Məhkəmə qərarları › İş №2(078)-985/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-985/2023

22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-985/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2004-cü ildə Naxçıvan şəhərində vəfat etmiş Mirzəyeva Hürnisə K.Həsən qızından miras qalmış ünvan 1 ünvannından yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və payının bütün miras kütləsi olması barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Behbud ağa Şahtaxtinski küçəsi döngə 1-də yerləşən 0.0366 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 27.65 kv.metr olan 10 B nömrəli fərdi yaşayış evi mərhum X14 K.Həsən qızının adına rəsmiləşdirilmişdir. X1 18 oktyabr 1992-ci ildə vəfat etmişdir. X14 K.Həsən qızı isə 07 yanvar 2004-cü ildə vəfat etmişdir. Anasının vəfatından sonra o başqa ünvandan yaşasa da həmin evin açarları onda olub və evə o baxıbdır. Miras əmlaka faktiki olaraq o sahib çıxıbdır. Digər bacıları və vəfat etmiş qardaşı X4 vərəsələri mirası qəbul etməmişdir. Ev anasından qalma evdir. Evin bir hissəsi qardaşı Akif və ailə üzvlərin məxsus olmuşdur. Qardaşı sonra həmin həyətdən çıxıb getmiş və vəfat etmişdir. Həyət ortadan bölünməmişdir. İki ev bir həyətdə olmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında iddiaçının izahatına əlavəsi olmadığını iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Behbud ağa Şahtaxtinski küçəsi döngə 1-də yerləşən 0.0366 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 27.65 kv.metr olan 10 B nömrəli fərdi yaşayış evi mərhum X14 K.Həsən qızının adına rəsmiləşdirilmişdir. X1 18 oktyabr 1992-ci ildə vəfat etmişdir. X14 K.Həsən qızı isə 07 yanvar 2004-cü ildə vəfat etmişdir. Həyətdən o və bacıları ailə qurub ayrılmışdır. Həmin həyətdə rəhmətik Akif qardaşı və ailə üzvləri yaşamışdı. X15 vəfat edib. Onun ailə üzvlərindən oğlanları Bakı şəhərində, qızı və arvadı isə Rusiyada yaşayır. Ənçox həmin həyətə gedib-gələn Ləzifə bacısı olubdur. Evin açarları da onda olub. Həyətə o baxıb o baş çəkibdir. Hazırda həyətdə heç kim yaşamır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Behbud ağa Şahtaxtinski küçəsi döngə 1-də yerləşən 0.0366 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 27.65 kv.metr olan 10 B nömrəli fərdi yaşayış evi mərhum X14 K.Həsən qızının adına rəsmiləşdirilmişdir. X1 18 oktyabr 1992-ci ildə vəfat etmişdir. X14 K.Həsən qızı isə 07 yanvar 2004-cü ildə vəfat etmişdir. Həyətdən o və bacıları ailə qurub ayrılmışdır. Həmin həyətdə rəhmətik Akif qardaşı və ailə üzvləri yaşamışdı. X15 vəfat edib. Onun ailə üzvlərindən oğlanları Bakı şəhərində, qızı və arvadı isə Rusiyada yaşayır. Ənçox həmin həyətə gedib-gələn Ləzifə bacısı olubdur. Evin açarları da onda olub. Həyətə o baxıb o baş çəkibdir. Hazırda həyətdə heç kim yaşamır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasınln vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş, lakin teleqram göndərərək iddianı qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçının ana həyəti ilə qonşudur. 2013-cü ildən həmin məhəllədən köçüb başqa ünvanda yaşayır. Həyətin böyük torpaq sahəsi, meyvə ağacları var idi. Həyətdə bir damın altında 2 ev var idi. Ancaq evlər faktiki ayrı idi. Həyətdə mərhum Hürnisə xalanın sağlığında nəvəsi Həsən ailəsi ilə yaşayırdı. Sonra Həsən ailəsi ilə birlikdə Bakı şəhərinə köçdü. Hürnisə xala öldükdən sonra həmin həyətin bütün işlərini Ləzifə xanım edirdi. Həyətin açarı da onda olub. Hazırda da Ləzifə xanım həyətə baxır. Həyətin meyvəsini yığır. Hazırda orada yaşayış yoxdur. Məhkəmə baxışı iclasında şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçının ana evi ilə qonşuyam. Həyətdə neçə illər Hürnisə xalanın nəvəsi Həsən ailəsi ilə qaldı. Son illərdir heç kim yaşamasa da ancaq Ləzifə xala həyətə baxır. Həyətin açarı da Ləzifə xaladadır. Hazırda həyətdə heç kim qalmır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur bu barədə 488 nömrəli qeyd icra edilmişdir, atası X3, X14 K.Həsən qızıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1951ci ildə doğulmuşdur bu barədə 50 nömrəli qeyd icra edilmişdir, atası X3, X14 K.Həsən qızıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1957ci ildə doğulmuşdur bu barədə 372 nömrəli qeyd icra edilmişdir, atası X3, X14 K.Həsən qızıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1954cü ildə doğulmuşdur bu barədə 671 nömrəli qeyd icra edilmişdir, atası X3, X14 K.Həsən qızıdır Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 18 oktyabr 1992-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə 20 nömrəli akt qeydi icra edilmişdir. Ölüm haqqında şəhadaətnamənin surətindən aydın olur ki, Mirzəyeva Hürnisə K.Həsən qızı 07 yanvar 2004-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə 9B nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 192 nömrəli arayışdan aydın olur ki, Mirzəyeva Hürnisə K.Həsən qızının vərəsələri aşağıdakılardır. -X3-həyat yoldaşı-vəfat edib -İddiaçı-qızı-1949 -Cavabdeh1-qızı-1954 -Cavabdeh2-qızı-1957 -Cavabdeh3-qızı-1959 -X12-oğlu-vəfat edib Nikah haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, X12 ilə X6 xx.xx.1966-cı ildə nikah bağlamış bu barədə 169 nömrəli nikah akt qeydi icra edilmişdir. Doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, X8 xx.xx.1977-ci ildə doğulmuşdur bu barədə 22 nömrəli qeyd icra edilmişdir, atası X12, anası Cavabdeh4dır. Doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, Cavabdeh5 xx.xx.1967-ci ildə doğulmuşdur bu barədə 424 nömrəli qeyd icra edilmişdir, atası X12, anası Cavabdeh4dır. Doğum haqqında akt qeydindən Çıxarışdan aydın olur ki, Cavabdeh6 xx.xx.1968-ci ildə doğulmuşdur bu barədə 800 nömrəli qeyd icra edilmişdir, atası X12, anası Cavabdeh4dır. Ölüm haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən aydın olur ki, X12 01 avqust 1944-cü ildə Cufa şəhərində doğulmuş, 04 sentyabr 2013-cü ildə Rusiya Kalininqrad vilayəti Kalininqrad şəhərində vəfat etmişdir və 4167 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 936 nömrəli arayışdan aydın olur ki, X4 vərəsələri aşağıdakılardır. -Cavabdeh4-həyat yoldaşı-1945 -Cavabdeh5 oğu-oğlu-1967 -Cavabdeh6-oğlu-1968 -Cavabdeh7-qızı-1977 İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən 27.65 kv.metr öıçüdə fərdi yaşayış evi və 0.0366 ha ölçüdə torpaq sahəsi 02 mart 2023-cü il tarixdə tam mülkiyyət hüququ üzrə Mirzəyeva Hürnisə K.Həsən qızının adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 532 nömrəli arayışdan aydın olur ki, Cavabdeh3 ünvan 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır. ünvan 4nzil istismar İdarəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 7-2017 nömrəli arayışdan aydın olur ki, Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 5 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 584 nömrəli arayışdan aydın olur ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli 1701 nömrəli arayışdan aydın olur ki, Cavabdeh1 ünvan 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan aydın olur ki, Cavabdeh4 və Cavabdeh7 ünvan 10 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Cavabdeh5 ünvan 11 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Cavabdeh6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsi 94 nömrəli bağ evində qeydiyyatdadır. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 09 iyun 2023-cü il tarixli 73 nömrəli məktubdan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum Mirzəyeva Hürnisə K.Həsən qızının vəfatından sonra ondan qalmış ünvan 12 ünvanında yerləşən miras əmlak İddiaçı tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum Mirzəyeva Hürnisə K.Həsən qızının vəfatından sonra ondan qalan miras əmlak İddiaçı mühafizə etmiş, əmlakın idarəçiliyini həyata keçirmiş və hazırda əmlakın idarəçiliyini həyata keçirir. Belə ki, iş üzrə tərəflərin və şahidlərin izahatından aydın olur ki, iddiaçı anasının vəfatından sonra evi mühafizə edərək həyətin meyvələrini yığır. Əmlaka sahiblik edir. Bu hal iş üzrə tərəflərin izahatları, şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı Ə Əli qızı anasının vəfatından sonra həmin fərdi yaşayış evini mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Məhkəmə miras əmlakda pay verilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə cavabdehlərin izahatını və teleqramını nəzərə alır. Belə ki, cavabdehlər istər məhkəmədə verdikləri izahatlarda, istərsə də telerqamlarda mirası qəbul etmədiklərini və iddiaçının mirası qəbul etdiyini bildirmiş, mirasdan pay verilməsi tələbləri olmamışdır. Buna görə də məhkəmə miras əmlakda iddiaçının payının bütün miras kütləsi həcmində müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 07 yanvar 2004-cü ildə Naxçıvan şəhərində vəfat etmiş Mirzəyeva Hürnisə K.Həsən qızından miras qalmış ünvan 1 ünvannından yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməli və payının bütün miras kütləsi olması müəyyən edilməlidir. . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən 09 iyun 2023-cü il tarixdə 23393 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb iddiaçıya qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 07 yanvar 2004-cü ildə Naxçıvan şəhərində vəfat etmiş Mirzəyeva Hürnisə K.Həsən qızından miras qalmış ünvan 1 ünvannından yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və miras əmlakda payı bütün miras kütləsi həcmində müəyyən edilsin. İddiaçı tərəfindən 09 iyun 2023-cü il tarixdə 23393 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar