Məhkəmə qərarları › İş №2(078)-871/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-871/2023

02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-871/2023 02.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 07 yanvar 2004-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş Mirzəyeva Hürnisə K.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması və payının bütün miras kütləsi olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə görə həmin kateqoriya işlər üzrə qanunla nəzərdə tutulmuşsa mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməli, 150.1.6-cı maddəsinə görə isə bu halı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində təsbit olunmuş miras əmlakla bağlı baxılan işlər mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair mövcud olan hüquq münasibətlərinin tənzimlənməsini xarakterizə edən işləri özündə ehtiva edir. Bu cür işlərə məhkəmə qaydasında baxılmasını şərtləndirən əsas məhkəməyə müraciət etməzdən əvvəl mülki qanunvericiliyə uyğun olaraq öz hüququnu rəsmiləşdirməsi üçün notariat orqanına ərizə verilməsidir. Yalnız notariat orqanı vərəsəlik şəhadətnaməsini vermək hüququ olmadığı üçün onu verməkdən imtina etdiyi hallarda (məsələn, mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə göstərilmiş müddətlər buraxıldıqda) məhkəməyə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə edilən sənədlər tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddiaçı iddia ərizəsində miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması və payının bütün miras kütləsi olmasını məhkəmədən xahiş etsə də, notariat orqana yalnız miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə müraciət etmiş və imtina məhz ona münasibətdə verilmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 6753 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 6753 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar