Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-788/2022 02.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil və cavabdehin vəkili və nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən miras əmlakın İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı3 iddianı müdafiə edərək, mərhum atası X4 18 noyabr 2020-ci il tarixdə vəfat etdiyini, ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində ev və torpaq sahəsinin miras qaldığını, mərhum ataları T.Şəkərovun ölümündən sonra özünün qardaşları İddiaçı1 və İddiaçı2 həmin evdə qalıb yaşadıqlarını, evdə təmir-tikinti işlərini və bağı mühafizə etməklə qəbul etdiklərini, yas mərasiminin Babək rayonu, Aşağı Buzqov kəndində keçirildiyini, qardaşı İddiaçı1 20 noyabr 2020-ci il tarixdə Almaniya Federativ Respublikasından gələrək yas mərasimində iştirak etdiyini, 04 dekabr 2020-ci il tarixədək atası evində yaşadığını, həmin müddətdə evdə qaz və işıq xəttlərini təmir etdiyini, həyətyanı sahələrdə qurumuş ağacları kəsdirərək müəyyən işlər həyata keçirdiyini, İddiaçı2 mərhum atası X2 miras qalmış Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən həyətyanı sahəyə Babək rayonu, Buzqov kənd sakini Şahid1 vasitəsilə 20 tonluq dəmir su çənini Babək rayonu, Gərməçataq kənd sakini Şahid3 1200 manata alaraq həmin bağa qoyulmuş ağacların suvarmasını və həyətdəki ağacların baxılmasını saxladığını, ümumiyyətlə X1 ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən miras əmlakı tam təmir və tikinti işlərinin aparıldığını, özünün miras evdə yaşadığını, evin kommunal xərclərini (telefon və s.) ödədiyini, mirasın qəbul edilməsini nümayiş etdirdiyini, İddiaçı1, İddiaçı2 və özünün vərəsəlik şəhadətnaməsinin alınması üçün Babək rayon Notariat ofisinə müraciət etdiklərini, Babək rayon Notariat ofisinin 07 aprel 2022-ci il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduqlarını bildirdiyini, İddiaçı1, İddiaçı2 və özünün mərhum atalarından qalmış mirası bu günədək qoruyub mühafizə etdiyini, analığı Cavabdeh mərhum atasının xəstə olduğu dövürdə ona baxmadığını, yas mərasiminə bir dəfə gəlib qısa vaxt ərzində iştirak edib özünə aid bal və digər nəsə götürüb getdiyini, bir daha yasda iştirak etmədiyini, heç bir halda Buzqov kəndində yerləşən miras evə gəlmədiyini, miras evi qardaşlarının və özünün 04 dekabr 2020-ci il tarixədək abadlaşdırdıqlarını, qardaşlarının evin təmiri üçün pul xərclədiklərini, qardaşlarının gedib sonradan evin abadlaşdırılması üçün pul göndərdiklərini, qardaşı Namiqin iki aydan bir gəlib getdiyini, həmin miras evin açarlarının onda olduğunu, evi özünün açıb bağladığını, təmizliyinə, işığına, qazına baxdığını, mərhum atasının yasından dərhal sonra qırx mərasimi keçiriləcəyi üçün evin abadlaşdırma işlərinə başladıqlarını 2021-ci ilin mart ayının əvvəlinə kimin davam etdiyini, evin qapı-pəncərələrinin dəyişdirildiyini, su xətləri çəkildiyini, suvaq işləri, boyama işləri, döşəmə işləri görüldüyünü, qardaşları Namiq və Məhərrəmin 2020-ci ilin 04 dekabr tarixində Naxçıvandan getdiklərini, 2021-ci ilin mart ayının 04-05-də Namiqin qara bayrama gəlib martın axırında getdiyini, Məhərrəmin karantin ilə əlaqədar gələ bilmədiyini, qapı-pəncərələrin Naxçıvan şəhərində düzəldiyini, evə həmkəndliləri Elnurun və Bəhmanın taxdığını, yandırmaq zərurəti olduğundan qış fəsli olsada quruyan ağacları kəsdirdiyini, evin boyaq işlərini, su xətinin çəkilməsini Şahid4 etdiyini, yas mərasiminin Məsciddə keçirilməsinin baş tutmadığından, evdə qadınların və kişilərin iştirakı üçün şərait yaradılması üçün su xətinin yerinin dəyişdirilməsi olduğunu, Şahid4 Naxçıvan şəhərində və Buzqov kəndində qonşuluqlarında yaşadığını, suvarma işləri aparmaq üçün Taleh adlı şəxsdən 20 tonluq çən alıb qoyduqlarını, qardaşları gedəndən sonra həmin miras evdə yaşamadıqlarını, özünün gedib-gəldiyini, telofon abunə xərcini ödədiyini, soyuducudan istifadə etdiyini, mərhum atası ilə Cavabdeh evlilik müddətində əsasən Naxçıvan şəhərindəki evdə yaşadıqlarını, kəndəki evdə hər dən bir yay mövsümündə gəlib yaşadıqlarını, atasının xəstələndiyi dövürdə Cavabdeh yaxın gəlmədiyini, aparmaqlarını ona xəstəlik düşməməsini bildirdiyini, atasının ölümündən sonra yas mərasiminin 04 dekabr 2020-ci ilədək davam etdiyini, atasının ölümündən sonra Babək rayon notariat kontoruna müraciət etsələrdə iki aydan sonra gəlmələri bildirildiyini, sonra altı aydan sonra gəlin deyildiyini, notariusun onlara altı aydan tez miras əmlakın qəbulunun mümkün olmadığını bildirdiyini, sonra məhkəməyə müraciət etmələrini bildirdiklərini, atasının Naxçıvan şəhərindəki evini Cavabdeh adına saldırmasını notariusun onlara bildirdiyini, Məhərrəm və Namiqin atasının il mərasiminə gəldiyini, qardaşlarının qırx mərasiminə gələ bilmədiklərini, Məhərrəm qardaşının evin abadlaşdırılmasına pu xərclədiyini, qardaşlarının kəndə gələndə həmin miras evdə qaldıqlarını, hazırda evin açarının onda olduğunu və özünün nəzarət etdiyini, miras əmlakı qardaşlarının və özünün qəbul etdiyini, bunları nəzərə alaraq, X1 ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən miras əmlakın İddiaçı1, İddiaçı2 və onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçıların vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində tələblərini əsaslandırdıqlarını, X1 18 noyabr 2020-ci il tarixdə vəfat etdiyini, ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində ev və torpaq sahəsinin miras qaldığını, mərhum ataları T.Şəkərovun ölümündən sonra İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin evdə qalıb yaşamaqla faktiki olaraq təmir və tikinti işləri aparmaqla qəbul etdiklərini, vərəsələrin 04 dekabr 2020-ci il tarixədək atası evində yaşadığını, həmin müddətdə evə də qaz və işıq xəttlərini təmir etdiklərini, həyətyanı sahələrdə qurumuş ağacları kəsdirərək müəyyən işlər həyata keçirməklə mirasın qəbul edilməsini nümayiş etdirdiklərini, bunları nəzərə alaraq, X1 ölümündən sonra Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən miras əmlakın İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən X6 iddianı qəbul etmədiklərini, mərhum T.Şəkərovla Cavabdeh evli olduqlarını, Cavabdeh qolu sındığından T.Şəkərovun Buzqov kəndinə getdiyini, orada xəstələndiyindən rəhmətə getdiyini, yasın ikinci günü Cavabdeh xəbərinin olduğunu, yasa getdiyini, yas mərasimindən onu qovduqlarından özünə aid ev əşyalarını götürüb çıxıb Naxçıvan şəhərindəki evə gəldiyini, Cavabdeh zəng vurub evdən qızıl-zinət əşyalarını apardığını dediklərindən, oğru tutduqlarından bir daha həmin evə qayıtmaq istəmədiyini, yasdan 20- 25 gün sonra Cavabdeh notariusa ərizə verib Naxçıvandakı miras evi qəbul etdiyini, Buzqov kəndindəki evin açarının kimdəsə olmadığını, evin açarının qapının ağzındakı pas-pasın altında olduğunu, istifadə üçün oradan götürüldüyünü, həmin evdə təmir işlərinin aparılmasının real olmadığını, həmin evdə yaşayışın olmadığını, mərhumun oğlanlarının yasdan sonra getdiklərini, pandemiya dövrü olduğundan onların gəlməsinin mümkün olmadığını, M.Quliyevanın öz evinin olduğunu, Cavabdeh qovalandığı vaxtdan bir daha həmin evə getmədiyini, həmin evdə təmirin 2022-ci ilin mart ayından sonra aparıldığını, T.Şəkərovla Cavabdeh evliliyi müddətində həmin evdə təmir işləri görüldüyünü, yasdan sonra su xəttinin yerinin dəyişdirilməsi zərurətindən dəyişdirilməsinin mümkün olduğunu, lakin əsaslı təmirin aparılmadığını, Cavabdeh kəndə getməsədə oradakı tanışlarından məlumat aldığını, Cavabdeh Buzqov kəndindəki miras evi qəbul etməsi üçün müraciət etməməsinin səbəbi olaraq mərhumun uşaqlarının olmasını həmin evdə doğulmasını, onların göz haqqı olmasını, atalarının mirası olduğunu, dağ kəndi olduğundan gedib yaşamamasını, uşaqlarının maddi imkanı olduğunu, halallıq olsun deyə uşaqlarının yaşamasını düşünməsinin olmasını, onada halallıq olsun deyə nəsə verərlər düşünməsinin olduğunu, iddiaçıların mirasın qəbulu faktı ilə əlaqədar məhkəməyə müraciət etdiyi müddətdə Cavabdeh həmin miras əmlakın qəbulu ilə əlaqədar notariusa müraciət etdiyini, lakin həmin evin və torpaq sahəsinin texniki pasportu və çıxarış tələb olunduğunu, lakin həmin sənədləri əldə edə bilmədiyini, notariusun forma 1 tələb etdiyini, Cavabdeh forma 1 almaq müraciəti olduqda orada ona kiminsə ərizə yazaraq evin sənədlərinin itmədiyini M.Quliyevada olduğunu bildirdiyini, qəzetdə elan verilsədə həmin sənədlərin mövcudluğunun məlumatının veriləcəyini, Cavabdeh müraciəti olsada həmin sənədlərin ona təqdim olunmayacağının bildirildiyini, bu səbəbdən Buzqov kəndində yerləşən miras evi Cavabdeh sənədləşdirib qəbul etməsinin mümkün olmadığını, M.Quliyevanın evin sənədini vermədiyindən Cavabdeh həmin evi şəhadətnamə alaraq qəbul etməsinin mümkün olmadığını, Cavabdeh digər miras əmlakı qanun üzrə qəbul etdiyini, iddiaçıların miras əmlakların qəbulu üçün istər qanun üzrə istərsədə faktiki real hərəkətlər etmədiyini, şahidlərin əvvəlcədən bir-biri ilə əlaqəli olub birlikdə gedib gəldiklərini, razılaşdırılmış ifadə verdiklərindən sübut növü kimin qəbul olunmamalı olduğunu, bunların nəzərə alınaraq, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan Şahid4, mərhum Tofiq Şəkərovla həmkəndli və qonşu olduqlarını, İddiaçı2la bacanaq olduqlarını, 18 dekabr 2020-ci ildə T.Şəkərovun vəfat etdiyini, Namiq və İddiaçı1ların yasa gəldiyini, onları özünün qarşıladığını, atalarının yas mərasimini təşkil etdiklərini, əlavə olaraq iki gün sonra mal kəsib kənd əhalisinin evlərinə payladıqlarını, dekabr ayında Namiqlə Məhərrəmin ona evdə təmir işləri görülməsi, tikinti materialları alınması üçün 1500 manat pul verdiklərini, evlərində yasla əlaqədar qonaqların qırx və il mərasiminə gələcəyini bu səbəbdən evdə yaxşı şərait olması üçün təmir abadlıq etməklərini bildirdiklərini, yanına Zakir adlı şəxsi və kürəkənini alıb 2020-ci ilin dekabr ayından təmirə başlayıb mart 2021-ci ilin əvvəllərinədək işləri gördüklərini, istilik üçün peç qurduqlarını, hər gün deyil ara-ara işlədiklərini, 1-ci mərtəbədə döşəmə yararsız olduğundan söküb beton verdiklərini, suvaq, qidrofor, hər birinin yeniləndiyini, köhnədən quraşdırılmış qidrofor, su xətlərinini yerini dəyişib evin arxa hissəsinə köçürdüklərini, işlətdikləri materialların pulunu qardaşların əsasəndə Namiqin ödədiyini, evin divarlarını qaşıyıb emusiya vurduqlarını, tavana boya vurduqlarını, su çənini çıxaranda qapını sökməli olduqlarını, qapını söküb yeni qapı alıb asıldığını, ikinci mərtəbədə suvaq işlərini, emusiya işləri elektrik xətlərinin yenidən çəkilməsi işlərini gördüklərini, bu ildə həmin evdə işlərin görüldüyünü, Namiqin onun adına “Rabitə” banka pul göndərdiyini, işləyən ustalara pulu özünün verdiyini, həyətə 48 kvm sahəyə bardurlarla birlikdə daş döşəndiyini, həyətyanı sahəyə beton kanallar işləndiyini, birinci mərtəbədə beton, suvaq və divar və tavana emusiya işləri görüldüyünü, 500 litirlik su çəni qapı sökülərək qidroforla birlikdə çıxarılaraq yararsız olduğundan arxa tərəfə aparılıb plastik borularla xət çəkib bərpa edib yararlı vəziyyətə gətirdiklərini, ikinci mərtəbədə emusiya işləri gördüklərini, qapının yararsız olduğundan gedib yenisini alıb gətirib dəyişdiyini, təmir işlərinə T.Şəkərovun vəfatından 15-20 gün sonra başladıqlarını, qış fəsli olsada evin içərisində istilik yaradıb işləri gördüklərini, bunun işin görülməsinə və keyfiyyətinə təsirinin olmadığını, özünün usta və masabəyi işlədiyini, həmin evin pəncərələrinin dəyişdirildiyini, lakin həmin işi onun deyil başqa ustaların gördüyünü, evin təmirə ehtiyacı olduğundan həmin işlərin görülməsi zərurətindən tez gördüklərini, həmin evdə qızının yoldaşının da işləyərək kömək etdiyini, həmin evdə özünün usta, Şahid2 və X7 isə fəhlə kimin işlədiyini, ona verilən 1500 manatın material alınması üçün olduğunu, ayrıca işlədiklərinə görə Namiqin onlara hörmət etdiyini, Namiqin və Məhərrəmin xeyirxaq və hörməççil olduqlarını, T.Şəkərov vəfat edəndən sonra arvadı Cavabdeh həmin evdə görmədiyini, təmir işləri gedən vaxtı da gəlmədiyini, evin qapısını onlara M.Quliyevanın açdığını, gəlib-getdiyini, onlara arada yemək bişirdiyini, digər ustaların onlar işi bitirdikdən sonra gəlib həmin evdə işlədiklərini, 2021-ci ildə və 2022-ci ildə işlədiklərini, Namiqin bacanağı olduğundan həmin evə gedişinin olduğunu, həmçinin ustalara çatası və mal material alınması üçün pulu ona verdiyindən görüləcək işlərdən məlumatlı olduğunu, digər ustaların daş düzdüklərini, bulaq tikdiklərini, beton arxlar çəkdiklərini, həyətin setqalarını yenidən işlədiklərini, həyətin girişinə iki tağlı qapı saldıqlarını, birinci mərtəbədə qapıları dəyişdiklərini, ustaları onun və M.Quliyevanın əri Bayramın tapdığını, Bayramın qonşu Gərməçataq kəndindən Taleh adlı şəxsdən 20 tonluq su çəni tapdığını, Namiqin təxminən 1100 manata həmin çəni alıb gətirib həyətə suvarma üçün qoyduğunu, Namiqin həyəti və evi abadlaşdırmaq üçün iki dəfə hərdən 3000 dollar olmaqla 6000 dollar “Rabitə” banka onun adına pul göndərdiyini, T.Şəkərov vəfat edəndə Məhərrəm və Tofiqin yasda iştirak etdiyini, sonra arada yenə gəldiklərini xatırladığını, 2021-ci ilin və 2022-ci ilin yayında gəldiklərini, yasın qırx və il mərasimlərinə Namiqin gəldiyini, Məhərrəmin gəlməsini tam xatırlamadığını, T.Şəkərovun yas mərasiminin oğlanlarının vəsaiti ilə təşkil olunduğunu, yasdan sonra yeddi mərasiminə çatmamış onun iştirakı ilə mal alıb icra nümayəndəsindən kəndə olan evlərin siyahısını çıxartdırıb evlərə ət paylanıldığını, ona verilən 1500 manatın bildiyi qədəri ilə 900 manatını Namiqin, 600 manatının isə Məhərrəmin qoyduğunu, Məhərrəmin abadlıqla əlaqədar ona pul göndərmədiyini bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan Şahid2, mərhum Tofiq Şəkərovun onun əmisi olduğunu, atası ilə əmisinin bir ailədə yaşadıqlarını, sonra əmisinin həyətin aşağı hissəsində ev tikərək yaşadığını, bu səbəbdən qonşu olduqlarını, əmisinin iki dəfə evləndiyini, arvadlarının vəfat etdiyini, üçüncü dəfə evlənməsinə atasının razı olmadığını, uşaqları ilə qalmasını məsləhət gördüyünü, əmisinin isə başqa yerdə qala bilməməsinin bildirib Cavabdeh ilə evləndiyini, Cavabdeh kəndə yaşamaq istəməməsi səbəbindən Naxçıvan şəhərinə köçdüklərini, kəndə də gəlib hərdən qaldıqlarını, əmisinin vərəm xəstəxanasında olduğu müddətdə yanında özünün, arvadının və M.Quliyevanın qaldığını, Cavabdeh xəstəxanaya gəlmədiyini, əmisinin vəziyətinin yaxşı olmadığını həkimin bildirdiyindən kəndə aparanda yolda vəfat etdiyini, Cavabdeh yas mərasiminin üçü günü gəlib qısa zaman iştirak edib gedən vaxtı balının və başqa nəyininsə qaldığını deyib birinci mərtəbəyə düşüb bal və qoz götürüb getdiyini, bir daha yasa gəlmədiyini, əmisinin oğlanları Məhərrəmin və Namiqin atalarının dəfininə çata bilmədiklərini, səhəri günü gəldiklərini, yasın tamamında əmisi uşaqlarının onları yığıb gedəcəklərini bildirib yasın qırxı və ili olacağını evi qaydaya salmaq lazım olduğunu dediklərini, kəndə yas üçün mərasim evi olmadığından evdə olduğunu, birinci mərtəbədə döşəmənin çürüdüyünü, pulu Məhərrəmlə Namiqin verdiyini, Namiqin gedib material alıb gətirib təmir işləri görmələrini tapşırıb getdiyini, təmirdə Məhərrəmin, özünün, arvadının, qardaşının köməklik etdiyini, evdə olan çəni çıxarıb arxaya qoyduqlarını, təmir işlərini gördüklərini, yasın qırx mərasiminə yollar bağlı olduğuna görə Məhərrəmin gələ bilmədiyini, lakin ilinə gəldiyini, Namiqin isə qırx və il mərasiminə gəldiyini, Namiqin suvarma üçün Gərməçataq kəndindən olan lakin Nəzərabadda yaşayan bir şəxsdən çən alıb gətirdiyini, həmin çəni onların həyətinə qoyulduğunu, həyətə özünün baxdığından suvarmanıda özünün etdiyini, çəni əmisinin vəfatından qabaq Namiqin almaq üçün danışdığını, əmisi ölən ilin dekabr ayında Namiqin gətirib həyətə qoyduğunu, çənin təxminən 20 tonluq olduğunu, birinci mərtəbədə döşəməni söküb torpağını daşıyıb, şebel verib üzərinə beton verdiklərini, evin içərisində olan çəni çıxarıb arxa hissəyə yerləşdirdiklərini, içəriyə və aynabəndə suvaq vurduqlarını, Cavabdeh yasdan qovulmadığını, özünün gedib bir daha gəlmədiyini, bu günədək həmin evə gəlmədiyini, Cavabdeh qohumlarının belə yasa gəlmədiyini, əmisi öləndən sonra evə baxanın M.Quliyeva olduğunu, Mehribanın gəlib evin qapısını açıb təmizlədiyini, yas mərasimlərinin təşkili üçün evi hazırladığını, qohum olaraq pul istəməsələrdə usta olaraq Məhərrəmə 1000 manatdan çox pul verildiyini, Məhərrəmində ona da pul verdiyini, lakin məbləği unutduğunu, əmisi oğlu Məhərrəmin atasının il dönümünə hər il gəldiyini, Namiqin isə tez-tez gəldiyini, xəstəliklə əlaqədar yas keçirilməsinə insanların toplaşmasına icazə verilmədiyi üçün Namiqin mal alıb ət olaraq kəndə evlərə payladığını, Məhərrəmlə Namiqin kəndə gələndə atalarına məxsus evdə qldıqlarını, hazırda həmin evin abadlaşdığını, evin təmirində Məhərrəmin, onun yeznəsinin, özünün və bacısının iştirak etdiyini, bacısının onlara yemək hazırladığını, onlardan başqa ustalarında işləyərək qapıpəncərələrin dəyişdirildiyini, qapı-pəncərələri Namiqin burada olanda özünün sifariş verdiyini, Namiqin Məhərrəmə pul göndərməsini bildiyini, lakin məbləği bilmədiyini, Mehribanın həmin evi idarə edərək təmizliyini etdiyini, Cavabdeh yas mərasimində qızıl götürmüsən deyib qovulmadığını, onun özünün müəyyən əşya götürüb getdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0.4222 ha olan fərdi yaşayış evi (ümumi sahəsi 109.5 m2, yaşayış sahəsi 87.9 m2, yardımçı sahə 21.6 m2, otaqların sayı 3) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 23/5 nömrəli reyestr kitabının 864 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********03-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). Babək Rayon İcra Hakimiyyəti Aşağı Buzqov kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli, 67 nömrəli arayışa əsasən, X1 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı Cavabdeh 1956-cı il təvəllüdlü;
2. oğlu İddiaçı1 1969-cu il təvəllüdlü;
3. oğlu İddiaçı2 1970-ci il təvəllüdlü;
4. qızı İddiaçı3 1976-cı il təvəllüdlü. Babək rayon Notariat ofisinin 07 aprel 2022-ci il tarixli məktubuna əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X2 qalmış miras əmlak vərəsələrdən övladları İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X1 mülkiyyətində olan Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0.4222 ha olan fərdi yaşayış evidən (ümumi sahəsi 109.5 m2, yaşayış sahəsi 87.9 m2, yardımçı sahə 21.6 m2, otaqların sayı 3) ibarət olan miras əmlakın övladları İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X2 qalmış miras əmlak vərəsələrdən övladları İddiaçı1, İddiaçı2 və İddiaçı3 orada yaşamaqla mirası qəbul etmiş, Notariat ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirərək qəbul etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. X1 mülkiyyətində olan Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0.4222 ha olan fərdi yaşayış evidən (ümumi sahəsi 109.5 m2, yaşayış sahəsi 87.9 m2, yardımçı sahə 21.6 m2, otaqların sayı 3) ibarət olan miras əmlakın övladları İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.