Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-678/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtinasının əsassız sayılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtinasının əsassız sayılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakda Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən Naxçıvan “ASAN" xidmət mərkəzinin notariat ofisinin 19 oktyabr 2024-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizədə tələbi əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi dediklərinə əsasən mərhum atası X13 30 iyun 2022-ci il tarixdə vəfat edib, ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X1 ölümündən sonra mirası Ərizəçi qəbul etmişdir. X1 həyat yoldaşı X9 (vəfat edib), oğlu X21 (vəfat edib), qızı X14, qızı Allahverdiyeva (Cəfərova) Məlahət Nurəddin qızı və oğlu Ərizəçi adlı vərəsələri var. X5 xx.xx.2010-cu il tarixində vəfat etmiş, anası X9 (vəfat edib) və atası X13 (vəfat edib) adlı vərəsələri var. Hüquqlarını müdafiə etdiyi Ərizəçi atasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı qəbul etmiş və 22 iyul 2023-cü il tarixində Naxçıvan “ASAN" xidmət mərkəzində notariat ofisində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmişdir. 19 oktyabr 2024-cü il tarixində Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan "ASAN" xidmət mərkəzində notariat ofisinin notariusuna müraciət etmişdir. Naxçıvan “ASAN" xidmət mərkəzində notariat ofisinin notariusu 19 oktyabr 2024-cü il tarixində Naxçıvan "ASAN" xidmət mərkəzində notariat ofisi qanun üzrə vərəsəlik şəhadətnaməsini verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olması tövsiyə olunmuşdur. Hüquqlarını müdafiə etdiyi Ərizəçi 22 iyul 2023-cü il tarixində Naxçıvan "ASAN” xidmət mərkəzində notariat ofisində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almaq üçün əsas yaranmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə ərizəçiyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxs tərəfindən məhkəməyə 25 aprel 2025-ci il və 11 iyun 2025-ci il tarixlərdə eyni məzmunlu məktub göndərilərək üzürlü səbəbdən təyin edilmiş Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtinanın əsassız sayılması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında iş yükü ilə əlaqədar iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, iştirakları olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin qeyd olunan məktublarını nəzərə alaraq Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi Ərizəçi atasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı qəbul etdiyini, 22 iyul 2023-cü il tarixində Naxçıvan “ASAN" xidmət mərkəzində notariat ofisində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etdiyini, 19 oktyabr 2024-cü il tarixində Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan "ASAN" xidmət mərkəzində notariat ofisinin notariusuna müraciət edilmiş, lakin Naxçıvan “ASAN" xidmət mərkəzində notariat ofisinin notariusu 19 oktyabr 2024-cü il tarixində Naxçıvan "ASAN" xidmət mərkəzində notariat ofisinin qanun üzrə vərəsəlik şəhadətnaməsini verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etmələrinin tövsiyə olunduğunu, miras əmlakın qəbul edilməsi üçün müəyyən olunmuş müddətin uzadılmasına dair Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ərizəyə əlavə edilərək Naxçıvan "ASAN" xidmət mərkəzində notariat ofisinə ərizə ünvanlandığını, ancaq vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyini, ərizəni müdafiə etdiyini iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi verilmiş 19 oktyabr 2024-cü il tarixli, 1550 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş MH seriyalı ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X22 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 79 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 50.15 kv.m ümumi, 32.04 yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrındə 12/3 nömrəli reyestr kitabının 592 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş 24 oktyabr 1969-cu il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X7 arasında 24 oktyabr 1969-cu il tarixdə nikahın bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan rayon Qaraxanbəyli kənd soveti tərəfindən verilmiş 11 iyul 1972-ci il tarixli, İ-ЖГ seriyalı, 340072 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X3 birgə nikahından xx xxx 1972-ci il tarixdə Ərizəçi adlı övladları doğulmuşdur. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 497297 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə mədə vəzinin xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 402 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 802382 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli, AZ-İ seriyalı, 375887 nömrəli çıxarışdan görünür ki, X21 xx.xx.2010cu il tarixdə avto-qəza, bədbəxt hadisə 4-cü dərəcəli yanıq səbəbi ilə Naxçıvan şəhərində vəfat etmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X15 ailə vəziyyətinin müəyyən olunması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış və nikah aktı qeydi aşkar edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 465 nömrəli arayışdan görünür ki, X6 həyat yoldaşı X10 (vəfat edib), oğlu X21 (vəfat edib), qızı X14, qızı X2 və oğlu Ərizəçi adlı vərəsələri var. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(078)-107/2023 nömrəli qətnaməsindən görünür ki, 20 iyun 2022-ci il tarixdə ölən X4 qalmış mirasın Ərizəçi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(078)-107/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi təmin edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Dövlət notariusunun apardığı hərəkətlərdən biri də vərəsəlik hüququ haqqında şəhadətnamələr verməkdir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 69-cu bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir....Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(078)-107/2023 nömrəli qətnaməsi ilə 20 iyun 2022-ci il tarixdə ölən X4 qalmış mirasın Ərizəçi tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasına, qətnamə qüvvəyə mindikdən sonra qanunla nəzərdə tutulmuş müddət çərçivəsində yəni 22 iyul 2023-cü il tarixdə ərizəçinin nümayəndəsi tərəfindən miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət edilməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mirasın qəbulu üçün nəzərdə tutulan müddət məhkəmə qətnaməsi ilə uzadıldığından qeyd olunan uzadılma müddətinə əhəmiyyət vermədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edən notariusun hərəkəti qanunazidd olmuşdur. Notarius qeyd olunan notariat hərəkətinin aparılmasından əsassız imtina etdiyindən həmin imtina əsassız (qanunazidd) hesab edilməlidir. Məhkəmə qətnaməsi ilə mirasın qəbulu üçün nəzərdə tutulan müddət uzadıldıqdan sonra ərizəçi qanunla nəzərdə tutulan müddət çərçivəsində vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət etdiyindən notarius qeyd edilən şəhadətnaməni ərizəçiyə verməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; - 20 iyun 2022-ci il tarixdə ölən X4 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19 oktyabr 2024-cü il tarixli imtinası əsassız (qanunazidd) hesab edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 20 iyun 2022-ci il tarixdə ölən X4 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19 oktyabr 2024-cü il tarixli imtinası əsassız (qanunazidd) hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-678/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-678/2025
31.07.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver