Məhkəmə qərarları › İş №2(078)-70/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-70/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-70/2025 24.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının, iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 iştirakları ilə, İddiaçı cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına və Cavabdeh2 qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və ailə üzvlərinin istifadəsinə verilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının yaşayış və istifadə hüququna 14000 (on dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsini və Cavabdeh2 isə yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən mənzil Naxçıvan şəhər İcra Hakimiyyətinin 20 iyul 1992-ci il tarixli 473 nömrəli qərarına əsasən özünün, X9, X3 və X15 istifadəsinə verilmişdir. Həmin evin pasport qeydiyyatında İddiaçı (1960-ci il təvəllüdlü), Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı (1961-ci il təvəllüdlü), X10 (2002-ci il təvəllüdlü), Cavabdeh2 (1999-cu il təvəllüdü) və X19 (2021-ci il təvəllüdlü) adlı şəxslər durur. Cavabdeh2 ailə həyatı qurduğu üçün uzun müddətdir ki, artıq onunla birgə yaşamır. Məhz bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istəyir. Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı ilə 16 noyabr 1998-ci il tarixdə ailə həyatı qurmuşdur və o onların istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən evə köçmüşdür. О haliyyədə onunla ailə münasibətlərini pozması səbəbindən özü oğlunun evində yaşayır və onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsini istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehlə bir neçə müddətdir ki, ailə münasibətlərinin pozulduğunu, kompensasiya ödənilməklə cavabdehin yaşayış və istifadə hüququna xitam verilməsini istədiyini, Fidanın ailə həyatı qurduqdan sonra mənzildən çıxdığını, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 manat kompensasiya ödəməyə razı olduğunu, ünvan 1 ünvanda qeydiyyatda olan Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının yaşayış və istifadə hüququna 20000 manat kompensasiya ödənilməklə xitam verilməsini və Cavabdeh2 isə yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən mənzilin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1992-ci il tarixli, 473 nömrəli qərarına əsasən iddiaçı, X20, X11 və X15 istifadəsinə verildiyini, iddiaçı ilə cavabdehin bir neçə müddətdir ki, ailə münasibətlərinin pozulduğunu, iddiaçı kompensasiya ödənilməklə cavabdehlərin yaşayış və istifadə hüququna xitam verilməsini istədiyini, iddiaçının mülkiyyətçi olmadığını, mənzilin Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olduğunu, iddiaçı ilə cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı razılaşdıqlarını, iddiaçının cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 manat kompensasiya ödəməməyə razı olduğunu, digər Cavabdeh2 bir neçə ildir ki, həmin mənzildən çıxıb getdiyini, ünvan 1 ünvanda qeydiyyatda olan Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının yaşayış və istifadə hüququna 20000 manat kompensasiya ödənilməklə xitam verilməsini və Cavabdeh2 isə yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı izahatında iddia tələbini qəbul etmədiyini, 14000 manat məbləğində kompensasiyanın onu qane etmədiyini, işsiz olduğunu, təqaüd almadığını, iddiaçının 1 otaqlı ev almasını istədiyini, 30 il həmin evə can qoyduğunu, iddiaçının uşaqlarına baxdığını, 20000 manat kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsinə razı olduğunu, qızı Cavabdeh2 3 ildən artıqdır ki, Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən mənzildə yaşamadığını, ailə həyatı quraraq Bakı şəhərində yaşadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X25 izahatında Cavabdeh2 3 ildən artıqdır ki, Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən mənzildə yaşamadığını, ailə həyatı quraraq Bakı şəhərində yaşadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 izahatında özünün atasının evində böyümədiyini, xalasının evində böyüdüyünü, elə orada da ailə həyatı quraraq getdiyini, özü 7-ci sinifdə, qardaşı isə 6-cı sinifdə oxuyanda evdən cavabdeh tərəfindən qovulduqlarını, qardaşının Türkiyə Respublikasına, özünün də xalasıgilə getdiyini, orada yaşadıqlarını, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının onları təhqir etdiyini, söyüşlər söydüyü, dava-dalaş yaratdığını, cavabdeh 1 otaqlı ev istəsə də atasının kasıb adam olduğunu, maddi imkanı olmadığını bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X21 izahatında Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən yaşayış evinin Dövlət Mənzil Fonduna məxsus olduğunu, 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin razılığı ilə başqa şəxsləri mənzilə köçürə biləcəyini, əgər başqa saziş yoxdursa da, həmin şəxslərin də mənzildə yaşayış hüquqları olan digər şəxslərlə eyni hüquqlara malik olduqlarını, həmçinin tərəflərindən aparılan araşdırmanın nəticəsində şifahi sorğuya cavab olaraq Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 4021 nömrəli arayışdan Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən yaşayış evində Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı, X22 və X6 yaşadığının göründüyünü, tərəflərin razılaşmalı olduğunu, çünki Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən mənzilin dövlət mülkiyyətində olduğunu, cavabdehin sadəcə yaşayış və istifadə hüququ olduğunu, orderdə adı olmadığını, mübahisənin razılaşma yolu ilə həll edilməli olduğunu bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli, 1073 nömrəli arayışdan görünür ki, Nəcəfov X14 şəhəri, Əcəmi, ev 3, mənzil 30, blok 2, mərtəbə 5, otaqların sayı 2, sahəsi 29.5 kv.m olan mənzildə yaşayır, ev Naxçıvan Şəhər İcra Hakimiyyətinə məxsusdur. Həmin evdə İddiaçı (1960-ci il təvəllüdlü), həyat yoldaşı X23 (1961-ci il təvəllüdlü), qızı X10 (2002ci il təvəllüdlü), qızı Cavabdeh2 (1999-cu il təvəllüdü) və nəvəsi X19 (2021-ci il təvəllüdlü) adlı şəxslər daimi pasport qeydiyyatındadırlar. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 20 iyul 1992-ci il tarixli, 473 nömrəli qərarından arxiv çıxarışından görünür ki, Su təchizatı və kanalizasiya sahəsinin növbətçi maşınisti İddiaçı dörd nəfər ailə üzvünə (həyat yoldaşı X20, qızı X11, oğlu X25) ona Əcəmi məhəlləsindəki 3 nömrəli binanın 30 nömrəli ikiotaqlı mənzilinin orderi verilmişdir. İddia ərizəsinə əlavə olunmuş 19 iyun 2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nəcəfov X14 şəhəri, Əcəmi ünvan 7 ünvanda həmçinin X10 (xx.xx.2002), X19 (xx.xx.2021) və Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı (xx.xx.1961) qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1401 nömrəli arayışdan görünür ki, Nəcəfov X14 şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, ev 3, mənzil 30 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2216 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Xətai məhəlləsi, ev 33 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 882 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Əliabad qəsəbəsi, döngə 17, ev 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, AZ-İV seriyalı, 457693 nömrəli çıxarışdan görünür ki, X20 xx.xx.1996cı il tarixdə kəskin leykoz səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 280 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş Vayxır kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 16 sentyabr 1998-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 330372 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 ilə İddiaçı arasında 16 sentyabr 1998-ci il tarixdə Vayxır kənd İcra Nümayəndəliyində nikah bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-106/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı arasında 16 sentyabr 1998-ci il tarixdə Vayxır kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4021 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı, X22 və X16 yaşayırlar. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 mart 2020-ci il tarixli, AZ-İİ seriyalı, 157475 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X24 arasında 27 mart 2020-ci il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, AZ-İV seriyalı, 627688 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X13 birgə nikahlarından 18 may 2021-ci il təvəllüdlü X19 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli, AZ-İİ seriyalı, 566001 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 ilə X17 arasında 04 mart 2023cü il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 959438 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ilə X7 birgə nikahlarından 29 noyabr 2023-cü il təvəllüdlü X31 adlı övladları doğulmuşdur. Məhkəmə İddiaçı cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının kompensasiya ödənilməklə ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Həmçinin iş materiallarında olan Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 iyul 1992-ci il tarixli, 473 nömrəli qərarına əsasən mübahisəli mənzil İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması qənaətinə gəlir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Məhkəmə qeyd edir ki, 20 iyul 1992-ci il tarixli, 473 nömrəli qərar ilə mübahisəli mənzil İddiaçı istifadəsinə verilmişdir, bu səbəbdən də İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcuddur, eyni zamanda İddiaçı həmin qərar əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. İş üzrə İddiaçı ərizəsindən belə məlum olur ki, o, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına ümumilikdə 14000 (on dörd min) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Bazar qiymətlərinə uyğun olaraq kompensasiya məbləğinin düzgün müəyyən edilməsi məqsədilə məhkəmə baxışı zamanı ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə ona mütənasib olan yaşayış evlərinin alqı-satqısının rəsmiləşdirilməsi və sözügedən yaşayış evinə mütənasib olan evlərin kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan bazar qiymətləri ilə bağlı məlumatın öyrənilməsi üçün Naxçıvan "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 30 noyabr 2024-cü il tarixli, 1829/2024 nömrəli və 17 dekabr 2024-cü il tarixli, 1925/2024 nömrəli məktublarda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanda yerləşən mənzilin istifadəyə yararlığına, yəni yeni və köhnə tikililərə görə alqı-satqı müqavilələrinin rəsmiləşdirməsi zamanı mövcud olan bazar qiyməti 50000-80000 manat, kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan qiymət isə 150-300 manat dəyərindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 301 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Əcəmi 3, mənzil 30 ünvanında yerləşən yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə ona mütənasib olan fərdi yaşayış evlərinin satış qiyməti 80000-100000 manat, yaşayış sahələrinin kirayə müqavilələri bağlanarkən müəyyən edilmiş qiymətlər 150-250 manat aralığında dəyişır. Həmçinin İddiaçı istifadəsinə verilmiş ünvan 6 ünvanında yerləşən mənzilin hazırki bazar qiymətinin müəyyən edilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(078)-70/2025 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair 23 aprel 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 63.66 m2 olan mənzilin 18 aprel 2025-ci il tarixinə bazar dəyəri 61300 (altmış bir min üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququna xitam verilməsi müqabilində məhkəmə iclasında İddiaçı tərəfindən cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsi təklif edilmiş, cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızı da 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın iddiaçı tərəfindən ona ödənilməsi qarşılığında yaşayış və istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. İddiaçı cavabdehə 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsinə razılığı olduğunu bildirmişdir. Ona görə də məhkəmə iddiaçının razılığını nəzərə alaraq hesab edir ki, həmin məbləğdə kompensasiyanın cavabdehə ödənilməsi ədalətlidir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli və İddiaçı tərəfindən cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının ünvan 6 ünvanında yerləşən mənzildən istifadə və yaşayış hüququna xitam verilməlidir. Məhkəmə İddiaçı digər tələbi olan Cavabdeh2 ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə münasibətdə isə aşağıdakıları qeyd edir. Cavabdeh2 mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 3 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, mübahisəli mənzil İddiaçı istifadəsinə verilmişdir və Cavabdeh2 3 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumu cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 232 (iki yüz otuz iki) manat cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı tərəfindən cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququna xitam verilməli; -Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun əvəzi cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməli; -iddia təmin edilməli olduğundan qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 232 (iki yüz otuz iki) manat cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızına 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə cavabdeh Nəcəfova (Əhmədova) Sevda Həmzə qızının ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququna xitam verilsin. Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun əvəzi cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia təmin edildiyindən qiymətləndirmə ekspertizasının aparılması üçün ekspertiza xərci olan 232 (iki yüz otuz iki) manat cavabdehlər Nəcəfova (Əhmədova) Sevda Həmzə qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar