Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-783/2021 27.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 14 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X3 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın, yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf tələbini əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən mərhum Cavabdeh2 Məşdi oğlu ilə anası X5, 1950-ci il tarixində ailə həyatı qurmuşlar. Həmin evlilikdən 4 övladları dünyaya gəlmişdir. Atası Cavabdeh2 Məşdi oğlu 1990cı il tarixində, anası X5 11 may 2011-ci il tarixdə vəfat etmişlər. X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi miras qalmışdır. Mərhum X1 ölümündən sonra mərhum qardaşı X6 və İddiaçı qardaşı ilə birlikdə bir neçə ay həmin ünvanda yaşadığını və sonradan Bakı şəhərinə getdiyini və qardaşı Qafara maddi olaraq baxdığını qeyd etmişdir. Mərhum X1 ölümündən sonra həmin mirasda faktiki olaraq Xalidə və Qafar qəbul etmişlər. Bunu qonşuları da təsdiq edə bilər. Digər cavabdehlərdən bacısı Cavabdeh12 notariat kontorunda ona çatan paydan imtina etdiyini, mərhum qardaşı X4 həyat yoldaşı Cavabdeh11, qardaşının sağlığında həmin evi tərk etdiyini və yas mərasimində belə iştirak etməmişdir. Mərhum qardaşı Səfər də həmin evdə yaşamadığını ailə və uşaqları ilə özlərinə aid evdə yaşadıqlarını, digər vərəsələr də həmin evdə yaşamamışdılar. Anası Saranın ölümündən sonra İddiaçı həmin mülkdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Hüquqlarını müdafiə etdiyi İddiaçı dediklərinə əsasən X1 ölümündən sonra yaşamaqla mirası faktiki olaraq qəbul etdiyini digər vərəsələrdən yalnız mərhum qardaşı X4 yaşadığını və ölmədən əvvəl həyat yoldaşı Cavabdeh11 evi tərk edib getdiyini, qardaşı Qafarın belə yas mərasimində iştirak etmədiyini, ümumiyyətcə qardaşı Qafarın sağlığında həmin evi tərk edib getmişdir. Digər vərəsələrdən həmin ünvanda yaşamayıblar və hal-hazırda həmin evi iddiaçı Bakı şəhərində yaşadığından evin giriş qapısını bağlayıb Bakı şəhərinə getmişdir. Əlavə olaraq 14 may 2010cu ildə mərhum anası X5 iddiaçının adına vəsiyyətnamə qoyaraq ölən gününədək ona məxsus olan Naxçıvan şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 14-də yerləşən qapıdan girmə mülkünü İddiaçı bağışlamışdır. İddiaçı 2021-ci il tarixində mərhum X1 adına olan ünvan 1 ünvanında yerləşən miras əmlakı adına keçirmək üçün ünvan 4üraciət etmişdir. Bir saylı notariat ofisi vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə olundu. 27 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçıya, iddiaçının nümayəndəsi və vəkilinə və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 27 avqust 2021-ci il tarixdə iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək ərizədə hüquqlarını müdafiə etdiyi İddiaçı Naxçıvan Şəhər Məhkəməsində mərhum X3 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın, yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia qaldırdığını, iddia ərizəsini geri götürdüyünü qeyd edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. Həmçinin məhkəmə iclasında itirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh7 da məhkəmə iclası zamanı bununla bağlı heç bir etirazları olmadığını qeyd etmişlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 03 iyun 2021-ci il tarixli, 23668 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 03 iyun 2021-ci il tarixli, 23668 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-783/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-783/2021
27.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver