Məhkəmə qərarları › İş №2(078)-76/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-76/2022

19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-76/2022 19.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum bibisi X2 və mərhum atası X3 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan İddiaçı1 və İddiaçı2 çatası qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 yanvar 2022-ci il tarixdə saat 12:00-da keçirilən məhkəmə baxış iclası zamanı iddiaçı eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək atası X4 miras qalmış əmlakın faktiki cəhətdən mövcud olsa da, onun adına sənədləşmədiyini, əmlakların sənədləşməsi zərurəti yarandığından mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh təşkilatın nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı1 tərəfindən "xxxx" ASC Binəqədi filialına 05.04.2021-ci il tarixdə 1987 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat və "xxxx" ASC Binəqədi filialına 14.10.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat olmaqla ümumilikdə 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən "xxxx" ASC Binəqədi filialına 05.04.2021-ci il tarixdə 1987 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat və "xxxx" ASC Binəqədi filialına 14.10.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat olmaqla ümumilikdə 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar