Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-999/2025 22.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00146 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə Maraqlı şəxs ilə aramda bağlarınış 15 oktyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla ərəcov Qasım Məşdi oğlu arasında nikah akt qeydi Babək rayon Qaraçuq kənd İƏDÜ-ə İcra Nümayəndəliyində 03 mart 2006-cı il tarixdə, 2 Ne-ə ilə qeydə alınımışdır. Onların birgə nikahdan 3 nəfər övladları doğulmuşdur: 1.X4:-18 mart 2004-cüü il təvəllüdlü 2.X6-26 mart 2007-ci il təvəllüdlü 3.X7:-02 aprel 2014-cü il təvəllüdlü. Hal-hazırda nikahları pozulmasa da 2022-ci ilin iyun ayındandır ki, ayrı-ayrılıqda; Qasım Naxçıvan şəhərində, o isə oğlu Məhəmməd hərbi xidmətə getdiyindən iki nəfər qız övladı ilə birlikdə Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşayır. M-00143 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs oglu ilə 15 oktyabr 2024-cü il tarixdə barışıb sazişi imzalamışlar.Barışıq sazişinin şərtlərinə əsasən: Maraqlı şəxs birgə nikahlarından 26 mart 2007-ci il tarixdə doğulmuş X6 və 02 aprel 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa 200 manat olmaqla iki uşağa birlikdə 400 manat məbləğində aliment, X3 müvafiq bank (bank kartı) hesabına razılaşıb vəsait ödəyəcəyini öhdəsinə götürür. Ərizəçi ərizəsini müdafiə edərək məhkəmə baxışı iclasında alimentin ümumiyyətlə ödənilmədiyini, oğlunun yetkinlik yaşına çatdığını, lakin barışıq sazişinə əsasən bir neçə ay aliment öhdəliyini icra etmədiyini bildirib ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə iclası maraqlı şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 15 oktyabr 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci tərəfin şərtinə- Mən, qarşı tərəf həyat yoldaşım Maraqlı şəxs tələbim budur ki, birgə nikahdan olan övladlarımız X7 və X6 üçün hər birinə 200( iki yüz) manat olmaqla, cəmi 400( dörd yüz) aliment pulu müəyyən olunsun və hər ayın 15-də mənim ona verəcəyim kart hesabına vurulmasını öhdəlik olaraq üzərinə götürsün.Ailmentin ödənilməsi günü noyabr ayının 15-dən başlanılsın. Həmin sazişin 2-ci tərəfin şərti- 2.Mən,həyat yoldaşım Ərizəçi birənikahdan olan övladlarımız X7 və X6 üçün hər birinə 200 (iki yüz) manat olmaqla cəmi 400 ( dörd yüz) manat olan aliment pulunun verilməsi və həmin məbləğin mənə verəcəyi kart hesabına vurulması tələbi ilə razıyam.Həmin məbləğin ödənilməsi günü noyabr ayının 15-i olmaqla, hər ayın 15-də ödənilməsini öhdəlik olaraq üzərimə götürürəm. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından X4:-18 mart 2004-cü il təvəllüdlü 2.X6-26 mart 2007-ci il təvəllüdlü 3.X7:-02 aprel 2014-cü il təvəllüdlü övladları olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 15 oktyabr 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 15 oktyabr 2024-cü il tarixli M-00146 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 15 oktyabr 2024cü il tarixli M-00146 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-999/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-999/2025
22.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver