Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-885/2023 09.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Qoçəliyeva (Tağıyeva) Validə Hüseyn qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Qoçəliyeva (Tağıyeva) Validə Hüseyn qızına, Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Aybəniz Hüseyn qızına qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Qoçəliyeva (Tağıyeva) Validə Hüseyn qızına, Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Ayəniz Hüseyn qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X8 mülkiyyətində olan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 19 ünvanında yerləşən miras əmlakın onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, atası X16 2012-ci ildə, anası X3 2011-ci ildə vəfat etmişdir. Onlar 6 bacı-qardaşdırlar. Qardaşı Cavabdeh3 uzun illərdir Rusiyada yaşayır. X17 isə Türkmənistanda yaşayır. Atasından qalan evdə o və bacısı Nubar yaşayır. Qardaşı Natiq və bacısı Validə ailə qurub evdən ayrılıblar. Evə o və bacısı sahibik edirlər. Ev uçuq vəziyyətdədir. Torpaq sahəsi 10 sotdur. İstəyirlər ki, evi satıb özlərinə az sahədə torpaqda ev tiksinlər. Ancaq bacısı Validə və qardaşı Natiq miras əmakı sənədləşdirməyə razılıq vermirlər və pay istəyirlər. Onlar da məcbur qalıb məhkəməyə müraciət ediblər. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddiaçının izahatına əlavəsi olmadığını iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı2 iddianıı müdafiə edərək digər İddiaçı1lə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o bacısı Nubar və qardaşı Əlinin atasından qalan miras evdə yaşadıqlarını və valideynlərinə baxdıqlarını inkar etmir. Anvaq o da atanın övladıdır. O 1980-ci ildə ailə qurub evdən çıxıbdır. Bacısı və qardaşı bütün mirası istəyirlər, o isə halallıq vermir. Ona da pay verilməlidir. Qanuni qərar qəbul edilməsini xhaiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh Tağıyeva (Qoçəliyeva) Validə Hüseyn qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o bacısı Nubar və qardaşı Əlinin atasından qalan miras evdə yaşadıqlarını və valideynlərinə baxdıqlarını inkar etmir. Anvaq o da ataanasına baxmışdır. Evlənib evdən getmişdir. Bu gün ata evinə qonaq kimi gedib gəlir. O da atanın övladıdır. Onun da haqqı vardır. Qanuni qərar qəbul edilməsini xhaiş etmişdir. Məhkəmə baxışı iclasınln vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Ayəniz Hüseyn qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə cavabdehlər Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Ayəniz Hüseyn qızınıniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçılarla qonşudur. İddiaçıları tanıyır. Cavabdehləri görməmişdir. O iddiaçıların yaşadığı döngədə yaşamır. Onlardan bir az aralı yerdə yaşayır. Ancaq qonşuluq münasibəti olub. Həmin evdə ilk vaxtlar yaşlı ər-arvad yaşayırdı. Son illər də ancaq Nubar xanımı və Əli kişini görmüşdür. Həmin həyətdə haliyədə kimin yaşadığını bilmir. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, iddiaçılarla qonşudur. Neçə illərdir ki, həmin məhəllədə yaşayır. İddiaçı və cavabdehlərin hamısını tanıyır. Rəhmətlik Hüseyn kişini və Havazər xanımı da tanıyır. 10 ildən artıqdır ki, onlar rəhmətə gedib. Həmin həyətdə Nubarı, Əlini və ailəsini görmüşdür. Ara-sırada da Validə də gəlib-gedib. Ata-ana rəhmətə getdikdən sonra həyətdə ancaq Nubar və Əli ailəsi ilə yaşayıb. Hazırda həyətdə heç kim yaşamır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş: Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan aydın olur ki, X16 ilə X2 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlamış və bu barədə 196 nömrəli akt qeydi icra edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1971-ci ildə anadan olmuşdur, atası X16, anası X1r. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 14 oktyabr 2011-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə 335 nömrəli akt qeydi icra edilmişdir. Ölüm haqqında şəhadaətnamənin surətindən aydın olur ki, X16 16 may 2012-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir və bu b arədə 217 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 1259 nömrəli arayışdan aydın olur ki, X8 vərəsələri aşağıdakılardır. -X3-həyat yoldaşı-vəfat edib -Cavabdeh1-oğlu-1969 -İddiaçı1-oğlu 1971 -Cavabdeh3 -İddiaçı2-qızı 1964 -Cavabdeh2-qızı 1966 -X6-qızı İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Xətai məhəlləsi 19/3 ünvanında yerəşən 0.0988 ha ölçüdə olan torpaq sahəsi 17 may 2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli 1321 nömrəli arayışdan aydın olur ki, Tağıyeva X10 şəhəri, Xətai məhəlləsi döngə 10 ev 3 ünvanında qeydiyyatdadır. ünvan 3darəsi tərəfindən verilmiş 20 avqust 2022-ci il tarixli 949 nömrəli arayışdan aydın olur ki, Tağıyev X15 şəhəri Bektaşi küçəsi bina 2 mənzil 5 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli 1322 nömrəli arayışdan aydın olur ki, Tağıyev X11 şəhəri, Xətai məhəlləsi döngə 24 ev 13 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli 884 nömrəli arayışdan aydın olur ki, Tağıyeva (Qoçəliyeva) X7 şəhəri, Azərbaycan məhəlləsi döngə 6 ev 16 ünvanında qeydiyyatdadır. ünvan 3darəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli 1056 nömrəli arayışdan aydın olur ki, Tağıyev X12 şəhəri Bektaşi küçəsi bina 2 mənzil 5 ünvanında qeydiyyatdadır. Türkmənistan Respublikası Ahal vilayəti Kaka rayonu Kaka şəhər Şurası tərəfindən 09 yanvar 2023-cü il tariixdə verilmiş 743 nömrəli arayışdan aydın olur ki, X13 vilayəti Kaka rayonu Kaka şəhəri Aşqabat Mariqona küçəsi 4/2 ünvanında yaşayır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli 159 nömrəli məktubdan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X8 vəfatından sonra ondan qalmış ünvan 9 ünvanında yerləşən miras əmlak iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X8 vəfatından sonra ondan qalan miras əmlakda iddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki qəbul edərək yaşamış və hazırda həmin ünvana faktiki olaraq sahiblik edilər. Belə ki, iş üzrə tərəflərin izahatlarından və şahidlərin ifadələrindən aydın olur ki, iddiaçılar hələ vaideynlərinin sağlığından miras əmlakda yaşamışdır. Mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı1 və İddiaçı2 atalarının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evin bütün kommunal xərclərini ödəmiş, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Bu hallar mülki işin materiallarında olan elektrik, qaz, su, sığorta ödənişlərində dair müqavilələrlə öz təsdiqini tapmışdır. Məhkəmə miras əmlakda pay verilməsinə dair cavabdehlərin bidirdikləri hallarla bağlı aşağıdakıları qeyd edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə miras əmlakda onlara da pay verilməsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz izahatlarında bildirdiyi hallarla əlaqədar qeyd edir ki, cavabdehlər hazırki iddia ərizəsinə baxılan zaman qarşılıqlı şəkildə iddia qaldırmamış, miras əmlakın faktiki olaraq onlar tərəfindən də qəbul edilməsini tələb etməmişlər. Ona görə də qeyd edilən hallar hazırki iddianın predmetini təşkil etmədiyindən onlara məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. Eyni zamanda hazırki iddia tələbi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olduğundan və iddia tələbində payın müəyyən edilməsi tələb olaraq göstərilmədiyindən məhkəmə vərəsələr olaraq cavabdehlərin mirası qəbul edib-etməmələri məsələsini araşdıra bilməz. Bu tələbdə məhkəmə yalnız iddiaçılara münasibətdə miras əmlakın faktiki olaraq qəbul edilməsi məsələsini araşdırmalıdır. Məhkəmə cavabdehlərə izah edir ki, iddiaçıların miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X8 mülkiyyətində olan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 19 ünvanında yerləşən miras əmlakın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı1 tərəfindən 26 may 2023-cü il tarixdə 10620 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Qoçəliyeva (Tağıyeva) Validə Hüseyn qızı, Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Ayəniz Hüseyn qızından alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. MərhumX8 mülkiyyətində olan Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 19 ünvanında yerləşən miras əmlakın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı1 tərəfindən 26 may 2023-cü il tarixdə 10620 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Qoçəliyeva (Tağıyeva) Validə Hüseyn qızı, Cavabdeh3 və Ovezdurdyeva (Tağıyeva) Ayəniz Hüseyn qızından alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-885/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-885/2023
09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver