Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-914/2021 12.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, borclu xx xxxxxxx 1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh kreditor İddiaçı MMCnin xeyrinə 1750 (bir min yeddi yüz əlli) manat borcun, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə əmr verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, 05.05.2019-cu il tarixli MK/100-2019 saylı Nisyə satış müqaviləsinə əsasən kreditor İddiaçı MMC 3000 (üç min) manat dəyəri olan Mondial 125 ZNU "xxxx"i borclu Cavabdeh nisyə satmağı, borclu isə satılmış əşyaya görə 250 (iki yüz əlli) manat ilkin ödəniş edərək "xxxx"i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada faizsiz hissə - hissə ödəmək şərtilə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Nisyə satış müqaviləsi üzrə öhdəliklərini kreditor İddiaçı MMC qarşısında tam icra etməyən borclu Cavabdeh 20 aprel 2021-ci il tarixə olan hesablamalara görə kreditora 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borcu qalmaqdadır. Borcluya dəfələrlə müraciət etməklərinə baxmayaraq borcun ödənilməsi üçün tədbir görməmiş, nisyə satış müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditor İddiaçı MMC-ə olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(078)-914/2021 nömrəli məhkəmə əmri ilə xx xxxxxxx 1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində borc alınaraq İddiaçınə ödənilməsi əmr edilmişdir İş üzrə borclu Cavabdeh 10 avqust 2021-ci il tarixli ərizə ilə həmin məhkəmə əmrinə etiraz verərək, etirazda Naxçıvan Şəhər Məhkəməsinin onun barəsində 23 iyul 2021-ci il tarixli, 2(078)-914/2021 saylı məhkəmə əmri çıxardığını, həmin əmrlə xx xxxxxxx 1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində borcun alınaraq İddiaçınə ödənilməsinin əmr edildiyini, barəsində çıxarılmış məhkəmə əmrinə etiraz etdiyini, həqiqətən də 2 il əvvəl kreditor İddiaçındən Mondial 125 ZNU "xxxx"i 3000 manata nisyə satış müqaviləsi ilə aldığını, 3-4 ay da kreditini ödədiyini, sonra istifadə etmək fikrindən daşındığına görə satmaq qərarına gələrək, həmin Mondial 125 ZNU "xxxx"i Bakı şəhərində yerləşən “Kaspian Plaza”nın altında yerləşən “Həmşəri” adlanan dönərxanada işləyən adını hazırda xatırlaya bilmədiyi (İddiaçı MMC-də qeyd olunan "xxxx"la bağlı dəyişilmiş satış müqaviləsində var) bir şəxsə satdığını, daha doğrusu həmin şəxslə öz aralarında razılaşaraq birlikdə 2019-cu ilin təxminən noyabr ayında İddiaçı MMC-yə gedərək həmin MMC-nin Orxan Mamedzadə (telefon nömrəsi:***-***- **-**) adlı əməkdaşına fikirlərini bildirərək sənədlərini təqdim etməklə onunla olan müqavilələri ləğv edib, onun razılaşdığı şəxslə İddiaçı MMC arasında yeni satış müqaviləsinin bağlandığını, hətta onunla olan müqavilənin ləğv edilib yeni alıcı ilə müqavilə bağlamalarına 30 manat rüsumu da razılşamalarına əsasən özünün ödədiyini, həmin vaxtdan sonra "xxxx"in qalan ödənişini MMC-nin yeni müqaviləsi əsasında ondan alan şəxsin ödəməli olduğunu, yəni özünün İddiaçı MMC-yə heç bir borcu qalmadığını, İddiaçı MMC-nin yeni satış müqaviləsi əsasında "xxxx"i ondan təhvil alan şəxsin ödənişi etməməsinə görə ona bir-neçə dəfə SMS xəbərdarlığı gəldiyinə görə məcbur qalıb “instagram” səhifəsindən İddiaçı MMC-nin baş idarəsi olan “OTO PLAZA”dan satış üzrə məsul şəxslərdən birinin (dediyinə görə Hacı müəllim adlı şəxsin) ***-***-**-** nömrəli telefonunu götürərək onunla əlaqə saxlayıb, baş verənləri ona izah edəndən sonra həmin telefon nömrəsinin sahibinin bir müddət sonra onu yığaraq məsələni araşdırdığını, hər şeyin yoluna qoyulacağını bidlirdiyini, bundan sonra ona artıq SMS xəbərdarlığı da gəlmədiyini, ona qarşı yazılan bu ərizənin tamamilə yalan və böhtandan ibarət olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(078)-914/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi və mülki işin iddia icraatına keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(078)-914/2021 nömrəli qərardadı ilə kreditor İddiaçı borclu Cavabdeh oğluna qarşı borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi tələbinə dair mülki iş üzrə borclu Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(078)-914/2021 nömrəli məhkəmə əmrindən verdiyi etiraz təmin olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(078)-914/2021 nömrəli əmri ləğv edilmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 18 avqust 2021-ci il tarixdə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclası keçirilmiş və iş üzrə məhkəmə baxışı iclası 30 avqust 2021-ci il tarixə təyin olunmuş və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçıya və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş rəsmi qaydada göndərilmişdir. 30 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiaçı tərəf isə məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bildirişlərinin iddiaçıya təqdim edilməsi barədə məhkəməyə məlumat daxil olmadığından qeyd olunan məhkəmə iclası təxirə salınaraq məhkəmə baxış iclası 12 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. 12 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər göstərilən vaxtda məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh isə sonuncu məhkəmə baxış iclasında iştirak etmədiyindən onun işə mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsi ilə bağlı fikri müəyyən edilə bilməmişdir. Cavabdehin nümayəndəsi X2 30 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etsə də həmin iclasda işə mahiyyəti üzrə baxılmasının cavabdeh tərəfindən tələb edilib-edilməməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İddiaçı tərəfə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən X5 vasitəsilə 14 iyul 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən X5 vasitəsilə 14 iyul 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı tərəfə izah olunsun ki, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-914/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-914/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver