Məhkəmə qərarları › İş №2(078)-724/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-724/2023

24.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-724/2023 24.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs ünvan 3 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsinin imtinasının əsassız sayılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında 0.0829 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 407.6 kvm təşkil edən fərdi yaşayış evindən 1/2 hissənin qardaşı X7 bağışlanmasının rəsmiləşdirilməsindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli imtinasının əsassız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 30 yanvar 2015-ci il tarixli 2/v-01/11 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 21 mart 1971-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış Naxçıvan şəhəri, Sabir küçəsində 0.0829 ha torpaq sahəsində yerləşən 1(2) mərtəbəli , (A və B) tikililər) 10 otaqlı, 192.09 kvm yaşayış, 82.11 kvm qeyri yaşayış, 215.51 kvm köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evi 30 sentyabr 2015-ci il tarixdə ********** nömrə ilə adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmışdır. Əmlak onun adına qeydiyyata alınsa da evin ayrıca təcrid olunmuş bir hissəsində o, digər hissəsində isə qardaşı X10 yaşayır. Hərəsinin ayrıca girişçıxışı, mətbəxi, sanitar qovşağı var. Yaşayış evi hələ mərhum atası adına olanda da onlar iki qardaş həmin həyətdə, hərə öz ailəsi ilə özünə aid evdə yaşayırdı. Yaşayış evi onun adına sənədləşəndən sonra da eyni qaydada yaşamaqda davam edirdilər. Evin atasının adından onun adına keçiriləndən sonra gələcəkdə belə problemlə qarşılaşacaqlarını bilməyiblər. Mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsinin qardaşı X5 adına bağışlanması üçün müqavilənin rəsmiləşdiriməsi barədə ünvan 2 ünvanda qeydiyyatda olanların razılıq ərizələrinin olmadığı səbəbindən müqavilənin rəsmiləşdirilməsindən imtina olunaraq müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. O, mülkiyyətində olan əmlakın üzərində istədiyi sərəncamı verə bilmir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinası əsassızdır. 24 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçinin vəkili və nümayəndəsi X6 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Ərizəçi iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Naxçıvan şəhər 1 saylı Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxs tərəfindən məhkəməyə xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə eyni məzmunlu məktub göndərilərək təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin qeyd olunan məktublarını nəzərə alaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi X14 ərizə ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Ərizəçi ünvan 3 ünvanladığı ərizədən mülkiyyətində olan ünvan 4aq sahəsi və ümumi sahəsi 407.6 kvm təşkil edən fərdi yaşayış evinin 1/2 hissəsinin qardaşı X5 adına bağışlanması barədə müqaviləni rəsmiləşdirilməsini xahiş etməsi aydın olur. İş materiallerına əlavə edilmiş Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli 29 nömrəli məktubundan yaşayış sahəsinə (ev ,mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən,notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Razılıq ərizələri olmadığına görə bağışlama müqaviləsini rəsmiləşdirə bilmədiklərini qeyd etməsi və məhkəməyə müraciət etmələrini tövsiyə etmələri aydın olur. İş materiallerına əlavə edilmiş ******* nömrəli MH seriyalı NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Naxçıvan şəhəri, X38 küçəsi, ev 85-də olan 0.0829 hektar torpaq sahəsində yerləşən 407.6 kv.metr fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 18/18 nömrəli reyestr kitabının 3455 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallerına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01/1938 nömrəli arayışdan Ərizəçi ünvan 5 ünvanında qeydiyyatda olması və ailə tərkibinin qardaşı X10, bacısı X11, həyat yoldaşı X15, oğlu X21, oğlu X16, gəlini X22, gəlini X8, nəvəsi X12, nəvəsi X17, nəvəsi X18, qardaşı oğlu X2 ibarət olması aydın olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 16 yanvar 2023-cü il tarixli arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan şəxslər xx.xx.1991-ci il təvəllüdlü X9, xx.xx.1992-ci il təvəllüdlü X22, xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.1991-ci il təvəllüdlü X21, xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.1961-ci il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X17, xx.xx.2018-ci il təvəllüdlü X18, xx.xx.2015-ci il təvəllüdlü X19, xx.xx.2016-cı il təvəllüdlü X4r. Mülki iş materiallarını tədqiq edən məhkəmə işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi təmin edilməməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1 və 668.1.1-ci maddələrinin tələbinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən: - Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. -Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi notarius haqlı olaraq ərizəçinin müraciəti əsasında bağışlama müqaviləsini təsdiqləməkdən imtina etmişdir. Çünki sadalanan normalardan da göründüyü kimi daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı həmin daşınmaz əmlakda qeydiyyatda olan yetkinlik yaşına çatan bütün ailə üzvlərinin razılığı alınmalıdır. Yuxarıda qeyd olunan iş materiallarından da göründüyü kimi həmin daşınmaz əmlakda iddiaçının yetkinlik yaşına çatmış ailə üzvləri qeydiyyatdadır. Onların razılığı olmadan bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina edən notariusun hərəkəti əsaslı olmuşdur. Notarius qeyd olunan notariat hərəkətinin aparılmasından imtina etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, əizəçinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi maraqlı şəxs ünvan 3 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsinin imtinasının əsassız sayılması tələbinə dair ərizəsi təmin edilməməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi maraqlı şəxs ünvan 3 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinasının əsassız sayılması tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar