Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-973/2022 20.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 06 avqust 1989-cu il tarixində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs- X12 onun övladıdır. Sevda 06 avqust 1989-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş, xx.xx.2005-ci il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 qeydiyyata alınmışdır. Birinci qrup əlil kimi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 130 (bir yüz otuz) manat Prezident təqaüdü alır. Mütəmadi olaraq müalicə almışdır. Qızının hər bir ehtiyacının ödənilməsində şəxsən özü iştirak edir. Qızının qəyyumu (himayəçisi) olmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və oradan ona bildirmişdirlər ki, bunun üçün yalnız məhkəmənin bu barədə müvafiq qərarı olmalıdır. Buna görə də qızı X8 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi qeyd olunanların nəzərə alınaraq qızı 06 avqust 1989cu il tarixində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə psixiatrik ekspertizasının rəyinə görə X1 onun məhkəmə iclasında iştirakına imkan vermədiyindən o, məhkəmə iclaslarına dəvət olunmamış və dindirilməmişdir. Məhkəmə iclası zamanı dindirilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X9 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 06 avqust 1989-cu il təvəllüdlü X8 yaşadığı yerə baxış keçirərərk müayinə aktı tərtib edilmişdir. X8 yaşadığı mənzil istismar idarəsindən və qonşulardan alınan məlumata görə S.Əhmədova ailəsi və cəmiyyət üçün heç bir təhlükə törətmir. S.Vəliyev araşdırma nəticəsində S.Əhmədovanın xəstə olduğunu, bu səbəbdən onun ailə həyatı qurmadığını, hazırda ərizəçinin yanında yaşadığını və onun qayğısının ərizəçi tərəfindən çəkildiyini bildirmiş və qeyd etmişdir ki, komissiya belə nəticəyə gəlmişdir ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən olunmuşdur. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı 481653 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə Əsgərova (Əhmədova) Kəmalə Fərman qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 416 nömrəli akt qeydi icra edilmişdir. xx.xx.1989-cu il tarixdə verilmiş İİ-JQ seriyalı 455651 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 ilə Əsgərova (Əhmədova) Kəmalə Fərman qızının 06 avqust 1989-cu il təvəllüdlü X12 adlı övladları vardır. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş AZ seriyalı 040303 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X13 27 sentyabr 1999-cu il tarixdə ürək əzələsinin infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.1999-cu il tarixdə ölüm akt qeydləri kitabının 251-ci vərəqində qeyd aparılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/768 nömrəli arayışa əsasən X2 şəhəri, M.Şəhriyar ev 23 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 03/1535 nömrəli arayışda qeyd olunmuşdur ki, X3 qeydiyyatda durmaqla ona İ qrup əlilliyə görə 130 manat Prezident təqaüdü ödənilir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X7 tərəfindən xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili A.Bağırovun xx.xx.2022-ci il tarixli 2/1040 nömrəli məktubuna verilmiş 510 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Şəhriyar 6/11 ünvanında qeydiyyatda olan 1989cu il təvəllüdlü X12 xx.xx.2005-ci il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində müəyyən olunmuşdur ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsində qeyd olunmuşdur ki,məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarından Ərizəçi X8 anası olması, həmçinin X8 hazıradək ailə qurmaması müəyyən olunmuşdur. Həmin Məcəllənin 319-cu maddəsində qeyd olunmuşdur ki,hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(078)-973/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, Naxçıvan MR Səhyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 verdiyi 15 noyabr 2022-ci il tarixli 77 nömrəli Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olmuşdur ki, X12 xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X4 qeydiyyata alınıb. S.Əhmədovada “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” xəstəliyi aşkar olunur, onda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məhkəmə araşdırması zamanı Ərizəçi məhkəməyə verdiyi izahatdan və iş üzrə toplanmış digər sübutlardan məlum olmuşdur ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ərizəçiyə həmin şəxs üzrərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi övladı üzərində qəyyum təyin olunmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, həmin şəxs üzərində onun qəyyum təyin olunması üçün müvafiq məhkəmənin qətnaməsi olmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı 06 avqust 1989-cu il təvəllüdlü X8 həqiqətən ağıl zəifliyinin olması, bu səbəbdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi hazırda X8 anası, yəni Ərizəçi himayəsində yaşayır, eyni zamanda onun bütün növ tələbatları ərizəçi tərəfindən qarşılanır. Mülki işin məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X6 məhkəməyə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən X8 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 aprel 1996-cı il tarixdə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 avqust 1989-cu il tarixdə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-973/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-973/2022
20.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver