Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-74/2022 31.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi 18 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X2 fəaliyyət qabiliyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq qeyd etmişdir ki, o X3 ilə 2000-ci il tarixində nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. 2012-ci il tarixində Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında həyat yoldaşı ilə nikahları pozulmuşdur. Uşaqlar onun yanında qalmışdır. Övladlarından 20.06.2001-ci il təvəllüdlü X4 anadan gəlmə beyinlə əlaqədar əqli zəiflik, debillik və sair xəstəsidir. Hal-hazırda Psixi dispanserdə qeydiyyatda dayanır. Suat anadan olandan özünü dərk etmir. 19 yaşında olmağına baxmayaraq gündəlik təlabatları və hərəkətləri onun iştirakı ilə həyata keçirilir. Onun sağalmasının irəliyə getməsinə onkoloji xəstə olması da təsir edir. Onkoloji xəstə olduğundan gündən günə fiziki cəhətdən zəifləyir. Suata 23.11.2010-cu il tarixində ikinci qrup əlillik vəsiqəsi verilmişdir. Suatı gözdən qoya bilmir. Öz hərəkətlərini və davranışını idarə edə bilmir. Bu əsasları nəzərə almaqla X4 fəaliyyət qabiliyətsiz hesab edilməlidir. Mülki iş üzrə 31 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasına məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məlumat verilməsini nəzərə alaraq məhkəmə baxış iclasının Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 31 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə Ərizəçi məhkəməyə ərizə təqdim edərək X2 fəaliyyət qabiliyəti olmayan hesab olunması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs X4 məhkəmə iclası zamanı qeyd olunan ərizənin qəbul edilərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi X2 fəaliyyət qabiliyəti olmayan hesab olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 oktyabr 2021-ci il tarixli, 29977 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: Ərizəçi X2 fəaliyyət qabiliyəti olmayan hesab olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 oktyabr 2021-ci il tarixli, 29977 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-74/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-74/2022
31.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver