Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-772/2023 10.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi olunmasına dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.1353 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0147 ha torpaq sahələrindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Naxçıvan şəhəri, Tumbul kəndi 5-ci küçə, 27 və ünvan 3 ünvanlarında yerləşən torpaq sahələri mərhum anası X4 mülkiyyətində olmuşdur. X1 qızı ilə X11 xx.xx.1957-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. Anasının vərəsələri-o, bacı-qardaşı Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X20, X10 və Cavabdeh3dur. X6 17 noyabr 1994-cü il tarixdə, anası X8 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İddiaçı qeyd etmişdir ki, o, sözügedən evdə anasının ölümündən sonra sözügedən mirası qəbul və idarə etmişdir. Naxçıvan şəhər bir saylı notariat ofisindən mirasın qəbulu ilə bağlı etdiyi müraciət etmiş, lakin sənədləşdirməkdən imtina eidlmişdir. Bacısı Mədinə hazırda Türkiyə Respublikasının Balıkesir şəhərində yaşayır. Qardaşı Rövşən isə 20 ildən çoxdur Azərbaycanda deyil. Sonuncu dəfə Türkiyədə idi. Rövşəni Naxçıvana gətirmək üçün Türkiyəyə getsə də, o gəlməmişdir. İddiaçı qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında işə baxılan zaman Cavabdeh2 izahatında bildirmişdir ki, anası X8 06.02. 2009-cu ildə vəfat etmişdir. X6 isə 17 noyabr 1994-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra Vaqif həmin mülklərə sahiblik etmiş, bütün kommunal xərclərini, sığortalarını özü ödəmişdir. Bacı-qardaşlar ailə qurub həmin həyətdən çıxmışdır. Neçə illərdir ki, həmin həyətdə yaşamırlar. Həmin həyətdə ancaq Vaqif qardaşı ailəsi ilə yaşayır. Mirasın onun tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında işə baxılan zaman Cavabdeh5 izahatında digər cavabdeh bacısı Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında işə baxılan zaman Cavabdeh4 izahatında digər cavabdeh bacısı Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında işə baxılan zaman cavabdeh X10 izahatında digər cavabdeh bacısı Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh6 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə digər cavabdehlər Cavabdeh6 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X21 ifadəsində bildirmişdir ki, mərhum X8 ilə qonşu olmuşdur. Zərnişan xanımın sağlığında və onun ölümündən sonra yalnız Vaqif və onun ailəsi miras əmlaka sahiblik etmişlər. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində bildirmişdir ki, mərhum X8 ilə qonşu olmuşdur. Zərnişan xanımın sağlığında və onun ölümündən sonra yalnız Vaqif və onun ailəsi miras əmlaka sahiblik etmişlər. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkilinin, cavabdehlərin izahatını, şahidlərin ifadəsini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş akt qeydindən çıxarışdan aydın olur ki, X11 ilə X7 arasındakı xx.xx.1957-ci il tarixdə nikah bağlanmış, bu barədə 303 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci ildə Naxçıvan şəhərində doğulmuş, anası İbrahimova (Məmmədova) Zərnişan Əsrafıl qızı, X6dur. xx.xx.2023-cü il tarixli çıxarışda qeyd olunmuşdur ki, X11 xx.xx.1994-cü il tarixdə kardioskleroz, ürək qan-damar çatışmazlığı diaqnozu ilə Babək rayon Tumbul kəndində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X7 xx.xx.2009-cu il tarixdə beyin insultu diaqnozu ilə Babək rayon Tumbul kəndində vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1075 nömrəli arayışdan aydın olur ki, mərhum X5 aşağıdakı vərəsələri vardır: -İddiaçı-oğlu-1957; - Cavabdeh2-qızı-1960; - X22-oğlu-1963; - Cavabdeh6-qızı-1965; - Cavabdeh4-oğlu-1968; - X10-qızı-1971; - Cavabdeh3-oğlu-1974. Naxçıvan MR Naxçıvan şəhər Tumbul Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 12 nömrəli arayışdan aydın olur ki, İddiaçı mərhum anası X5 adına olan həyətyanı torpaq sahəsində 1980-ci ildən ev tkib yaşayır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1077 nömrəli arayışdan aydın olur ki, İddiaçı Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 367 nömrəli arayışdan aydın olur ki, Cavabdeh5 Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 368 nömrəli arayışdan aydın olur ki, Cavabdeh2 Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 369 nömrəli arayışdan aydın olur ki, Cavabdeh6 Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Hazırda Türkiyə Respublikasında yaşayır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 370 nömrəli arayışdan aydın olur ki, Cavabdeh3 Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 371 nömrəli arayışdan aydın olur ki, Cavabdeh4 Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatdadır. Babək Rayon İcra Hakimiyyəti Payız kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 220 nömrəli arayışdan aydın olur ki, X3 rayon Gülşənabad kəndində qeydiyyatdadır. Hazırda Naxçıvan şəhərində yaşayır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Tumbul kəndi 5-ci küçə, 27-də 0.1353 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3935 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, Tumbul kəndi 5-ci küçə, 27A-da 0.0147 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3936 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 24 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X7 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş üzrə istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı miras əmlakı anası X4 vəfatından sonra faktiki olaraq idarə etmişdir. Tumbul Bələdiyyəsi tərəfindən verilən 19 iyun 2023-cü il tarixli arayışdan da görünür ki, İddiaçı mərhum anası İbrahimova Zərnişanın adına olan həyətyanı torpaq sahəsində 1980-ci ildən ev tikib yaşayır. Mirasın bir hissəsinin qəbulu digər hissəsinin də qəbulunu mülki qanunvericiliyin normalarına əsasən ehtiva etdiyindən məhkəmə hesab edir ki, İddiaçı anasından miras qalan torpaq sahəsində inşa edilmiş yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023cü il tarixdə 3809 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1353 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1353 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 3809 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-772/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-772/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver