Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-725/2021 10.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdehlər Naxçıvan şəhəri 2-ci dövlət notariat ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dovlət Xidmətinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontoru tərəfindən X1 02 oktyabr 2012-ci il tarixli, 2-v-1000 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmasını və 11 oktyabr 2017-ci il tarixdə Cavabdeh3 verilmiş Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4ə-170 nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri iddia ərizəsinin forması və məzmununa dair tələblərə riayət edilibedilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində Cavabdeh3 poçt ünvanı lazımi qaydada göstərilməmiş, sadəcə Türkiyə Respublikası İzmir şəhəri qeyd olunmuşdur. Bununla da iddiaçı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Naxçıvan şəhəri 2-ci dövlət notariat ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dovlət Xidmətinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və bağışlamma müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 03 may 2021-ci il tarixli, 17341 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Naxçıvan şəhəri 2-ci dövlət notariat ofisinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dovlət Xidmətinə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və bağışlamma müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 03 may 2021-ci il tarixli, 17341 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-725/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-725/2021
10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver