Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-931/2023 09.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın qəbulu faktının və payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X24 qalmış ünvan 1 ünvanında 0.0699 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, atası X48 və anası X25 nikahlarını rəsmi olaraq 1939-cu ildə qeydiyyatdan keçirmişdirlər. Valideyinləri hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsini alıb orada yaşayış evi tikmişdirlər. Həmin ev 1962-ci ildə atasının adına pasportlaşdırılmışdır. Atası 31 mart 1981-ci ildə, anası isə 02 aprel 2007-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən ata evi 27 avqust 2015-ci il tarixdə mərhum X4 adına qeydiyyata alınmışdır. Atasının 8 övladı olmuşdur. Bacı qardaşlarının hamısı ailə qurmuş, ata evindən çıxıb getmişdirlər. Hər birinin ayrıca evləri vardır. Bütün bu illəri ata evində o ailəsi ilə birlikdə yaşamışdır. X4 arvadı X25 (02 aprel 2007-ci il tarixdə vəfat edib), oğlu Cavabdeh3 (xx.xx.1940-cı il təvəllüdlü), oğlu İddiaçı (xx.xx.1942-ci il təvəllüdlü), qızı Məmmədova (Baxşəliyeva) Qəmər Əli qızı (xx.xx.2004-cü il tarixdə vəfat edib), oğlu X49 (xx.xx.1947-ci il təvəllüdlü), oğlu X50 (xx.xx.2001-ci il tarixdə vəfat edib), oğlu X41 (xx.xx.2009-cu il tarixdə vəfat edib), qızı Məmmədova (Hüseynova) Kəmalə Əli qızı (xx.xx.1960-cı il təvəllüdlü), qızı Məmmədova (Orucova) İradə Əli qızı (xx.xx.1965-ci il təvəllüdlü) adlı vərəsələri vardır. Bacısı Məmmədova (Baxşəliyeva) Qəmər Əli qızı xx.xx.2004-cü il tarixdə vəfat edib. Bacısı Məmmədova (Baxşəliyeva) Qəmər Əli qızının əri X21 (xx.xx.2009-cu il tarixdə vəfat edib), oğlu X15 (xx.xx.1971-ci il təvəllüdlü), qızı X16 (xx.xx.1976-cı il təvəlüdlü), oğlu Cavabdeh2 (xx.xx.1971-ci il təvəllüd), qızı X17 (xx.xx.1986-cı il təvəllüdlü) adlı vərəsələri vardır. X10 Elsevər Elşad oğlu və bacısı X16 21 oktyabr 2015-cı il tarixdə Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiq olunmuş ərizələrini verərək miras əmlakı qəbul etmədiklərini və gələcəkdə hər hansı bir mübahisə açmayacaqlarını bildirmişlər. Bacısının qızı X17 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bacısı X16 ona qəyyum təyin edilmişdir. Bacısı oğlu Cavabdeh2 uzun müddətdir ki, Türkiyə Respublikasında yaşadığından ondan müvafiq sənədi alıb məhkəməyə təqdim edə bilmir. X8 xx.xx.2015-ci ildə Bakı şəhəri, 8 saylı notariat kontorunda təsdiq olunmuş ərizə verərək atasından qalan mirası qəbul etmədiyini və bununla əlaqədar gələcəkdə hər hansı bir mübahisə açmayacağını bildirmişdir. X9 xx.xx.2001-ci il tarixdə vəfat edib. X1 arvadı X18 (xx.xx.2012-ci ildə vəfat edib), qızı X22 (xx.xx.1987-ci il təvəllüdlü), oğlu X32 (xx.xx.1989-cu il təvəllüdlü) adlı vərəsələri vardır. X22 və X32 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 2 saylı notariat ofisində təsdiq olunmuş ərizələrini verərək mirası qəbul etmədiklərini, vərəsəlik şəhadətnaməsinin digər vərəsələr tərəfindən alınmasına etirazlarının olmadıqlarını bildirmişlər. X5 xx.xx.2009-cü il tarixdə vəfat edib. Onun həyat yoldaşı Cavabdeh1 yeganə vərəsəsidir. Bacısı Məmmədova (Hüseynova) Kəmalə Əli qızı xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ərizə verərək ona çatan paydan onun xeyrinə imtina etdiyini bildirmişdir. Bacısı Məmmədova (Orucova) İradə Əli qızı xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhəri 2 saylı notariat ofisində təsdiq olunmuş ərizə verərək ona çatan miras hissəsindən imtina etdiyini bildirmişdir. Atası 40 ildən artıqdır ki, vəfat edib. Bütün bu illərdə həmin mülklə bağlı bütün ödənişlər onun tərəfindən aparılmışdır. Həmin mirasa o sahib çıxmaqla qəbul etmişdir. Demək olar ki, mirasın onun tərəfindən qəbul edilməsinə heç bir vərəsə etiraz etmir. Lakin 40 ildən artıqdır ki, həmin əmlak elə atasının adında gedir. Naxçıvan şəhər 1 saylı notariat ofisinə mirasın qəbulu ilə əlaqədar bütün miras kütləsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə cavab verilərək müvafiq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. 09 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ərizəsində İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum atası X24 qalmış ünvan 1 ünvanında 0.0699 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, iddia tələbindəki “payının bütün miras kütləsi olması” hissəsini geri götürdüklərini qeyd edərək qeyd olunan ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(078)-931/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın qəbulu faktının və payın müəyyən olunması tələbinə dair iddia ərizəsinin iddiaçının payın bütün miras kütləsi olmasını tələb etməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, lakin 23 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı tərəfindən cavabdehlər X12, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu faktının və payın müəyyən olunması tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsinin daxil olduğunu, iddia ərizəsində qeyd olunan ünvan 1 ünvanında yerləşən evdə heç vaxt yaşamadığını, həmin ev ilə bağlı hər hansı tələbinın olmadığını, iddia tələbini qəbul etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh1 yuxarıda qeyd olunan ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə 09 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh3 izahatında atasının 1981-ci ildə vəfat etdiyini, 1959-cu ildə özünün əsgərliyə getdiyini, əsgərlikdən qayıtdıqdan sonra 1 il qalıb Özbəkistana getdiyini, 15 il Özbəkistanda qaldığını, atası öləndə burada olduğunu, atası öldükdən sonra ünvan 1 ünvanında yerləşən evdə qardaşı Tofiqin qaldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində ünvan 2 ünvanında doğulduğunu, İddiaçı və onun ailəsini uşaqlıqdan tanıdığını, Energetika idarəsində 30 ildir sürücü işlədiyini, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə hər hansı ədavət və ya düşmənçiliyinin olmadığını, hamısını qonşu kimi tanıdığını, İddiaçı atası X48 və anası X25 vəfat etdikdən sonra ünvan 3 ünvanında İddiaçı ailəsi ilə birlikdə yaşadığını, halhazırda da İddiaçı həmin mənzildə yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində ünvan 4 ünvanında yaşadığını, 1977-ci ildən həmin evdə yaşadığını, hətta uşaqlıqdan həmin məhəllədə yaşadığını, sonra həmin məhəlləyə də gəlin köçdüyünü, İddiaçı atası X48 vəfat etdikdən sonra ünvan 3 ünvanında İddiaçı ailəsi ilə birlikdə yaşadığını, hal-hazırda da İddiaçı həmin mənzildə yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, mərhum X30 İddiaçı atası, X13, Cavabdeh3, İddiaçı, Məmmədova (Baxşəliyeva) Qəmər Əli qızının, X33, X31, X27, Məmmədova (Hüseynova) Kəmalə Əli qızının və Məmmədova (Orucova) İradə Əli qızının mərhum X30 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X30 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş 20 iyul 1939-cu il tarixli, 108 nömrəli kəbin haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X48 və X25 arasında 1939-cu il tarixdə nikahın bağlanması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 262986 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X30 xx.xx.1981-ci il tarixdə ürək damar çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş ******* nömrəli NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X29 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən ünvan 1 ünvanında olan 0.0699 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X30 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/23 nömrəli reyestr kitabının 4429 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1506 nömrəli arayışdan X30 ünvan 1 ünvanında qeydiyyatda olması və X25, Cavabdeh3, İddiaçı, X42, X49, X50, X41, X35 və X43 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 164935 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X13 xx.xx.2007-ci il tarixdə beyninə qansızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 110572 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X19 xx.xx.2004-cü il tarixdə baş beynin əzilməsi səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 788 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 351203 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 xx.xx.2009-cu il tarixdə ürəyin dayanması səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 291 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ seriyalı, 108216 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X31 xx.xx.2001-ci il tarixdə mədənin kardinal hissəsinin MTS qaraciyər İV dərəcədən intoksikasiyası səbəbi ilə Bakı şəhəri Qaradağ rayonunda vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 285 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 557163 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X2 xx.xx.2012-ci il tarixdə kəskin konorar çatışmazlığı səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2947 nömrəli çıxarışdan X27 xx.xx.2009-cu il tarixdə kəskin ürək çatışmazlığı səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə 07 fevral 2009-cu il tarixli, 157 nömrəli akt qeydinin tərtib olunması; -iddia ərizəsinə əlavə olunmuş 26 avqust 1969-cu il tarixli, İ-ИE seriyalı, 141723 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X28 arasında 26 avqust 1969-cu il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Bakı Nikah Evi tərəfindən verilmiş 06 oktyabr 2012-ci il tarixli, 1290 nömrəli çıxarışın təsdiq edilmiş surətindən X50 və X14 arasında 13 iyul 1986-cı il tarixdə nikahın bağlanması və bu barədə 13 iyul 1986-cı il tarixli, 1163 nömrəli akt qeydinin tərtib olunması; -iddia ərizəsinə əlavə olunmuş və Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, Vİİ-JQ seriyalı, 354654 nömrəli çıxarışdan X41 və Cavabdeh1 arasında 13 oktyabr 2000-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən təkrar verilmiş 24 mart 2004-cü il tarixli, AZ-İ seriyalı, 470066 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X19 birgə nikahından 29 yanvar 1971-ci il tarixdə X15 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər Zaks şöbəsi tərəfindən verilmiş 03 aprel 1974-cü il tarixli, İ-ЖГ seriyalı, 477876 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X19 birgə nikahından 28 mart 1974-cü il tarixdə X16 adlı övladlarının doğulması; -iş materiallarında olan 14 aprel 1989-cu il tarixli, XİV-ЖГ seriyalı, 388714 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X50 və X20 birgə nikahından 07 mart 1989-cu il tarixdə X32 adlı övladlarının doğulması; -iş materiallarında olan 25 iyul 1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 452509 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X50 və X20 birgə nikahından 11 may 1987-ci il tarixdə X22 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlarda Cavabdeh2 ünvan 5 ünvanında, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X61 küçəsi, ev 107A, mənzil 5 ünvanında, qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1988 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1574 nömrəli arayışdan Cavabdeh3 ünvan 8 ünvanında qeydiyyatda olması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 17 avqust 2016-cı il tarixli, 272 nömrəli sərəncamının təsdiq olunmuş surətindən X3 bacısı X7 qəyyum təyin olunması aydın olur. İddia ərizəsinə əlavə olunmuş X22 tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş ərizədə xx.xx.1981-ci ildə vəfat etmiş babası X30 ölümündən sonra miras qalmış əmlaklara dair miras payının ona çatası hissəsini qəbul etmədiyi və qəbul etmək niyyətində olmadığı, vərəsəlik şəhadətnaməsinin digər vərəsələr tərəfindən alınmasına heç bir etirazının olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X32 tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş ərizədə xx.xx.1981-ci ildə vəfat etmiş babası X30 ölümündən sonra miras qalmış əmlaklara dair miras payının ona çatası hissəsini qəbul etmədiyi və qəbul etmək niyyətində olmadığı, vərəsəlik şəhadətnaməsinin digər vərəsələr tərəfindən alınmasına heç bir etirazının olmadığı qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X57 tərəfindən 05 sentyabr 2022-ci il tarixdə verilmiş ərizədə xx.xx.1981-ci ildə vəfat etmiş atası X24 irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələblərinin ona izah olunduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X36 tərəfindən 19 iyul 2017-ci il tarixdə verilmiş ərizədə mərhum atası X24 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin miras qaldığı, vərəsəlik yolu ilə ona çatan paydan qardaşı İddiaçı xeyrinə imtina etdiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X49 tərəfindən 02 oktyabr 2015-ci il tarixdə verilmiş ərizədə X4 xx.xx.1981-ci ildə vəfat etdiyi, onun ölümündən sonra miras qalmış əmlakdan ona düşən payı qəbul etmədiyi və bununla əlaqədar gələcəkdə müddətin bərpası üçün heç bir notariat kontoruna və məhkəmə orqanlarına müraciət etməyəcəyini, vərəsəlikdən imtina ərizəsinin geri götürülə bilməyəcəyinin notarius tərəfindən ona izah edildiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X15 tərəfindən 21 oktyabr 2015-ci il tarixdə verilmiş ərizədə anası X19 xx.xx.2004-cü il tarixdə vəfat etdiyi, onun ölümündən sonra mirası, nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq qəbul etmədiyini və buna görə də, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədinin olmadığı, notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina ərizəsinin geri götürülə və ya ləğv edilə bilməyəcəyinin ona izah edildiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş X16 tərəfindən 21 oktyabr 2015-ci il tarixdə verilmiş ərizədə anası X19 xx.xx.2004-cü il tarixdə vəfat etdiyi, onun ölümündən sonra mirası, nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq qəbul etmədiyini və buna görə də, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədinin olmadığı, notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina ərizəsinin geri götürülə və ya ləğv edilə bilməyəcəyinin ona izah edildiyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə Naxçıvan Şəhər 1 Saylı Notariat Ofisi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 49 nömrəli cavab məktubunda vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayıldığı, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər ola biləcəyi, bu sənədlər olmadıqda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunduğu, müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğu qeyd olunmuşdur. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı miras əmlakın onun tərəfindən qəbul faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 262986 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X48 xx.xx.1981-ci il tarixdə ürək damar çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmişdir. Qeyd olunan hala əsasən iddiaçının ünvan 1 ünvanında 0.0699 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X48 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530- cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X25, Cavabdeh3, İddiaçı, Məmmədova (Baxşəliyeva) Qəmər Əli qızı, X49, X50, X41, Məmmədova (Hüseynova) Kəmalə Əli qızı və Məmmədova (Orucova) İradə Əli qızı mərhum X30 birinci növbə vərəsələridir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı atasından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X30 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən Cavabdeh3 izahatında İddiaçı mirası qəbul etməsini qeyd etməsini və həmçinin Cavabdeh1 Sadiq qızının məhkəməyə göndərdiyi ərizəsini də nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -31 mart 1981-ci il tarixdə ölən X24 miras qalmış ünvan 1 ünvanında olan 0.0699 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -iddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. 31 mart 1981-ci il tarixdə ölən X24 miras qalmış ünvan 1 ünvanında olan 0.0699 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 41.6 m2 olan fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-931/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-931/2023
09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver