Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-755/2024 09.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi daşınmaz əmlakın sahiblikdə və istifadədə olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 12 dekabr 1995-ci ildə Babək rayonu “Araz” kolxozu idarə heyətinin 30 noyabr 1995-ci il tarixli, 30 nömrəli qərarına əsasən 1989-cu ildən kolxoza ayrılmış həyətyanı torpaq sahəsinin ərizəçinin atası X1 və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan şəhər Qaraçuq Bələdiyyəsi maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon Bulqan kəndinin sənədlərində 12 dekabr 1995-ci ildə Babək rayonu “Araz” kolxozu idarə heyətinin 30 noyabr 1995-ci il tarixli, 33 nömrəli qərarına əsasən 1989-cu ildən kolxoza ayrılmış həyətyanı torpaq sahələrindən atası X8 0.1 ha torpaq sahəsi verilməsi akt və qərarlar kitabında göstərilmişdir. Atası həmin torpaq sahəsini məftillə hasara almışdır. Torpaq sahəsindən 2007-ci ilə kimi istifadə etmişlər.Torpaq sahəsində yonca otu əkib presləyib satıblar. 2007-ci ildə ailəsi Bakı şəhərinə köçdü. Bakı şəhərinə köçəndən sonra torpaq sahəsindən əmiləri X11 və X16 istifadə etdilər. Torpaq sahəsi 1-2 il isə qonşusu X2 istifadəsində oldu. Sonra polis işçiləri kənd yerlərində olan məftillə hasarlanmış sahələri sökməyə başladılar. Beləliklə onların torpaq sahəsi açıq qaldı və orada heç nə əkib-becərmək mümkün olmadı. Torpaq sahəsi Qaraçuq Bələdiyyəsinin mülkiyyətində deyil. Eyni zamanda atasının adına ayrılmış torpaq sahəsi hər hansı bir şəxsin adına qeydiyyata alınması barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində məlumat mövcud deyil. Torpaq sahəsinin mərhum atası X5 adma qeydiyyata alınması barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmiş məktuba cavab verilərək müvafiq sənədləri toplayıb Xidmətin Naxçıvan şəhər İdarəsinə təqdim edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmsil etdiyi şəxsin izahatını təsdiqlədiyini, əlavəsinin olmadığını bildirmiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X21 nümayəndəsi X4 izahatında bildirmişdir ki, sözügedən ərizə ilə tanışdır. Görünür ərizəçinin onlara müraciət etdiyi zaman həmin torpağın sxemi olmayıb. Həm də torpağın yerini müəyyən etmək mümkün deyil. Kolxoz qərarı Xidmətdə deyil, Dövlət Arxivində olacaq. Əsas da plan-ölçü yoxdur. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan şəhər Qaraçuq Bələdiyyəsinin sədri X12 izahatında bildirmişdir ki, xəritədə həmin yer görünür. O vaxt islahatlar aparılan dövrdə müəyyən anlaşılmazlıqlar olub. Xəritədə həmin ərazi boş görünür. Bələdiyyənin ərazisinə aid olması qeyd olunur. Bu xəritə Bələdiyyə yaranandan tərtib olunub. Həmin ərazinin ərizəçinin adına olması barədə qeyddə heç bir məlumat yoxdur. Şəxsən onun öz bacısının da torpağı sənəddə olmadığı üçün uzun müddət məhkəmə mübahisəsi aparıldı. Bir zamanlar sənədləri düzgün işləməyiblər. Sadıqov Eyvaz onun sinif yoldaşı olub. Həmin torpaq sahəsinin Eyvaza ayrıldığını o da bilir. Ona görə də hazırda vətəndaş bu cür qeyri-müəyyən qalır. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. Eyvaz 2 il əvvəl ölüb. O vaxt Eyvaz özünə məxsus torpağı çəpərə aldı. Hətta o torpaqda ö özü də əkin əkib. Sonra 2000-ci illərdə çəpəri polislər sökdülər. Dedilər ya haar çəkilməlidir, ya da açıq qalmalıdır. Məhkəmə baxışı iclasında şahid X17 ifadəsində göstərmişdir ki, Eyvaz ata evində qalırdı. Ona qərarla torpaq sahəsi verilmişdir. O da həmin sahəni çəpərə aldı. Sonra Eyvaz Bakıya köçdü. Həmin ərazidən o da vaxtında istifadə edib. Sonra çəpər söküldü. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 1995-ci ildə onlara torpaq verilib. Eyvaz öz ərazisini çəpərlədi. Uşaqlar böyüyüb getdi. O özü də mübahisəli torpaq sahəsindən istifadə edib. Sonra polis əməkdaşları çəpəri sökdü. Sökülən çəpərlər bu gün də onun həyətində qalır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin vəkili və nümayəndəsinin və maraqlı şəxslərin nümayəndələrinin izahatını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 3/520 nömrəli ayarışda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon - Bulqan kəndinin sənədlərinə baxdıqda müəyyən oldu ki, 12 dekabr 1995-ci ildə Babək rayonu “Araz” kolxozu idarə heyətinin 30 noyabr* 1995-ci il tarixli 33 №li qərarına əsasən 1989-cu ildən kolxoza ayrılmış həyətyanı torpaq sahələrindən X9 0,1 ha torpaq sahəsi verilməsi akt və qərarlar kitabında göstərilmişdir. Əsas: fond-307, siyahı 3a, sax/vah-264. Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 3/520 nömrəli ayarışda qeyd olunmuşdur ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Bulqan kəndinin 2001-2005-ci illərə dair 13 nömrəli təsərrüfatbaşına kitabında X7 adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. Əsas: fond-109, siyahı 15, sax/vah-269. Naxçıvan şəhər Qaraçuq Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 54 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhər X3 kənd sakini X7 adına 0.10 ha həyətyanı torpaq sahəsi Naxçıvan şəhər Qaraçuq Bələdiyyəsinin mülkiyyətində deyil. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 04/1059 nömrəli məktubda qeyd olunmuşdur ki, Xidmətin informasiya bazasında Babək rayon “Araz” kolxozunun idarə heyətinin 30 noyabr 1995-ci il tarixli, 33 nömrəli qərarı ilə X9 ayrılmış torpaq sahəsi barədə məlumat mövcud deyil. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 04/130 nömrəli məktubda qeyd olunmuşdur ki, Xidmətin məlumat bazasında saxlanılan və Bulqan kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X7 adına 0,1 ha hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Orta pay normasına uyğun olaraq ailə üzvləri ilə birlikdə (4 nəfər) mülkiyyətinə 3980,0 m2 torpaq sahəsinin çatacağı hesablanmış və JN- 783 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3980,0 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz(sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Eyvaz Sadiqovun vərəsələrinə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədi (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim etmələri tövsiyə olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 872056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 xx.xx.2021-ci il tarixdə bronxların və ya ağciyərin yuxarı payının xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 433-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 175 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndində yaşamış mərhum X7 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X10 - həyat yoldaşı-1969;
2. Ərizəçi-oğlu-1989;
3. Ərizəçi-oğlu-1991. Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Bulqan kəndinin 1991-1995-ci illərə və Qaraçuq kəndinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında X7 təsərrüfatına aid məlumatların olduğu sənədlərin təsdiq edilmiş surətlərini, həmçinin xx.xx.1995-ci il tarixli Aktın surəti göndərilmiş və qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Babək Rayon “Araz” kolxozunun sənəd materiallarında xx.xx.1995-ci il tarixli 33 nömrəli qərarına rast gəlinmədi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008- ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərəkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə görə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qanunvericiliyin tələbinə əsasən 16 iyul 1996-cı il tarixədək yəni “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək vətəndaşın qanuni istifadəsində olan torpaq sahəsi onun mülkiyyəti hesab olunmuşdur. İş materiallarına əlavə edilən təsərrüfatbaşına kitablardan çıxarışlarla qeyd edilən torpaq sahəsinin mərhum X8 akt əsasında verilməsi, əsasın isə Araz kolxozunun qərarının göstərilməsi öz təsdiqini tapmışdır. Torpaq sahəsinin yeri şahid ifadələri əsasında müəyyən edilmişdir. Bələdiyyə öz məktubunda həmin torpaq sahəsinin öz mülkiyyəti hesab edilmədiyini qeyd etmişdir. Təqdim edilən bələdiyyə xəritəsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, sözügedən torpaq sahəsinin mərhum X8 ayrılması müvafiq sənədlərlə, şahid ifadələri ilə öz təsdiqini tapır və həmin torpaq sahəsi mərhumun sahiblik və istifadəsində olmuşdur. Belə olan halda fakt təsdiq olunmalıdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən 12 dekabr 1995-ci ildə Babək rayonu “Araz” kolxozu idarə heyətinin 30 noyabr 1995-ci il tarixli, 30 nömrəli qərarına əsasən 1989-cu ildən kolxoza ayrılmış həyətyanı torpaq sahəsinin ərizəçinin atası mərhum X1 və istifadəsində olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 dekabr 1995-ci ildə Babək rayonu “Araz” kolxozu idarə heyətinin 30 noyabr 1995-ci il tarixli, 30 nömrəli qərarına əsasən 1989-cu ildən kolxoza ayrılmış Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən həyətyanı torpaq sahəsinin ərizəçinin atası mərhum X1 və istifadəsində olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva