Məhkəmə qərarları › İş №2(078)-761/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-761/2023

06.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-761/2023 06.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddiasına, cavabdeh-iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı miras əmlakda payın müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 205.76 kv.m olan ********** qeydiyyat nömrəli fərdi yaşayış və 0.0518 hektar həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Cavabdeh5 və Cavabdeh4 iddiaçının yazılı razılığı ilə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 qarşı mərhum anası X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 205.76 kv.m olan ********** qeydiyyat nömrəli fərdi yaşayış və 0.0518 hektar həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi ilə yanaşı payın müəyyən edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə nəzərə alınaraq tələbə artırılmış tələb həcmdə baxılmasına qərar verilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh5 iddiaçı-cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlakda payın müəyyən edilməsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 205.76 kv.m olan ********** qeydiyyat nömrəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin ½ hissəsinə Cavabdeh5 vərəsəlik üzrə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmmənin müvafiq qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini dəqiqləşdirərək X6 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 205.76 kv.m olan ********** qeydiyyat nömrəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin ½ hissəsinə atası X14 və atasının vəfatından sonra isə Cavabdeh5 vərəsəlik üzrə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı iddianı müdafiə edərək suallara cavab olaraq izahatında bildirmişdir anası xəstə olanda Əfqan ona da, anasına da baxırdı. Əfqanın özü də xəstə idi. Evin kommunal pulunu Əfqan, o və Orxan ödəmişdir. Anası öləndə Akif qardaşı dedi ki, anasının qızılları və zinət əşyası qalıb. Bir bankanın içində idilər. Akif qardaşına dedi ki, bunları sataq evimiz köhnə təmirdir. Hər yer uçub tökülüb. Evi təmir etdirək. Əfqan qardaşı qızıldan heç nə götürmədi. Dedi ki, Rəhmanındır. O qardaşı Akifə bu sözləri deyib dukana getdi. Evə qayıdanda Akifi tapa bilmədi. Sonra Akif ona Bakıdan zəng etdi ki, Bakıya gəlib. Qızıllar da aparıb. Lazım olsa deyər göndərər. Daha ona heç bir qızıl göndərmədi. Akif yaxşı qardaş idi. Onu onlara qarşı yönəldən arvadı Aygün xanım oldu. Anası sağ olanda həyətə 4 kirayə tələbə də qoymuşdu. Cəmi 4 ay qaldılar. Onda anası sağ idi. Orxanın evlənib onunla qalmasına hamısı razı olub. Hətta Akif qardaşı da etiraz etmədi. Hazırda da Orxan ailəsi ilə birlikdə həmin həyətdə qalır. Düzdü evləri bir həyətdə olsa da ortadan ayrıdır. Əlavə olaraq da anası sağlığında özü 2 saylı notariat orqanına gedərək vəsiyyətnamə yazıb. Həmin vəsiyyətnamədə yaşadığı özünə məxsus evini və bütün dəyərli əşyalarının hamısını ona vəsiyyət edib. Qardaşları Əfqan və Akifi də bu vərəsəlikdən məhrum edib. Həmin vəsiyyətnamə qanunidir. Qardaşlarının bu vəziyyətnamədən xəbəri var idi. Akif həmin vəsiyyətnamənin bir nüsxəsini özü ilə aparıbdır. Təkcə vəsiyyətnaməni deyil, evində sənədlərini özü ilə aparmışdı. Sonra evin sənədlərin yoxa çıxması ilə bağlı qəzetə elan verdi. Yenidən evin sənədləri aidiyyatı qurum tərəfindən 2-ci dəfə verildi. Ancaq yaşayırdı deyə vəsiyyətnamə ilə evi adına sənədləşdirmədi. Akif anası vəfat edəndən sonra çox çalışdı ki, notariusa gedib etiraz versin evi üçü arasında bölsünlər. O razılaşmadı. Dedi evdir yaşayır, vəsiyyətnamə də vardır. Sonra özü sənədləşdirər. İddiaçı-cavabdeh İddiaçı qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qardaşı Akif uzun illər Bakı şəhərinə köçüb orada yaşamışdır və orada vəfat etmişdir. Mirası özü qəbu etmişdir. Akif mirası qəbul etməmişdir. Ona görə də qızı Fizzəyə mirasdan pay verilə bilməz. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçının anası Mina xanımla atası Abış kişi 1956-cı ildə nikaha daxil olmuşlar. Onların nikahlarından o, qardaşları Əfqan və Akif doğulmuşdur. X5 1981-ci ildə, anası X17 2011-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X4 2013-cü ildə vəfat etmişdir. Digər qardaşı X26 2022-ci ildə vəfat etmişdir. Qardaşı Əfqanın vərəsələri yoldaşı X18, övladları Kamal və Cavabdeh2dur. Qardaşı Akifin vərəsələri yoldaşı Cavabdeh4 və övladı Cavabdeh5dır. Anasının ölümündən sonra evdə o yaşamışdır. Bütün kommunal xərci özü ödəyir. Akif uzun illər Bakı şəhərinə köçüb orada yaşamışdır və orada vəfat etmişdir. Mirası özü qəbul etmişdir və həmin faktın tanınmaqla payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı-cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddiaya münasibət bildirərək izahatında X30 miras əmlakla bağlı ərizəsi olduğundan və iş üzrə iddiaçıya vəsiyyətnamə verilməsi nəzərə alınaraq məcburi pay verilə bilər. Mirasın iki hissəyə bölünməsi ədalətli deyildir. Qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh5 əmisidir. Tərəflər işin halları üzrə düzgün izahat verdilər. Fizzə xanım atasının qəbul etdiyi miras payını və atasından sonra isə öz payını tələb edir. Ərizədə geniş şəkildə qeyd edilmişdir. X3 Sadıxova atasının ölümüdən sonra mirası qəbulu ilə bağlı Bakı şəhərində müvafiq notarius orqanına müraciət edib. Atasına məxsus avtomobili vərəsə kimi qəbul edib. Rəhmanın da izahatından göründüyü kimi Akif Məmmədov zamanında anasına məxsus mirası qəbul edib və qızılları aparıb. Daha sonra miras əmlakla bağlı notariusa ərizə verib. Onun vəsiyyətnamədən məlumatı yoxdur. Məlumatı olsaydı Fizzə xanıma bu barədə bildirərdi. Qeyd edilənlərin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, ilkin iddanı qəbul edir. O əslən Gəncə şəhərində doğulmuşdur. Ali məktəbi bitirib Naxçıvana trikotaj fabrikinə təyinat almışdır. 3 il sonra Əfqanla evlənib həmin həyətə gəlin gəlmişdir. 3 il orada yaşamışdır və ona indiki qaldığı evi növbədə olub veriblər. O gələndə Rəhman və Akif də qayınanası ilə yaşayırdı. Bina evində şərait olmadığı üçün onlar qaynanasıgilin yanına tez-tez gəlirdilər. Sonra qaynı Akif Aygün xanımla evləndi. Çox az bir müddətdən sonra onlar da ayrı evə köçüb getdilər. Sonra da köçüb Bakı şəhərinə getdilər. Rəhman qayınanası ilə birgə həmin həyətdə yaşayırdı. Qaynanası öldükdən sonra özü onu yerdən götürmüşdür. Akif qaynı gəlib dəfn mərasimini təşkil etdi. Yasın 3-ü günü çıxıb Bakı şəhərinə getdi. Həmin vaxtdan o həyətdə ancaq Rəhman yaşayır. Qaynanası 2011ci ildə rəhmətə getdi. Onun ölümündən sonra həmin evdə ancaq Rəhman tək yaşayıb. O və mərhum əri Əfqan qaynı tək qalırdı deyə ona baxırdılar. Sonra da qaynı tək olmasın deyə hamının razılığı ilə böyük oğlu Orxanı evləndirib onun yanına yerləşdirdilər. Mərhum əri Rəhmandan çox nigaran qalırdı ona görə onu heç zaman tək buraxmırdılar. 2013-cü ildə Orxan evləndikdən sonra əmisinin yanında ailəsi ilə yaşamağa başladı. Hazırda da orada yaşayır. Əri Əfqan 2013-cü ildə rəhmətə gedib. Orxanın toyundan 2-3 ay sonra vəfat edib. Ümumiyyətlə bu illər ərzində onlar Rəhmana həmişə baş çəkmişdilər. 2011- 2013-cü illər ərzində oğlu Orxan da əmisi ilə yaşayıb. Rəhmanın dedikərində həqiqət var. Akif qayınanasının ölümünün üçüncü günü qızıl ortaya qoydu. Bir banka qızıl idi. Əfqan ondan bir ədəd belə götürmədi. Çünki qayınanası yeməyib o qızılları yığmışdı ki, oğlu Rəhman xəstədir. Ailə qurmayıb. Ona qalsın. Ancaq Akif qızılların hamısını götürüb aparmışdı. Demişdi ki, oğlunun toyunda göndərəcək, ancaq heç nə göndərmədi. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, ilkin iddanı qəbul edir. X32 öz izahatında hər şeyi qeyd etdi. O əlavə olaraq deyə bilər ki, həmin həyətdə həmişə Rəhman əmisi qalıb. Nənəsi öldükdən sonra da əmisi qalıb. Akif əmisi 1998-ci ildən Bakıya köçüb. Atası heç vaxt Rəhman əmisini tək qoymayıb. Nənəsi öləndən sonra özü əmisi ilə yaşamışdır. Hazırda da ailəsi ilə birlikdə nənəsinə məxsus həyətdə yaşayır. Həyət 7-8 sota qədər vardır. 1 həyətdə 2 ev var. Biri çox təmirsizdir. O təmirsiz evdə qalır. Məhkəmə baxışı iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, ilkin iddanı qəbul edir. X32 öz izahatında hər şeyi qeyd etdi. Əlavə olaraq deyə bilər ki, həmin həyətdə həmişə Rəhman əmisi qalıb. Nənəsi öldükdən sonra da əmisi qalıb. O anası ilə bir evdə yaşayır. Ancaq Orxan qardaşı əmisi ilə yaşayır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh-iddiaçı Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə cavabdeh-iddiaçı Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh4 rəsmi fasilə qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəməyə teleqram göndərmişdir. Məhkəmə işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş: Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X23 ilə X27 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlamış və bu barədə 253 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, bu barədə 612 nömrəli qeydiyyat aparılmışdır. X5 və anası X11r. Naxçıvan şəhər 2 saylı Nikah evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X24 01 may 1958-ci ildə anadan olmuşdur, bu barədə 405 nömrəli qeydiyyat aparılmışdır, anası X17, X5dur. Naxçıvan Şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli çıxarışdan aydın olur ki, X23 30 yanvar 1981-ci il tarixdə ürəyin işemik xəstəıiyi diaqnozu ilə vəfat etmişdir və bu barədə 17 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Çıxarışdan aydın olur ki, X17 30 dekabr 2010-cu ildə mədəcik fibrilyasiyası diaqnozu ilə vəfat etmiş, bu barədə 06 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 279 nömrəli arayışdan aydın olur ki, X8 vərəsələri aşağıdakılardır. -X28-həyat yoldaşı-vəfat edib; -X31-oğlu-vəfat edib; -İddiaçı-oğlu-1961; -X24-oğlu-vəfat edib. Naxçıvan şəhər 2 saylı Nikah evinin müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X24 ilə X19 xx.xx.1983-cü il tarixdə nikah bağlamış, bu barədə 269 nömrəli qeydiyyat aparılmışdır. Naxçıvan Şəhər 2 saylı Nikah Evinin müdiri tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli çıxarışdan aydın olur ki, X24 17 sentyabr 2013-cü il tarixdə mədəcik fibrilyasiyası diaqnozu ilə vəfat etmişdir və bu barədə 285 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli 01/0428 nömrəli arayışdan aydın olur ki, mərhum X12 vərəsələri aşağıdaklardır: -X23-atası, vəfat edib; -X17-anası, vəfat edib; -X18-arvadı-1959; -Cavabdeh2-oğlu-1986; -Cavabdeh3-oğlu-1988. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 3 ünvanında yerəşən ümumi sahəsi 205.76 kv.metr olan fərdi yaşayış evi və 0.0518 ölçüdə olan torpaq sahəsi 06 aprel 2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 05 may 2023-cü il tarixli məktubdan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. İş materiallarında olan qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş: Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X17 30 dekabr 2010-cu ildə mədəcik fibrilyasiyası diaqnozu ilə vəfat etmiş, bu barədə 06 nömrəli ölüm akt qeydi icra edilmişdir. X26 tərəfindən verilmiş 14 mart 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, o, ünvan 2-də yerləşən yaşayış evinin satılmasına vərəsəlik hüququ olduğundan qardaşı İddiaçı tərəfindən satılmasına etiraz etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X25 ilə X20 arasında xx.xx.12013-cü il tarixdə nikah bağlanmış, bu barədə 317 nömrəli akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sadıxova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X26 02 noyabr 2022-ci ildə beyin ödemi diaqnozu ilə Bakı şəhərində vəfat etmişdir və bu barədə 366 nömrəli akt qeydi icra edilmişdir. 07 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, 02 noyabr 2022-ci ildə vəfat etmiş X14 vərəsəsi Cavabdeh5dır, miras əmak Mersedes 230 Minik markalı 10FH530 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən verilən 13 iyul 2023-cü il tarixli 157 nömrəli arayışdan aydın olur ki, Cavabdeh5 ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı-cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş vəsiyyətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X17 09 dekabr 1988-ci il tarixdə Naxçıvan şəhəri Puşkin küçəsi 23 nömrəli evini, ev əşyalarını, özünə məxsus zinət əşyalarını oğlu İddiaçı vəsiyyət etmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1203.2-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə belə hesab edir ki, X2 vəfatından sonra ondan qalmış ünvan 5 ünvanında yerləşən miras əmlak İddiaçı tərəfindən faktiki olaraq qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı iddiaçı-cavabdeh İddiaçı faktiki qəbul edərək yaşamış və hazırda həmin ünvanda yaşayır. Belə ki, iş üzrə tərəflərin izahatından aydın olur ki, iddiaçı-cavabdeh miras əmlakda yaşamışdır. Bu hal işə baxılarkən sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. X2 vəfatından sonra ondan qalan miras əmlakı övladı İddiaçı faktiki olaraq yaşamaqla qəbul etmiş, vərəsə İddiaçı anasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin bütün kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Bu hallar mülki işin materiallarında olan elektrik hesablaşma sayğacında istifadəyə dair öhdəlik müqaviləsi, kommunal ödənişlərin ödənilməsi barədə qəbzlərlə öz təsdiqini tapmışdır. Miras qoyanın digər övladı X26 anasından qalan qızıl-zinət əşyalarını aparmaqla və onun vəfatından sonra üç ay keçməmiş notariat kontoruna ərizə verməklə miras əmlakla bağlı iradəsini ifadə etmiş və miras əmlakı qəbul etmişdir. Miras qoyanın digər övladı X24 miras əmlakın qəbuluna dair hər hansı hərəkəti-formal və ya qeyri-formal işə baxılarkən sübuta yetirilməmiş, bu barədə sübutlar təqdim edilməmişdir. Tərəflər izahatlarında işə baxılarkən evin kommunal ödənişlərinin Əfqan tərəfindən də ödənildiyini bildirsələr də, bu barədə mötəbər sübutlar təqdim edilməmiş, verilən suallara alınan cavablar X12 hərəkətlərinin mirasın qəbuluna yönəlmiş hərəkət kimi deyil iddiaçı-cavabdeh İddiaçı qayğısına qalmaq, onu tək qoymamaq üçün edilən hərəkətlər kimi qiymətləndirilməlidir. X12 övladı Cavabdeh2 evləndikdən sonra bütün vərəsələrin razılığı ilə İddiaçı yanında yaşamasına münasibətdə bu hal araşdırılarkən müəyyən edilmişdir ki, tərəflərin izahatları ilə Əfqan Məmmədovun 2013-cü il vəfat etməsi, Mina Abbasovanın isə 2011-ci ildə vəfat etməsi müəyyən edilir. Vərəsə miras əmlakı mülki qanunvericilikdə müəyyən edilmiş müddətlərdə (üç ay, altı ay) müddətində qəbul etdikdə o miras əmlakda vəsiyyətnamə olduğu halda məcburi pay hüququna malikdir. Belə olan halda məhkəmə miras əmlakla bağlı məsələni iddiaçı-cavabdeh İddiaçı və mərhum X21 münasibətdə payların müəyyən edilməsi çərçivəsində baxılmasını məqsədəuyğun hesab edir. Məhkəmə miras əmlakda payın müəyyən edilməsinə münasibətdə vəsiyyətnamənin mövcudluğunu və paya münasibətdə onun nəzərə alınmasını zəruri hesab edir. İşə baxılan zaman təqdim edilən vəsiyyətnamədən aydın olur ki, mövcud mübahisəli əmlak İddiaçı vəsiyyət edilmişdir. Eyni zamanda vəsiyyətnamə ilə qızıl-zinət əşyaları da İddiaçı vəsiyyət edilməsinə baxmayaraq mərhum X26 tərəfindən sözügedən qızıl-zinət əşyalarının aparılması tərəflərin izahatları ilə təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, vəsiyyət qoyan X17 vəsiyyətnamədə övladları X22 və X16 miras əmlakdan məhrum etsə də miras əmlakda məcburi pay hüququndan məhrum etməsinə dair məhkəməyə müraciət etməmiş və məhkəmə aktı qəbul edilməmişdir, mirası qəbul edən vərəsə X14 məcburi pay almaq hüququ vardır və onun məcburi payı vəsiyyətnamə olmadığı halda bütün vərəsələr nəzərə alınmaqla ona çatası payın yarısı həcmində müəyyən edilməlidir. Vəsiyyətnamə üzrə mirası qəbul edən vərəsə İddiaçı miras əmlakda payı miras əmlakı qəbul etməyən vərəsənin payı da ona keçməklə müəyyən edilməldir və bu mülki qanunvericiliyin tələbidir. Belə olan halda miras qoyanın üç vərəsəsi olması, həmçinin həmin vərəslərdən X12 miras əmlakı qəbul etməsi təsdiq edilmədiyindən onun mümkün payının vəsiyyət üzrə vərəsə İddiaçı keçməsi nəzərə alınmaqla, iddiaçı-cavabdeh İddiaçı payı 5/6 hissə, mərhum X14 payı 1/6 hissə məcburi payı müəyyən edilməlidir. Həmçinin qarşılıqlı iddiaya əlavə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X14 bu qətnamə ilə müəyyən edilən 1/6 məcburi payının övladı Cavabdeh5 tərəfindən qəbul edilməsi nəzərə alınaraq onun payının da məhz həmin 1/6 hissə olması müəyyən edilməlidir. Belə ki, miras açıldığı andan vərəsənin mülkiyyəti sayılır. X26 anası vəfat edəndən sonra 2011-ci il tarixdə mirasın qəbuluna yönəlmiş hərəkətlər etdiyindən həmin vaxtdan 1/6 hissə məcburi paya malik olmuşdur. 2022-ci il tarixdə X26 vəfat etmiş və onun adına olan avtomobil qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında vərəsəsi Cavabdeh5 tərəfindən qəbul etmişdir. Mülki qanunvericiliyin vərəsəlik hüququ institutunun normalarından aydın olur ki, miras əmlakın bir hissədə qəbulu qalan hissədə də qəbulu hesab edilir. Belə olan halda miras qoyan Akif Məmmədovun mülkiyyətində olan avtomobilin vərəsəsi tərəfindən qəbulu onun vərəsəlik yolu ilə keçən 1/6 hissə əmlakının da qəbulu kimi qiymətləndirilməli və Cavabdeh5 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakda payı atasına qalan həmin 1/6 hissədə müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 6 ünvanında yerləşən sahəsi 205.76 kv.m olan fərdi yaşayış evi və 0.0518 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarət əmlakın iddiaçı-cavabdeh İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, miras əmlakda payı 5/6 hissədə müəyyən edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməklə X1 miras qalan ünvan 6 ünvanında yerləşən sahəsi 205.76 kv.m olan fərdi yaşayış evi və 0.0518 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarət əmlakda mərhum X14 1/6 hissədə məcburi payı müəyyən edilməli, onun vəfatından sonra isə övladı cavabdeh-iddiaçı Cavabdeh5 payı həmin 1/6 hissədə müəyyən edilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən, qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilən dövlət rüsumları tərəflərə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia təmin edilsin. X1 miras qalan ünvan 6 ünvanında yerləşən sahəsi 205.76 kv.m olan fərdi yaşayış evi və 0.0518 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarət əmlakın iddiaçı-cavabdeh İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin, miras əmlakda payı 5/6 hissədə müəyyən edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X1 miras qalan ünvan 6 ünvanında yerləşən sahəsi 205.76 kv.m olan fərdi yaşayış evi və 0.0518 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarət əmlakda mərhum X14 1/6 hissədə məcburi payı müəyyən edilsin, onun vəfatından sonra isə övladı cavabdehiddiaçı Cavabdeh5 payı həmin 1/6 hissədə müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Ödənilən dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar