Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-776/2020 14.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək psixi qüsurlarına görə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X5 onun oğludur. Ağanın xx xxxxxx 1992-ci ildə Naxçıvan şəhərində doğulduğunu, doğulanda sağlam olduğunu, 9-cu sinifdə oxuyan zaman psixi qüsurların meydana gəldiyini, İran İslam Respublikasında psixiatr-həkimin səhv müalicəsindən sonra vəziyyətinin daha da korlandığını, Türkiyə Respublikasında aparılan müalicə zamanı vəziyyəti bir qədər düzəlsə də tam sağalmadığını, xx xxxxxx 2010-cu il tarixdən bugünədək “Şizoaffektiv psixoz” diaqnozu ilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda olmaqla mütəmadi müalicə aldığını, həyat yoldaşının sonra Ağanın hər bir ehtiyacının ödənilməsində şəxsən özünün iştirak etdiyini bildirmişdir. Ərizəçi qeyd etmişdir ki, oğlunun qəyyumu (himayəçisi) olmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və oradan ona bildirmişdirlər ki, bunun üçün yalnız məhkəmənin bu barədə müvafiq qərarı olmalıdır. Buna görə də oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq oğlu xx xxxxxx 1992-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə araşdırması zamanı X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs xx xxxxxx 1992-ci il təvəllüdlü X2 oğlunun yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə A.Qaybalıyev ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. Ə.Abbasov araşdırma nəticəsində A.Qaybalıyevin xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş 420960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi ilə X9 xx xxxxxx 1992-ci il təvəllüdlü X5 adlı övladları vardır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 749578 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X12 xx xxxx 2020-ci il tarixdə koronavirus diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2020-ci il tarixdə ölüm akt qeydləri kitabının 232-ci vərəqində qeyd aparılmışdır. Naxçıvan ŞPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 16885326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 xx xxxxxx 1992-ci il tarixdə doğulmaqla hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1019 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Ş.Rəhimovun xx.xx.2020-ci il tarixli 2/740 nömrəli məktubuna verilmiş 572 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan 1992-ci il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdən “Şizoaffektiv psixoz” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Ərizəçinın məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzrərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi qardaşı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı xx xxxxxx 1992-ci il təvəllüdlü X2 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X2 atası, yəni Ərizəçinın himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçinın X2 atası olması, həmçinin X2 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki,hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(078)-776/2020 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 verdiyi xx.xx.2020-ci il tarixli, 49 saylı rəydən məlum olmuşdur ki, X5 xx.xx.2010-cu il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyata alınıb. A.Qaybalıyev “Şizoaffektiv psixoz. Psixi qüsur halı” psixi xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X7 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxx 1979-cu il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-776/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-776/2020
14.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver