Məhkəmə qərarları › İş №2(078)-84/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-84/2023

17.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-84/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı1, iddiaçı-cavabdeh və eyni zamanda iddiaçı-cavabdeh İddiaçı4 Təvəkkül qızının nümayəndəsi X8, iddiaçı-cavabdehlər İddiaçı3 və İddiaçı5, cavabdeh-iddiaçı Cavabdeh, onun vəkili Vəkil, cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 iştirakı ilə, İddiaçı-cavabdehlər İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının və İddiaçı5 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 Təvəkkül qızına və İddiaçı5 qarşı babası X20 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq sağlığında mərhum atası X21 və onun ölümündən sonra onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızı və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ataları X16 miras qalmış ünvan 2 ünvanında miras qalmış daşınmaz əmlakın tərəflərindən faktiki qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 07 dekabr 2022-ci tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 Təvəkkül qızına və İddiaçı5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X20 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq sağlığında mərhum atası X21 və onun ölümündən sonra onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilərək iddia tələbinə iddiaçı-cavabdehlər İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının və İddiaçı5 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdehlər İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 Təvəkkül qızına və İddiaçı5 qarşı babası X20 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq sağlığında mərhum atası X21 və onun ölümündən sonra onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı-cavabdehlər İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızı və İddiaçı5 ərizə göndərərək qarşılıqlı iddiaya etiraz vermiş və etirazda Cavabdeh Həsənlə birlikdə yaşamadığın, Abbasov Həsənlə dini kinahı olan Xəyalənin yaşadığını, bacısı Zəkiyyəyə isə ona baxdığı üçün 80 manat pul ayrıldığını, atalarının Həsənə müvəqqəti yaşamaq üçün ev verdiyini, qardaşı Həsənin evi atasının adına keçirtmək istədiyini deyəndə atasının razılaşmadığını, evi Həsənə hədiyyə etmədiyini sadəcə yaşamaq üçün verdiyini bildirmişlər. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı1 iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, atası Təvəkkül Abbasovla anası Maral Novruzova 1960-cı ildə rəsmi ailə həyatı qurmuşlar. Həmin dövrdə indiki Xətai Məhəlləsi döngə 3 ev daşınmaz əmlak əldə etmişlər. 2018-cı ildə anası Maral, xx.xx.2022-ci ildə atası Təvəkkül, xx.xx.2022-ci ildə isə qardaşı Həsən vəfat etmişdir. Ataından ünvan 3 ünvanında daşınmaz əmlak miras qalmışdır. 2022-ci ilin yanvar ayında atası ağır xəstə idi, qardaşı Həsənin isə 1 ayağı amputasiya edilmişdir (kəsilmişdir). O və bacıları onlara qulluq ediblər. Tərlan gələndə bacıları Zəkiyyə, Fatma və o atasıgildə idilər. Adil hələ atası ilə anasının sağlığında onların razılığı ilə həmin həyətdə özünə ev tikdirmiş həmin evdə yaşayır. Atasına hər cür yardımlar ediblər. Fevral ayında atası vəfat etdi. Atası vəfat edəndən təxminən bir ay sonra Novruz bayramı yaxınlaşırdı. El adətinə görə bacıları ev tökməklə evləri təmizlədilər. Həm də atasının qırx məclisi yaxınlaşırdı. Bundan başqa həmin evdə atasının vəfatından sonra yaşadıqları vaxtlarda istifadə etdikləri qaz, işıq, su və telefon üçün ödənişlər edilmişdir. Mirasın tamlığının qorunması üçün bütün lazımı tədbirlər görmüşdülər. Atasının vəfatından təxminən iki aydan artıq müddət keçəndən sonra qardaşı Həsən vəfat etmişdir. Mirası faktiki qəbul etmələrinə baxmayaraq həm də notariat qaydasında qəbul etmək istəmişdirlər. Lakin iki ay ərzində atasını və qardaşını itirmək, onlarda dərin daxili sarsıntı yaratdığından vaxtında notariat orqanına müraciət etməkləri ləngimişdir. Qanunda nəzərdə tutulmuş 3 ay müddət keçəndən sonra 2022-ci ilin iyul ayında mirası notarial qaydada da qəbul etmişdirlər. Lakin işin faktiki hallarında da göründüyü kimi mirasın həm də notariat qaydasında qəbul etməkləri ilə bağli ötürülmüş müddət üzürlü olmuşdur. Mərhum qardaşı- Həsənin qızı Cavabdeh onlar tərəfindən mirası faktiki qəbul etməklərini qəbul etmir. Bununla da mübahisə yaradır. 1 saylı Notariat Ofisi tərəfindən Cavabdeh mirasın faktiki qəbulu ilə bağlı dəfələrlə dəvət olun sa da o Notariat ofisinə gəlməkdən imtina etmişdir. Atasından miras qalmış evin açarlarından bütün vərəsələrdə vardır. İstənilən vaxt atasının evindən istifadə edirlər, mirasın tamlığını qorunması üçün həmin evdə hansı olursa həmin işləri edirlər. Mərhum atası tərəfindən miras əmlaka 2016-ci ildə quraşdırılmiş elektrik enerjisinin sayğacı və su sayğacı ilə bağlı müqavilələr və elektrik enerjisindən istifadə qaydalarına dair akt həmin evdə onlar tərəfindən qorunaraq saxlanır. Mirasın qorunmasında və mirasa sahib olaraq onu idarə edilməsində hamısı iştirak edirlər. X52 vərəsələri olan anaları Novruzova Maral (Hacı) Əli qızı və qardaşı X35 vəfat edib, bacısı Hüseynova (Abbasova) Tərlan Təvəkkül qızı, bacısı İddiaçı3, bacısı X22, qardaşı İddiaçı5 və o yaşayırlar. Mərhum qardaşı X21 vərəsələri isə qızları X40 və Cavabdehdır. Onların tələbi odur ki, miras 6 yerə bölünsün, hər birinə bir pay düşsün. Sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, o evin balaca övladı olubdur, 2000-ci illərdə ailə qurub evdən gedibdir. Hazırda Xətai məhəlləsində ərinə məxsus olan evdə yaşayır, ailəlidir, övladları vardır. X52 həyətində üç tikili var. Birində atası, anası, qardaşı Adilə və onun ailəsi, digərində mərhum qardaşı Həsən və onun ailəsi yaşayıb, üçüncü tikilini isə Adil övladı üçün tikir. Atası sağlığında həyəti bölüb və qardaşı Həsənə ev tikib, qardaşı evlənəndə həmin ev hazır idi və gəlini o evə gətirmişdirlər. Daha sonra qardaşı Həsənlə onun boşandığı yoldaşı Nəzakət yola gedə bilmədiklərindən atası da evlərin arasında hasar çəkməyi qardaşlarına tapşırmışdır. İndi Həsənin qaldığı evlə, Adilin qaldığı ev arasında hasar vardır. Ancaq hər iki ev atasının adınadır. X60 boşandıqdan sonra bir müddət qızı Günayla yaşamışdır. Sonra Günay da anasının yanında gedəndən sonra qeyri-rəsmi şəkildə evlənmişdir. Həsən xəstə idi, güclü şəkəri var idi. Son vaxtlar şəkər xəstəliyinin nəticəsində gözünün biri tutulmuşdur, digər çox az görürdü. Ona qeyri-rəsmi yaşadığı arvadı və bacılar baxıblar. Atasının vəfatından sonra qadınlar Həsənin yaşadığı evdə, kişilər Adilin yaşadığı evdə oturmuşdular. Yas mərasimindən sonra qırxı, yeddisi hamısında bacılar iştirak etmişdirlər. Sonra Həsən xəstə olmuş və xəstəxanada yatmışdır. Həmin vaxt da bacılar növbə ilə onun yanında qalıblar. Həsənin vəfatından sonra qızı Günay maşının onun adına sənədləşdirməsini istədi və yavaş-yavaş söz-söhbət yarandı. Hələ atasının sağlığında Həsən evi adına sənədləşdirmək istədi. Ancaq atası qoymadı, dedi onsuz da arvadınla yola getmirsən. Sonra da Həsən boşandı. Atası dildə həmişə demişdir ki, onun nə qədər övladı varsa hamısının bu həyətdə payı vardır. O da atasının övladıdır, ona baxıb-qulluq etmişdir. Onun da mirasda payı vardır. Onlar məhkəməyə müraciət etmədən evi sənədləşdirmək istəsələr də Həsənin qızı Günay buna etiraz etmişdir. Onun tələbi mirasın notarial qaydada qəbul edilməsi müddətinin uzadılması deyil. Onun tələbi mirası faktiki olaraq qəbul edilməsidir. O həmin evdə atasına, qardaşına qulluq edibdir. Evin açarı bütün övladlarda olubdur. Sonra Həsənin vəfatından sonra qızı Günay evdə yaşamağa başladı, gedib açarın kilidini dəyişdirmişdir. Günayın evdə payının olmadığını bildirmir. Miras 6 yerə bölünsün. Onlar 6 övlad olublar. Hər birinə bir pay çatsın, Günaya da atasından qalan bir pay çatsın. Onun tələbi və fikri budur. Qeyd edilənləri nəzərə alıb həm ilkin, həm də qarşılıqlı iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh, eyni zamanda iddiaçı-cavabdeh İddiaçı4 Təvəkkül qızının nümayəndəsi X15 izahatında bacısı İddiaçı1 ilə eyni məzmunlu izahat verib ilkin iddia və qarşılıqlı iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı3 izahatında bacısı İddiaçı1 ilə eyni məzmunlu izahat verib ilkin iddia və qarşılıqlı iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı5 izahatında bildirmişdir ki, X70 2022-ci ilin fevral ayında vəfat edib. Onun hazırda yaşadığı evdə o, atası, anası və ailəsi yaşayıb və yaşamaqda davam edir. Atası-anası o evdə vəfat etsələr də qardaşı Həsənin yaşadığı evdə yasları tutulub. Həyət böyük olub, atası əlavə bir ev tikibdir. Həmin evi dayısı tikib. Həsən evlənən zaman gəlin o evə gəlib. Ev tam hazır və təmirli olub. Həsənlə arvadı Nəzakət yola gedə bilmirdilər. Səs-küy olurdu, ona görə atası dedi ki, evlərin arasına hasar çəkilsin. O və qardaşı Həsən həmin hasar çəkdilər. Sonra Həsən boşandı, bir müddət qızı Günayla qaldı, sonra da qeyri-rəsmi evləndi. Hələ Həsən rəsmi evli olanda evi sənədləşdirmək istədi, atası icazə vermədi. Atası istəyirdi ki, ev bütün övladlarına çatsın. Ona görə də torpaq adında idi, evi isə sənədləşdirməmişdi. Atası xəstə olanda bütün bacıları gəlib ona qulluq ediblər. Atası vəfat edəndə yas mərasimində iştirak ediblər, qardaşı Həsənə qulluq ediblər, onun yasında iştirak ediblər. Yasdan sonra evin açarları bacılarında olubdur. Onlar mirası qəbul ediblər. Özü isə yaşayıb mirası qəbul edibdir. Qardaşının vəfatını o yola veribdir. Bu gün də ölüm pulunu ona vermirlər. Yasın üçüncü günü qardaşının qızı Günay ona dedi ki, maşını onun adına sənədləşdirmək lazımdır. Yası yola verməyə imkan vermədilər. Maşını öz adına Günay sənədləşdirdi. Onlar da notariat kontoruna müraciət etdilər, lakin müddət buraxılmışdı. Günay Həsənin vəfatından sonra bir müddət orada yaşadı, sonra gecə gec gəldi, əmi olaraq narahatlığını bildirdi. Dəfələrlə onu polisə veriblər. İndi ev açıq vəziyyətdədir, heç kim orada yaşamır. Digər evdə isə özü və ailəsi yaşayır. Onun da tələbi odur ki, atasının altı övladı olubdur. Miras altı yerə bölünsün. Bir pay da Həsənin övladına çatsın. Qeyd edilənləri nəzərə alıb ilkin iddia və qarşılıqlı iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, babası X36 ilə nənəsi Novruzova Maral (Hacı) Əli qızı 1960-cı il tarixdə ailə qurublar. X67 2018-cı il, babası Təvəkkül Abbasov isə 16 fevral 2022-ci il tarixlərdə vəfat etmişlər. X48 ölümündən sonra onun atası da daxil olmaqla 6 nəfər vərəsəsi olmuşdur. Hüseynova (Abbasova) Tərlan Təvəkkül qızı, Abdinova (Abasova) Fatma Təvəkkül qızı, Abbasova (Məmmədova ) Zəkiyyə Təvəkkül qızı, İddiaçı1, İddiaçı5, X35. Mərhum babası X20 ölümündən sonra onun mülkiyyətində olan indiki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, o cümlədən də sağlığında bölüb, atasına verdiyi və atasının aradan hasar divarı çəkdirərək üzərində tikdirib, öldüyü günədək onunla birlikdə yaşadığı fərdi yaşayış evi miras qalmışdır. Atası Həsənlə anası boşandığından böyük bacısı anası ilə, o isə atası ilə birlikdə həmin evdə yaşamışdır. Atasıın bir ayağı amputasiya edilib (kəsildiyindən) ona qulluq etmişdir. Lakin 22 aprel 2022-ci il tarixdə atası X35 da vəfat etmişdir. Atasının 2 nəfər vərəsəsi olmuşdur o və bacısı Günel. Günel ailə qurub, ayrılıb gedərək ər evində yaşadığından o atadan miras qalmış həmin evdə tək yaşamalı olmuşdur. Lakin buna əmisi və bibiləri imkan vermək istəmədilər, hətta belə yığılıb gələrək onu babasından atasına, atasından da ona miras qalan həmin evdə döyüb, evin kilidini dəyişib, zorla evdən çıxarmaq istədilər. O Naxçıvan şəhər Polis İdarəsinə müraciət etmişdir, polis evin yeni dəyişdirilmiş kilidin açarını alıb ona verdi və o hal-hazırda da həmin evdə yaşayır. Bundan başqa o əmisinin və bibilərinin onu zorla evdən çıxarmaq istədiklərini görüb, 05 may 2022ci il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Mərhum babasının ölümündən sonra o atası Həsənlə, atası da öləndən sonra onun tikdirib yaşadığı evdə həm yaşamaqla, həm də notariat ofisinə ərizə ilə müraciət etməklə babasından atasına, atasından da ona miras qalmış əmlakı hər iki əsasla qəbul etmişdir. Mərhum atası tərəfindən miras əmlaka dair 2006, 2016 və 2017-ci illərdə quraşdırılmiş elektrik enerjisinin sayğacı və su sayğacı ilə bağlı müqavilələr və elektrik enerjisindən istifadə qaydalarına dair akt və ödəniş qəbzləri həmin evdə mərhum atası və onun tərəfindən qorunub saxlanılmışdır. Bundan başqa mərhum babasının miras qalmış əmlakını hələ babası sağlığında əmisi Adil ilə atası Həsən arasında qeyri rəsmi də olsa bölmüşdür. Həmin bölünmüş evlər arasından hasar hörülmüşdür. Giriş-çıxışları, qaz, işıq və su sayğacları belə ayrı-ayrılıqdadır. Əmisi Adilə aid olan hissədə o ailə uşaqları ilə birlikdə, mərhum atasına aid olan hissədə isə o yaşayır. Bibiləri hər biri hələ babasının sağlığlarında ailə qurub, həmin evdən çıxıb gedib, ər evində yaşayırlar, nə babası, nə də ki, atası öləndən sonra bir gün belə orada bibiləri yaşamayıblar və mirası faktiki qəbul etməyiblər. Qaldı ki, iddia ərizəsində göstərildiyi kimi evin açarlarının onlarda olmasına və oradan istifadə etmələrinə xeyr, bu heç də belə deyil hamısı yalandır. Yuxarıda da qeyd etdiyi kimi, atası öləndən sonra onu evdən çıxarmaq istəyəndə əmisi evin kilidini ondan xəbərsiz evdə olmadığı müddətdə dəyişib, açarları əmisi onların da hərəsinə birini veribdir. Həmin vaxtdan da sonra polis onu təkrar aparıb evə yerləşdirəndə o kilidi dəyişmişdir və hal-hazırda orada yaşamaqla miras əmlakı faktiki olaraq da qəbul etmişdir. Orada yaşadığı bu müddətdə bibilərini ancaq əmisinin yaşadığı evə hərdən gəlib gedəndə görmüşdür. Sədrlik edənin sualına cavab olaraq cavabdeh-iddiaçı bildirmişdir ki, atasının adına olan avtomobili sənədləşdirmək üçün əmisinə ona görə müraciət etmişdir ki, maşın icarədə idi, sürücüyə etibarnamə vermək lazım idi, sürücü onları tələsdirdiyi üçün maşının sənədləşdirilməsinin zəruri olduğunu bildirmişdir. Əmisi atasının ölümünün ikinci günü ölüm kağızı aldığı halda onlara təqdim etməmiş, polisə müraciət edəndən sonra gətirib vermişdir. Ölüm pulu ilə bağlı o birinci növbəli vərəsə olduğundan həmin pulun əmisinə verilməyəcəyi müvafiq orqandan ona bildirilmişdir. Atasının xəstəliyi zamanı pensiya kartında pul olmuş və özü öz xərclərini qarşılamışdır, vəfat edəndə isə babasının 3000 manat pulu atasında olmuş, həmin pulu o Zəkiyyə bibisinə yasda vermişdir. O tək qız olaraq bu qədər yasda iştirak edə bilmişdir. Atasının sağlığında münasibətlərində bir ara soyuqluq yaranmış, buna səbəb ailə qurduğu qadın olmuşdur. O atasının yanında bir cür, kənarda ona başqa cür davranmışdır. O da anasının yanında yaşamışdır. Onun əmisi və bibiləri ilə heç bir problemi olmamışdır, atasının yasından sonra onun həmin evdə yaşamasını istəməmiş, evi ondan almaq istəmişdilər. Dəfələrlə polisə müraciət edilməsinin də səbəbi bu olmuşdur. Qeyd edilənləri nəzərə alıb hər iki iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh vəkili Vəkil izahatında qarşılıqlı iddianı müdafiə etdiyini, cavabdeh-iddiaçının izahatına əlavəsi olmadığını bildirib hər iki iddia üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqilə tələblər irəli sürməyən üçüncü şəxs X40 izahatında bildirmişdir ki, bacısı Günayın dediklərini təsdiq edir və onun haqqının tapdalanmasını istəmir. O özü uşaqlqdan anasının ata-anası ilə yaşamışdır. Ata nənə-babasının sözü ilə atası onu döymüş və ondan küskünlüyü yaranmışdır. Atası ilə anası boşandıqdan sonra o anası ilə bacısı Günay atası ilə yaşamışdır. Sonra atası qeyri-rəsmi ailə qurmuş və o qadın onun atası ilə normal münasibət saxlamasına imkan verməmişdir. Atası vəfat edəndən sonra orada bacısı Günay yaşamışdır. Bibilərinin hər birinin ayrı evi olmuşdur. Əmisi isə hasarın o biri tərəfində babası ilə birlikdə yaşayırdı. Bibiləri bacısı Günaya atadan qalan mirasın almasını istəmirlər. Ona görə də bu cür iddia qaldırıblar. Qeyd edilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid X37 ifadəsində bildirmişdir ki, o, İddiaçı1 qonşusudur. Bildikləri odur ki, Güldanə atası xəstə olanda uşaqları ona tapşırıb atasına baxmağa gedirdi. Uşaqlar məktəbdən gələndə onlara gəlirdi. O da Təvəkkül əminin xəstə olduğu vaxt yanına gedibdir. Güldanə də orada idi və atasına qulluq edirdi. Təvəkkül əminin yasında iştirak edibdir. Qadınlar Həsənin qaldığı evdə otururdu, kişilər Adilin qaldığı evdə. O bilirdi ki, Təvəkkül əminin qaldığı həyətdə iki ev vardır, ikisi də onun adınadır. Həsənin övladlarını da yasda görübdür. Məhkəmə baxışı iclasında şahid X56 ifadəsində bildirmişdir ki, o İddiaçı3 baldızıdır. Qohumluq münasibətləri olduğuna görə tərəfləri tanıyır. Onun qardaşı xəstə idi. Fatma da atasına baxmağa gedirdi. Özü də narahat olurdu ki, axı qardaşı xəstədir, onun da baxıma ehtiyacı var. Qızların hər birinin öz evi var idi. Onlar ataları, qardaşları xəstə olanda baxıblar, qulluq ediblər, yasda iştirak ediblər. Ancaq sonra hər kəs öz evinə gedibdir. Həmin həyətdə Adil və Həsən yaşayıbdır. Evləri də ayrı idi. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında X25 ifadəsində bildirmişdir ki, o X21 qeyri-rəsmi həyat yoldaşı olmuşdur. Həsənə də, qayınatasına da o baxmışdır. Baldızları da yaxından kömək etmişdirlər. Qayınatasının yası onların evində olmuşdur. Həsən xəstə idi, ayağını kəsmişdilər. Ona özü qulluq etmişdi. Həsən vəfat edəndə ailə arasında ev barədə mübahisə olduğunu görüb çıxıb atası evinə getmişdir. Həsənin iki övladı var idi. Günay gəlib-gedirdi. Günel isə gəlmirdi. Həsənin qaldığı ev qayınatasının adına idi. Adil qaynı ilə onlar arasında hasar çəkilmişdi. Ancaq gediş-gəliş var idi. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X57 ifadəsində bildirmişdir ki, tərəflərlə qonşuluq münasibəti vardır. O Təvəkkül kişini, Həsəni yaxından tanımışdır. Təvəkkül kişinin sağlığında həyətdə iki ev olub. Təvəkkül kişi evin birini Həsənə tikdirmişdi və orada Həsən ailəsi ilə yaşayırdı. Digər evdə də Təvəkkül ailəsi və oğlu Adil ailəsi ilə yaşayıbdır. Təvəkkül kişinin qızları ailə qurub ata evindən getmişdilər. Arada qonaq gəlirdilər, ancaq öz evlərində qalırdılar. Orada Adil və Həsən yaşayırdı. Təvəkkül kişi ilə Həsənin vəfatı arası qısa çəkdi. Yas mərasimlərində də iştirak edibdir. Həsənin vəfatından sonra qızı orada qalırdı, gəlib-gedirdi. Digər tərəfdə də Adil yaşayır. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X58 ifadəsində bildirmişdir ki, tərəflərlə qonşuluq münasibəti vardır. O Adili, bacılarını, Təvəkkül kişini, Həsəni yaxından tanımışdır. Təvəkkül kişinin sağlığında həyətdəki evlərin birində Həsən ailəsi ilə yaşayırdı. Digər evdə də Təvəkkül ailəsi və oğlu Adil ailəsi ilə yaşayıbdır. Təvəkkül kişinin qızlarını da tanıyır, onlar neçə illər əvvəl ailə qurub ata evindən getmişdilər. Arada qonaq gəlirdilər, ancaq öz evlərində qalırdılar. Orada Adil və Həsən yaşayırdı. Təvəkkül kişi evi Həsən üçün tikdirmişdi və ona vermişdir. Təvəkkül kişinin və Həsənin yas mərasimlərində də iştirak edibdir. Həsənin vəfatından sonra qızı orada qalır, gəlib-gedir. Digər tərəfdə də Adil yaşayır. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X38 ifadəsində bildirmişdir ki, tərəflərlə qonşuluq münasibəti vardır. O Təvəkkül əmini, Həsən əmini yaxından tanımışdır, tez-tez evlərinə gedib-gələn adam olmuşdur. Təvəkkül əmi evin birini Həsən əmiyə vermişdi və orada Həsən əmi ailəsi ilə yaşayırdı. Digər evdə də Təvəkkül əmi və oğlu Adil əmi ailəsi ilə yaşayıbdır. Orada Adil əmi və Həsən əmi yaşayırdı. Bacıları o evə qonaq kimi gedib-gələn görmüşdü. Təvəkkül əmi ilə Həsən əminin yas mərasimlərində də iştirak edibdir. Həsən əminin vəfatından sonra qızı orada qalır, gəlib-gedir. Digər tərəfdə də Adil əmi yaşayır. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). İş materiallarında 04 oktyabr 1960-cı il tarixdə verilmiş İ-İE seriyalı 141058 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X36 ilə X59 4 oktyabr 1960cı il tarixdə evlənmiş və bu barədə 278 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında 9 sentyabr 1961-ci il tarixdə verilmiş AZ seriyalı 088097 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X26 2 avqust 1961-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 773 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında 7 mart 1963-cü il tarixdə verilmiş AZ seriyalı 401154 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X29 xx xxxxxx 1963-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 224 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında 06 fevral 1965-ci il tarixdə verilmiş AZ seriyalı 693100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X35 20 yanvar 1965-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 11 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında 11 iyul 1968-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı5 xx xxxx 1968-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 67 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında 09 sentyabr 1971-ci il tarixdə verilmiş AZB seriyalı 167777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X22 3 sentyabr 1971ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 55 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında 30 noyabr 1974-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı 268349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı1 xx xxxxxx 1974-cü ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə 94 nömrəli akt qeydi aparılmışdır. X12 və anası X41r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X42 ilə X29 08 sentyabr 1983-cü il tarixdə ailə qurmuş, bu barədə 32 nömrəli nikah qeydi icra edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X43 ilə X26 19 iyun 1980-ci il tarixdə ailə qurmuş, bu barədə 14 nömrəli nikah qeydi icra edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X44 ilə X22 14 dekabr 1995-ci il tarixdə ailə qurmuş, bu barədə 329 nömrəli nikah qeydi icra edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X30 ilə İddiaçı1 13 avqust 2001-ci il tarixdə ailə qurmuş, bu barədə 21 nömrəli nikah qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AZ-İ nömrəli 598060 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X59 29 aprel 2018-ci il tarixdə ürəyin sklerotik xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 201 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli AZ-İ nömrəli 871260 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X36 16 fevral 2022-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 09 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 2 saylı Nikah evinin müdiri tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X35 22 aprel 2022-ci il tarixdə insulindən asılı şəkərli diabet, koma ilə diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 28 aprel 2022-ci il tarixdə 162 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 1408 nömrəli arayışdan aydın olur ki, mərhum X20 vərəsələri aşağıdakılardır:

1. X59 (həyat yoldaşı)- vəfat edib;

2. X26-qızı-1961;

3. X29-qızı-1963;

4. X35-oğlu-vəfat edib;

5. İddiaçı5-oğlu-1968;

6. X22-qızı-1971;

7. İddiaçı1-qızı-1974 İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 1409 nömrəli arayışdan aydın olur ki, X7 vərəsələri aşağıdakılardır:

1. X51-qızı-1992;

2. Cavabdeh-qızı-1994; İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 199.92 kv.metr olan fərdi yaşayış evi və 0.1337 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X20 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 06 oktyabr 2022-ci il tarixdə verilmiş 1524 nömrəli arayışından aydın olur ki, Abbasova X46 şəhəri Xətai məhəlləsi döngə 3, ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 05 oktyabr 2022-ci il tarixdə verilmiş 1515 nömrəli arayışından aydın olur ki, Abbasov X32 şəhəri Xətai məhəlləsi döngə 3, ev 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 8 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 05 oktyabr 2022-ci il tarixdə verilmiş 1828 nömrəli arayışından aydın olur ki, Abdinova X28 şəhəri Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 05 oktyabr 2022-ci il tarixdə verilmiş 1572 nömrəli arayışından aydın olur ki, X3 şəhəri 6-cı küçə döngə 4 ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 05 oktyabr 2022-ci il tarixdə verilmiş 1516 nömrəli arayışından aydın olur ki, Abbasova X19 şəhəri Xətai məhəlləsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş 701 nömrəli arayışından aydın olur ki, Hüseynova X33 rayonu Dəllər qəsəbəsi Y.Hacıyev küçəsi 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 06 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 11 ünvanında qeydiyyatda olan X15 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 08 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olan İddiaçı4 Təvəkkül qızı adından X15 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 04 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatda olan İddiaçı3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 04 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 12 ünvanında qeydiyyatda olan İddiaçı1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Notariat Ofisinə verilmiş 04 iyul 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 13 ünvanında qeydiyyatda olan İddiaçı5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X12nun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş 212 nömrəli cavab məktubundan məlum olur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçılar tərəfindən iddia ərisəzinə əlavə edilən 21 sentyabr 2016-cı il tarixli Energetika Agentliyi ilə məişət abonenti arasında Elektron tipli köhnə elektrik sayğaclarının yeni smartkart tipli sayğacla əvəz olunmasına dair iki tərəfli müqavilədən aydın olur ki, müqavilə X4 arasında bağlanmışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilən 16 sentyabr 2014-cü il tarixli su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən aydın olur ki, müqavilə "xxxx" ASC ilə X36 arasında bağlanmışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilən Energetika Agenliyi ilə məişət abonenti (əhali) arasında 21 sentyabr 2016-cı il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə X4 arasında bağlanmışdır. İddiaçılar tərəfindən iddia ərisəzinə əlavə edilən ödəniş qəbzlərindən aydın olur ki, elektrik, qaz xidmətləri üzrə ödənişlər İddiaçı5 tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş JQ 477208 nömrəli xx.xx.2022-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh xx xxxxxx 1994-cü il tarixdə Babək rayonu Xətai kəndində doğulmuş, atası X35, anası X13r. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş AZ İ 152419 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması kitabından çıxarışdan aydın olur ki, X35 ilə X23 arasında nikah 25 may 2012-ci il tarixdə pozulmuş, bu barədə 49 nömrəli akt qeydi icra edilmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən 1 saylı Notariat Ofisinə verilmiş 05 may 2022-ci il tarixli ərizədən aydın olur ki, ünvan 14 ünvanında qeydiyyatda olan Cavabdeh 22 aprel 2022-ci il tarixdə vəfat etmiş atası X21 ölümündən sonra ondan miras qalan ** TA *** dövlət qeydiyyat nişanı olan avto nəqliyyat vasitəsinidən ona çatan payı qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən 20 noyabr 2006-cı il tarixli "xxxx" ASC-nin su təhcizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 1971 nömrəli müqavilədən aydın olur ki, müqavilə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 10 ünvanı üzrə "xxxx" ASC ilə X35 arasında bağlanmışdır. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən Energetika Agenliyi ilə məişət abonenti (əhali) arasında 26 iyul 2017-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 10 ünvanı üzrə X5 arasında bağlanmışdır. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən Energetika Agenliyi ilə məişət abonenti (əhali) arasında 26 iyul 2017-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 10 ünvanı üzrə X5 arasında bağlanmışdır. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilən ödəniş qəbzlərindən aydın olur ki, elektrik, qaz xidmətləri üzrə ödənişlər Həsən Abbasov tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qanun üzrə vərəsəlik hüququ haqqında 5 may 2022-ci il tarixli şəhadətnamədən aydın olur ki, ünvan 16 ünvanında qeydiyyatda olan X21 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC789975 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LLV2A3A29B0219890, mühərrikin nömrəsi LF481Q3Y110401106 və buraxılışı ili 2011-ci il olan NAZ MİNİK markalı 75TA407 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X20 vəfatından sonra ondan qalmış ünvan 17 ünvanında yerləşən miras əmlak iddiaçı-cavabdeh İddiaçı5 və mərhum X35 tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X20 vəfatından sonra ondan qalan miras əmlakda İddiaçı5 faktiki qəbul edərək yaşamış və hazırda yaşamaqda davam edir, mərhum X35 isə miras qoyanın vəfatından sonra iki ay yaşamış və sonra vəfat etmişdir. Həmin miras əmlak olan torpaq sahəsi üzərində yaşayış olan iki ayrı fərdi yaşayış evinin olması, həmin evlərdən birində X20 oğlu İddiaçı5 ilə birlikdə yaşaması, digər evdə X7 yaşaması və ayrı-ayrı ünvan verilməklə birinin 8, digərinin 10 olması işin mübahisəsiz halıdır. Bu hal həm tərəflərin izahatları, həm şahidlərin ifadələri, həm də iş materialları il öz təsdiqini tapmışdır. X7 yaşadığı evin ünvanının Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 10, mərhum X20 və övladı İddiaçı5 ünvanlarının ünvan 19 hər iki evin işıq, qaz, su xətlərinin ayrı olması, həmin kommunal ödənişlərlə bağlı müqavilələrin Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 10 ünvanına münasibətdə X35 ilə, Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 3 ev 8 ünvanı üzrə isə hələ X1 X36 ilə bağlanması belə bir nəticəyə gəlməyə əsas verir ki, hər iki mərhumun sağlığında X36 öz mülkiyyətində olan torpaq sahəsində özünün yaşadığı evdən əlavə bir ev tikdirmiş və həmin evi övladı X27 vermişdir. Tərəflər arasında olan bu münasibətlər hüquqi çərçivədə onlar vəfat edənə qədər rəsmiləşdirilməmiş, yalnız hər iki şəxsin vəfatından sonra 16 iyul 2022-ci il tarixdə hər iki ev mərhum X20 adına sənədləşdirilmişdir. Həmin vaxta qədər isə hər iki şəxsin sağlığında bu cür rəsmiləşdirmə aparılmamışdır. İşin bu halı məhkəmə tərəfindən başqa bir mülki işə baxılan zaman qəbul edilən məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı X10 cavabdeh X27 qarşı əmlak və pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsində 07 iyul 2021-ci il tarixdə baxılaraq iş üzrə qətnamə və qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2021ci il tarixli 2(078)-43/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(078)-43/2021 nömrəqli qətnaməsindən aydın olur ki, iddiaçı X23 cavabdeh X27 qarşı iddia qaldıraraq ona alınmış qızıl-zinət əşyalarının və yaxud onların dəyəri olan 1680 (bir min altı yüz səksən) manatın alınıb verilməsi, cehiz əşyalarının və yaxud onların dəyəri olan 7130 manatın alınıb ona verilməsi, NAZ Lifan markalı avtomaşına ödənilmiş puldan 3399.5 (üç min üç yüz doxsan doqquz manat əlli qəpik) manatın alınıb verilməsi, Naxçıvan Şəhər Birinci Dövlət Notariat Kontorunda 31 mart 2011-ci il tarixdə X35 ilə X31 arasında rəsmiləşdirilmiş torpağın alqısatqı müqaviləsinə görə cavabdeh Həsən Abbasova ödənilmiş 5300 (beş min üç yüz manatın) yarısı olan 2650 (iki min altı yüz əlli) manatın alınıb verilməsi, tikinti-təmir işlərinə çəkilmiş xərcin və birgə nikah dövründə aldıqları əmlakların dəyəri olan 9840 manat pulun yarısının yəni 4920 manatın alınıb verilməsi, valideynləri tərəfindən toydan sonra ona hədiyyə olaraq alınmış üzük-sırğa dəsti, versage, ortasında göy qaşı, çəkisi 10 qram olan zinət əşyasının və yaxud onun dəyəri olan 700 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə iddia qismən təmin edilməklə cavabdeh X17 3 qram çəkidə, 210 manat dəyərində olan sırğanın bir tayı, 10 qram çəkidə, 700 manat dəyərində olan bir ədəd traktor formalı qolbaq, 3 qram çəkidə, 210 manat dəyərində beş qaşlı üzük, 4 qram çəkidə, 280 manat dəyərində qaşsız nişan üzüyü və nikahları dövründə cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilmiş 4 qram çəkidə, tarakan formalı 280 manat dəyərində üzük, həmin qızıl əşyaları naturada mövcud olmadığı halda dəyərini təşkil edən 1680 (bir min altı yüz səksən manat) pul alınıb iddiaçı X14 verilməsi, iddia tələbinin qızılzinət əşyasının qalan hissəsinə münasibətdə rədd edilməsi, cavabdeh X17 cehiz əşyaları yataq dəstindən qalanlar-tirmo, şfaner, 2 ədəd tumbuçka-200 manat, 2 döşək, 2 yorğan, 2 balınc-400 manat, xalça-400 manat, listur, mətbəx dəsti, meyvə qabı, qənd qabı-2 ədəd, gül qabı-2 ədəd, çay servisinin qalıqları, çexol-4 ədəd-100 manat, padnos-1 ədəd-40 manat, çamadan-1 ədəd-100 manat, əlavə yorğan 2 ədəd-100 manat, dublyonka-1 ədəd, qazan 5-ədəd alınaraq iddiaçı X14 verilməsi, iddia tələbi qalan cehiz əşyalarına münasibətdə rədd edilməsi, iddia tələbi qızlarının adına hədiyyə aldığı əşyalara münasibətdə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından rədd edilməsi, birgə nikah dövründə əldə edilmiş paltaryuyan “Beko” markalı 6 kq-lıq-350 manat, 1992-ci ildə alınmış “Çinar” markalı soyuducu-200 manat, servant 2 ədəd-100 manat, duxovka-50 manat, şifoner 2 ədəd-100 manat, yemək stolu-50 manat, stullar -4 ədəd-60 manat, 5 gözlü listur-1 ədəd-30 manat, xalçalar 3 ədəd iran sitehsalı 3x4 metr ölçüdə 2 ədəd, 3x5 metr ölçüdə 1 ədəd-200 manat, kətan pərdə 18 metr-200 manat, balınc 11 ədəd-200, adyal 2 ədəd-60 manat, pilet 2 ədəd-60 manat olan olan əmlaklarda iddiaçı X11 payı ½ hissədə müəyyən edilsin və həmin əmlakların yarısı və ya dəyərinin yarısı cavabdehdən alınıb iddiaçıya verilməsi, iddia tələbi birgə nikah dövründə alındığı qeyd edilmiş qalan əmlaklara münasibətdə rədd edilməsi, cavabdeh X21 mülkiyyətində olan NAZ LİFAN markalı avtomobilin əldə edilməsində birgə nikah dövründə əldə edilmiş 4939 (dörd min doqquz yüz otuz doqquz) manat pulun yarısı 2469,5 (iki min dörd yüz altmış doqquz manat əlli qəpik) manat cavabdehdən alınaraq iddiaçı X14 verilməsi, cavabdeh X45 tərəfində mülkiyyətində olan avtomobil üçün ödənilmiş qalan məbləğə münasibətdə iddia tələbi rədd edilməsi, X35 ilə X31 arasında 31 mart 2011-ci il tarixdə 4/Ə-128q nömrəli alqısatqı müqaviləsi əsasında torpaq sahəsinin satılmasına görə cavabdeh X21 əldə etdiyi 5300 (beş min üç yüz) manat pulun yarısı 2560 (iki min beş yüz altmış) manat cavabdehdən alınaraq iddiaçı X14 verilməsi, iddiaçı X23 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 59960 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 15 (on beş) manat hissəsi cavabdeh X17 tutularaq iddiaçıya qaytarılması müəyyən edilmişdir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(078)-43/2021 nömrəli qərardadı ilə iddia tələbinin Naxçıvan şəhəri Xətai döngə 3 ev 10-da yerləşən fərdi yaşayış evinin 2 otaq və aynabəndinin döşəməsinin DSP=dən vurulması-1000 manat, mətbəx, hamam tikilib, təmir olunması 3000 manat, yaşadıqları 3 otaq və aynabənddən ibarət evin təmir olunması-2000 manat, aynabəndə və yataq otağına qapı qoyulması-300 manat, ata həyəti ilə aralarına betondan hasar tökülməsi-800 manat, 7 ədəd üçbucaq formalı larkaslar yığılıb (sonra üstünə şifer vurulması)-400 manat çəkilmiş xərcin yarısının hesablanıb verilməsinə münasibətdə baxılmamış saxlanılmış, buna səbəb həmin ünvanda yerləşən daşınmaz əmlakın Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmaması olmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq İddiaçı5 və mərhum X35 miras əmlakda yaşamaları vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki iddia tələbi üzrə vərəsələr İddiaçı5 və X35 atasının vəfatından sonra ondan miras qalan evlərdə yaşamış, evlərin kommunal xərclərini ödəmiş, evləri mühafizə etmiş, onların idarəçiliyini həyata keçirmişdir. X21 vəfatından sonra isə vərəsəsi Cavabdeh miras əmlakın faktiki qəbul etməsi işə baxılarkən tərəflərin izahatları, şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir. Belə ki, ilk öncə cavabdeh-iddiaçı Cavabdeh qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət edərək atasından miras qalan avtomobildə miras payının müəyyən edilməsini xahiş etmiş və bununla bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki qanunvericiliyin vərəsəlik institutunun normalarının məzmunundan da aydın olur ki, miras əmlakın bir hissədə qəbul edilməsi, nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras kütləsinin qəbul edilməsini ehtiva edir. Eyni zamanda cavabdeh-iddiaçının sözügedən miras əmlakda atasının vəfatından sonra yaşaması, onun idarəçiliyini həyata keçirməsi işə baxılarkən şahidlərin ifadələri ilə təsdiq edilmişdir. X7 vəfatından sonra onun yaşadığı evdə cavabdeh-iddiaçı Cavabdeh başqa şəxslərin yaşaması, əmlakı idarə və mühafizə etməsi işə baxılan zaman öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə ilkin iddianın İddiaçı5 münasibətdə və qarşılıqlı iddianın mərhum X27 və onun vəfatından sonra qızı Cavabdeh münasibətdə əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə ilkin iddianın iddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızına münasibətdə rədd edilməsi nəticəsinə gəlir və bu nəticəyə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının miras qoyan X2 ailə qurub həmin evdən köçüb getməsi işin mübahisəsiz halıdır. Bu hal işdə olan nikah haqqında şəhadətnamələrlə, tərəflərin izahatları ilə, şahidlərin ifadələri ilə işə baxılarkən öz təsdiqini tapmışdır. Miras qoyanın vəfatında sonra isə iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının mirası faktiki qəbul edilməsi işə baxılan zaman öz təsdiqini tapmamışdır. Mülki qanunvericilikdə mirasın qəbulu miras qoyanın ölümündən sonra vərəsələr tərəfindən mirasın qəbulunu şərtləndirir və bu halda mirasın hansı üsulla qəbul edilməsi əhəmiyyət kəsb etmir. İddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızı atalarından qalan mirasın onlar tərəfindən qəbul etdiyini iki halla bildirir, birincisi onlar atalarına və qardaşlarına xəstə olduqları müddətdə baxıb qayğısına qalmış, atasının vəfatından sonra isə yas mərasimini, qırx mərasimini təşkil etmiş, bunun üçün evi töküb təmizləmiş, orada yaşamışdılar, ikincisi isə həmin müddətdə kommunal xərcləri ödəmişdirlər. Məhkəmə hər iki halı iş materiallarında olan sübutlarla əlaqəli araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının atalarına və qardaşlarına xəstə olduqları müddətdə baxıb qayğısına qalmaları, onun vəfatından sonra isə yas mərasimini, qırx mərasimini təşkil etmələri, bu məqsədlə evi töküb təmizləmələri mirasın qəbulu hesab edilmir. Belə ki, bu halda onlar övlad olaraq valideynləri qarşısında mənəvi borclarını yerinə yetirmişdirlər. İşə baxılan zaman müəyyən edilmişdir ki, X35 X12nun vəfatından sonra iki ay həmin evdə yaşamış, həmin müddətdə o xəstə olmuş və bacılar qardaşlarına baxıb qulluq etmişdirlər. Onların həmin müddətdə bu hərəkətləri mirasın qəbuluna yönəlməmiş, xəstə yaxınlarına qayğı ilə əhatə edilmişdir. İşin bu halını həm iddiaçılar özləri, həm cavabdeh, həm də şahidlər bildirmişdilər. İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının hər birinin özlərinə məxsus evlərinin olması, ailələri ilə birlikdə öz mənzillərində yaşaması onların atalarının vəfatından sonra qardaşları İddiaçı5 yaşadığı bir evdə, X21 yaşadığı digər evdə mirası qəbul edib onların da yaşamaları barədə arqumentlərini məhkəmə əsaslı hesab edilmir və işə baxılarkən bu hallar təsdiq edilmir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşmış hüquqi mövqelərdən də aydın olur ki, mirasın qəbulu vərəsə tərəfindən elə bir aşkar hərəkətlərin həyata keçirilməsidir ki, vərəsə o hərəkətlərlə mirası qəbul etdiyini şəksiz nümayiş etdirir və bu cür hərəkətlər mirasına qəbul edilməsinə heç bir şübhə doğurmur. Vərəsə miras əmlakda yaşamadığı halda belə mirasın idarəçiliyini və mühafizəsini həyata keçirirsə bu da mirasın faktiki qəbulu hesab edilir. Lakin işin hallarından aydın olur ki, miras qoyan X36 vəfat etdikdən sonra ona məxsus olan torpaq sahəsində inşa edilmiş evlərdə vərəsələrindən İddiaçı5 və X35 yaşamaqla və əmlakın idarəçiliyini və mühafizəsini həyata keçirməklə mirası faktiki qəbul etmişdirlər. Həmin müddətdə də iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının mirasın idarəçiliyini və mühafizəsini həyata keçirən, orada yaşayan qardaşları olduğu halda, özlərinə aid evlərin və yaşayış sahələri olduğu halda onların da bu cür mühafizə və idarəçiliyin həyata keçirməsində iştirakı ağlabatan mühakimə əsasında inandırıcı deyildir və işə baxılarkən də sübuta yetirilməmişdir. İşə baxılan zaman iddiaçıların özü tərəfindən məhkəməyə dəvət edilən şahidlər onların hər birinin ayrı evləri olduğunu, həmin ünvanda iki qardaşın yaşadığını, qızların isə atalarına, qardaşlarına baxıb qulluq etdiklərini, daimi olaraq həmin ünvanda yaşamadıqlarını bildirmişlər. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi mirasın qəbulu vərəsənin miras əmlaka sahib çıxmaq, təsərrüfatı idarə etmək, açıqaşkar şəkildə mirası qəbul etdiyini nümayiş etdirmək kimi hərəkətləridir. İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının mirasın faktiki qəbul etməsini bildirdikləri ikinci arqumentləri isə miras qoyanın vəfatından sonra kommunal ödənişlərin onlar tərəfindən ödənilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçılar buna dair hər hansı qəbz təqdim etməmiş, təqdim edilən qəbzlərdə İddiaçı5 və Abbasov Həsənin adı yazılmışdır. Məhkəmə qeyd edir ki, bu cür qəbzlərin mövcudluğu halında belə kommunal ödənişlərin hazırki vəziyyətdə hər iki evdə faktiki yaşayan, mirası idarə edən şəxslər olduğu halda orada yaşamayan və faktiki idarəçiliyi həyata keçirməyən iddiaçıların sadəcə olaraq təsadüfən kommunal ödəniş ödəməsi mirasın faktiki qəbulunu sübut edən fakt hesab edilməməlidir. Qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, X20 vəfatından sonra ondan miras qalan ünvan 17 ünvanı üzrə miras əmlak iddiaçı-cavabdehlər İddiaçı1, X15, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızı tərəfindən faktiki olaraq qəbul edilməsi işə baxılarkən sübuta yetirilmədiyindən onlara münasibətdə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin əsaslandırıcı hissəsində və işə baxılarkən iddiaçıcavabdehlər tərəfindən verilən izahatlarda mirasın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmələri və bununla bağlı müddətin üzürlü səbəbdən buraxılması barədə qeyd etdikləri halların hazırki iddia tələbi çərçivəsində hüquqi qiymət verilməsini yolverilməz hesab edir və bununla əlaqədar iddiaçı-cavabdehlərə iddia tələbinin nədən ibarət olmasını xatırlatmağı zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsidir. İddiaçı-cavabdehlərin miras əmlakın qəbuluna dair notariat ofisinə ərizə vermələri miras əmlakın formal olaraq qəbul edilməsidir və müddət keçdikdən sonra müraciət edilməsi ilə bağlı bildirdiyi üzürlü hallara münasibətdə miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları onlara izah edilməlidir. Məhkəmə miras əmlakın 6 vərəsə arasında bölünməklə hər birinin payının müəyyən edilməsi barədə iddiaçı-cavabdehlərin izahatlarında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə payın müəyyən edilməsi məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçıcavabdehlərə və cavabdeh-iddiaçıya münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ilkin iddia üzrə X6 miras qalmış ünvan 17 ünvanında yerləşən miras əmlakın İddiaçı5 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, ilkin iddia iddiaçılar İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının ataları X16 miras qalmış ünvan 2 ünvanında miras qalmış daşınmaz əmlakın tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli, X6 miras qalmış ünvan 17 ünvanında yerləşən miras əmlakın mərhum X35 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilməli, onun vəfatından sonra isə ondan qalan miras əmlakın cavabdeh-iddiaçı Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, hər iki iddia üzrə ödənilən dövlət rüsumu tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İlkin iddia qismən əsaslı olduğundan qismən təmin edilsin. X6 miras qalmış ünvan 17 ünvanında yerləşən miras əmlakın iddiaçı-cavabdeh İddiaçı5 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. İlkin iddia iddiaçı-cavabdehlər İddiaçı1, X15, İddiaçı3, İddiaçı4 Təvəkkül qızının X6 miras qalmış ünvan 2 ünvanında miras qalmış daşınmaz əmlakın tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia əsaslı olduğundan təmin edilsin. X6 miras qalmış ünvan 17 ünvanında yerləşən miras əmlakın mərhum X35 tərəfindən sağlığında qəbul edilməsi faktı müəyyən edilsin. Mərhum X1 qəbul etdiyi miras əmlakın vəfatından sonra cavabdeh-iddiaçı Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. İlkin iddia və qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar