Məhkəmə qərarları › İş №2(078)-977/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-977/2023

15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-977/2023 15.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Ağalarovnanın vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı X22 Cavabdeh1 və Cavabdeh2 Ağalarovnaya qarşı mirasın faktiki qəbulu tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 ünvanında yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 və ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılmasına qərar verilmişdir. İddiaçı yazılı razılığı ilə Cavabdeh2 Ağalarovna cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X33 M.Məhəmməd qızı 07 aprel 2016-cı il tarixdə vəfat etmişdir. Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 6 ev 17 və Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Anasının vərəsələrindən yoldaşı X35 və oğlu X36 vəfat etmişdir. O və bacısı Cavabdeh1 yaşayır. X16 31 may 1994-cü ildə vəfat etmişdir. X14 2016-cı ildə vəfat etmişdir. O Ukraynada vəfat etmişdir və vərəsəsi Ukrayna Respublikasında yaşayır və mirasın qəbul edilməsi müddəti Naxçıvan MR Ali Məhkəməsinin müki kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(108)-134/2019 saylı qətnaməsi əsasında uzadılmışdır. X33 M.Məhəmməd qızı 29 dekabr 2015-ci il tarixdə vəsiyyətnamə yazaraq miras əmlakı ona vəsiyyət etmişdir. Anasınıın vəfatından sonra mirası o qəbul etmişdir. Kommunal müqavilələr onunla bağlanmış və kommunal xərcləri ödəmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1243.1 və Notariat hərəkətlərinin aparılması ilə bağlı təlimatla əsaslandırmışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil bidirmişdir ki, iddia tələbində cavabdeh olaraq Cavabdeh1 düzgün qeyd edilsə də ünvanın qeyd edilməsində yalnışlıq olmuş, həmçinin iddia tələbinin əsaslandırılmasında texniki səhvliyə yol vermişdir. Belə ki, cavabdehin ünvanı səhvən Ukrayna Respublikası olaraq qeyd edilmişdir. Halbuki cavabdeh Naxçıvan şəhəri Xətai məhəlləsində yaşayır və qeydiyyatdadır, bununla bağlı arayış təqdim edir. X9 vərəsəsi Cavabdeh2 olduğu halda texniki yalnışlığa yol verərək Cavabdeh1 qeyd edtmişdir. Texniki yalnışlığın nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 01 avqust 2023-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz göndərmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı qardaşı İddiaçı və onun həyat yoldaşı X41 mərhumə anası X11 döyür, ac saxlayır, hədə-qorxu gəlirdilər. Dəfələrlə o qızı olaraq gətirib yanında saxlamasını istəmiş, getməsinə icazə verməyəndə qardaşı onu təhqir edib əl qaldırmış və pensiyaya görə anasını gətirməsini deyir, anası da qorxusundan heç nə demədən gedirdi. Halbuki anasının pensiya kartı həmişə qardaşında olurdu, o anasına heç nə almırdı. Böyük qardaşı mərhum X16 isə əsgərlik xidmətini Rusiyada keçirib, sonra orada qalıb evlənib. Orada qaldığı müddətdə işləyib pul göndərib və X16ndan qalan anası X8 adına olan Xətai məhəlləsində yerləşən torpaqda ev tikdirmişdi. Sonralar mərhum X42 həmin evdə yaşamış, yoldaşı əczaxanada işləmiş, qızı rus məktəbində təhsil almışdır. Svetlana ali məktəbi Rusiyada davam etdirdiyindən onlar da Rusiyaya köçmüşdür. Bütün bunlara qonşular da şahiddir. Qardaşı İddiaçı bildirdikləri yalandır. O atasının ayağını sındırmışdır, qardaşının yasını evində saxlamağa qoymamışdır, onu evdən qovmuşdur. X17 2019-cu ildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldıraraq atasının mülkünü tələb etsə də Ə.Rövşən öz yalanları ilə hakimi inandırmış və iddia ləğv edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamə tamamilə ləğv olunaraq yeni 2(108)-134/2019 nömrəli qətnamə çıxarılıb. İddiaçı hər şeyi yalan danışır, anası rəhmətə gedəndən sonra mərhum qardaşı Ə.Ağaların evini kirayə qoyub kirayə pulunu alııb bütün kommunal xərcləri ödəyir. Onun əlində vəsiyyətnamə mərhum anası döyərək məcburi qalda yazdırıb. Eyni vəsiyyətnaməni qaraşı Ə.Ağalara da verib. Hətta öz əl yazısyla ona da yazıb təsdiq etdirməyi təklif edəndə ehtiyac olmadığını, onların mehriban olmalarını bildirmişdir. Anası isə ona bildirmişdir ki, gəlini Ülkər demişdir ki, xəstələnib yatağa düşəndə məcburi yazdırıb evi adlarına keçirəcəkdir. İşə ədalətli baxılmasına inandığını bildirmişdir. İş üzrə cavabdeh Əliyeva (Jokhadar) Svitlana Agalarıvnanın nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 15 noyabr 2023-cü il tarixdə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Ağalarovna barəsində mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəmə qətnaməsi 29 avqust 2019-cu ildə qəbul edildikdən sonra onun həmin vaxt nümayəndəsi olan X31 27 dekabr 2019-cu ildə mirasın qəbul edilməsi barədə ərizə vermişdir. Bundan sonra mirasın rəsmiləşdirilməsi ilə bağlı digər hərəkətlərin edilməsi üçün Cavabdeh2 tərəfindən etibarnamənin verilməsi və leqallaşdırılması müddət çəkmiş və sonra notariat ofisinə müraciət edən zaman məhkəmədə iddia olduğu bildirilmişdir. Məhkəməyə ünlanladıqları məktubdan həmin iddianın geri qaytarıldığı bildirilmiş, yenidən notariat ofisinə müraciət edərək mirasın açılmalı olduğu bildirilmişdir. Notarius çatışmayan sənədlərin surətini təqdim etmişdir. Həmin sənədlər Cavabdeh2 qaçqın statusu ilə yaşadığından müddət çəkmiş və 13 sentyabr 2023-cü il tarixdə ərizə ilə notariusa müraciət edilmiş və 70 nömrəli ərizə ilə qeydiyyata alınmışdır. İddiaçının iddiası əsassızdır. İddiaçı qeyd edir ki, miras əmlaka faktiki olaraq sahiblik edir. Lakin məhkəmənin qətnaməsi ilə müddət uzadılmışdır. İddiadan görünür ki, o X4nın bütün əmlakı üzərində faktiki sahibliyinin məhkəmə qaydasında tanınmasını xahiş edir. Lakin miras əmlakın bir hissəsi X32 vəsiyyət edilmiş, müddətlərin ötürülməsi məhkəmə qaydasında üzürlü hesab edilmişdir. Digər tərəfdən də mirasın yerdə qalan hissəsində Cavabdeh2 Ağalarovnanın və Cavabdeh1 məcburi pay almaq hüququ vardır. Etiraz maddi hüquq normaları olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1194, 1196 və 1252-ci maddələri ilə əsaslandırılmışdır. İddianın təmin edilməməsi və tam rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o Naxçıvan şəhəri Xətai döngə 5 ev 17 ünvanında yaşayır. Onun yaşadığı evin yerləşdiyi torpaq sahəsi 9 sota yaxındır. Həmin torpaq sahəsində iki ev vardır. Evlərdən birinin texniki pasportu döngə 5 ev 17, digəri döngə 5 ev 17A üzrə tərtib edilmişdir. Birinci ev ata evidir və o həmin evdə yaşayır. Digər evi isə atası tikibdir. Onun qardaşı Ağalar evi inşa etməyibdir. Bu gün evi onun tikdiyini bacısı bildirir. Atası vəfat edəndən sonra ev anasının adına keçibdir. Bir neçə il əvvəl vəfat etmiş qardaşı Ağaların qızı Svetlana məhkəmədə iddia qaldırdı və miras üçün müddət uzadıldı. Halbuki anası qardaşına vəsiyyətnamə qoyarkən həmin evin pasportu atasının adına idi. Vəsiyyətnamədə nə ünvan düzgündür, nə də ad tam yazılıbdır. Ona görə həmin vəsiyyətnaməni düzgün kimi qəbul etmir. Anası onunla yaşamışdır və 2015-ci ildə onun adına vəsiyyətnamə vermişdir. Evin düzgün ünvanı, onun adı vəsiyyətnamədə tam qeyd edilib. Normal vəsiyyətnamə ona verilmişdir. Anası 2015-ci ildə vəfat edibdir və onun vəfatından sonra evin birində ailəsi ilə yaşayıb, digərini isə kirayə veribdir. Kommunal xərcləri özü ödəyibdir. Məhkəmə qətnaməsindən sonra cavabdeh tərəf vəsiyyətnamədə qeyd edilən ünvan üzrə evin çıxarışını alıbdır, ancaq ünvan döngə 6 ev 17 qeyd edilibdir. Həmin ünvan isə digər döngədə Yunis Cabbarov adlı şəxsin evidir. Onun anasının döngə 6 ev 17-də evi yoxdur. Daşınmaz əmlaka dair döngə 5 ev 17 ünvanının çıxarışını texniki pasporta uyğun sənədləşdirən zaman digər evinin ünvanının düzgün qeyd edilmədiyini bildirmişdir. Orada bildirmişdilər ki, ərizə yazsın və səhvlik düzəlsin, lakin qarşı tərəf mübahisə yaradacağı üçün ərizə verməmişdir. 60 yaşı vardır və doğulduğu vaxtdan həmin evdə yaşayır. Miras əmlakda bacısı Zəkiyə Əliyevanın payı olduğunu dəfələrlə ona bildirmişdir, öz yaşadığı evin deyil, həyətdə olan digər evin yarısını ona verməyi təklif etmişdir. Hətta bacısına gəlib həmin evdə yaşamasını da demişdir. Ancaq qardaşı Ağaların vərəsəsinin mirasa sahib çıxmasını qəbul etmir. O mirasa sahib çıxmışdır. Ona görə iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən həyət valideynlərinə məxsus olub. Anası vaxtında vəsiyyətnamə qoyub. Rəhmətlik qardaşının qızının da orada payı var. Qardaşı İddiaçı və onun həyat yoldaşı X41 ansı X12 heç yola verməyiblər. Böyük qardaşı mərhum X36 isə əsgərlik xidmətini Rusiyada keçirib və orada evlənib. Orada qaldığı müddətdə işləyib pul göndərib burda mərhum atası Xətai məhəlləsində yerləşən torpaqda ev tikdirmişdi. Sonralar mərhum X42 ailəsi ilə birlikdə həmin evdə yaşamış yoldaşı Naxçıvanda əczaxanada işləmiş qızı Svetlana isə rus məktəbində təhsil almışdır. Svetlana məktəbi bitirdikdən sonra ali məktəbi Rusiyada davam etdirmiş və ailə Rusiyaya köçdülər. Buna bütün qonşularda şahiddir hamı bilir. Mərhum qardaşı öz atasının mülkünü tələb edib və alıbdır. Rövşənin əlində olan vəsiyyətnaməni arvadı dedi ki, anası ölənə yaxın məcburi halda yazdırıblar. Eyni vəsiyyətnamədən mərhum qardaşı Ə. Ağalarada verib. Hətta öz əl yazısıyla ona da yazıb ancaq o istəməyib. O da ona çatan payını tələb edir. Anası vəfat etdikdən sonra həmin evdə Rövşən qardaşı qalıb. Anasının ona vəsiyyətnaməsi təsdiq edilməyib, həmin sənəddən başqa o heç bir yerə mirasla bağlı müraciət etməmişdir. Çünki qardaşından çəkinmişdir. Qardaşı həmişə deyirdi ki, “sənin payını verəcəm”. Əgər verməsə o məhkəməyə payla bağlı müraciət edəcək. Qardaşı Ağalar anasının vəfatından sonra rəhmətə getdi. Heç Rövşən imkan vermədi ki, həyətdə yas məclisi olsun. Yası onun evində tutmuşdur. Rövşən deyirdi ki, qardaşını guya arvadı öldürüb, heç biri həqiqətə uyğun deyildi. Məhkəmə iclasında Cavabdeh2 Ağalarovnanın nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Cavabdeh2 nümayəndəsi olaraq bütün sübutları və sənədləri məhkəmənin ünvanına göndərmişdir. Sadəcə olaraq vərəsəlik şəhadətnaməsini bu günə qədər ala bilməməsində məqsəd Svetlana xanımın onu təmsil etmək üçün göndərəcəyi sənədlərin gec hazır olması olub. Buna da səbəb məlum olduğu kimi Svetlana xanım Ukrayna Respublikasında olan müharibə səbəbindən onun Almaniyaya köçməsi, orada qaçqın kimi qeydiyyatda dayanması və yerləşməsi xeyli zaman alıb. Sonra göndərdiyi etibarnamənin təsdiq edilməsi vaxt apardı. Sənədlər hazır olanda notariusa müraciət edildi və orada bildirildi ki, qarşı tərəf iddia tələbi ilə bağlı məhkəməyə ərizə göndərib, lakin məhkəmə MPM-nin 149-cu maddəsini əsas gətirib ərizəni geri qaytarıb. Ev iki ayrı-ayrı ünvanlarda yerləşir. Hətta vəsiyyət edən evin 1-ni sözsüz ki, Ağalara münasibətdə vəsiyyət edib. Yerdə qalan miras hissələrdə isə Svetlananın məcburi payı var. Əgər Svetlana bir mirası qəbul edirsə deməkdir ki, bu hamısına aiddir. Vəsiyyətnamədən kənarda qalan əmlakda isə məcburi payı var. Ortada 2 vəsiyyətnamə var. Hər bir vəsiyyətnamənin hərəsi bir evə məxsusdur. Hətta vəsiyyət edən orada bildirib ki, qonşu Cavanşirin evinə tərəf olan ev. Buradan görünür ki vəsiyyət edən kordinatı da göstərib və burada da hər şey aydın başa düşülür. Qətiyyən iddianı qəbul etmir. Onlar vəsiyyətnamə üzrə payı və məcburi payı tələb edir. Svetlana onsuz da notariusa ərizə verməklə mirası qəbul etdiyini bəyan edib. Bütün mirasa münasibətdə Ali Məhkəmənin qərarında müddət bərpa edilib. Hələ aydın məsələdir ki, həmin evin tikintisini də mərhum Ağalar həyata keçirib. Mirasın qəbulu üçün buraxılmış müddət bərpa edilib. Hələ bundan sonra paylar hər iki əmlaka münasibətdə bölünəcək. İddianın əssısız olduğundan rədd edilməsini xahiş edir. Ali Məhkəmənin qərarı ilə Svetlananın buraxdığı iddia müddəti uzadılmışdı. Sadəcə sənədləşə işləri çox gec həllini tapdı. Əgər miras əmlakla bağlı vəsiyyət üzrə vərəsə miras qəbul edibsə bu halda faktiki sahiblənmədən söhbət gedə bilməz. Svetlananın orda miras payı vardır. Məhkəmə iclaslarının vaxtı və yeri qaydada Cavabdeh2 Ağalarovnanın digər nümayəndəsi Nümayəndə2 məlumat verilmiş lakin iştirak etməmişdir. Məhkəmə işə Cavabdeh2 Ağalarovnanın digər nümayəndəsi Nümayəndə2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.1951-ci il tarixdə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə Fərzəliyeva (Əliyeva) Məleykə M.Məhəmməd qızı arasında həmin tarixdə nikah bağlanmışdır. xx.xx.1961-ci il tarixdə verilmiş AZ seriyalı 088044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Naxçıvan rayon Sovetabad kəndində doğulmuşdur, bu barədə 739 nömrəli akt qeydi aparılmışdır. X16 və anası X10r. Babək rayon Əliabad kənd İN tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 419868 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X35 xx.xx.1994-cü il tarixdə hipertoniya insult diaqnozu ilə Babək rayon Xətai kəndində vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabının 14-cü səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 700341 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Fərzəliyeva Məleykə M.Məhəmməd qızı xx.xx.2016-cı il tarixdə beyinə qan sızma, yıxılma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabının 117-ci səhifəsində qeydiyyat aparılmışdır. Luqansk vilayəti Ədliyyə idarəsinin Severodonetsk şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş İ-ED seriyalı, 518967 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X36 xx.xx.2018-ci il tarixdə Ukrayna, Luqansk vilayəti, Severodonetsk şəhərində vəfat etmiş və bu barədə xx.xx.2018-ci il tarixdə ölüm akt qeydləri kitabının 1010-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5-də mülkiyyətində olan 0.098 ha torpaq sahəsində yerləşən 67.1 kv.m olan 17 nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Fərzəliyeva Məleykə M.Məhəmməd qızının adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 18/50 nömrəli reyestr kitabının 9796 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 33 nömrəli arayışda qeyd olunmuşdur ki, Fərzəliyeva Məleykə M.Məhəmməd qızının mülkiyyətində olan Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 6-da yerləşən 17 nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanı ünvan 3əti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1877 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri Xətai məhəlləsində yaşamış X29 M.Məhəmməd qızının vərəsələri aşağıdakılardır: - X35 -həyat yoldaşı-vəfat edib; - X36-oğlu-vəfat edib; - Cavabdeh1-qızı-1957; - İddiaçı-oğlu-1960. 29 dekabr 2015-ci il tarixdə notarial qaydada tərtib edilmiş vəsiyyətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X3 şəhəri Xətai məhəlləsi, döngə 5-də yerləşən 17 nömrəli evini oğlu İddiaçı vəsiyyət etmişdir. Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 2(108)-134/2019 nömrəli 29 avqust 2019-cu il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh2 Ağalarovnanın cavabdehlər İddiaçı, Cavabdeh1 və Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(078)-486/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh2 Ağalarovnanın vəkili və nümayəndəsi X18 verdiyi apellyasiya şikayəti təmin edilərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(078)-486/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 Ağalarovnanın cavabdehlər İddiaçı, Cavabdeh1 və Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddiası təmin edilərək 19 aprel 2016-cı il tarixdə Naxçıvan şəhərində vəfat etmiş X25 tərəfindən Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 20 iyun 2003-cü il tarixli vəsiyyətnamə üzrə buraxılmış mirasın qəbul edilmə müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixli Energetika Xidməti ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5, ev 17 ünvanı üçün Xidmətlə İddiaçı arasında bağlanmışdır. xx.xx.2021-ci il tarixli Energetika Xidməti ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən aydın olur ki, müqavilə ünvan 4 ünvanı üçün Xidmətlə İddiaçı arasında bağlanmışdır. Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 251 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5, ev 17 ünvanında yaşayan İddiaçı 10 oktyabr 2016-cı il tarixdə quraşdırılan 70379532 nömrəli elektrik sayğacının ödəyicisidir və son ödəniş 28 oktyabr 2022-ci il tarixdə aparılmışdır. Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 252 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5, ev 17A ünvanında yaşayan İddiaçı 17 oktyabr 2016-cı il tarixdə quraşdırılan 70379305 nömrəli elektrik sayğacının ödəyicisidir və son ödəniş 03 avqust 2022-ci il tarixdə aparılmışdır. Naxçıvan MR Qaz İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 271 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5, ev 17 ünvanına smart tipli qaz sayğacı müqaviləsi (sayğac ********) xx.xx.2015-ci ildə X8 adına bağlanmış, xx.xx.2016-cı ildə vəfat etdiyi üçün ödənişlər oğlu İddiaçı tərəfindən ödənilmiş və sayğac göstəricisi -4783 kv.m-dək borcu yoxdur. Naxçıvan MR Qaz İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 272 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5, ev 17A ünvanına smart tipli qaz sayğacı müqaviləsi (sayğac ********) xx.xx.2015-ci ildə X8 adına bağlanmış, xx.xx.2016-cı ildə vəfat etdiyi üçün ödənişlər oğlu İddiaçı tərəfindən ödənilmiş və sayğac göstəricisi -3994 kv.m-dək borcu yoxdur. “Naxçıvan Sukanalizasiya” İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 5, ev 17 ünvanında qeydiyyatda olmuş X4nın İdarəyə 02067 m3 borcu yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1875 nömrəli arayışından aydın olur ki, Əliyev X26 şəhəri, Xətai məhəlləsi, döngə 5, ev 17 ünvanında qeydiyyatdadır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 04 fevral 2023-cü il tarixli 50 nömrəli məktubdan aydın olur ki, digər vərəsələr tərəfindən Notariat ofisə mirasın qəbulu ilə bağlı ərizə daxil olduğundan məhkəməyə müraciə edilməsi tövsiyyə olunmuşdur. 20 iyun 2003-cü il tarixdə notarial qaydada tərtib edilmiş vəsiyyətnamənin surətindən aydın olur ki, X5 şəhəri Xətai məhəlləsi, döngə 16-da yerləşən 17 nömrəli evinin qonşusu Cavanşirin evinə tərəf olan 900 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 110 kv.m 2 mərtəbəli yaşayış evini oğlu X32 vəsiyyət etmişdir. Sadə əlyazma ilə 10 iyul 2014-cü il tarixdə X13 tərəfindən yazılması göstərilmiş məktubda M.Fərzəliyeva 3 övladının olduğunu, özünə məxsus evini, həyətini öləndə hər üç övladına verdiyini qeyd etmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmiş 527/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında vərəsəlik hüququ üzrə mübahisə predmeti olan əmlak ünvan 7 ünvan ünvan 8, həmin əmlaka dair vəsiyyətnamə qoyulub və vəsiyyətnamə üzrə vərəsə mirası qəbul edib. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri Xətai məhəlləsi, döngə 6-da mülkiyyətində olan 0.0669 ha torpaq sahəsində yerləşən 104.7 kv.m olan 17 nömrəli fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Fərzəliyeva Məleykə M.Məhəmməd qızının adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8147 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmiş 652/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Fərzəliyeva Məleykə M.Məhəmməd qızı tərəfindən xx.xx.2003-cü ildə yaılmış 2V-61 reyestr nömrəli və xx.xx.2015-ci ildə yazılmış 2V-01-292 reyestr nömrəli vəsiyyətnamə aşkar edilmişdir. Sonuncu vəsiyyətnamə ləğv edilməmiş və yaxud vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. İş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilən işin mübahisəsiz halları aşağıdakılardır: -X1 iki ədəd fərdi yaşayış evi miras qalmışdır, həmin evlərin hüquqmüəyyənedici sənədlərində ünvan olaraq ünvan 9 edilmişdir; -X4 iki övladı üçün hər birinə ayrı ünvanlar üzrə iki vəsiyyətnamə qoymuşdur; -X4 tərəfindən 20 iyun 2003-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamə üzrə vərəsə mirası qəbul etmişdir, lakin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. -X2 miras qalan ünvan 10 ünvanında İddiaçı mərhumun sağlığında və vəfatından sonra yaşamış və yaşamaqda davam edir. İşin mübahisələndirilən halları aşağıdakılardır: -Miras əmlakların hüquqmüəyyənedici ünvanları fərqlidir və iddiaçı sənəd üzrə hüquqmüəyyənedici ünvan olaraq ünvan 11ri Xətai döngə 5 ev 17A ünvanı olaraq qeyd etməklə həmin əmlak üzrə də mirası faktiki qəbul etdiyini bildirir; -Cavabdeh ümumiyyətlə hazırki tələbə baxılmasının mümkün olmadığını, mirasın vəsiyyətnamə üzrə qəbul edildiyi halda faktiki sahiblənmənin mövcud olmadığını qeyd edərk iddianın rədd edilməli olduğunu bildirir. Məhkəmə işin mübahisəli halları üzrə gəldiyi nəticə üzrə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə ilk olaraq qeyd edir ki, vərəsəlik institutunu tənzimləyən mülki qanunvericiliyin normalarının və bununla bağlı qəbul edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarının mahiyyəti bundan ibarətdir ki, istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməlidir. Bu cür miras qəbulu ya formal qaydada-notariat orqanına ərizə verməklə, ya da faktiki şəkildə mirası faktiki olaraq qəbul etməklə həyata keçirilir. Bir vərəsənin miras əmlakı qəbul etməsi digər vərəsələri bu hüquqdan məhrum etmir. Hazırki vəziyyətdə miras qoyan X8 vəfat etməsi ilə miras əmlak açılmışdır. Miras qoyanın üç övladı miras açıldığı vaxt sağ olmuşdur. Onlardan biri Ağalar Əliyevlə bağlı miras qoyanın vəsiyyətnaməsi olmuş və sonradan onun vərəsəsi tərəfindən mirasın vəsiyyətnamə üzrə qəbulu müddəti uzadılmışdır və həmin müddətdə mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verilmişdir. Digər vərəsə Cavabdeh1 qanun üzrə vərəsədir, onunla bağlı miras qoyan tərəfindən notarial qaydada təsdiq edilən vəsiyyətnamə mövcud deyil və hazırki müddətə qədər mirasın qəbulu ilə nə notariat ofisinə, nə də məhkəməyə müraciət etmədiyini bildirmişdir. Üçüncü vərəsə İddiaçıdur və X13 onun hazırda yaşadığı ünvanı vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir və miras əmlakı faktiki olaraq qəbul etmişdir. İş üzrə iki vəsiyyətnamə və mirası qəbul edən iki vərəsə vardır. Bir vərəsə vəsiyyətnamə üzrə mirası formal qaydada- notariat kontoruna ərizə verməklə qəbul etmiş, digər vərəsə isə mirası faktiki qaydada-miras əmlaka sahiblik etməklə qəbul etmişdir. Məhkəmə üçün cavabdeh tərəfin etirazında bildirdiyi-vərəsənin mirası qəbul etdiyi halda digər vərəsənin faktiki sahiblənməsinin mümkün olmaması barədə bildirdiyi hallar və izahatında bununla bağlı gətirdiyi arqumentlər anlaşılan deyildir və mülki qanunvericiliyin vərəsəlik institunun təbiətinə uyğun deyildir. Birincisi, iddiaçı vəsiyyətnamə ilə ona verilən və faktiki olaraq qəbul etdiyi miras əmlak üzrə qəbul faktının müəyyən edilməsini xahiş edir ki, həmin miras əmlak Cavabdeh2 Ağalarovnanın atası Ağalar Əliyevə vəsiyyət edilən miras əmlak deyildir (2003-cü il tarixdə tərtib edilən vəsiyyətnamədə vəsiyyət edilən əmlakın ünvanı ünvan 13 İddiaçı vəsiyyət edilən əmlakın ünvanı ünvan 14 iki vərəsə vardır, onların birinin notariat kontoruna ərizə verməklə mirası qəbul etməsi, digərinin mirasdan məhrum edilməsi ilə nəticələnə bilməz. Buna görə də Naxçıvan şəhəri Xətai döngə 5 ev 17 ünvanı üzrə miras qiyandan miras qalan daşınmaz əmlakın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Məhkəmə iddia tələbində qeyd edilən ikinci əmlaka münasibətdə qeyd edir ki, daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədin faktiki əmlakla uyğunsuzluğu İddiaçı hər iki əmlakın qəbul faktının tanıınmasını mümkünsüz hesab edir. Ona görə ki, Naxçıvan şəhəri Xətai döngə 5 ev 17A olan X7 fərdi yaşayış evinin miras qalması iş materialları isə sübuta yetirilmir. X8 adına olan digər fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlərlə fərqli ünvandır. Daşınmaz əmlakın reyestrini aparan orqan iddiaçıya həmin ünvanın döngə 5 ev 17A ünvanı olmasına dair arayış təqdim etdiyi halda, cavabdeh tərəfə həmin ünvanın 2003-cü il tarixli vəsiyyətnamədə müəyyən edilən ünvan üzrə olan əmlak hesab edilməsinə dair məktub vermişdir. Halbuki daşınmaz əmlakın reysetrinin dəqiqliyi prezumpsiyası qüvvədədir. Nə qədər ki, daşınmaz əmlakın qeyri-dəqiqliyi sübuta yetirilməyibsə onun həqiqiliyi və tamlığı prezumsiyası qüvvədədir. Daşınmaz əmlakın qeyri dəqiqliyi bu barədə arayış və məktub verilməklə aradan qaldırıla bilməz və reyestrə düzəliş edilməsi labüddür. Ona görə məhkəmə İddiaçı anasından miras qalan Naxçıvan şəhəri Xətai döngə 5 ev 17 ünvanı üzrə mirasın qəbulu faktını əsaslı hesab etsə də, Naxçıvan şəhəri Xətai döngə 5 ev 17A ünvanı üzrə mirası qəbul etməsi faktını əsaslı hesab etmir. Belə ki, ikinci ünvan üzrə hüquqmüəyyənedici sənədlər mövcud deyidir və işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfin yazılı etirazında vəsiyyətnamə qoyulmayan əmlak üzrə cavabdehlər Cavabdeh2 Ağalarovnanın və Cavabdeh1 məcburi payının olmasına münasibətdə qeyd edir ki, tələb miras əmlakda payın müəyyən edilməsi deyildir, bu hal iddia predmeti olmadığından məhkəmə hüquqi qiymət verə bilməz. Məcburi payı vərəsə qəbul etməli və tələb etməlidir. Digər halda isə cavabdehlərin vəsiyyətnamə qoyulmayan digər hissədə məcburi pay hüquqlarının olmasını bildirmələri həmin hissədə əsas vərəsənin İddiaçı olmasını dolayı yolla təsdiq edirlər. İşə baxılarkən iddiaçının miras əmlakda yaşaması cavabdehlər tərəfindən təkzib edilmədiyi, təsdiq edildiyi halda iddianın rədd edilməli olduğunu bildirmişlər. Yazılı etirazda isə onlara vəsiyyət edilməyən qalan əmlakda məcburi payları olduqlarını qeyd edərək əks mövqe sərgiləmişlər. Miras əmlakda məcburi pay vəsiyyətnamə mövcud olduğu halda qüvvədə olur, hazırki halda işin halı da məhz bundan ibarətdir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə məsrəflərinə münasibətdə iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən X37 Filialına xx.xx.2023-cü il tarixdə 27477 nömrəli qəbzlə ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalarovnadan alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən X37 Filialına xx.xx.2023-cü il tarixdə 27477 nömrəli qəbzlə ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalarovnadan alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar