Məhkəmə qərarları › İş №2(078)-733/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-733/2025

25.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-733/2025 25.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qızı xx.xx.1956-cı il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirmişdir ki, X4 ilə 1980-ci ildə ailə həyatı qurmuşdur. Nikahları Naxçıvan şəhər VVAQ şöbəsində rəsmiləşdirilmişdir. Əvvəllər Xalidənin səhhəti normal olsa da, sonra pisləşmişdir. Hal-hazırda o, Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xalidə ruhi xəstəlikdən əziyyət çəkdiyinə görə təbii olaraq onun öz hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Buna görə də, onun hüquq və vəzifələri ilə bağlı məsələlər ortaya çıxdıqda bunu yerinə yetirməli olur. Lakin müəyyən işlərin həll olunması zamanı onun şəxsən iştirakı zəruri olduqda onun qanuni nümayəndəsi olaraq onu təmsil etməyi mümkün olmur. Çünki həyat yoldaşı özünü idarə edə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətsiz elan olunması zəruridir ki, bundan sonra onun üzərində qəyyum təyin olunaraq onun mənafeyini müdafiə edə bilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan verdiyindən o, məhkəmə iclaslarına dəvət olunmuş və iştirak etməmişdir. Məhkəmə iclası zamanı maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasına məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdi. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən təkrarən verilmiş nikah haqqında şəhadətnamədən məlum olur ki, Ərizəçi ilə X4 ilə arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmış və bu barədə 389 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 1408 nömrəli 17 aprel 2025-ci il tarixli arayışdan məlum olur ki, Xəzərli Xalidə xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyəqəbul olunub və müalicəsi davam etdirilir. Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2476 nömrəli, 28 aprel 2025-ci il tarixli məktubundan məlum olur ki, Hüseynov Ərizəçi Xalidə məsdi qızının əridir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışdan məlum olur ki, Hüseynov X5 şəhəri, Əcəmi, ev 1, mənzil 39 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X2 əri olması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(078)-733/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 verdiyi xx.xx.2025-ci il tarixli 4262 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəylərindən məlum olmuşdur ki, X3 psixi xəstəliyi aşkar olunmur, o öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1956-cı il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasın Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar