Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-878/2022 03.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 22 oktyabr 1957-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmiş, tələbin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Ərizəçi öz ərizəsində bildirdiyi hallardan belə aydın olur ki, onun qardaşı 22 oktyabr 1957-ci ildə Naxçıvan şəhərində doğulmuş X2 fiziki qüsuru ilə əlaqədar öz hərəkətlərini həyata keçirə bilmədiyindən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Halbuki yuxarıda qeyd edilən hallardan da aydın olduğu kimi məhkəmə şəxsin psixi qüsuru nəticəsində qeyd edilən hərəkətlərin onun tərəfindən həyata keçirilməsinin mümkün olmadığı və bu halların təsdiq edildiyi halda işə baxıb müvafiq qətnamə qəbul edə bilər. Yəni şəxsin fiziki və psixi qüsurunun olması fərqli anlayışlar olmaqla fərqli hüquqi tənzimləmələri özündə ehtiva edir. Şəxsin fiziki qüsurunun olması onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün xüsusi icraat növündə ərizənin təqdim edilməsinə əsas vermir. Hazırki ərizədə Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi qardaşı X1 psixi xəstəlikdən əziyyət çəkməsi, bunun nəticəsində öz hərəkətlərini idarə edə bilməməsi ilə bağlı halları ərizəsində əsaslandırmamış, həmin halların təsdiqi üçün hər hansı sənəd ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına 28 iyul 2022-ci il tarixdə terminal nömrəsi K05000011 olan 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına 28 iyul 2022-ci il tarixdə terminal nömrəsi K05000011 olan 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-878/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-878/2022
03.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver