Məhkəmə qərarları › İş №2(078)-704/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-704/2023

25.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-704/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Şəhər 1 saylı Notariat Kontoruna miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X16 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X13, X14 cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə baxışı iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, X10 26 oktyabr 1941-ci ildə 2-ci Dünya müharibəsində, anası X11 isə 10 dekabr 1992-ci il tarixində vəfat etmişdir. X3 ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Atasının iki övladı olub-o və qardaşı. Qardaşı Əli 1950-ci illərdə hərbi xidmət üçün getmiş və Ukraynada məskunlaşmışdır. 2020-ci ildə Ukraynada vəfat etmişdir. Atası vəfat etdikdən sonra anası təxminən 1943-cü ildə onlarla qonşu olan Hüseyn adlı şəxslə evləndi. Hüseyn həyətini kirayə verdi və onlarla yaşamağa başladı. Həmin evi valideynləri birlikdə tikiblər. Anası palçıqla kərpic kəsib atası hörübdür. Hüseynin evi və böyük bağı var idi. Onun bağı indiki Xanım qızlar Liseyinin yeri olubdur. Anasının Hüseynlə evliliyindən iki qızı var. Hüseyn 1947-ci ildə vəfat etdi. Onlar-dörd uşaq anası ilə yaşayıb. Hər biri evlənib ata evindən ayrılıb. Anası 1992-ci ildə vəfat etdi. Anasının vəfatından sonra miras əmlakda bir müddət ögey bacısının oğlu yaşadı. Sonra da 30 manata kirayə verdi. Bir müddət sonra ögey bacıları ataları Hüseynin həyətini satıb böldülər. Anasının ölümündən sonra həmin evdə yaşamasa da maraqlanıb. Onun oğlu da həyət çox baxımsız olduğundan işıq, qaz, su xətti kəsildiyindən xərc çəkdi, onları bərpa etdi. Əlavə bir naves tikdi, hamam tikdi. Bir az özü üçün şərait yaratdı. Torpaq sahəsi çox azdır. 1.40 sot ancaq olar. İndi evi sənədləşdirmək istəyir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh təşkilat Cavabdehnə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Cavabdeh notariusi C.Eyvazov məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixdə 94 nömrəli məktub göndərərək xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh təşkilat Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 bildirmişdir ki, İddiaçı onun ögey bacısıdır. O və Fəridə doğma, Əli ilə Tovuz isə anadan doğma, atadan ögeydir. Valideynləri 1943-cü ildə evlənib. Atasının ayrıca evi və torpaq sahəsi olsa da, onlar hamısı birlikdə anasına məxsus evdə yaşayıblar. Ailə qurduqdan sonra həmin evdən çıxıblar. Uzun illərdir həmin həyətdə yaşamırlar. Hazırda Tovuz bacısı həmin evə sahiblik edir. Buna heç bir etirazı yoxdur. Naxçıvan MR Dövlət Yerqurluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerqurluşu şöbəsinin rəisi X2 tərəfindən verilmiş mütəxəssis rəyindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi həyətyanı torpaq sahəsi ilə birlikdə 149.13 kv.m təşkil edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X24 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. X7 26 oktyabr 1941-ci il tarixində, nənəsi X11 10 dekabr 1992-ci il tarixində vəfat etmişdir. Babasının ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Anasıgil bir qardaş bir bacı olublar. Dayısı Əli 1950-ci illərdə hərbi xidmət üçün getmiş və Ukraynada məskunlaşmışdır. 2020-ci ildə Ukraynada vəfat etmişdir. Həyət indiki Xanım qızlar liseyinin yanındadır. Anasının Hüseyn kişidən 2 ögey bacısı var. Xalaları-Firuzə və Fəridə ailə qurub həmin həyətdən köçüblər. Həyət çox baxımsız olduğundan işıq, qaz, su xətti kəsildiyindən özü xərc çəkib, onları bərpa edib. Əlavə naves, hamam tikib. Torpaq sahəsi çox azdır, 1.40 sot ancaq olar. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadəsini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1959-cu il tarixdə təkrar verilmiş İJ seriyalı 428146 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə Naxçıvan şəhərində doğulmuş, bu barədə 314 nömrəli akt qeydi aparılmışdır. X10 və anası X6r. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X21 ilə X11 arasındakı nikah qeydi xx.xx.1940-cı ildə pozulmuş, bu barədə 75 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, Hüseynov Hüseyn K.Həsənqulu oğlu ilə X9 arasında xx.xx.1942-ci il tarixdə nikah bağlamış və bu barədə 86 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixdə verilmiş İ-JQ seriyalı 279006 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1941-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 224 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı 257947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1992-ci il tarixdə ürək qan dövranın pozulması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 267 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş İ-BB seriyalı 113736 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X25 xx.xx.2020-ci il tarixdə Luqansk Xalq Respublikası, Krasnodon şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 927 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri İ.Məmmədov küçəsində mülkiyyətində olan 0.0149 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 38.49 kv.m olan 6B nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X16 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9167 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi həyətyanı torpaq sahəsi ilə birlikdə 149.13 kv.m təşkil edir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 872 nömrəli arayışdan aydın olur ki, ünvan 5 ünvanında yaşamış mərhum X16 vərəsələri aşağıdakılardır: - X11-həyat yoldaşı-vəfat edib; - İddiaçı-qızı-1936; - X25-oğlu-vəfat edib. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 696 nömrəli arayışdan aydın olur ki, ünvan 6 ünvanında yaşamış mərhum X4 vərəsələri aşağıdakılardır: - X21-həyat yoldaşı-vəfat edib; - Hüseynov Hüseyn K.Həsənqulu oğlu-həyat yoldaşı-vəfat edib; - X25-oğlu-vəfat edib; - İddiaçı-qızı-1936; -X13-qızı-1943; -X14-qızı-1947. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 379 nömrəli arayışından aydın olur ki, İddiaçı Naxçıvan şəhəri, A.Tarverdiyev ev 2 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 156 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras əmlakın sahibi X18 ölüm haqqında şəhadətnaməsindən aydın olur ki, 1941ci ildə vəfat etmişdir. Hazırki vəziyyətdə iddia tələbinin qanuni əsasının 16 iyun 1923‐cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəlik hüququndan bəhs edən normaları təşkil edir. 16 iyun 1923‐cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən 1945-ci il dəyişkilyinə qədər qanun üzrə vərəsələrin dairəsinə enən xətt üzrə uşaqlar, nəvələr və nəticələr, sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əmək baracırqsız və imkansız digər şəxslər daxil idilər. 16 iyun 1923‐cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 490‐cı maddəsinə əsa sən qanun üzrə vərəsəlikdə vərəsəlik əmlakı 488‐ci maddənin birinci və ikinci hissəsində göstərilən qaydada, vərəsəliyə çağırılan şəxslər arasında bərabər hissəyə bölünür. İrs buraxan şəxsin 488-ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri və nəticələri onların vəfat etmiş ata-anasına çatmalı olan payı həcmində bərabər pay alırlar. Həmin Məcəllənin 491-ci maddəsinə görə 488-ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa 490-cı maddəyə əsasən ona çatası əmlakdan düşən paydan əlavə adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla) həmin Məcəllənin 503-cü maddəsinə əsasən vərəsəlik açıldığı gündən etibarən 6 ayın ərzində gəlmədiyi, vərəsəliyi qəbul etməkdən imtina etdikləri halda (494-cü maddədə nəzərədə tutulan hallar istisna edilməklə) və ya vərəsələrin biri və bir neçəsi vəsiyyət edən şəxs tərəfindən irs alma hüququndan məhrum edildikdə onların payı qanun üzrə olan digər vərəsələrə keçir və vəsiyyət edən şəxs bütün öz əmlakını özünün təyin etdiyi vərəsələrə veriləcəyini vəsiyyətnamədə göstərməmişsə əmlak 490-cı maddədə göstərilən qaydada onların arasında bölünür. Bütün vərəsələr müəyyən vaxtda gəlmədikləri, vərəsəliyi qəbul etməkdən imtina etdikləri və ya vəsiyyət edən şəxs tərəfindən vərəsəlik hüququndan məhrum edildikəri halda əmlak yiyəsiz elan olunur və dövlət mülkiyyətinə keçir. Məhkəmə belə hesab edir ki, X1 miras qalan Naxçıvan şəhəri İ.Məmmədov küçəsində mülkiyyətində olan 0.0149 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.49 kv.m olan 6B nömrəli daşınmaz əmlak İddiaçı tərəfindən qəbul etmişdir. Belə ki, sənədlərdən aydın olur ki, İddiaçı atası ilə anasının nikahı 1940-cı ildə pozulmuşdur. İbad Ələkbərovun iki vərəsəsi olmuşdur. Qızı Tovuz və oğlu Əli. Əli Ələkbərov 2020-ci ildə vəfat etmişdir və övladı-vərəsəsi yoxdur. X16 yeganə vərəsəsi qızı-İddiaçıdır. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X16 vəfatından sonra ondan qalan miras əmlakı hazırda İddiaçı idarə edir. Həmin dövrün mülki hüquq normalarından da göründüyü kimi miras əmlaka vərəsə tərəfindən imtina edilməmişdirsə qəbul edilmiş hesab edilir. İddiaçı həmin əmlakdan imtina barədə ərizə verməmişdir, belə olan halda mirası qəbul etmişdir. Hazırda işə baxılarkən müəyyən edilir ki, iddiaçı miras əmlaka qulluq etmək üçün oğluna vermiş və müəyyən abadlıq işləri aparılmışdır. Belə olan halda məhkəmə İddiaçı miras əmlakın onun tərəfindən qəbul edilməsi nəticəsinə gəlir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalan Naxçıvan şəhəri İ.Məmmədov küçəsində mülkiyyətində olan 0.0149 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.49 kv.m olan 6B nömrəli daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalan Naxçıvan şəhəri İ.Məmmədov küçəsində mülkiyyətində olan 0.0149 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 38.49 kv.m olan 6B nömrəli daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar