Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-94/2022 28.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Naxçıvan Şəhər 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi payın 1/2 olması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 16 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər 1 saylı notariat ofisində 03 fevral 2021-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 2V-21 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun miras əmlakda 1/2 payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, X1 07 yanvar 2017-ci il tarixdə vəfat edib. Onlar ailədə 4 övlad olublar .Atası ilə anası Abdullayeva Gültəkin M.Tağı qızı 1973-cü ildə boşanıblar. Atası 1974-cü ildə X2 ilə evlənmişdir. Həmin evlilikdən onların övladları olmayıb. Xəzəngül, qardaşı Zəkail, bacısı Nailə atasından əvvəl vəfat ediblər. Anası isə atası boşandıqlarından atasının vərəsəsi hesab olunmur. Faktiki olaraq atası vəfat edəndə onun iki vərəsəsi - o və qardaşı Samir sağ idişlər. O da, payının onun xeyrinə imtina edib. X1 2014-cü ildə özünə məxsus olan daşınmaz əmlakı nəvəsi Cavabdeh1 Zəkayil qızına vəsiyyət edib. Naxçıvan şəhər 1 saylı notariat ofisi vəziyyət üzrə payları müəyyən edərkən vəfat etmiş şəxsləri də (bacısını, qardaşını və Xəzəngülü) vərəsə kimi nəzərə alaraq ona və qardaşı Samir Şirəliyeva düşən məcburi payları düzgün hesablamamışdır. Buna görə də onun və qardaşı X3 adına Naxçıvan şəhər 1 saylı Notariat ofisində 03 fevral 2021-ci il tarixdə rəsmiləşdirilmiş, reyestrdə 2V-21 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalı və payları düzgün müəyyən olunmalıdır. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdehlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmiş, cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məlumat verilməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 28 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 və Naxçıvan Şəhər 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə iddia qaldırdığını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamış, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil isə məhkəmə iclası zamanı qeyd olunan ərizənin qəbul edilərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 və Naxçıvan Şəhər 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi payın 1/2 olması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 22 oktyabr 2021-ci il tarixli, 6020 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat və "xxxx" ASC-nin Naxçıvan filialına 10 noyabr 2021-ci il tarixli, 19760 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı Cavabdeh1 və Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi payın 1/2 olması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 22 oktyabr 2021-ci il tarixli, 6020 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat və "xxxx" ASC-nin Naxçıvan filialına 10 noyabr 2021-ci il tarixli, 19760 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-94/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-94/2022
28.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver