Məhkəmə qərarları › İş №2(078)-738/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-738/2022

06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-738/2022 06.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər X6 və X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X7 miras qalmış Naxçıvan şəhəri Sabir küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X20 03 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Onun ölüm faktı Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 801116 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Həyat yoldaşı ölümündən sonra Naxçıvan şəhəri Sabir küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı ev və torpaq sahəsi miras qalmışdır. Mərhum həyat yoldaşı Qazıyev Səlimin həyat yoldaşı İddiaçı, oğlu Cavabdeh1, oğlu Cavabdeh3, qızı Cavabdeh2 qız, qızı X16, qızı X21 adlı vərəsələri vardır. Həyat yoldaşının ölümündən sonra həmin mənzildə o tək yaşayır. X1 və X2 şəhər 2 saylı Notariat ofisinə ərizə verərək mərhum atalarından miras qalmış əmlakı qəbul etmədiklərini və gələcəkdə mirasla bağlı heç bir iddialarının olmayacağını bildirmişlər. Digər vərəsələr gəlib ərizə verəcəklərini bildirsələr də faktiki heç bir hərəkət etmirlər. O, 11. 05.1989-cu ildə X20 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və həmin tarixdən mərhum həyat yoldaşı X11 adına olan Naxçıvan şəhəri Sabir küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı evdə yaşamış və hazırda həmin evdə yaşamaqda davam edir. Ərizə vermək istəməyən vərəsələr Səlimin birinci evliliyindən olan uşaqlarıdır. Onlar ümumiyyətlə həmin evdə yaşamayıblar. Həmin evi S.Qazıyev birinci ailəsindən ayrıldıqdan bir neçə il sonra alıb. Bundan əlavə X20 28 avqust 1992-ci ildə həmin əmlakı ona vəsiyyət etmişdir. O, miras əmlakı həm vəsiyyət üzrə həm də qanun üzrə faktiki qəbul etmişdir. Bütün bu, illər ərzində mənzilin bütün kommunal, vergi və sığorta xərclərini o ödəmişdir. Qeyd etmişdir ki, mərhum həyat yoldaşı X20 vəfat edəndən sonra həmin əmlaka o sahiblik etmiş, orada yaşamış, bu gün də orada yaşayır. O, mərhum həyat yoldaşı X7 miras qalmış Naxçıvan şəhəri, Sabir küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı miras qalmış evi adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəlmiş və bu məqsədlə Naxçıvan şəhər 2 saylı Notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər 2 saylı Notariat ofisinin 19 aprel 2022-ci il tarixli məktubunda Notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla nəzərdə tutulan müddət keçmişdir və mübahisə olduğundan mirasın faktiki qəbulu məhkəmələr tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə 21 iyul 22-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının yazılı razılığı ilə X12 və X14 cavabdeh qismində mülki işə cəlb etmişdir. 10 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddiaçı ərizədə onun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X7 miras qalmış Naxçıvan şəhəri, Sabir küçəsində 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək həyat yoldaşı X7 miras qalmış ünvan 1-də yerləşən 0.0148 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 1 mərtəbəli 3 otaqlı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə X7 miras qalmış ünvan 1-də yerləşən 0.0148 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 1 mərtəbəli 3 otaqlı miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, lakin 16 sentyabr 2022-ci il tarixdə məhkəməyə eyni məzmunlu məktublar göndərərək İddiaçı onlara qarşı qaldırdığı miras əmlakın faktiki qəbul edilməsi barədə iddiasını qəbul etmədiklərini, işə onun iştirakı olmadan baxıb İddiaçı mirasla bağlı iddia tələbini rədd etməklə onlara mirasla bağlı məcburi paylarının ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, həmçinin 20 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 və 21 sentyabr 2022-ci il tarixdə Cavabdeh3 məhkəməyə eyni məzmunlu teleqramlar göndərərək teleqramlarda İddiaçı onlara qarşı qaldırdığı miras əmlakının faktiki olaraq qəbul edilməsi barədə iddiasını qəbul etmədiklərini, onların iştirakları olmadan baxıb İddiaçı mirasla bağlı iddia tələbini rədd etməklə onların mirasla bağlı paylarının ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yuxarıda qeyd olunan məktublarını və teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil2 nümayəndəsi olduğu Cavabdeh2 hüquqlarını müdafiə etdiyini, onun təmsil etdiyini həmçinin onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 06 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verən iddiaçının vəkili Vəkil1 izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 06 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verən cavabdeh X17 izahatında atasının ölümündən sonra atasından miras qalmış evdə yaşamadığını, orada təkcə anasının yaşadığını, atasının ölümündən 6 ay sonra bacısı Röyanın ailəsində yaşanan problemlərə görə bir dəfəlik çıxıb atası evinə gəldiyini, o vaxtdan sonra boşanaraq atasından miras qalmış evdə anası ilə birlikdə yaşadığını, digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 atasının yas mərasimində belə iştirak etmədiklərini, atasından miras qalmış həmin evdə bir gün belə olsun yaşamadıqlarını, İddiaçı iddiasını qəbul etdiyini, bu barədə notariat kontorunda ərizə də verdiyini, həmin əmlakdan heç bir pay istəmədiyini, bu barədə gələcəkdə heç bir iddiasının olmayacağını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmən xahiş etdi. 06 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verən cavabdeh X21 izahatında atasının ölümündən sonra atasından miras qalmış evdə təxminən 2021-ci ilin iyun ayına qədər yaşamadığını, həmin vaxta qədər orada təkcə anasının yaşadığını, atasının ölümündən 6 ay sonra özünün ailəsində yaşanan problemlərə görə bir dəfəlik çıxıb atası evinə gəldiyini, o vaxtdan sonra boşanaraq atasından miras qalmış evdə anası ilə birlikdə yaşadığını, hazırda da həmin evdə anasının, özünün və 2 uşağının yaşadığını, digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 atasının yas mərasimində belə iştirak etmədiklərini, atasından miras qalmış həmin evdə bir gün belə olsun yaşamadıqlarını, anası İddiaçı iddiasını qəbul etdiyini, bu barədə notariat kontorunda ərizə də verdiyini, həmin əmlakdan heç bir pay istəmədiyini, bu barədə gələcəkdə heç bir iddiasının olmayacağını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmən xahiş etdi. 06 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu Cavabdeh2 atasının ölümündən sonra atasından miras qalmış evdə yaşamadığını, lakin onun və digər qardaşlarının atasından miras qalmış əmlakdan məcburi pay istədiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində özünün 1993-cü ildən Sabir küçəsinin yerləşdiyi 2 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işlədiyini, Sabir küçəsində yaşayan bütün şəxsləri işi ilə əlaqədar olaraq tanıdığını, iddiaçı Gülnar xanımı, onun mərhum həyat yoldaşı Səlimi də tanıdğını, Səlimin sağlığında iddiaçının və qızlarının Səlimə məxsus evdə onunla birlikdə yaşadıqlarını, Səlimin əvvəlki nikahından olan övladlarının nə Səlimin sağlığında, nə də onun ölümündən sonra mübahisəli evdə yaşamadıqlarını, Səlimin ölümündən sonra həmin evdə iddiaçı Gülnarın yaşadığını, bütün kommunal xərcləri onun ödədiyini, hazırda da həmin evdə Gülnarın və qızı Röyanın iki uşağı ilə birlikdə yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində özünün uzun müddətdir ki, iddiaçı ilə qonşu olduğunu, iddiaçının əri mərhum Səlim ilə də münasibətlərinin yaxşı olduğunu, onunla söhbət zamanı özünün ikinci dəfə ailə qurduğunu ona bildirdiyini, lakin heç vaxt onun birinci evliliyindən olan uşaqlarını Səlimin evində görmədiyini, Səlimin ölümündən sonra ondan miras qalmış evdə arvadı Gülnarın yaşadığını, bir müddət sonra qızı Röyanın boşanaraq gəlib həmin ünvanda yaşamağa başladığını, hazırda da mübahisəli evdə iddiaçının və qızı Röyanın iki uşağı ilə birlikdə yaşadıqlarını, Səlimin əvvəlki nikahından olan övladlarının nə Səlimin sağlığında, nə də onun ölümündən sonra mübahisəli evdə yaşamadıqlarını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X11 İddiaçı əri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, X10 və İddiaçı mərhum X11 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X11 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 11 may 1989-cu il tarixli, V-ЖГ seriyalı, 251651 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X20 və İddiaçı arasında 11 may 1989-cu il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 801116 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.2020-ci il tarixdə kəskin ürək miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 535 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən Naxçıvan şəhəri, M.Ə. Sabir küçəsində istifadədə olan 0.0148 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.13 kv.metr yaşayış, 25.60 kv.metr qeyri yaşayış, 28.22 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/16 nömrəli reyestr kitabının 2991 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlarda Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh3 ünvan 3 ünvanında, Cavabdeh2 ünvan 4 qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 899 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 659 nömrəli arayışdan X11 İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17, X21 adlı vərəsələrinin olması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 474571 nömrəli çıxarışdan X20 və X3 birgə nikahından 14 yanvar 1974-cü il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 758457 nömrəli çıxarışdan X20 və X3 birgə nikahından xx xxxxxx 1969-cu il tarixdə Cavabdeh1 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 114722 nömrəli çıxarışdan X20 və X3 birgə nikahından 03 iyun 1974-cü il tarixdə Cavabdeh3 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 22 may 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 282676 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X20 və İddiaçı birgə nikahından 18 aprel 1991-ci il tarixdə X21 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 14 may 1990-cı il tarixli, XV-ЖГ seriyalı, 345592 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X20 və İddiaçı birgə nikahından 07 aprel 1990-cı il tarixdə X16 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş 28 avqust 1992-ci il tarixli vəsiyyətnamədən X11 ona məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaq bir zirzəmi bir eyvan bir təndirəsərdən ibarət şəxsi yaşayış evini ev əşyalarını arvadı İddiaçı vəsiyyət etməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş X17 və X21 tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ərizədə xx.xx.2020-ci ildə vəfat etmiş ataları X11 ölümündən sora qalmış miras payını faktiki qəbul etmədiyi, etmək niyyətində olmadığı, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsi tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X20 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi İddiaçı X11 həm qanun üzrə həm də vəsiyyət üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cavabdehlər X6 və X10 izahatında İddiaçı mirası qəbul etməsini qeyd etməsini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -03 dekabr 2020-ci il tarixdə ölən X7 miras qalmış ünvan 6 ünvanında 0.0148 ha torpaq sahəsində yerləşən 71.13 m2 yaşayış, 25.60 m2 qeyri-yaşayış, 28.22 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17 və X8 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 03 dekabr 2020-ci il tarixdə ölən X7 miras qalmış ünvan 6 ünvanında 0.0148 ha torpaq sahəsində yerləşən 71.13 m2 yaşayış, 25.60 m2 qeyri-yaşayış, 28.22 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17 və X8 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar