Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-83/2023 12.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı1, iddiaçı və iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı3, İddiaçı3 vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, ev 43-də yerləşən miras qalmış daşınmaz əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı1 iddianı müdafiə edərək, X7 ilə 05 oktyabr 1972-ci ildə rəsmi nikah qeyd etdirərək evləndiklərini, birgə nikahdan övladları- 1974-cü ildə Sevda, 1976-cı ildə Rizvan və 1980-ci ildə Günayın doğulduqlarını, X4 14 yanvar 2017-ci ildə vəfat etdiyini, oğlu Cavabdeh 2006-cı ilin iyun ayı evlənib 3-4 il onlarla yaşadıqdan sonra qaynatasının ünvan 1 ünvanında yerləşən həyətində ev tikib ailəsi ilə bərabər orada yaşadığını, qızları Sevdanın qonşuluqda, Günayın isə Badaşqan kəndində ailəsi ilə birlikdə yaşadığını, Ramazanın ölümündən əvvəl 11 avqust 2011-ci ildə mülkiyyətində olan Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, 43 saylı fərdi yaşayış evini ona və 3 övladına verilməsini vəsiyyət etsə də, 2017-ci ildə Ramazanın vəfatından sonra onun mülkiyyətində olan miras qalmış torpaq sahəsini və onun üzərində inşa edilmiş evi faktiki olaraq özünün, qızları Sevda və Günayın qəbul etdiyini, Günayın Ramazan öldükdən sonra iki ay onlarda qaldığını, daha sonra evlərinə getdiyini, uzun müddət ata evində qaldığına görə əri ilə mübahisələri olduğundan yenidən onun yanına qayıdaraq bir ilə yaxın müddətdə onunla birlikdə yaşadığını, yaşadığı müddətdə bacısı Sevda ilə birlikdə həyəti əkib-becərib, ağaclara qulluq edib əldə etdikləri meyvə tərəvəzləri sataraq pulundan yaralandıqlarını, sonradan Günayın barışıb öz evinə getsə də, bu günədək həyət-bacanın zay olub sıradan çıxmaması üçün və bəhrəsindən yararlanmaq üçün əlindən gələni etdiyini, özünün bir müddət həmin evdə yaşadıqdan sonra köhnə və şəraiti olmadığından qızı Sevdanın yanında yaşamağa başladığını, Sevdanın yanına köçəndən sonra həmin evə Sevdanın kirayəçi qoyaraq pulunu alıb ehtiyaclarını qarşıladığını, hazırda həmin daşınmaz əmlaka özünün və qızları Sevda və Günayın sahiblik etdiklərini və onların istifadəsində olduğunu, daşınmaz əmlak mərhum əri X4 mülkiyyətində olduğundan Naxçıvan şəhər Elektrik Şəbəkəsinin, Naxçıvan MR Qaz İstismar Xidmətinin və Naxçıvan şəhər Su İdarəsi ilə bağlanan müqavilələrin Ramazanın adına bağlandığını, bu günədək də onun adına olsa da, bütün kommunal xərclərini və bələdiyyə ödənişlərini qızı Günayın ödədiyini, göstərilən mirası qəbul etsələr də, müvafiq rəsmiləşdirmə aparıb miras qalmış torpaq sahəsini və evi adlarına sənədləşdirə bilmədiklərini, qeydiyyatda olan oğlu Cavabdeh miras evi adlarına sənədləşdirmək istədiklərini bildirsələr də, onun buna qəti olaraq etiraz etdiyini, miras paya dair Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər iki saylı Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisinin 03 oktyabr 2022-ci il tarixli qərarı ilə vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından, vərəsəlik hüququnun bərpası və mübahisənin həlli məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina etdiyini, 2004-cü ildə sözügedən həyəti aldıqlarını, Rizvanın 2011-ci ildə çıxıb getdiyini, 2017-ci ildən Rizvanın miras əmlaka gəlmədiyini, Sevdanın ona baxdığını göstərərək, mərhum əri X4 mülkiyyətində olan Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, ev 43-də yerləşən miras qalmış daşınmaz əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş və məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası İddiaçı2 iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı və iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi qismində izahat verən İddiaçı3 iddianı müdafiə etdiyini, İddiaçı1 dediklərini təsdiq etdiyini, atasının ölümündən sonra həmin miras əmlakda anasının, bacısı Sevdanın və özünün yaşadığını, əmlakı abadlaşdırdığını, həyəti əkib becərdiyini, həyətin məhsulunu satıb təmir işlərinə xərclədiklərini, həyətin abadlığı üçün təmir işləri gördüklərini, sonra mənzilə kirayəçi hərbiçi yerləşdirdiklərini, qardaşı Rizvanın isə həmin miras əmlakda yaşamadığını, qaynatasına məxsus evdə yaşadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı3 vəkili qismində izahat verən Vəkil iddianı müdafiə edərək, izahatlara əlavəsinin olmadığını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, evin 2004-cü ildə alındığını, 2006-cı ildə ailə qurduğunu, 2011-ci ildə evdən çıxdığını, evdən çıxma səbəbinin yoldaşını yola vermədiklərini, atası 2017-ci ildə öləndən sonra həmin evdə 3-4 ay qaldığını, atasının yasının xərcini özünün çəkmək istədiyini, anasının qoymadığını, anasının çəkdiyini, imkanının olduğunu kömək etmək istəsədə anasının qoymadığını, atasının qəbrini də anasının götürdüyünü, bu işə etiraz etdiyini, niyə ona deyilmədiyini bildirdiyini, həmin evdə anasının, Sevdanın və qızı Arzunun yaşadıqlarını, Sevdanın qızı Arzunun evlənib getdiyini, ondan sonra anasının və Sevdanın qaldıqlarını, Günayın Badaşqan kəndində qaldığını, heç vaxt miras əmlakda qalmadığını, iddiaçıların iddia tələbinin və izahatlarının səhv olduğunu, atasının ölümündən sonra yasın 40-cı gününə kimin həmin evdə olduğunu, ondan sonra da həmin evə gedib miras əmlakın abadlaşdırılmasında kömək etdiyini, atasının ölümündən sonra bilmədiyi üçün 3 ay ərzində notariusa ərizə verib miras əmlakı qəbul etmədiyini, lakin həmin əmlakda işləyərək abadlaşdırdığını, atasının xəstələyi ilə əlaqədar xəstəxanada olduğunu, xəstəxanada vəfat etdiyini, 2016-cı ilə kimin kirayədə qaldığını, 2016-cı ildən qaynatasının evində qaldığını, Günayın həmin evdə qısa müddətdə 1-2 gün qalıb sonra evinə getdiyini, həmin evin hərbiçiyə 200 manata kirayə verildiyini, kirayə pulunu anasının aldığını, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8, Günayın kəndə onlarla qonşu olduğunu, təxminən iki il olar ki, Günayın anası Zəhranın həyətində usta kimin şkaf yığdıqlarını, 4-5 gün işlədiklərini, onun gətirdiyi İslam adlı usta ilə işlədiklərini, material lazım olduqda Günayın alıb gətirdiyini, usta pulu olaraq 500 manat haqlarını Günayın ödədiyini, Günayın istəyi ilə həyətlərinə şəxsi avtomobili ilə peyin apardığını, pulunu da Günayın ödədiyini, Günayın atasının öldüyü tarixi dəqiq bilmədiyini, lakin yas mərasimində Günayın qonşusu kimi iştirak etdiyini, qonşu olsa da Günayın atasının ölümündən sonra uzun müddətli gəlib atasının həmin evində qaldığını xatırlamadığını, Zəhranın həyətində işləyəndə Günayın və digər bacısının həmin evdə olduqlarını gördüyünü, həmin həyətə pianina gətirəndə Günayın qardaşını həmin həyətdə gördüyünü, onda Günayın qardaşı olduğunu bildiyini, Günay həmin həyətdə tərəvəz əkibbecərdiyini, gətirib kəndə satdığını, ondan tərəvəz aldıqlarını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5, tərəfləri tanıdığını qohumluq və ədavətlərinin olmadığını, Günayla kənddə qonşu olduqlarını, Günayın bir müddət atasının evində qaldığını, atasının həyətində əkib becərdiyi tərəvəzləri kəndə gətirib satdığını, kəndə torpaqları olmadığından tərəvəz əkib-becərmədiyindən Günaydan üzüm, xiyar, pomidor aldıqlarını, eşitdiyinə görə Günayın ata-anasının xəstə olduğundan həyətlərini əkib-becərdiyini, atasının ölümündən sonra Günayın həmin evdə qaldığını, Günayın işə gedəndə uşaqlarının onunla qaldığını, sonra Günayın atası evinə gedib orada bir müddət qaldığından uşaqlarının onun yanında qalmadığını, bu səbəbdən Günayın atasının ölümündən sonra həmin evdə təxminən bir il qaldığını bildiyini, Günayın atasının yasında iştirak etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş: AZ seriyalı, 211741 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X7 ilə X10 arasında 05 oktyabr 1972-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Axundova" soyadı verilmişdir. AZ-İ seriyalı, 702510 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X7 14 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, 1545 nömrəli arayışa əsasən, X4 aşağıdakı vərəsələri vardır:
1. həyat yoldaşı İddiaçı1 1952-ci il təvəllüdlü;
2. qızı İddiaçı2 1974-cü il təvəllüdlü;
3. oğlu Cavabdeh 1976-cı il təvəllüdlü;
4. qızı İddiaçı3 1980-ci il təvəllüdlü. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Fərdi yaşayış fonduna aid yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.06 ha olan fərdi yaşayış evi (ümumi sahəsi 154.37 kv.m) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8453 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********16-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021). Naxçıvan şəhər iki saylı Notariat Ofisinin 03 oktyabr 2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarına əsasən, vərəsəliyin açılmasından imtina edildiyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X3 qalmış miras əmlak vərəsələrdən həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3 tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.06 ha olan fərdi yaşayış evindən (ümumi sahəsi 154.37 kv.m) ibarət olan miras əmlakın həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X3 qalmış miras əmlak vərəsələrdən həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3 orada yaşamaqla mirası qəbul etmiş, Notariat Ofisinə müraciət edərək, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirərək qəbul etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.06 ha olan fərdi yaşayış evindən (ümumi sahəsi 154.37 kv.m) ibarət olan miras əmlakın həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.