Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-738/2023 06.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehin nümayəndəsi və vəkili X1, cavabdeh-iddiaçı Cavabdeh7, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X6, X8, Cavabdeh6 və cavabdeh-iddiaçı Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbi və eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh7 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X6, X8, Cavabdeh6 və cavabdeh iddiaçı Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 ölümündən sonra Naxçıvan şəhəri Qaraxanbəyli kəndində JN-654 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 1890 kv.m kənd təsərrüfatı təyinatlı , JN 1522A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 669,4 kv.m və JN 1522B nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 915.7 kv.m həyətyanı torpaq sahələrinin İddiaçı tərəfindən qəbul edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə digər cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehlər X7, X9, X11 və Cavabdeh6 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində hüquqlarını müdafiə etdiyi, İddiaçı atası X3 ölümündən sonra Naxçıvan şəhəri Qaraxanbəyli kəndində JN-654 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 1890 kvm kənd təsərrüfatı təyinatlı , JN 1522A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 669,4 kvm və JN 1522B nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 915.7 kvm həyətyanı torpaq sahələrinin İddiaçı tərəfindən qəbul edilmə faktının müəyyən olunmasını xahiş etdiyini, müəyyən səbəblərdən iddiasını davam etdirmədiyini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürdüyünü qeyd edərək ərizəsini nəzərə alaraq iddia ərizəsinin geri götürülməsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını təmin etməyi xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh-iddiaçı Cavabdeh7 məhkəməyə vəsatət təqdim edərək Naxçıvan Şəhər Məhkəməsində iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X6, X8, Cavabdeh6 və cavabdeh-iddiaçı Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbi və cavabdeh-iddiaçı Cavabdeh7 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki işin olduğunu, qeyd olunan mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə baxılmasını istəmədiyini qeyd edərək qeyd olunan qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi X1 ərizəsini və cavabdeh-iddiaçı Cavabdeh7 vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında iddiaçı-cavabdehin vəkil və nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə, cavabdeh-iddiaçı isə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət ilə məhkəməyə müraciət etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalı, həmçinin cavabdeh-iddiaçı Cavabdeh7 qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 mart 2023-cü il tarixli, 16151 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı, Cavabdeh7 tərəfindən "xxxx" ASCnin Naxçıvan filialına 07 iyun 2023-cü il tarixli, 31436 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh7 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X6, X8, Cavabdeh6 və cavabdeh-iddiaçı Cavabdeh7 qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbi və eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh7 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı və Cavabdeh7 qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh7 geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 mart 2023-cü il tarixli, 16151 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı, Cavabdeh7 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 07 iyun 2023-cü il tarixli, 31436 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh7 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-738/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-738/2023
06.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver