Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-784/2021 31.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi Həsənova Gülnar Maxsud qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Həsənova Gülnar Maxsud qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, X12 ilə 1985-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan üç övladı olmuşdur. Həyat yoldaşı X12 10.02.2021-ci il tarixində vəfat etmişdir. Övladlarından 11.03.1986-cı il təvəllüdlü Həsənova Gülnar Maxsud qızı anadangəlmə beyinlə əlaqədar (DAUN) xəstəsidir. Halhazırda psixi dispanserdə qeydiyyatda dayanır və xəstəliklə əlaqədar dərman və sair təmin olunur. Gülnar anadan olandandır özünü dərk etmir. Gülnarın 35 yaşında olmağına baxmayaraq gündəlik tələbatlarını və hərəkətləri ərizəçinin iştirakı ilə həyata keçirilir. Gülnara 01.04.2002-ci il tarixində 015240 nömrəli birinci qrup əlillik vəsiqəsi verilmişdir. Gülnarı ərizəçi gözdən qoya bilmir, öz hərəkətlərini və davranışını idarə edə bilmir, yuxarıda göstərilən əsaslar nəzərə alınmaqla Həsənova Gülnar Maxsud qızı fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 24 iyun 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Ərizəçi sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 14 avqust 2021-ci il tarixli 61 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Həsənova Gülnar Maxsud qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Həsənova Gülnar Maxsud qızını məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında X12 ilə 1985-ci il tarixində nikaha daxil olmaqla ailə qurduğunu, birgə nikahdan üç övladının olduğunu, həyat yoldaşı Həsənov Maxsudun 10.02.2021-ci il tarixdə vəfat etdiyini, övladlarından 11.03.1986-cı il təvəllüdlü Həsənova Gülnar Maxsud qızının anadan gəlmə beyinlə əlaqədar xəstə olduğunu, Gülnarın hazırda psixi dispanserdə qeydiyyatda dayandığını və xəstəliklə əlaqədar dərmanla təmin olunduğunu, Gülnarın anadan olandan özünü dərk etmədiyini və gündəlik ehtiyaclarını, tələbatlarını onun iştirakı ilə həyata keçirdiyini, Gülnara 01.04.2002-ci il tarixində birinci qrup əlillik vəsiqəsi verildiyini, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 11 mart 1986-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş Həsənova Gülnar Maxsud qızının yaşadığı Naxçıvan şəhəri, Hacıniyyət kəndində yerləşən evində olaraq onun həyat şəraitini müayinə etdiklərini, müayinə zamanı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən və qonşulardan alınan məlumata görə Həsənova Gülnar Maxsud qızının ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmədiyini, araşdırma nəticəsində Həsənova Gülnar Maxsud qızının anadangəlmə xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, öz ehtiyaclarını ödəyə bilməməsi, başqalarının köməyi olmadan yemək yeməsi və paltarlarını dəyişməsinin mümkün olmaması, onun İ qrup əlil olması, komissiyanın Həsənova Gülnar Maxsud qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini qeyd etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Həsənova Gülnar Maxsud qızının 11 mart 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olması, onun hazırda Naxçıvan şəhəri, Hacıniyyət kəndində yaşaması, Ərizəçi Həsənova Gülnar Maxsud qızının anası olması, Həsənova Gülnar Maxsud qızının İ qrup əlil kimi sosial müavinət alması, onun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 06 yanvar 2017-ci il tarixdə verilmiş AZE seriyalı 15749869 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən Həsənova Gülnar Maxsud qızının 11 mart 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olması, onun hazırda Naxçıvan şəhəri, Hacıniyyət kəndində qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Xİ-ЖГ seriyalı, 401554 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi Həsənova Gülnar Maxsud qızının anası olması; -İş materiallarına əlavə olunmuş İİİ-ЖГ seriyalı, 463528 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X1 Yeganə Misirxan qızı arasında 23 aprel 1985-ci il tarixdə nikahın bağlanması, bu barədə nikah akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilməsi, nikahın bağlanmasından sonra arvada “Həsənova” soyadının verilməsi; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər ƏSMM tərəfindən verilmiş 16 yanvar 2019-cu il tarixli, 015240 nömrəli əlillik vəsiqəsinin təsdiq edilmiş surətindən Həsənova Gülnar Maxsud qızının birinci qrup əlil olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli, 653 nömrəli arayışdan Ərizəçi Hacıniyyət kəndində qeydiyyatda durduğu və aşağıdakı tərkibdə ailə üzvlərinin olması aydın olur: 1.oğlu X13-1987 2.qızı Həsənova Gülnar Maxsud qızı-1986 3.qızı X7-1991. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 24 iyun 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 ambulator məhkəmə-psixiatriya ekspertizasının 14 avqust 2021-ci tarixli 61 nömrəli ekspert rəyində qeyd olunur ki, Həsənova Gülnar Maxsud qızı “Daun xəstəliyi nəticəsində anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində” xəstəliyindən əziyyət çəkir. Həsənova Gülnar Maxsud qızı öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Həsənova Gülnar Maxsud qızının anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Həsənova Gülnar Maxsud qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Həsənova Gülnar Maxsud qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -11 mart 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olan Həsənova Gülnar Maxsud qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 11 mart 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olan Həsənova Gülnar Maxsud qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-784/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-784/2021
31.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver