfat edib;
2. X25-qızı-1951;
3. Cavabdeh3-oğlu-1954;
4. Cavabdeh4-qızı-1957;
5. Cavabdeh5-oğlu-1959;
6. İddiaçı-oğlu-1962;
7. X40-qızı-1966; 8.X33-qızı-vəfat edib. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X33 xx.xx.2007-ci il tarixdə beyinə qansızma nəqliyyat travmasından vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 251 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X33 ilə X13 birgə nikahllarından xx xxxxxxx 1991-ci il təvəllüdlü X34 və xx xxxx 1995-ci il təvəllüdlü X22 doğulmuşdur. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Başçısının 2 saylı X74 dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 01/2756 nömrəli arayışdan aydın olur ki, X33 həqiqətən ünvan 3 ünvanında yaşayıb və vərəsələri bunlardır: 1.X27-həyat yoldaşı-vəfat edib
2. X22-oğlu-1995
3. X35-qızı-1991 Mülki işin materiallarında olan Naxçıvan Şəhər İkinci Notariat Ofisinin notariusu tərəfindən verilən xx xxxxxxxx 2019-cu il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan aydın olur ki, vərəsəliyin müddəti vərəsələr tərəfindən buraxıldığı və vərəsələr arasında mübahisə olduğu üçün mübahisənin həlli məhkəmənin səlahiyyətində olduğundan vətəndaş İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mülki işin materiallarında olan notariat orqanına verilmiş Rusiya Federasiyası vətəndaşı X14 xx xxxxxxx 2014-cü il tarixli ərizəsindən aydın olur ki, X36 mərhum atası X6 ünvan 4 ünvanında yerləşən miras qalan evdən ona çatan payı bacısı X21 xeyrinə imtina etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinə verilmiş Cavabdeh2 xx xxxxxxxx 2019-cu il tarixli ərizəsindən aydın olur ki, Cavabdeh2 mərhum atası X6 ünvan 4 ünvanında yerləşən miras qalan evdən ona çatan payı qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mülki işin materiallarında olan Naxçıvan şəhər 1 saylı notariat kontoruna verilmiş X9 xx xxx 2017-ci il tarixli ərizəsindən aydın olur ki, X25 mərhum atası X6 ünvan 4 ünvanında yerləşən miras qalan evdən ona çatan payı qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən verilmiş 123 nömrəli arayışdan aydın olur ki, ünvan 5 ünvanında xx xxxxxx 2007-ci il tarixdə quraşdırılmış 70666050 nömrəli hesablaşma sayğacının enerji ödənişləri X23 tərəfindən ödənilmiş, xx xxxxxx 2019-cu il tarixdən isə həmin ünvana quraşdırılmış 70313014 nömrəli smart tipli elektrik sayğacının elektrik enerjisinə görə müqaviləsi mərhum X10 ölüm şəhadətnaməsi əsas götürülərək həmin ünvanda yaşayan mərhumun oğlu İddiaçı adına bağlanmış və enerji ödənişləri də həmin abonent tərəfindən ödənilir. Mülki işin materiallarında olan daşınmaz ımlakın icbari sığorta şəhadətnaməsindən aydın olur ki, ünvan 6 ünvanı üzrə müqavilə sığorta təşkilatı ilə İddiaçı arasında xx.xx.2020ci il tarixdə bağlanılmışdır. Mülki işin materiallarında olan Naxçıvan MR Qaz İstismarı Xidməti tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 564 nömrəli arayışdan aydın olur ki, ünvan 6 ünvanında yaşayan İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2020-ci ilədək təbii qazın ödəyicisidir. Mülki işin materiallarında olan Naxçıvan SuKanalizasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 90 nömrəli arayışdan aydın olur ki, xx xxxxxxx 2014-cü il tarixdən Sabir küçəsi d 8 ev 4 B ünvanında qeydiyyatda olan İddiaçı ilə bağlanmış müqavilə əsasında bütün ödənişlər həmin abonent tərəfindən ödənilmişdir. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payın müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payının müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı mərhum X10 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə iddiaçı izahatından aydın olur ki, o atasının vəfatından sonra miras əmlakı idarə etməklə evin açarı onda olmuş, bütün kommunal ödənişləri ödəmiş, evin bütün sənədləri onda olmuş, 2019-cu ildən sonra isə daimi olaraq həmin evdə yaşamağa başlamışdır. İddiaçının qeyd etdiyi hallar cavabdehin nümayəndəsi X38 tərəfindən mübahisələndirilməmiş, miras əmlakdan əmisi İddiaçı pay verilməsinə atasının etiraz etmədiyini bildirmişdir. Həmçinin Cavabdeh5 İddiaçı pay veriləməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mirasın İddiaçı tərəfindən qəbul edilməsi evin açarının, sənədlərinin onda olması, iş materiallarında olan elektrik, su, qaz ödənişlərinin onun tərəfindən həyata keçirilməsi, həmin kommunal xərclərlə bağlı müqavilələrin iddiaçı ilə bağlanması barədə müəyyən edilən hallar İddiaçı mirası qəbul etdiyini təsdiq edir. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə verən şəxslər də miras əmlakda yaşayan şəxslərdən birinin İddiaçı olduğunu bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı atasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə-miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakılı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X3 miras qalan ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Məhkəmə İddiaçı payına münasibətdə 1/3 hissədə müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, işin araşdırılmış halları, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, mərhum X10 övladı X33 2007-ci ildə vəfat etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Naxçıvan şəhəri Sabir küçəsi döngə 8-də yerləşən 4 saylı yaşayış sahəsinin üzərində tikilən bir otaqlı, dəhliz və hamam üzərində X2 hüququ tanınmışdır. Qətnamə əsasında ona texniki pasport verilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, xx xxxxxx 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X17 vərəsəsi X22 olmaqla texniki pasport onun adına dəyişdirilmiş və X27 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışdan aydın olur ki, ünvan 3A ünvanında yerləşən ümumi sahəsi 32.4 kvadrat metr olan danışmaz əmlak və 0.0059 ha torpaq sahəsi xx.xx.2017-ci ildə ******* nömrəli çıxarışla X12 adına qeydiyyata alınmışdır. İşə məhkəmədə baxılan zaman İddiaçı və Cavabdeh5 hələ atalarının sağlığında torpaq sahəsinin bir hissəsini mərhum bacısı Səidəyə bölüb verdiyini, lakin ancaq yaşayış evi və altında yerləşən torpaq sahəsinin adına sənədləşdirildiyini, mərhum bacısına bölünüb verildiyi və hazırda onun övladları Zəhra Novruzovanın və İmaddin Hüseynovun yaşadıqları ev tərəfindən bölünmüş torpaq sahəsindən onların istifadə etdiklərini və miras paylarının müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, X3 miras qalan torpaq sahəsinin sənədləşdirilmə aparılmadan bölünərək verilmiş hissəsi X7 vərəsələri tərəfindən istifadə edildiyindən və bu hal həm tərəflərin izahatları, həm də şahidlərin ifadələri ilə təsdiq edildiyindən məhkəmə belə hesab edir ki, miras qoyanın vəfatından sonra qızı mərhum X17 vərəsələri X37 və X22 tərəfindən həmin miras əmlak faktiki olaraq qəbul edilmişdir. Həmçinin mülki işin materialları, şahid ifadələri ilə təsdiq olunmuşdur ki, Cavabdeh5 X3 miras qalan əmlakda faktiki olaraq yaşamaqla həmin əmlakı qəbul etmişdir. Belə ki, Cavabdeh5 X3 miras qalan fərdi yaşayış evinin qəhvxanasında yaşaması istər şahid ifadələri, istər İddiaçı izahatı, istərsə də cavabdehlər Aypara Qasımovanın, Cavabdeh5, cavabdehin nümayəndəsi Müseyib Qasımovun izahatları ilə təsdiq olunmaqla yanaşı, həmçinin bu məhkəmə tərəfindən əmlaka baxış keçirilməsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı Cavabdeh5 mərhum atasının hələ sağlığında pay bölüb verməsini, atasının mirasından ona pay çatmaması ilə bağlı bildirdiyi halları əsassız hesab edir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə aydın olmuşdur ki, iddiaçının mübahisələnidirdiyi və atasının hələ sağlığında bölüb verdiyini qeyd etdiyi torpaq sahəsi mərhum X10 mülkiyyətində olmamış, Cavabdeh5 nənəsi (X10 anasının) mülkiyyətində olmuş və texniki pasport nənədən Cavabdeh5 adına dəyişdirilmişdir. Yəni işin hallarından aydın olur ki, Cavabdeh5 adına olan texniki pasportda göstərilən 563 kvadrat metr torpaq sahəsi və bir otaqlı yaşayış evi Cavabdeh5 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış otağı mərhum X10 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə bitişik olmuş və X6 qalan fərdi yaşayış evinin qəhvxanasında Cavabdeh5 ailəsi ilə birlikdə yaşamış, hazırda yaşamaqdadır. Bu hal Cavabdeh5 atası X3 miras qalan əmlakın faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirmişdir. Azırbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmə iddiaçının miras əmlakdan payını müəyyən edərkən digər vərəsələrin miras əmlakı qəbul edib-etmədiklərini araşdırıb belə nəticəyə gəlir ki, digər cavabdehlər X25, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızı, Əsgərova (Qasımova) Aidə İbrahim qızı X3 qalan miras əmlakı qəbul etməmişdir. Belə ki, işə baxılan zaman tərəflərin izahatları, şahid ifadələri ilə həmin vərəsələrin miras əmlakı qəbul edilməsi faktı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş notariat orqanlarına X36 tərəfindən verilən ərizədə ona çatan miras payını bacısı Cavabdeh2 verməsi, X25 və Cavabdeh2 tərəfindən verilən ərizələrdə isə onlara çatan miras payın qardaşı İddiaçı verməsi qeyd edilmişdir. Halbuki həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat orqanına ərizə verməklə miras əmlakı qəbul etməmiş, həmçinin miras əmlakı faktiki olaraq qəbul etmələrini şərtləndirən hərəkət etmələri işə baxılarkən öz təsdiqini tapmamış, həmin hallar sübuta yetirilməmişdir. Məhkəmə Cavabdeh2 münasibətdə həmin əmlakda atasının sağlığında yaşaması ilə bağlı şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, miras qoyanın sağlığında əmlakda yaşaması miras qoyanın vəfatından sonra həmin mirası qəbul edilməsi hesab edilmir. Mirasın qəbulu miras qoyanın vəfatından sonra həmin əmlakı faktiki qəbul etməklə sahiblik etməsi hesab edilir ki bu hal Cavabdeh2 münasibətdə işə baxılan zaman öz təsdiqini tapmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş X14 aid ümumvətəndaş pasportunun surətindən 2019-cu il tarixdə Azərbaycana gəlməsi və bir neçə müddət qalmaqla getməsi cavabdeh X14 miras əmlakı qəbul etməsi hesab edilmir. Belə ki, miras qoyan 2013-cü il tarixdə vəfat etmiş, miras əmlakın formal və ya qeyri-formal olaraq qəbul edilməsi isə məhz qanunvericilikdə müəyyən edilmiş üç aylıq müddət ərzində mümkünlüyü şərtləndirilmişdir. Həmin müddət ərzində cavabdehlər X25, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızı, Əsgərova (Qasımova) Aidə İbrahim qızı X3 qalan mirasın qəbul edilməsi barədə hər hansı mötəbər sənəd məhkəməyə təqdim etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçı X3 qalan miras əmlakdakı payını 1:3=1/3 hissədə (yəni miras əmlak üç vərəsə arasında-İddiaçı üçdə bir hissə, Cavabdeh5 üçdə bir hissə və mərhum X17 vərəsələri X22 və Novruzova (Hüseynova) Zəhra Fərman qızı üçdə bir hissə bölünməklə) müəyyən olunmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 55417 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər X15, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh5 qarşı mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X3 qalan ünvan 7 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. ünvan 7 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olması müəyyən olunsun. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 55417 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva