Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-729/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mirasın yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əıi oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı 09 oktyabr 1989-cu il tarixdə vəfat etmiş atası X13 miras qalmış ünvan 1 ünvanında yerləşən mirasın yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Cavabdeh9, Cavabdeh8 və Cavabdeh7 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, anası X14 2008-ci ildə atası X26 1989-cu ildə vəfat etmişdir. Atasının adına Naxçıvan şəhər M. Ə. Sabir küçəsi döngə 8, ev 5-də yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 vərəsələri yoldaşı Gülgəz Kərimova.ş qızları Münəvvər, Cavabdeh7 və oğlanları Cavabdeh8 və o olmuşdur. Atasının vərəsələrindən Gülgəz Kərimova, Münəvvər Kərimova və Əli Kərimov vəfat etmişdir. Bacısı Cavabdeh7 1984-cü ildə ailə qurub Türkiyə Respublikasına ailə qurub köçmüşdür. Hazırda orada yaşayır və 80-dən artıq yaşı vardır. Naxçıvana gələrkən onun evinə glir və qalır. X1 12 iyul 2020-ci il tarixdə ağciyər ürək çatışmazlığı diqanozu ilə Naxçıvan şəhərində vəfat etmiş, onun vərəsələri Cavabdeh6, Cavabdeh5, Cavabdeh4dır. X5 06 may 2008-ci ildə ürək qandamar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9dur. Hələ zamanında atası mərhum qardaşı Əliyə torpaq sahəsi bölüb payını ayırmış, həmin torpaq sahəsində hazırda mərhum qardaşının oğlu Cavabdeh9 yaşayış və torpağı və evini öz adına sənədləşdirmişdir. Qardaşı Cavabdeh8 Bakı şəhərində özünə məxsus evdə yaşayır. O 1947-ci ildə hazırki mənzildə anadan olmuşdur. Ali təhsilldir və bütün ömrü boyu valideynlərinin sağlığında və vəfatından sonra həmin mənzildə yaşamışdır. Zamanında mənzilin öz adına sənədləşdirməsi onun qanunu bilməməzliyinin nəticəsində olmuşdur. Nə Türkiyədə olan bacısı, nə də mərhum bacı-qardaşının övladları evi onun adına sənədləşməsinə etiraz etmirlər. Mərhum bacısı Münəvvər sağlığında 2018-ci ildə evin onun adına keçirilməsi barədə razılıq ərizəsi də vermişdir. Lakin Bakıda yaşayan qardaşı Vidadi razılıq ərizəsi verməyəcəyini bildirir. Uzun illərdir ki, atasından qalan evdə yaşayır və evin bütün idarəçiiyi, kommunal xərclərinin ödənişi onun tərəfindən həyata keçirilir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil oğu iddianı müdafiə edərək izahatında iddiaçının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əıi oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əıi oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, İddiaçı onun qonşusudur və həmyaşıd olduqlarından bir vaxtda böyümüşlər. Firdovsinin anası Gülgəz xalanı və atası Tahar əmini yaxşı tanıyır, uşaqlıqda onların evində böyümüşdür. Tahar Kərimovun beş övladı olmuşdur, Əli və Münəvvər vəfat etmişdir. Bəsirət Türkiyədə yaşayır, Vidadi Bakıda yaşayır. Həmin evdə yalnız Firdovsi yaşamışdır. O Tahar kişinin evində Firdovsi və onun ailəsinin yaşadığını görmüşdür. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun nümayəndəsinin izahatını, şahidin ifadəsinin, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Naxçıvan rayon Xanlıqlar kənd soveti kətərindən verilən evlənmək haqqında şəhadətnamədən aydın olur ki, X34 oölu ilə X14 10 oktyabr 1957-ci ildə 13 nömrəli nikah bağlamış, nikah bağlandıqdan sonra kişi Kərimov , qadın Kərimova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X14 08 oktyabr 2008-ci ildə ürək qan damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 20 oktyabr 2008-ci il tarixdə ölüm akt qeydləri kitabında 305 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışdan aydın olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 116.92 kv.metr olan fərdi yaşayış evi və 0.1459 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə 13 fevral 2018-ci il tarixdə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 18/32 nömrəli reyestr kitabının 6180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X26 09 oktyabr 1989-cu il tarixdə ürək qan damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 09.10.1989-cu il tarixdə 175 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21 avqust 2019-cu il tarixli m-2365 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanına yaşayan X15 aşağıdakı vərəsələri vardır: -X14-həyat yoldaşı-vəfat edib; -X7-qızı-1936; -Cavabdeh7-qızı-1938; -İddiaçı-oğlu-1947; -X27-oğlu vəfat edib -Cavabdeh8-oğlu-1950 İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx xxxxxxxx 1947-ci ildə Şərur rayonu Qarabağlar kəndində doğulmuşdur, atası X26, anası X9r. İş materiallarına əlavə edilmiş ölüm haqqında akt qeydindən çıxarışdan aydın olur ki, X27 06 may 2008-ci il tarixdə ürək qan damar çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölük akt qeydləri kitabının 158-ci səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsinin 06 nömrəli 12 iyul 2021-ci il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Atabəylər 12/35 ünvanında yaşamış və 06.05.2008-ci ildə vəfat etmiş X16 aşağıdakı vərəsələri vardır: -X10-həyat yoldaşı-1947; -X17-qızı-1966; -X18-qızı-1968; -Cavabdeh2-oğlu-1970; -Cavabdeh9-oğlu-1973. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 12 iyul 2020-ci il tarixdə ağciyər ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölük akt qeydləri kitabında 16 iyul 2020-ci il tarixdə 284 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01/3316 nömrəli 12 iyul 2021-ci il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Ə.Əliyev döngə 3, ev 7-də yaşamış mərhum X2 aşağıdakı vərəsələri vardır: -X6-həyat yoldaşı-vəfat edib; -X11-oğlu-vəfat edib; -X3-qızı-vəfat edib; -Cavabdeh6-oğlu-1961; -Cavabdeh4-qızı-1965; -Cavabdeh5-oğlu-1968. Naxçıvan şəhəri bir saylı Notariat Ofisi tərəfindən İddiaçı 18.11.2020-ci il tarixli məktubuna 19.11.2020-ci il tarixdə verilmiş 245 nömrəli cavab məktubundan məlum olur ki, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin faktiki halları yuxarıda qeyd eidlmiş sənədlərlə müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, mərhum İddiaçı mərhum X15 vəfatından sonra miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Belə ki, iş üzrə iddiaçının izahatından və şahidin ifadəsindən aydın olur ki, iddiaçı miras əmlakda doğulmaqla bu günə qədər həmin mənzildə yaşayır və evin sənədləri onda olmuş və evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Bu hal iş materiallarınd aolan qəbzlərlə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı atasının sağlığında və onun vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, kommunal xərclərini ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbində miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsinə münasibətdə iddia tələbini rədd edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də cavabdehlər miras əmlakla bağlı mülahizələrini məhkəməyə bildirməmişlər. Məhkəmə iclasında bütün vərəsələr iştirak etmədiyindən, onların mövqeyini və miras əmlakın onlar tərəfindən qəbul edilməsi ilə bağlı halları araşdırmaq mümkün olmadığından məhkəmə hesab edir ki, bu halda iddia tələbinin bütünlüklə təmin edilməsi-yəni miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktının tanınması vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipini şübhə altına almaqla yanaşı gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 09 oktyabr 1989-cu il tarixdə vəfat etmiş atası X13 miras qalmış ünvan 1 ünvanında yerləşən mirasın İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilməli, iddia tələbi miras əmalkın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində rədd edilməlidir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan Filialına 20 fevral 2021-ci il tarixdə 9365 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumunun 5 (beş) manatı cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 09 oktyabr 1989-cu il tarixdə vəfat etmiş atası X13 miras qalmış ünvan 1 ünvanında yerləşən mirasın İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan Filialına 20 fevral 2021-ci il tarixdə 9365 nömrəli qəbzlə ödənilmiş 10 (on) dövlət rüsumunun 5 (beş) manatı cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-729/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-729/2021
13.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver