Məhkəmə qərarları › İş №2(078)-91/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-91/2024

01.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-91/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı təşkilat Naxçıvan Qarnizonu Mənzil- İstismar İdarəsinin Cavabdeh qarşı orderin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 nömrəli qapalı hərbi şəhərcik Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olduğundan və vətəndaş Ələkbərova (Mirzəyeva) Dilşad Vəli qızının Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmadığından 1 nömrəli hərbi şəhərcik, ev 35, mənzil 31-ə dair verilmiş 22 iyul 1994-cü il tarixli, 45 nömrəli orderin etibarsız hesab olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına və sənədlərin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı təşkilat Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına və sənədlərin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etdiyinə və Cavabdeh da işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsinin Cavabdeh qarşı orderin etibarsız hesab olunması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar