Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-81/2021 05.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil, cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi X2 və cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Fisinin notariusu X6 riştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh Naxçıvan şəhər bir saylı notariat ofisinə və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasına, cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair qarşılıqlı iddiasına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh2 və Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4nın adına qeydiyyatda olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 2-də yerləşən əmlak barəsində qardaşı Cavabdeh2 adına verilmiş xx.xx.2010-cu il tarixli 2-V-01-71 reyestr nömrəsi ilə rəsmi reyestrə (qeydiyyata) salınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı və cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciiət edərək Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 2-də yerləşən fərdi yaşayış evinin mərhum X4 tərəfindən onun adına verilmiş xx xxxxxx 2010-cu il tarixli 2-V-01-71 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzürlü olaraq buraxıldığından mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilərək mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh2 və cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, atası X17 və X4 xx xxxxxx 1971-ci ildə ailə həyatı qurmuş, atası xx xxxxxx 1994-cü il tarixində, X4 xx xxx 2019-cu il tarixində vəfat etmişdir. Anasının ölümündən sonra Naxçıvan şəhəri, Xətai məhəlləsi döngə 9, ev 2-də yerləşən ev və torpaq sahəsi miras qalmışdır. Əvvəllər anasının adına olan evdə yaşamış, daha sonra ailə quraraq evdən ayrılmış, 2015-ci ildə həyat yoldaşı X3 vəfatından sonra üç azyaşlı övladı ilə birlikdə anası evinə qayıtmaqla anası ilə yaşamış, onun qayğısına qalmışdır. Anasının vəfatından sonra da övladları ilə birlikdə anasının evində yaşamağa davam etmişdir. Anasının vəfatından iki ay sonra ondan qalan miras əmlakı notariusa ərizə verərək qəbul etmiş, Naxçıvan şəhəri 3 saylı Notariat Ofisinə müraciət edərək adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Onun müraciətindən sonra 3 saylı notarius miras əmlaka dair vəsiyyətnamə olduğu üçün onu 2 saylı notariat ofisinə göndərmişdir. Ona qanuni şəkildə baxılıb cavab veriləcəyini bildirsələr də bir il ərzində adına şəhadətnamə verilmədiyindən yenidən notariat ofisinə müraciət etmişdir. Lakin notarius ona qardaşının bu yaxınlarda vəsiyyətnaməni və digər sənədləri göndərdiyini, vəsiyyətnaməni tətbiq edəcəyini bildirmişdir. Notarius onu vəsiyyətnamə ilə tanış edən zaman baxmışdır ki, vəsiyyətnamə şahidlərin iştirakı olmadan tərtib edilmiş, vəsiyyətnamənin kimi adına verilməsi qrafasında yalnız Cavabdeh2 yazılmış, ata adı göstərilməmişdir. Vəsiyyətnamənin rəsmi qeydiyyata alındığı jurnalda isə vəsiyyətnamədə göstərilmiş şəxsin soyadı Əhmədov ad hissəsi boş buraxılmış, ata adı Əsgər yazılmışdır. Həmin vəsiyyətnamənin kimin adına verilməsi müəyyən olmamış, vəsiyyətnamə yazılmış şəxsin qardaşı Cavabdeh2 olması öz təsdiqini tapmamışdır. Nə vəsiyyətnamə, nə də vəsiyyətnamənin rəsmi reyestri qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilməmişdir. Qeyd edilənlərə əsasən mərhum X4nın adına qeydiyyatda olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 2-də yerləşən əmlak barəsində qardaşı Cavabdeh2 adına verilmiş xx.xx.2010-cu il tarixli 2-V-01-71 reyestr nömrəsi ilə rəsmi reyestrə (qeydiyyata) salınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı izahatında qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, mərhum anası hələ vəfatından illər əvvəl Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9, ev 2də yerləşən evini bacısına vəsiyyət etmiş, sonradan onlardan xəbərsiz qardaşı Əbülfəzin adına vəsiyyətnamə yazmışdır. Qarşılıqlı iddia ərizəsində qardaşı vəsiyyətnamədən məlumatının olmadığını bildirsə də bu tamamilə yalnışdır. Anasının vəfatından təxminən iki ay sonra o və bacıları miras əmlakı qəbul edərək bu barədə notariusa ərizə vermişdirlər. Həmin vaxt 2 saylı notariat ofisinin notarusu Məzahir Əsgərov vəsiyyətnamənin varlığı barədə qardaşlarına məlumat verdiyini bildirmişdir. Həmin vaxt artıq rəsmi qaydada qardaşının vəsiyyətnamədən məlumatı olmuşdur. Qardaşı anasının dəfn və yas mərasimində belə iştirak etməmiş, habelə mirasın qəbulu ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. Təxminən 2013-cü ildə həyat yoldaşı ilə birlikdə Türkiyədən Bakı şəhərinə gələrkən qardaşı Əbülfəzin evinə qonaq getmişdir. Orada olan zaman Əbülfəzin arvadı Hicranın ona anasının oraya getdiyini, hətta Əbülfəzlə savaşdığını, Əbülfəzin adına vəsiyyətnamə qoyduğunu bildirib vəsiyyətnaməni ona göstərmişdir. Vəsiyyətnamənin cırıq olduğunu görəndə nəyə görə cırıldığını soruşmuş, Hicran demişdir ki, anası ilə Əbülfəz savamış, Əbülfəz anasına “nə sən, nə də sənin vəsiyyətnamən mənə lazım deyil” demiş, anası da vəsiyyətnaməni ortadan cırmışdır. Özü isə sonradan vəsiyyətnaməni yapışdırıb saxlamışdır. Həmin vaxt mərhum yoldaşı da onun yanında olmuşdur. Yoldaşı sağ olarkən vəsiyyətnamə ona maraqlı olmamışdır. Lakin yoldaşının vəfatından sonra Naxçıvana gəlib anası ilə yaşamağa başlamışdır. Anası ilə yaşadığından dəfələrlə anası ona demişdir ki, evi adına keçirtsin, lakin fikirləşmişdir ki, faktiki olaraq ata ocağında o yaşayır və onu ata ocağından çıxartmazlar. Anasının vəfatından sonra Əbülfəzin həyat yoldaşı dəfələrlə ona demişdir ki, “vəsiyyətnamə bizdədir, evi səndən alıb uşaq evinə verəcəyik”. Hətta Hicranın səs yazılarından da onların vəsiyyətnamədən xəbərdar olmaları, hətta vəsiyyətnamənin özünün onlarda olması öz təsdiqini tapdığından həmin video CD-ni də məhkəmyə təqdim etmişdir. Əbülfəz özü yasa gəlməsə də arvadı yasın ikinci günü gəlmişdir. Anasının vəfatı dövrü Naxçıvan şəhərinə gediş-gəliş üçün heç bir məhdudiyyət tətbiq olunmamış, pandemiya 2020-ci ilin mart ayından başlayaraq ölkə ərazisində tətbiq edilmişdir. Halbuki Əbülfəz anasının vəfatından sonra məlumatı olmuşdur. Qardaşı şəkər xəstəsi olsa da vəziyyəti heç vaxt ağır olmamışdır, özü yol idarəsində işləyir, hər gün işə gedib-gəlir. Qardaşının notariusa ərizə ilə müraciət etmək imkanı hər zaman olmuşdur, hətta olmasaydı belə notariusu evə çağıra bilərdi. Qeyd edilənləri nəzərə alıb qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı-cavabdehin vəkili Vəkil izahatında iddiaçı-cavabdehin izahatını təsdiqlədiyini, əlavə fikri olmadığını bildirib ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi X5 izahatında qarşılıqlı iddianı müdafiə etdiyini bildirərək göstərmişdir ki, Cavabdeh2 anası mərhum X10 mülkiyyətində olan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 9-da mülkiyyətində olan 0.1206 ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 35.01 kv.metr qeyri-yaşayış, 74.16 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi tam mülkkiyyət hüququ ilə miras qalmışdır. Həmin mirasa dair daşınmaz əmlakın çıxarışı mövcuddur. Cavabdeh2 mərhum anası xx xxxxxx 2010-cu il tarixdə vəsiyyətnamə qoyaraq özünə məxsus olan bütün əmlakını oğluna vəsiyyət etmişdir. Onun adına vəsiyyətnamə qoyulmasından cavabdehiddiaçının ümumiyyətlə xəbəri olmamışdır. Notarius tərəfindən ona zəng edilən zaman Cavabdeh2 məlumatı olmuşdur. Cavabdeh2 Bakı şəhərində yaşayır və ağır şəkər xəstəsidir, şəkərdən artıq bir gözü tutulmuşdur. Həm xəstəliyi səbəbindən, həm də pandemiya ilə əlaqədar vəsiyyətnamədən məlumatı olduqdan sonra Bakı-Naxçıvan reysləri dayandırıldığından Naxçıvana gəlib mirasın qəbulu ilə bağlı lazımi işlərin görülməsinə çətinlik çəkmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini və mərhum X10 tərəfindən Cavabdeh2 adına qoyulmuş xx xxxxxx 2010-cu il tarixli 2-V-01- 71 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə əsasında mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin üzürlü olaraq buraxıldığını nəzərə alıb mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi X5 izahatında ilkin iddianı qəbul etmədiyini bildirib göstərmişdir ki, mərhum X10 notariusa gedərək oğlunun adına vəsiyyətnamə qoymuşdur. Cavabdeh-iddiaçı Cavabdeh2 ailənin tək oğlu olmuşdur. Mərhumun bir oğlu və üç qızı olmuşdur. Ona görə də mərhum öz iradəsini ifadə edərək vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamənin rəsmiləşdirilməsində müəyyən boşluqların olması vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Ona görə də ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notarusu X11 ilkin iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, notariat sənədlərini araşdırarkən məlum olmuşdur ki, mərhum X10 xx xxxxx 2010-cu ildə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 9da yerləşən 2 nömrəli evini qızı X12 vəsiyyət etmiş, daha sonra ərizə təqdim edərək həmin vəsiyyətnaməni öz ərizəsi əsasında ləğv edilməsini xahiş edərək xx xxxxxx 2010-cu ildə oğlu Əbülfəz Əsgər oğluna vəsiyyətnamə qoyduğunu göstərmişdir. Vəsiyyətnamə və vəsiyyətnamənin ləğv edilməsinə dair ərizə, həmçinin ikinci vəsiyyətnamə miras qoyanın özü tərəfindən yazılmış və imzalanmışdır. Notariusun yanında vəsiyyətnamə tərtib edilib, imza edilib. Notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılıb və şəxsiyyəti müəyyən edilibdir. Hesab edir ki, vəsiyyətnamədə oğlu Cavabdeh2 yazılması və ata adının yazılmaması həmin vəsiyyətnamənin etibarsızlığı hesab edilə bilməz. Belə ki, vəsiyyətnaməni miras qoyanın şəxsən özü yazmışdır, orada müəyyən ifadələrin olmaması vəsiyyətnamənin etibarsızlığı ilə nəticələnməməlidir. Əksinə miras qoyan öz iradəsini sərbəst olaraq ifadə edibdir. Həmçinin iddia ərizəsində notariusun qeydiyyat jurnalında müəyyən çatışmazlıqların olması vəsiyyətnaməyə hər hansı təsir göstərmir. Ona görə ki, qeydiyyat jurnalında soyad və ata adı olsa da adın olmaması vəsiyyətnamədə də adın olmadığı halında etibarsızlıq kimi qiymət verilə bilər. Vacib sənəd vəsiyyətnamədir və orada mərhum oğluna-Cavabdeh2 vəsiyyətnamı qoyduğunu açıq şəkildə göstərmişdir.Qeyd etdiyi hallara görə ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 qarşılıqlı iddiaya münasibət bildirərək göstərmişdir ki, İddiaçı ilkin olaraq 3 saylı Norait Ofisinə mirasın qəbuluna dair ərizə vermişdir. Ərizənin nə vaxt verildiyindən məlumatı yoxdur. Daha sonra 3 saylı notariat ofisinin notariusu onunla və Naxçıvan şəhərində yerləşən 1 saylı notariat ofisi ilə maraqlanmış və miras əmlaka dair vəsiyyətnamənin olub-olmadığını aydınlaşdırmış və 2 saylı notariat ofisinin arxivində vəsiyyətnamənin mövcud olması bildirilmişdir. Ondan sonra 3 saylı notariat ofisinin notariusu iddiaçını qanun üzrə vərəsəlik şəhadətnaməsi alması üçün 2 saylı noraiusa müraciət etməsi üçün yönləndirmişdir. İddiaçı notariat ofisinə gəldikdə onu vəsiyyətnamə ilə tanış etmiş və Cavabdeh2 zəng vuraraq vəsiyyətnamə barədə məlumat vermişdir. Bunların hamısı 2020-ci ilin iyul ayında olmuşdur. Cavabdeh2 ona telefonda bildirmişdir ki, “bilirəm, lakin Naxçıvana gəlib-gedə bilmirəm, xəstəyəm, pandemiya da vardır”. Buna görə iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsinin mübahisə olduğundan verilməsinin mümkün olmadığını bildirmişdir. M.Əsgərov sonda qeyd edilənləri nəzərə alaraq mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qarşılıqlı iddia üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh2 qanunvericilklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində göstərmişdir ki, iddiaçı bacısı, cavabdeh qardaşıdır. Anasından qalan mirası o da qəbul edərək bu barədə notariat orqanına ərizə vermişdir. Mirası qəbul edib bacısı Hökümənin xeyrinə imtina edəcəyini düşünmüşdür. X4 xəstə olmuş və ona bacısı Hökümə baxmışdır. Qardaşı Əbülfəz ümumiyyətlə Naxçıvana gəlməmiş, nə anası ilə, nə də onlarla maraqlanmamışdır. Qardaşının Bakıda işi, yaxşı dolanışığı, imkanı və şəraiti vardır. Bacısı Hökümə isə əri vəfat etdikdən sonra üç uşağı ilə anasının evinə sığınmışdır və oraqda yaşayır. Onun əlavə heç bir evi və torpaq sahəsi yoxdur. Nəyə görə qardaşı ehtiyacı olmadığı halda bu evi ondan almaq istəyir, özləri də bilmirlər. Digər bacısı Arifə də mirası qəbul etmişdir. Anası vəfat edən vaxt qardaşına zəng vuraraq anasının vəziyyətinin ağır olduğunu və tezliklə gəlməsini desə də, Əbülfəz ona gəlməyəcəyini bildirmişdir. Yasın ikinci günü Əbülfəzin arvadı Hicran Bakıdan gəlmişdir. Lakin Əbülfəz nə anasının yasına, nə də ölümündən sonra bir dəfə də Naxçıvana gəlməmişdir. Xəstə anasına o və bacısı Hökümə baxmışdır. Dəfələrlə Əbülfəzin arvadı Hicran Höküməyə mesaj yazaraq, telefonuna səs göndərərək əllərində vəsiyyətnamə olduğunu, onu evdən çıxaraqlarını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı-cavabdehin, iddiaçı-cavabdhein vəkilinin, cavabdeh-iddiaçının vəkilinin və nümayəndəsi, cavabdeh təşkilatın nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi, eyni zamanda qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X10 xx xxx 2019-cu ildə hemorrafiq insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 10 iyun 2019-cu il tarixdə 173 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 9-da 0.1206 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.01 kv.m yaşayış, 74.16 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 756 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli X25 üzrə Nümayəndəlik tərəfindən verilmiş 01/665 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, mərhum X1 şəhəri Xətai məhəlləsi döngə 9, ev 2 ünvanında yaşamış və aşağıdakı vərəsələri vardır: 1.X17-həyat yoldaşı-vəfat edib 2.X16-oğlu-vəfat edib 3.Cavabdeh2-oğlu-1964
4. X13-qızı-1968 5.X14-qızı-1971 6.İddiaçı-qızı-1975 İş materiallarında olan vəsiyyətnamədən aydın olur ki, X10 xx xxxxxx 2010-cu il tarixdə vəsiyyətnamə qoyaraq Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 9 ev 2-də olan mülkünü oğlu Atayev Əfülfəz oğluna vəsiyyət etmişdir. Məhkəmə ilk olaraq ilkin iddia tələbini iş materialları ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və toplanmıç sübutlarla əlaqəli şəkildə qiiymətləndirin ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdaklarla əsaslandırır. Hazırki iş üzrə ilkin iddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə görə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Vəsiyyətnamənin yazılması bir tərəfli əqd olduğuna görə, bir şəxsin istəyi və iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi yaxın qohumların hüquq və mənafelərinə toxunulduğu üçün, qanunverici vəsiyyət edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və azad, müstəqil tərzdə baş verdiyini müyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir. Mülki-hüquq qanunvericiliyi vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün dəqiq, geniş şərhə imkan verməyən əsaslar sihayısını müəyyən etmiş və bununla da, vərəsələrin vəsiyyət edənin iradə ifadəsinə müdaxiləsini bir qədər qorumuşdur. Vəsiyyətnamə birtərəfli əqddir, bu səbəbdən onun etibarsız hesab edilməsi üçün əsaslar əqdlərin etibarsız sayılması üçün əsaslarla üst-üstə düşür. İddiaçı-cavabdeh iddia ərizəsində və izahatında vəsiyyətnamənin etibarsızlığını vəsiyyətnamənin düzgün tərtib edilməməsi, yazılı tərtibata dair tələblərin pozulması ilə əsaslandırmışdır. Məhkəmə vəsiyyət edənin iradə ifadəsi azadlığına və sabitliyinə hörmətlə yanaşaraq, onun vəsiyyət sərəncamlarının ayrı-ayrılıqda hüquqi qüvvəyə malik olduğunu mülki qanunvericilikdə təsdiq edildiyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan mərhum tərəfindən verilmiş ərizədən aydın olur ki, X10 ilkin vəsiyyətnaməni (qızının adına verdiyi) ləğv etdirərək yeni bir vəsiyyətnamə (oğlunun adına) qoyduğunu göstərmişdir. Həmçinin vəsiyyətnamədə mərhum miras əmlakı vəsiyyət etdiyi şəxsin oğlu Cavabdeh2 olduğunu göstərmiş, ata adını qeyd etməmişdir. Məhkəmə hesab edir ki, vəsiyyətnamə miras qoyan tərəfindən imzalanması, tərtib edilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Vəsiyyətnamədə miras qoyanın fikri aydın ifadə edilmiş və əqdin zəruri elementlərindən olan iradə və iradənin ifadəsi aydın şəkildə göstərilmişdir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin qeydə alındığını reyestr kitabının natamam yazılması həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə nəticələnməməlidir. Vəsiyyətnamə əsas olaraq miras qoyanın iradəsinin ifadə edildiyi birtərəfli akt hesab edildiyindən, notarius tərəfindən onun qeydə alınmasında müəyyən natamamlıqların göstərilməsi vəsiyyətnamənin etibarsızlığı hesab edilə bilməz. Hazırkı iş üzrə qarşılıqlı iddia tələbi miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür iddianın təmin olunması üçün vərəsə tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ötürülməli və bu gecikdirmə üzürlü səbəbdən baş verməlidir. Bu baxımdan istinad olunan maddənin tətbiqi zamanı məhkəmə miras əmlakın iddiaçı tərəfindən həqiqətən müddəti ötürməklə qəbul edilib-edilmədiyini, müddətin nə qədər ötürüldyünü və bunun səbəblərinin üzrlü olub-olmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Cavabdeh2 mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edərək göstərmişdir ki, Cavabdeh2 onun adına vəsiyyətnamə qoyulmasından məlumatı olmamış, xəstəliyi ilə əlaqədar, həmçinin pandemiya ilə əlaqədar olaraq gediş-gəliş olmadığından mirasın qəbul edilməsi üzrə qanunvericilklə müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Bununla əlaəqdar olaraq cavabdeh-iddiaçının vəkili və nümayəndəsi müvafiq xəstəlik arayışlarını məhkəməyə təqdim etmişdir. İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi halların təkzibi üçün qardaşının vəsiyyətnamənin mövcudluğundan xəbəri olmasına dair qardaşının həyat yoldaşı Hicran Atayeva tərəfindən sms yazışmasını, səs yazısını məhkəməyə təqdim etmiş, qardaşının şəkər xəstəsi olduğunu, vəziyyətinin normal olduğunu, yol idarəsində işlədiyini, anasının vəftaından sonra ölkə ərazisində pandemiya olmadığını, yalnız 2020-ci ilin mart ayından ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyini bildirmişdir. Məhkəmə qeyd edilən halları araşdırıb hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət üzürsüz səbəbdən ötürülmüşdür. Belə ki, miras qoyan X7 vəfatından cavabdeh-iddiaçının məlumatı olması işdə iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapmışdır. 2019-cu ilin may ayından cavabdeh-iddiaçı Cavabdeh2 mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmək imkanına malik olmuşdur. Məhkəmə cavabdeh-iddiaçının xəstəliyi ilə əlaqədar vaxtında müraciət etməməsi barədə göstərilən dəlili əsassız hesab edir. Belə ki, hazırki işdən aydın olur ki, cavabdeh-iddiaçı məhkəmədə nümayəndə vasitəsilə təmsil edilməklə bu barədə notariat orqanına etibarnamə vermişdir. Cavabdeh-iddiaçının xəstəliyi orta ağır olaraq arayışda göstərilmişdir ki, bu halda onun notariat orqanına müraciət edərək ərizə verməsi, və ya notariusu evə çağırması və ərizə yazdırması istina edilmir. Eyni zamanda cavabdeh Naxçıvan şəhəri 2 saylı Notariat Ofisinin notariusu izahatında vəsiyyətnamə ilə bağlı Cavabdeh2 məlumat verərkən Atayevin “bilirəm” dediyini, sadəcə olaraq pandemiya və xəstəliyi ilə əlaqədar gələ bilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi üçün vərəsənin hərəkətləri sadəcə olaraq ona ən yaxın olan notariat orqanına müraciət edərək mirasın qəbul edilməsi barədə mirasın açıldığı yer üzrə ərizə verməklə məhdudlaşır. Cavabdeh-iddiaçının pandemiya və xəstəliyini əsas gətirməklə mirasın qəbul edilməsi müddətini üzürlü səbəbdən buraxılması barədə dəlillərini məhkəmə əsassız hesab edir və göstərir ki, ölkə ərazisində “Covid-19” xəstəliyi ilə bağlı xüsusi karantin rejimi 2020-ci ilin mart ayının 20-də tətbiq edilmiş, bundan təxminən 10 ay əvvəl miras qoyan vəfat etmişdir. İş materiallarından və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 onun adına vəsiyyətnamə qoyulmasından zamanında məlumatı olmuş, lakin mirasın qəbulu üçün lazımi hərəkətlərini həyata keçirməmişdir. Nəticə: Yuraxıda qeyd edilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddiaçı-cavabdeh İddiaçı cavabdeh Naxçıvan şəhər bir saylı notariat ofisinə və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı və cavabdeh Naxçıvan şəhəri 2 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva