Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-684/2024 04.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi Ərizəçinin nümayəndəsi X8 və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən verilmiş ərizə təmin edilərək, 15 dekabr 2023-cü il tarixli 140 nömrəli ekspert rəyinə əsasən 120 adda ərzaq mallarının (1. 10 kq pendir, kofe, 2. 3,7 kq kolbasa, pendir, 3.1,6 kq ton balıq, 4. 4 kq toyuq əti, 5. 15 kq toyuq əti, 6. 3 kq kərə yağı, 7. 5 kq süd 1 lt, 8. 10,5 kq toyuq qanadı (dondurulmuş), 9. 2,4 kq kolbasa, 10. 4,6 kq toyuq əti 11. 2,4 kq kolbasa, 12. 4,5 kq toyuq əti, 13. 6 kq toyuq əti, kolbasa, 14. 5 kq toyuq əti, kolbasa, 15. 8 kq kolbasa, kərə yağı, 16. 12 kq kolbasa, toyuq, danino və digər, 17. 26 kq çaşır, 18. 14,6 kq quyruq və toyuq əti, 19. 20 kq qarışıq ərzaq (sinə əti, limon), 20. 39 kq qarışıq ərzaq (limon, quyruq, toyuq əti), 21. 5,4 kq südburger və pendir, 22. 2,8 kq toyuq əti, 23. 13 kq heyvan quyruğu, 24. 4 kq toyuq və xama, 25. 14 kq heyvan quyruğu, 26. 3,4 kq heyvan quyruğu, 27. 7 kq heyvan quyruğu, 28. 2 kq heyvan quyruğu 29. 20 kq don xəmir, 30. 6 kq kolbasa, 31. 6 kq toyuq əti, 32. 13,95 kq ərzaq (don kartof, sosiska, tərəvəz sosu), 33. 31 kq meyvə (mandarin), 34. 3,4 kq toyuq əti, 35. 8 kq toyuq əti, 36. 4,8 kq limon, 37. 19 kq heyvan quyruğu, 38. 13,5 kq ərzaq (don kartof, burger çörəyi), 39. 10,5 kq çiçək şitilləri (qələm şəklində), 40. 6 kq kolbasa, 41. 2 kq kolbasa və yoğurt, 42. 28 kq toyuq əti, 43. 6 kq pendir,
44. 10 kq yoğurt, 45. 5 kq kolbasa, 46. 7.5 kq qızardılmış kartof və toyuq əti (don halda), 47. 10 kq limon, 48. 6 kq ərzaq (toyuq əti, meyvə), 49. 6 kq kolbasa, 50. 3,8 kq kolbasa, 51. 5 kq meyvəli yoğurt (danone), 52. 22 kq qarışıq ərzaq (yağ, cem, bal), 53. 4,9 kq heyvan quyruğu,
54. 12 kq heyvan quyruğu, 55. 3 kq heyvan quyruğu, 56. 11,5 kq kolbasa, danone, 57. 3,5 kq yoğurt, 58. 20 kq limon, 59. 12 kq kolbasa, 60. 16 kq toyuq əti, kolbasa, limon, 61. 3 kq kolbasa, 62. 4,7 kq kolbasa, 63. 3 kq heyvan quyruğu, 64. 4 kq kolbasa, 65. 28,5 kq qarışıq ərzaq (toyuq əti, kolbasa, danino), 66. 14,5 kq limon, 67. 3 kq çaşır, 68. 12 kq çaşır, 69. 5,4 kq toyuq əti və kolbasa, 70. 2 kq heyvan quyruğu, 71. 5 kq heyvan quyruğu, 72. 5 kq heyvan quyruğu, 73. 8 kq kolbasa, 74. 2,5 kq toyuq əti, 75. 14 kq heyvan quyruğu, 76. 3 kq toyuq dondurma, 77. 2,2 kq toyuq əti və kolbasa, 78. 24 kq çaşır, 79. 5,5 kq bibər, toyuq, 80. 25,7 kq pendir, 81. 40 kq çaşır, 82. 3,4 kq heyvan quyruğu, 83. 2,7 kq heyvan quyruğu, 84. 6 kq kolbasa, toyuq, 85. 12,3 kq pendir və kolbasa, 86. 6 kq kolbasa, 87. 6 kq kolbasa, 88. 34 kq limon, kolbasa, heyvan quyruğu, 89. 10 ədəd kolbasa, 90. 14 kq kolbasa, 91. 5,5 kq heyvan quyruğu, 92. 7 kq quyruq, 93. 29 kq toyuq əti, 94. 8,8 kq limon, 95. 5 kq quyruq, 96. 7 kq toyuq əti, 97. 8 kq pomidor, 98. 6 kq kərə yağı (2 qutu), 99. 9 kq pendir, kərə yağı, 100. 8 kq pomidor, 101. 8 kq pomidor, 102. 18 kq pomidor, 103. 6,5 kq ərzaq, yağ, 104. 6,3 kq ərzaq (kərə yağı, pendir), 105. 15 kq ərzaq (kərə yağı, qatıq) 106. 6 kq ərzaq, kərə yağı, 107. 4,9 kq mayonez, 108. 3 kq yağ, 109. 4.5 kq tomat, 110. 2 ədəd yağ, 111. 2 kq yağ, 112. 6 kq pomidor, 113. 6 kq kərə yağı, 114. 2 ədəd xama, 115. 3,2 kq kərə yağı, 116. 3 kq kərə yağı,
117. 5,2 kq ərzaq (dondurma), 118. 8,5 kq kərə yağı, 119. 2 ədəd kərə yağı, 120. 1 ədəd qatıq (2,1 kq).) məhv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin tabeli gömrük postlarının müvəqqəti saxlanc anbarlarında olan saxlanc müddəti bitmiş tez xarab olan 120 adda ərzaq malları yararsız vəziyyətə düşmüşdür. Həmin ərzaq və qeyri-ərzaq mallarına 1. 10 kq pendir, kofe. 2. 3,7 kq kolbasa, pendir. 3.1,6 kq ton balıq. 4. 4 kq toyuq əti. 5. 15 kq toyuq əti. 6. 3 kq kərə yağı. 7. 5 kq süd 1 İt. 8. 10,5 kq toyuq qadadı (dondurulmuş). 9. 2,4 kq kolbasa. 10. 4,6 kq toyuq əti. 11. 2,4 kq kolbasa. 12. 4,5 kq toyuq əti. 13. 6 kq toyuq əti, kolbasa. 14. 5 kq toyuq əti, kolbasa. 15. 8 kq kolbasa, kərə yağı. 16. 12 kq kolbasa, toyuq, danino və digər. 17. 26 kq çaşır. 18. 14,6 kq quyruq və toyuq əti. 19. 20 kq qarışıq ərzaq (sinə əti, limon). 20. 39 kq qarışıq ərzaq (limon, quyruq, toyuq əti). 21. 5,4 kq südburger və pendir. 22. 2,8 kq toyuq əti. 23. 13 kq heyvan quyruğu. 24. 4 kq toyuq və xama. 25. 14 kq heyvan quyruğu. 26. 3,4 kq heyvan quyruğu. 27. 7 kq heyvan quyruğu. 28. 2 kq heyvan quyruğu. 29. 20 kq don xəmir.
30. 6 kq kolbasa. 31. 6 kq toyuq əti. 32. 13,95 kq ərzaq (don kartof, sosiska, tərəvəz sosu).
33. 31 kq meyvə (mandarin). 34. 3,4 kq toyuq əti. 35. 8 kq toyuq əti. 36. 4,8 kq limon. 37. 19 kq heyvan quyruğu. 38. 13,5 kq ərzaq (don kartof, burger çörəyi). 39. 10,5 kq çiçək şitilləri (qələm şəklində). 40. 6 kq kolbasa. 41. 2 kq kolbasa və yoğurt. 42. 28 kq toyuq əti. 43. 6 kq pendir. 44. 10 kq yoğurt. 45. 5 kq kolbasa. 46. 7.5 kq qızardılmış kartof və toyuq əti (don halda). 47. 10 kq limon. 48. 6 kq ərzaq (toyuq əti, meyvə). 49. 6 kq kolbasa. 50. 3,8 kq kolbasa. 51. 5 kq meyvəli yoğurt (danone). 52. 22 kq qarışıq ərzaq (yağ, cem, bal). 53. 4,9 kq heyvan quyruğu. 54. 12 kq heyvan quyruğu. 55. 3 kq heyvan quyruğu. 56. 11,5 kq kolbasa, danone. 57. 3,5 kq yoğurt. 58. 20 kq limon. 59. 12 kq kolbasa. 60. 16 kq toyuq əti, kolbasa, limon. 61. 3 kq kolbasa. 62. 4,7 kq kolbasa. 63. 3 kq heyvan quyruğu. 64. 4 kq kolbasa. 65. 28,5 kq qarışıq ərzaq (toyuq əti, kolbasa, danino). 66. 14,5 kq limon. 67. 3 kq çaşır. 68. 12 kq çaşır. 69. 5,4 kq toyuq əti və kolbasa. 70. 2 kq heyvan quyruğu. 71. 5 kq heyvan quyruğu. 72. 5 kq heyvan quyruğu. 73. 8 kq kolbasa. 74. 2,5 kq toyuq əti. 75. 14 kq heyvan quyruğu. 76. 3 kq toyuq dondurma. 77. 2,2 kq toyuq əti və kolbasa. 78. 24 kq çaşır. 79. 5,5 kq bibər, toyuq.
80. 25,7 kq pendir. 81. 40 kq çaşır. 82. 3,4 kq heyvan quyruğu. 83. 2,7 kq heyvan quyruğu.
84. 6 kq kolbasa, toyuq. 85. 12,3 kq pendir və kolbasa. 86. 6 kq kolbasa. 87. 6 kq kolbasa.
88. 34 kq limon, kolbasa, heyvan quyruğu. 89. 10 ədəd kolbasa. 90. 14 kq kolbasa. 91. 5,5 kq heyvan quyruğu. 92. 7 kq quyruq. 93. 29 kq toyuq əti. 94. 8,8 kq limon. 95. 5 kq quyruq.
96. 7 kq toyuq əti. 97. 8 kq pomidor. 98. 6 kq kərə yağı (2 qutu). 99. 9 kq pendir, kərə yağı.
100. 8 kq pomidor. 101. 8 kq pomidor. 102. 18 kq pomidor. 103. 6,5 kq ərzaq, yağ. 104. 6,3 kq ərzaq (kərə yağı, pendir). 105. 15 kq ərzaq (kərə yağı, qatıq). 106. 6 kq ərzaq, kərə yağı.
107. 4,9 kq mayonez. 108. 3 kq yağ. 109. 4.5 kq tomat. 110. 2 ədəd yağ. 111. 2 kq yağ. 112. 6 kq pomidor. 113. 6 kq kərə yağı. 114. 2 ədəd xama. 115. 3,2 kq kərə yağı. 116. 3 kq kərə yağı. 117. 5,2 kq ərzaq (dondurma). 118. 8,5 kq kərə yağı. 119. 2 ədəd kərə yağı. 120. 1 ədəd qatıq (2,1 kq) daxildir. Həmin malların istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsi barədə müvafiq rəyin verilməsi üçün Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 23 noyabr 2023-cü il tarixində 3-33-112200/2-0041221/2023 nömrəli məktub ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar 15 dekabr 2023-cü il tarixli, 140 nömrəli ekspert rəyini tərtib etmişdir. Həmin rəydə tədqiqata təqdim edilmiş 120 adda ərzaq mallarının qüsurlu olması, keyfiyyətlərinin itirilməsi və öz təyinatları üzrə istifadə oluna bilməməsi müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli 140 nömrəli ekspert rəyinə əsasən 120 adda ərzaq malları qüsurlu olduğundan, keyfiyyətlərini itirdiyindən və öz təyinatları üzrə istifadə oluna bilmədiyindən həmin malların məhv edilməsi zərurəti yaranmışdır. Belə olan təqdirdə qeyd olunan malların məhv edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi X12 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin tabeli gömrük postlarının müvəqqəti saxlanc anbarlarında olan saxlanc müddəti bitmiş tez xarab olan 120 adda ərzaq mallarının yararsız vəziyyətə düşdüyünü, həmin malların istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsi barədə müvafiq rəyin verilməsi üçün Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 23 noyabr 2023-cü il tarixdə məktub ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət olunduğunu, “Azərekspertiza” Birliyinin qeyd olunan məktubun icrası ilə əlaqədar 15 dekabr 2023-cü il tarixli, 140 nömrəli ekspert rəyini tərtib etdiyini, həmin rəydə tədqiqata təqdim edilmiş 120 adda ərzaq mallarının qüsurlu olması, keyfiyyətlərinin itirilməsi və öz təyinatları üzrə istifadə oluna bilməməsinin müəyyən edildiyini, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş malların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verildiyini, həmin qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 2.3-cü bəndinin tələbindən bu qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edildiyinin göründüyünü, ərizəyə əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli, 140 nömrəli ekspert rəyinə əsasən 120 adda ərzaq malları qüsurlu olduğundan, keyfiyyətlərini itirdiyindən və öz təyinatları üzrə istifadə oluna bilmədiyindən həmin malların məhv edilməsi zərurəti yarandığını, həmin malların sahiblərinin hamısının mallardan dövlət xeyrinə imtina ilə bağlı ərizələri olduğunu, bununla bağlı akt tərtib edildiyini, lakin həmin aktların hamısının xarab olmuş malların üzərinə qoyulduğunu, ona görə də məhkəməyə təqdim edilə bilmədiyini, 15 dekabr 2023-cü il tarixli, 140 nömrəli ekspert rəyinə əsasən 120 adda ərzaq mallarının məhv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Maraqlı şəxs malların məhv edilməsinə etirazlarının olmadığını, prosesin tez olmasını istədiklərini, çünki həmin malların xarab olduğunu, çox pis iyi olduğunu, həmçinin işçilər və əməkdaşlar üçün gigiyenik cəhətdən təhlükə yaratdığını, anbara girə bilmədiklərini, xəstəlik yarada biləcəyini bildirərək mallarının məhv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 140 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Naxçıvan Baş Gömrük İdarəsinin tabeliyində olan gömrük postlarının müvəqqəti saxlanc anbarda 2023-cü il ərzində yığılıb qalmış ərzaq mallarıdır. Orqanoleptik üsulla müəyyən edilmişdir ki, anbarın daxilində qeyri - təmiz iy hiss olunur. Mallarda çürümə, kiflənmə, bürüşmə, sınma, qırılma, kristallaşma əmələ gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2023-cü il tarixli, **********00087 nömrəli aktdan görünür ki, X3 ona məxsus 3.2 kq kərə yağının qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra onun tərəfindən gömrük ərazisindən çıxarılmadıqda həmin maldan dövlətin xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2023-cü il tarixli, **********00311 nömrəli aktdan görünür ki, X6 ona məxsus 2 kq kərə yağının qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra onun tərəfindən gömrük ərazisindən çıxarılmadıqda həmin maldan dövlətin xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2023-cü il tarixli, **********00305 nömrəli aktdan görünür ki, X1 ona məxsus 8.5 kq kərə yağının qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra onun tərəfindən gömrük ərazisindən çıxarılmadıqda həmin maldan dövlətin xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2023-cü il tarixli, **********00078 nömrəli aktdan görünür ki, X4 ona məxsus 3 kq kərə yağının qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra onun tərəfindən gömrük ərazisindən çıxarılmadıqda həmin maldan dövlətin xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2023-cü il tarixli, **********00327 nömrəli aktdan görünür ki, X10 məxsus 3 kq yağın qanunvericiliklə müəyyən olunmuş saxlanc müddəti bitdikdən sonra onun tərəfindən gömrük ərazisindən çıxarılmadıqda həmin maldan dövlətin xeyrinə imtina etmişdir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1 və 83.1.2-ci maddələrinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq məhv edilənədək gömrük nəzarəti altında olurlar. Həmin məcəllənin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Həmin məcəllənin 121.5-ci maddəsinə əsasən gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Həmin məcəllənin 195.2 və 195.2.2-ci maddələrinə əsasən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda başa çatır. Həmin məcəllənin 331-ci maddəsinə əsasən Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallan və Qaydası”nın 1.5-ci bəndinə əsasən malların məhv edilməsi üsulları malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir və əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən malların məhv edilməsinin ətraf mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar şəxsin müraciəti əsasında və qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən şəxsin müraciəti əsasında, bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək gətirilən mallar və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və gömrük anbarı, ixrac və təkrar ixrac gömrük prosedurları, tranzit, son istifadə, daxildə emal, xaricdə emal, müvəqqəti idxal və sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar məhv edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən malların məhv edilməsinə icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən şəxsin müraciəti olduqda, qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların məhv edilməsinə gömrük orqanları tərəfindən icazə verilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən gömrük nəzarəti altında malların məhv edilməsinə dair ərizə və sənədlər qəbul edildikdən sonra gömrük orqanının vəzifəli şəxsi tərəfindən sənədlərdə göstərilən məlumatların həqiqiliyi yoxlanılır. Sənədlər yoxlanıldıqdan sonra təqdim edilən mallara gömrük orqanı tərəfindən baxış keçirilir. Baxış zamanı malın adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə kodu, çəkisi, miqdarı və təsviri müəyyən edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddia ərizəsində göstərilən 120 adda malın sahiblərinin həmin mallardan imtina etmələrinə dair ərizələri olduğu halda, həmin malların gömrük orqanına təhvil verilməsinə dair akt olmasına baxmayaraq hazırda ərizəçi tərəfindən məhkəmə tərəfindən həmin malların məhv edilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunan ərizədə maraqlı şəxs qismində aidiyyəti olmayan gömrük əməkdaşı qeyd olunmuşdur. Halbuki qeyd olunan malların sahibləri tərəfindən verilən ərizələr elə məhz həmin malların məhv edilməsi üçün gömrük orqanına müraciət edilməsi ilə bağlı ərizə qismində nəzərdə alınmalı olduğundan həmin ərizələr nəzərə alınmaqla mallar gömrük orqanı tərəfindən məhv edilməlidir. Ona görə də qeyd olunan işə məhkəmə qaydasında baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərarverdi:
Ərizəçi Naxçıvan Baş Gömrük İdarəsinin maraqlı şəxs “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili şöbəsinin böyük inspektoru Maraqlı şəxs qarşı daşınar əşyaların məhv edilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.